Jan Bodriyar - Praqalı Tələbə


solfront.org Jan Bodriyarın "İstehlak Cəmiyyəti" əsərindən bir hissəni sizə təqdim edir.

MÜASİR YADLAŞMA HAQQINDA VƏ YA ŞEYTANLA SAZİŞİN SONU

Praqalı tələbə

“Praqalı tələbə” – XX əsrin 30 – cu illərinin alman məktəbin köhnə səssiz ekspressionist filmidir. Film kasıb, daha prestijli həyat tərzi keçirməyə çalışan şöhrətpərəst tələbə haqqındadır. Bir dəfə o Praqa yaxınlığındakı kiçik restoranda içki məclisində iştirak edir, bu zaman ətraflarda it ovu keçirilir, şəhərin yüksək təbəqəsi isə bacardığı kimi əylənir. Bu cəmiyyətdə kimsə hökmranlıq edir və hər şeyi idarə edir. Öz istəyinə görə ovla manevr edir və fərq qoymadan ovçuların hərəkətlərini idarə edir. Xaricən o, onlara oxşayır: silindr, əlcəklər, dəstəsi olan əsa, o artıq yaşlıdır, bir az qarnı, əsrin əvvəllərinin kiçik keçi saqqalı var – bu Şeytandır. O tədbir görür ki, ovda iştirak edən qadınlardan birini yoldan çıxarsın – tələbə ilə görüş, ani alovlanmış hiss – amma qadın ondan yaxasını qurtarır, çünki o varlı insanların təbəqəsinə aiddir. Özünə qayıtdıqda tələbə, ambisiyalar və cinsi təminatsızlığın qarışıq hissləri ilə dolur.

Onda şeytan yalnız kitabların və insan boyda güzgünün olduğu miskin otaqda peyda olur. O, tələbəyə, güzgüdəki əksinin əvəzində bir yığın qızıl təklif edir. Saziş bağlanır. Şeytan obrazı güzgüdən çıxarır, surəti çıxarılmış kağızın qravürü və ya vərəq kimi onu qatlayır, cibinə qoyur və olmalı olduğu kimi,  yaltaqcasına çıxıb gedir. Burada filmin real məzmunu başlayır. Pul sayəsində tələbə müvəffəqiyyətlər əldə edir, bu zaman pişik kimi, onun can atdığı yüksək cəmiyyətin ədətən əhatə olunduğu güzgülərdən qaçmağa çalışır. Əvvəlcə, o kefini çox pozmur, özünü görməmək ona ağır gəlmir. Amma bir dəfə o, özünü görür. Eyni cəmiyyətə baş çəkən, göründüyü qədərilə onunla maraqlanan oxşarı onu izləyir və rahat buraxmır. Bu oxşar, biləcəyimiz kimi, onun Şeytana satılmış obrazıdır, onun tərəfindən dirildilmiş və onun idarə etdiyi obrazdır. Yaxşı obraz kimi o, öz modelinə bağlı qalır; amma pis obraz kimi, hansına ki o çevrilmişdir, o, tələbəni yalnız güzgülərdə yox, həyatın özündə də izləyir. Onu, oxşarı ilə birlikdə görmək təhlükəsi ilə üzləşdirir. Və əgər tələbə onunla qarşılaşmamaq üçün cəmiyyətdən qaçırsa, obraz onun yerini tutur və onun yarım qalmış işlərini cinayətə qədər təhrif edərək sona çatdırır. Bir dəfə, filmin qəhrəmanı duelə çağırılmış olur, amma döyüş meydanında üzr istəmək qərarına gəlir, o görüşə dan söküləndə gəlir, amma çox gecdir – onun oxşarı gəlib və rəqib artıq ölüb. Onda tələbə gizlənir. Obraz onu izləyir ki, sanki xəyanət edildiyinə görə qisas alsın. O, obrazı hər yerdə görür. Obraz onun gözünə qəbirlərin arasında, qəbiristanlığın kənarında görünür. Artıq onun üçün ictimai həyat, rahat mövcudluq yoxdur. Ümidsizlik halında o hətta qarşısına çıxan səmimi sevgini də rədd edir və qərara alır ki, öz obrazını öldürərək bu işi bitirsin.

Sonuncu isə onu bir dəfə axşam otağında izləyir. Onlar arasındakı qızğın səhnədə o, çıxdığı güzgünün qarşısında keçir. Bu  ilk səhnəni xatırlayaraq, öz obrazı üçün nostalgiya və buna görə yaşamalı olduqlarının qəzəbi ilə dolmuş tələbə son həddə çatır. O, güzgüyə atəş açır. Əlbəttə, güzgü sınır və oxşarı yenidən xəyala çevrilərək yox olur. Eyni zamanda tələbə yerə sərilir, o ölür, çünki obrazını öldürərək o özünü öldürmüş olur, belə ki, özü də bilmədən onun yerini tutaraq canlı və real olur. Bu arada aqoniyada o yerə dağılmış güzgü qırıntılarından birini götürür və özünü yenidən görə bildiyinə diqqət edir. Onun bədəni əlindən çıxır, amma bədəninin hesabına o, ölüm qabağı yenidən öz normal əksini əldə edir.

Burada güzgüdəki əks bizim hərəkətlərimizin simvoludur, öz mahiyyətimizcə ətrafımızdakı dünyanı yaradırlar. Bizim dünyaya münasibətimizin şəffaflığı insanın güzgüdəki təhrif olunmamış əksinə münasibətində kifayət qədər yaxşı ifadə olunur: əksin eyniliyi müəyyən mənada dünya və bizim aramızdakı real uyğunluğu göstərir. Buna görə də obrazın öz mənbəyindən ayrılması onun əlaməti, simvolu olur ki, dünya qarışıqdır, bizim hərəkətlərimiz bizim əlimizdən çıxır və biz bu zaman özümüzə münasibətdə prespektivdən məhrum oluruq. Bu halda artıq münasib eynilik yoxdur: mən özüm üçün başqa adam oluram, mən yadlaşmışam.

Filmin ilk əsas fikri belədir. Amma film ümumi əxlaqi nəticə ilə kifayətlənmir, o həmin anda vəziyyətə konkret məna verir: obraz təsadüfən itirilməyib və ya məhv edilməyib – o satılıb. Demək olardı ki, o əmtəə sferasında düşür və konkret sosial yadlaşmanın mənası belədir. Eyni zamanda Şeytanın bu obrazı əşya kimi cibinə qoya bilməsi real əmtəə fetişizminin fantastik illüstrasiyasıdır: onlar istehsal edildiyi andan bizim əməyimiz və hərəkətlərimiz bizdən kənarda olurlar, onlar bizim əlimizdən çıxırlar, obyektivləşirlər, sözün əsl mənasında Şeytanın əlinə keçirlər. Eyni şəkildə Şamissonun “Öz kölgəsini itirmiş Peter Şlemil” povestində kölgə cadu ilə şəxsdən ayrılır və sadəcə əşyaya, geyimə çevrilir ki, əgər tədbir görülməsə unudula bilər, əgər çox donubsa, yerə yapışıb qala bilər. Öz kölgəsini itirmiş Şlemil rəssamı məcbur etmək istəyir ki, onu izləyən başqa kölgə çəksin. Misir əfsanələri deyirlər ki, suya çox yaxın getmək lazım deyil, çünki kaymanlar keçənlərin kölgələrini yeməyi çox sevirlər. Hər iki fitnə eynidir: obraz və ya kölgə bizim özümüzə və dünyaya şəffaf münasibətimizi göstərir, hansı ki, itirilməkdədir və o zaman həyat mənasını itirir. Amma “Şlemil” və “Praqalı tələbə” bunu öz fabulalarında, Şeytanla sazişin digər təsvirlərindən daha güclü ifadə etdilər, çünki onlar Qızılı, təkcə Qızılı, yəni əmtəənin və mübadilə dəyərinin məntiqini yadlaşmanın mərkəzinə qoyurlar.

Amma hər iki fabula sonra tamamilə fərqli şəkildə inkişaf edirlər: süjetin inkişafı “Şlemil”də ciddi xarakter daşımır, çünki Şamisso kölgənin əmtəəyə çevrilməsinin fəsadlarını sona qədər inkişaf etdirmir. O, öz hekayəsini, günəşli qumlu düzdə yiyəsiz gəzən kölgənin izlənilməsi kimi, hansı ki, ola bilər ki, onun öz kölgəsi deyil və ya Şeytan ona bir neçə saatlığına istifadə üçün verir, fantastik və ya gülməli epizodlarla qurur. Amma Şlemil birbaşa yadlaşmış kölgəsinə görə əziyyət çəkmir, o yalnız kölgənin olmamasının səbəb olduğu ictimai narazılığa görə əziyyət çəkir. Onun kölgəsi, bir dəfə əldən çıxaraq, mövcudluğun itirilməsi aləti olmaq üçün ona qarşı çevrilmir. Şlemil yalnızlığa məhkumdur, amma o özü olaraq qalır. O, nə şüuru, nə də həyatından məhrum deyil, yalnız cəmiyyət həyatından məhrumdur. Yekun kompromiss də buradan doğur, bu zaman o stoikcəsinə Şeytanın ona təklif etdiyi ikinci sazişi rədd edir: ruhu əvəzində ona kölgəsini vermək. Beləliklə, o öz kölgəsini itirir, amma ruhunu xilas edir.

“Praqalı tələbə” müvafiq olaraq daha sərt məntiq ilə qurulur. Yalnız öz obrazını, yəni özünün bir hissəsini sataraq, tələbə real həyatda ölümünə qədər izlənilir. Və bu yadlaşmanın şirin olmayan həqiqətinə müvafiqdir: bizə yad olan heç nə etinasızlıq dairəsinə, ona münasibətdə bizim azad qalacağımız, amma müntəzəm olaraq “şəxsi” sferada özümüz olaraq və mövcudluğumuzun dərinliyində toxunulmaz qalaraq yalnız belə halda malik olmamaya görə əzab çəkəcəyimiz, “xarici dünyaya” düşmür. “Vicdanın” sakitləşdirici fiksiyası belədir, ona əsasən, ruh dünyadan azaddır. Yadlaşma daha irəliyə gedir. Bizim bir hissəmiz əlimizdən çıxır, amma biz ondan uzaqlaşmırıq. Obyekt (ruh, kölgə, obyektə çevrilmiş əməyimizin məhsulu) qisasını alır. Bizim artıq malik olmadığımız hər şey bizimlə əlaqəli olaraq qalır, amma neqativ olaraq, yəni o bizi izləyir. Bizim satılmış və ya unudulmuş hissəmiz hələ də bizimlə qalır və ya daha doğrusu, o, bizi izləyən, bizim davamımız olan karitaturamız, fantomumuz, xəyalətimizdir.

Beləliklə subyekt və obyektin narahat inversiyası əldə olunur, ən adi ifadələrdə bu fərqləndirmə cadusu təsvir olunur: “Obraz kölgə kimi onu izləyir”. Bu, həm də bizim ölü kultumuza, bizim yalnız şər gözləyə biləcəyimiz, yadlaşmış olan müəyyən hissəmizə qarşı rəhm etmə kultuna da aiddir. Beləliklə, canlılar kollektivini izləyən obyekt bizim özümüzün bir hissəsidir: ictimai əmək qüvvəsi, bir dəfə satılaraq, əməyin bütün ictimai sikli vasitəsilə geri qayıdır və bizi əməyin məğzindən məhrum edir; əməyin qüvvəsi - əlbəttə ki, şeytani deyil, ictimai prosedur sayəsində - faydalı əmək üçün maddiləşmiş maneəyə çevrilir. Məhz bütün bunlar “Praqalı tələbə”də obrazın qəfil, canlı və düşmən kimi peyda olması və uzun intihar – məhz bu sözü istifadə etmək lazımdır – vasitəsilə simvollaşdırılmışdır, bu intihar onu satan tərəfindən yeridilir.

Burada vacibdir və biz də göstərməyə çalışırıq ki, yadlaşmış insan yalnız, kiçilmiş, yoxsullaşmış, amma öz mahiyyətinə görə toxunulmaz olan insan deyil – bu insan çevrilmiş, şərə və özü üçün düşmənə çevrilmiş, özünə qarşı qalxmış insandır. Bu prosesin digər aspektidir ki, Freyd bunu istəyin boğulması kimi təsvir edir: boğulmuş istək yenidən boğucu instansiyanın köməyi ilə meydana çıxır. Məhz Məsihin çarmıxa çəkilmiş bədəni qadına çevrilir ki, ismətli olmağa and içmiş rahibəni izləsin. Məhz canlı, obyektivləşmiş varlıq qüvvələri yadlaşma prosesində hər an ona qarşı çevrilir və onu beləliklə ölümə sürükləyirlər.

Şlemil onunla hekayəni bitirir ki, öz həyatına nisbi olaraq məna verir və gözəl ölümlə həyatını başa vurur, sanki iri amerikalı sənayeçinin varlı olduğunda yaratmış olduğu xeyriyyə qurumunda öldüyü kimi. O,  ikinci sazişdən imtina edərək öz ruhunu xilas etmişdir. Hərəkətin bu ikiləşməsi qaçılmaz olaraq ikimənalı fikirdən irəli gəlir və buna görə fabula öz ciddiliyini itirir.

“Praqalı tələbə”də ikinci saziş yoxdur. Birinci sazişin qaçılmaz fəsadları nəticəsində tələbə labüdən vəfat edir. Bu o deməkdir ki, Şamisso üçün öz kölgəsini satmaq, yəni öz davranışının hər şəklində yadlaşmış olmaq və hər şeyə baxmayaraq öz ruhunu xilas etmək mümkündür. Yadlaşma yalnız onun üçün xaricdə olan cəmiyyətlə münaqişəyə aparır və Şlemil o zaman onu abstrakt şəkildə tənhalıqda dəf edə bilər. Bu arada “Praqalı tələbə”də olduğu kimi, yadlaşmanın obyektiv məntiqi tam şəkildə aydınlaşdırılır və göstərilir ki, ölümdən başqa çıxış yolu yoxdur. Yadlaşmanı dəf etmək üçün istənilən ideal çıxış yolu həmin saat sərf – nəzər edilir. Yadlaşma dəf edilə bilməz: o, Şeytanla sazişin strukturunun özüdür. O, kommersial cəmiyyətin strukturunun özüdür.

           (c) solfront.org