Ərəblərdən əvvəl İslandiya vardı...


“İslandiyada şahid olduğumuz kapitalizmin tənəzzülüdür.Bundan sonra kapitalizm əvvəlki kimi olmayacaq.”

Ərəb ölkələrində xalqın israrla küçələrə çıxıb, meydanları boşaltmayıb idarəçilərə qapını göstərmələrinin bir bənzəri bundan iki il əvvəl İslandiyada yaşanıb. İslandiya xalqı təkcə hökumətin istefaya getməsini və erkən seçkilərin keçirilməsini əldə etmədi.Hələ də davam edən, amma Qərb mətbuatında əksini tapa bilməyən bir “inqilabı” reallaşdırdı.

2008 bank krizisi İslandiya iqtisadiyyatını böyük bir şiddətlə vurdu. On il boyunca neoliberal qloballaşmanın bütün nemətləriylə tanış olan, maliyyə nasosunun köməyi ilə bir iqtisadi rifah şarı şişirdən İslandiya, İrlandiya ilə birlikdə beynəlxalq kredit qiymətləndirmə qurumlarının fəxr lövhəsində yer alırdı. İslandiyalılar da asan pul qazanmağın sərxoşluğu içində, lüks maşınlar, bank krediti ilə əldə edilən xarici ölkələrdə istirahətlər, əmlak kreditləri arasında bir istehlak çılğınlığı yaşayırdılar. Ada qısa zaman içində immiqrant işçi ilə dolmuşdu. 2008-ci ilin Oktyabrında bu ürəkaçan mənzərə birdən kabusa döndü.

Dövlətinkiləşdir

İnanılmaz bir öhdəçilik altına girən İslandiya bankları iflas etdi. Hökumət tələm-tələsik onlardan üçünü dövlətinkiləşdirdi. İslandiya kuronu baş gicəlləndirici bir şəkildə dəyərini itirməyə, iş yerləri ard-arda bağlanmağa başladı. Evlərini kreditlə alanlar, evlərinin dəyərindən daha üstün bir borcla boğuşmaq məcburiyyətində qaldılar. Bu arada dövlətinkiləşmiş bir bankın Icesave adıyla internet bankçılğı həyata keçirən bir alt quruluşu da iflas etdi. Əsas olaraq İngilis və Hollandiyalılara yüksək faiz verən bu “online bank”la birlikdə bu iki ölkənin qənaətçilərinin 3.8 milyard avrosu da buxarlandı. İslandiya təkcə ölkə daxilində açılan hesablara dövlət zəmanəti verdiyi üçün, Britaniya və Hollandiya öz vətəndaşlarının batan pullarını ödəmək məcburiyyətində qaldı. Ardınca isə bu məbləğin İslandiya tərəfindən ödənilməsini tələb etdilər.

Bu arada İslandiya xalqı onları aldadan hökumətə, saxta bir rifahla başlarını gicləlləndirən qlobal kapitalizmə, beynəlxalq quruluşlara qarşı olan hirslərini paytaxt Reykyavikdə parlamentin qarşısındakı meydana toplaşaraq ifadə etməyə başladılar. 2008-ci il Oktyabrın sonlarında 200-ü keçməyən etirazçı, bəlkə də 2001-ci il Argentina böhranından təsirləndilər və əllərindəki qazan və tavalara vuraraq hökuməti istefaya çağırdılar. Hər həftə etirazçıların sayı artırdı. 17 həftə içində etirazçıların sayı 30 minə, yəni İslandiya əhalisinin onda birinə çatmışdı. Hökumət üzvlərinin iclas sonrası kilsədən rahiblərlə birlikdə çıxarkən yumurta yağışına tutulması, etirazçıların parlament binasını mühasirəyə alması nəticəsində, 2009-cu ilin yanvarında hökumət istefa verdi. İslandiya tarixinə “tava qazan inqilabı” kimi daxil olacaq hərəkat ilk savaşını qazanmışdı.

2009-cu il Apreldə keçirilən seçkilərdən yeni bir hökumət koalisiyası çıxdı. “İttifaq” adı altında birləşən sosial demokratlar, feministlər və keçmiş komunistlərlə “Sol Yaşıllar Hərəkatı” idarəçiliyə gəldi. Bu İslandiyada birinci belə hal idi. Başqa bir ilk isə baş nazirin qadın olması idi. Ancaq xalq hərəkatı bu koalisiyaya qarşı da şübhə ilə yanaşırdı. BVF 1976-cı ildən bəri ilk dəfə bir Şimal ölkəsi ilə yardım danışıqları masasına oturmuşdu və hökumətdən sürətlə geniş əhatəli özəlləşdirmə paketi həyata keçirməsini, 2013-də yaranmış büdcə kəsirini ortadan qaldırmağı tələb edirdi. Halbuki İslandiya iqtisadiyyatı 2009-cu ildə 6,5 faiz kiçilmişdi. BVF kiçilən iqtisadiyyata daha çox boğmaq siyasəti məsləhət görürdü. Digər tərəfdən Britanya və Holandiya hökumətləri də İslandiya milli gəlirinin 40 faizinə bərabər olan 3,8 milyard avronun ödənməsi üçün hər cür təzyiqi göstərirdi. Belə ki, Britaniya antiterror qanunundan istifadə edərək dövlətinkiləşmiş üç İslandiya bankından birinin xarici varlıqlarını blok etməyə çalışdı. İslandiyalılar, bir anda, onları Əl Kaidə ilə eyni tərəziyə qoyan NATO üzvü bir müttəfiqlərinin olduğunu kəşf etdilər!

BVF və AB-nin təzyiqləri nəticəsində, sol koalisiyasi bu iki ölkəyə bir ödəmə etməyi qəbul etmək məcburiyyətində qaldı. Yeni hökumət biraz könülsüz olsa da, 2009-cu ilin yazında AB-nə üzvlük üçün müraciət etmişdi. 2009-cu ilin yazında hökumət ödəmə planını qəbul etdi. Amma bunun praktiki cəhətdən həyata keçirilməsi mümkün deyildi. 27 İyul 2010-cu ildə AB üzvləri İslandiya ilə üzvlük müzakirələrini başlatmaq qərarı aldılar. Hökumət də ödəmə planının biraz yumuşaldılmış formasını 30 Dekabr 2010-cu ildə parlamentdə qəbul etdirdi. Bu ödəmə planını hər bir İslandiyalının səkkiz il ərzində ayda 100 avro ödəməsinə bərabər olan bir plan idi. Ödəniş faizi isə 5.5 faiz olaraq nəzərdə tutulmuşdu. İngiltərə və Hollandiya İslandiyalıların əməyindən yaxşıca faiz də alacaqdı.

İkinci zəfər

60 min İslandiyalı bir imza kampaniyası ilə prezidentdən bu qanunu veto etməyi istədilər. Keçmiş hökümətin maliyyə kapitalizm çılğınlığına yaxından iştirak edən prezident, biraz da günahlarını yumaq niyyəti ilə, 2010-cu ilin Yanvarında qanunu veto edib referenduma göndərdi. 6 Mart 2010-cu ildə keçirilən referendumda seçicilərin 60 faizi iştirak etdi və onların 93 faizi xeyr hüququndan istifadə etdilər. Bəli səslərinin sayı 2 faizdən az idi. Onsuz da heç kim “bəli” səsi verməyə çağırmamışdı. Beləliklə də “tava qazan inqilab”ı ikinci savaşını qazandı. Üstündən bir il keçməsinə baxmayaraq bu borc problemində heç bir irəliləyiş yoxdu. “İnqilab”ın üçüncü savaşı, yenə xalqın təşəbbüsü ilə, konstitusiya dəyişikliyi idi. 1944-cü ildə Danimarkadan müstəqilliyini əldə edərkən, Danimarka konstitusiyasını monarxiyadan respublikaya çevirməklə yaranan konstitusiya yerinə, II Respublikanı quracaq bir konstitusiya hazırlanması üçün xalqın təlqin etdiyi üsul da maraqlı idi. Qurucu məclisə, millətvəkilləri xaric, 18 yaşını tamamlamış və ən azı 30 nəfərin dəstəyini almış bütün İslandiya vətəndaşları namizəd ola bilərdi. 27 Noyabrda keçirilən seçkilərdə 500-ə yaxın namizəd arasından 35 nəfər seçildi. Bunlar adi vətəndaşlar idi. Yanvar ayında işə başladılar. Gələn yaza qədər yeni konstitusiya layihəsi hazırlayacaqlar. Yeni konstitusiya müzakirələrində dövlətlə kilsənin ayrılması, bütün təbii mənbələrim ictimailəşdirilməsi, icra və qanunvericilik arasında qəti bir səlahiyyət ayrı-seçkiliyi kimi mövzuları ön plana çıxır. Bir hökumət nümayəndəsi, iqtisadiyyatı yenidən qurarkən məqsədlərinin “köhnə vəziyyətə geri qayıtmaq deyil, evə qayıtmaq” olduğunu söyləyir: “Evimiz, isə sosial dövlətdir.”

Bütün bu proseslərin Qərb mətbuatında niyə böyük əks-səda yaratmadığını ayrıca izah etməyə yəqin ehtiyac yoxdur. Unutmadan əlavə edək ki, Reykyaviklilər keçən May ayında özünü “fövqəl anarxist” olaraq təqdim edən məşhur komediya ustalarını bələdiyyə sədri seçdilər. "Qarşımızda oynanılan, Ionesco və ya Beckettin absurd teatrına layiq, bu inanılmaz nümayişə bir fövqəl anarxist” partiya lazım idi". Bunu, üzərinə kloun burnu qoyulmuş İslandiya bayrağı qarşısında dayanan Con Qar deyir və əlavə edir: “İslandiyada şahid olduğumuz kapitalizmin tənəzzülüdür. Bundan sonra kapitalizim əvvəlki kimi olmayacaq."

İslandiya, əhalisi 320 min olan kiçik ölkədir, burdanmı dərs götürəcəyik deyənlər çox olacaq. Onlar əmin addımlarla yeriməyə davam edə bilərlər.

Tərcümə: Mehdiyev Məmmədhüseyn“İslandiyada şahid olduğumuz kapitalizmin tənəzzülüdür.Bundan sonra kapitalizim əvvəlki kimi olmayacaq.”

Ərəb ölkələrində xalqın israrla küçələrə çıxıb, meydanları boşaltmayıb idarəçilərə qapını göstərmələrinin bir bənzəri bundan iki il əvvəl İslandiyada yaşanıb. Sadəcə İslandiya xalqı hökumətin istefaya getməsini və erkən seçkilərin keçirilməsini əldə edə bilmədilər. Hələ də davam edən, amma Qərb mətbuatında əksini tapa bilməyən bir “inqilab” gerçəkləşdi.

2008 bank krizisi İslandiya iqtisadiyyatını böyük bir şiddətlə vurdu. On il boyunca neoliberal qloballaşmanın bütün nemətləriylə tanış olan, maliyyə nasosunun köməyi ilə bir iqtisadi rifah şarı şişirdən İslandiya, İrlandiya ilə birlikdə beynəlxalq kredit qiymətləndirmə qurumlarının fəxr lövhəsində yer alırdı. İslandiyalılar da asan pul qazanmağın sərxoşluğu içində, lüks maşınlar, bank krediti ilə əldə edilən xarici ölkələrdə istirahətlər, əmlak kreditləri arasında bir istehlak çılğınlığı yaşayırdılar. Ada qısa zaman içində immiqrant işçi ilə dolmuşdu. 2008-ci ilin Oktyabrında bu ürəkaçan mənzərə birdən kabusa döndü.

Dövlətinkiləşdir

İnanılmaz bir öhdəçilik altına girən İslandiya bankları iflas etdi. Hökumət tələm-tələsik onlardan üçünü dövlətinkiləşdirdi. İslandiya kuronu baş gicəlləndirici bir şəkildə dəyərini itirməyə, iş yerləri ard-arda bağlanmağa başladı. Evlərini kreditlə alanlar, evlərinin dəyərindən daha üstün bir borcla boğuşmaq məcburiyyətində qaldılar. Bu arada dövlətinkiləşmiş bir bankın Icesave adıyla internet bankçılğı həyata keçirən bir alt quruluşu da iflas etdi. Əsas olaraq İngilis və Hollandiyalılara yüksək faiz verən bu “online bank”la birlikdə bu iki ölkənin qənaətçilərinin 3.8 milyard avrosu da buxarlandı. İslandiya dövləti sadəcə ölkə daxilində açılan hesabları dövlət təhlükəsizliyinə almağı qəbul etdiyi üçün Britanya və Hollandiya vətəndaşlarının da batan pullarını qarşılamaq məcburiyyətində qaldı. Ardınca isə bu məbləğin İslandiya tərəfindən ödənilməsini tələb etdilər.

Bu arada İslandiya xalqı onları aldadan hökumətə, saxta bir rifahla başlarını gicləlləndirən qlobal kapitalizmə, beynəlxalq quruluşlara qarşı olan hirslərini paytaxt Reykyavikdə parlamentin qarşısındakı meydana toplaşaraq ifadə etməyə başladılar. 2008-ci il Oktyabrın sonlarında 200-ü keçməyən etirazçı, bəlkə də 2001-ci il Argentina böhranından təsirləndilər və əllərindəki qazan və tavalara vuraraq hökuməti istefaya çağırdılar. Hər həftə etirazçıların sayı artırdı. 17 həftə içində etirazçıların sayı 30 minə, yəni İslandiya əhalisinin onda birinə çatmışdı. Hökumət üzvlərinin iclas sonrası kilsədən rahiblərlə birlikdə çıxarkən yumurta yağışına tutulması, etirazçıların parlament binasını mühasirəyə alması nəticəsində, 2009-cu ilin yanvarında hökumət istefa verdi. İslandiya tarixinə “tava qazan inqilabı” kimi daxil olacaq hərəkat ilk savaşını qazanmışdı.

2009-cu il Apreldə keçirilən seçkilərdən yeni bir hökumət koalisiyası çıxdı. “İttifaq” adı altında birləşən sosial demokratlar, feministlər və keçmiş komunistlərlə “Sol Yaşıllar Hərəkatı” idarəçiliyə gəldi. Bu İslandiyada birinci belə hal idi. Başqa bir ilk isə baş nazirin qadın olması idi. Ancaq xalq hərəkatı bu koalisiyaya qarşı da şübhə ilə yanaşırdı. BVF 1976-cı ildən bəri ilk dəfə bir Şimal ölkəsi ilə yardım danışıqları masasına oturmuşdu və hökumətdən sürətlə geniş əhatəli özəlləşdirmə paketi həyata keçirməsini, 2013-də yaranmış büdcə kəsirini ortadan qaldırmağı tələb edirdi. Halbuki İslandiya iqtisadiyyatı 2009-cu ildə 6,5 faiz kiçilmişdi. BVF kiçilən iqtisadiyyata daha çox boğmaq siyasəti məsləhət görürdü. Digər tərəfdən Britanya və Holandiya hökumətləri də İslandiya milli gəlirinin 40 faizinə bərabər olan 3,8 milyard avronun ödənməsi üçün hər cür təzyiqi göstərirdi. Belə ki, Britaniya antiterror qanunundan istifadə edərək dövlətinkiləşmiş üç İslandiya bankından birinin xarici varlıqlarını blok etməyə çalışdı. İslandiyalılar, bir anda, onları Əl Kaidə ilə eyni tərəziyə qoyan NATO üzvü bir müttəfiqlərinin olduğunu kəşf etdilər!

BVF və AB-nin təzyiqləri nəticəsində, sol koalisiyasi bu iki ölkəyə bir ödəmə etməyi qəbul etmək məcburiyyətində qaldı. Yeni hökumət biraz könülsüz olsa da, 2009-cu ilin yazında AB-nə üzvlük üçün müraciət etmişdi. 2009-cu ilin yazında hökumət ödəmə planını qəbul etdi. Amma bunun praktiki cəhətdən həyata keçirilməsi mümkün deyildi. 27 İyul 2010-cu ildə AB üzvləri İslandiya ilə üzvlük müzakirələrini başlatmaq qərarı aldılar. Hökumət də ödəmə planının biraz yumuşaldılmış formasını 30 Dekabr 2010-cu ildə parlamentdə qəbul etdirdi. Bu ödəmə planını hər bir İslandiyalının səkkiz il ərzində ayda 100 avro ödəməsinə bərabər olan bir plan idi. Ödəniş faizi isə 5.5 faiz olaraq nəzərdə tutulmuşdu. İngiltərə və Hollandiya İslandiyalıların daha çox sərfəli bir faiz alacaqdı.

İkinci zəfər

60 min İslandiyalı bir imza kampaniyası ilə prezidentdən bu qanunu veto etməyi istədilər. Keçmiş hökümətin maliyyə kapitalizm çılğınlığına yaxından iştirak edən prezident, biraz da günahlarını yumaq niyyəti ilə, 2010-cu ilin Yanvarında qanunu veto edib referenduma göndərdi. 6 Mart 2010-cu ildə keçirilən referendumda seçicilərin 60 faizi iştirak etdi və onların 93 faizi xeyr hüququndan istifadə etdilər. Bəli səslərinin sayı 2 faizdən az idi. Onsuz da heç kim “bəli” səsi verməyə çağırmamışdı. Beləliklə də “tava qazan inqilab”ı ikinci savaşını qazandı. Üstündən bir il keçməsinə baxmayaraq bu borc problemində heç bir irəliləyiş yoxdu. “İnqilab”ın üçüncü savaşı, yenə xalqın təşəbbüsü ilə, konstitusiya dəyişikliyi idi. 1944-cü ildə Danimarkadan müstəqilliyini əldə edərkən, Danimarka konstitusiyasını monarxiyadan respublikaya çevirməklə yaranan konstitusiya yerinə, II Respublikanı quracaq bir konstitusiya hazırlanması üçün xalqın təlqin etdiyi üsul da maraqlı idi. Qurucu məclisə, millətvəkilləri xaric, 18 yaşını tamamlamış və ən azı 30 nəfərin dəstəyini almış bütün İslandiya vətəndaşları namizəd ola bilərdi. 27 Noyabrda keçirilən seçkilərdə 500-ə yaxın namizəd arasından 35 nəfər seçildi. Bunlar adi vətəndaşlar idi. Yanvar ayında işə başladılar. Gələn yaza qədər yeni konstitusiya layihəsi hazırlayacaqlar. Yeni konstitusiya müzakirələrində dövlətlə kilsənin ayrılması, bütün təbii mənbələrim ictimailəşdirilməsi, icra və qanunvericilik arasında qəti bir səlahiyyət ayrı-seçkiliyi kimi mövzuları ön plana çıxır. Bir hökumət nümayəndəsi, iqtisadiyyatı yenidən qurarkən məqsədlərinin “köhnə vəziyyətə geri qayıtmaq deyil, evə qayıtmaq” olduğunu söyləyir: “Evimiz, isə sosial dövlətdir.”

Bütün bu proseslərin Qərb mətbuatında niyə böyük əks-səda yaratmadığını ayrıca izah etməyə yəqin ehtiyac yoxdur. Unutmadan əlavə edək ki, Reykyaviklilər keçən May ayında özünü “fövqəl anarxist” olaraq təqdim edən məşhur komediya ustalarını bələdiyyə sədri seçdilər. "Qarşımızda oynanılan, Ionesco və ya Beckettin absurd teatrına layiq, bu inanılmaz nümayişə bir fövqəl anarxist” partiya lazım idi". Bunu islandiya bayrağı qarşısında dayanan və kloun burnu qoyan Con Qar deyir. O həm də əlavə edir: “İslandiyada şahid olduğumuz kapitalizmin tənəzzülüdür. Bundan sonra kapitalizim əvvəlki kimi olmayacaq."

İslandiya 320 min əhalisi olan kiçik bir ölkədir, buradan dərs alacaqlarını düşünənlər çox olacaq. Onlar əmin addımlarla irəliləməyə davam etməlidirlər.

Tərcümə: Mehdiyev Məmmədhüseyn