Cənubi Qafqazdakı müharibə və inqilablar


Cənubi Qafqazdakı müharibə və inqilablar (analiz - rabkor.ru Vasiliy Koltaşov) Cənubi Qafqaz ölkələrinin rejimləri yuxarıdan “milli ideallar” uğrunda müharibə hazırlayarkən, obyektiv şərtlər aşağıdan sosial sarsıntılar hazırlayır. Etiraz və narazılıqlar yalnız bu yaxınlarda hakimiyyətin xalq çıxışlarını yatırdığı Gürcüstanda yetişmir. Onlar həmçinin Ermənistan və Azərbaycanda da yetişir, bu ölkələrin müxtəlif iqtisadi çəkilərinə baxmayaraq. İctimaiyyət narazıdır, ölkələrin iqtisadiyyatı isə çıxılmaz vəziyyətdədir. Dünya iqtisadi böhranı başlayandan Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişə öz kəskinliyini itirməyib. Danışıqlar nəticə vermirdi: Azərbaycan höküməti “əlindən çıxmış” ərazi üzərində nəzarəti qaytarmaq yolları axtarırdı, Ermənistan isə güzəştə getmirdi. Beynəlxalq arbitraj vəziyyəti dəyişmirdi. Bu yaxınlarda Azərbaycanın müdafiə naziri öz ölkəsinin müharibəyə hazırlaşdığı haqda kəskin bəyanat verdi. Azərbaycan SQ-ləri atəş xəttində təlimlər keçiblər. Münaqişə ancaq üzdən millətçilik kimi görünür; ona məmurlar qəsdən bu rəngi verirlər. Onların marağı-diqqəti regiondakı ölkələrin sosial-iqtisadi problemlərindən yayındırmaqdır. Bəs bu ziddiyyətlər müharibə və inqilab yarada bilərlərmi? Nəzərə alsaq ki, Ermənistan əvvəlki vəziyyəti saxlamaq, Azərbaycan isə qəti surətdə ona yenidən baxmaq fikrindədir,yalnız iki aktiv variant var: Ermənistan tərəfindən güzəşt ya da hərbi münaqişə. Bir halda ki,Azərbaycan diplomatik silahla Ermənistana qalib gələ bilmir, onda ondan ən radikal vasitələrlə “siyasəti davam etdirmək” ruhunda qətiyyətli hərəkətlər gözləmək məntiqə uyğundur. Bununla yanaşı unutmaq lazım deyil ki, Ermənistan höküməti hal-hazırkı ağır sosial-iqtisadi şəraitdə, sadəcə olaraq yaranmış siyasi quruluşu saxlamaq üçün millətçilik əhval-ruhiyyəsini canlandırmaqda maraqlı ola bilər. Onların vəziyyəti, hökümət tərəfdarlarının müxalifətin aksiyaları haqqında nifrətlə yazdıqları, lakin kütlələrin aktivləşməsinin hər şeyi həll edəcəyini çox gözəl dərk etdikləri Azərbaycanın vəziyyəti ilə oxşardır. Azərbaycan diplomatiyası hərbi münaqişənin canlanmasına cavab olaraq mümkün beynəlxalq reaksiyanın baş verib verməyəcəyini araşdırır. Böyük ehtimalla ATƏT-in Minsk qrupu kağız üzərində etirazdan və münaqişəni başqa yolla həll etmək təklifindən o yana getməyəcək-bütün bunlar artıq tərəflərin silahlı toqquşması fonunda baş verə bilər. Lakin Rusiyanın mövqeyindən çox şey asılıdır. Onun tərəfindən sanksiyalar olmasa, Azərbaycan güclü tərəf olsa da qalib gələ bilməyəcək. Son illər Rusiya Ermənistana Azərbaycandan daha yaxın olub. Ona görə də, Rusiyanın diplomatik dəstəyini ala bilmək üçün ola bilsin ki, energetikada güzəştə getməli olsun. Rusiya, Fransa ya da ABŞ-dakı prezident seçkiləri birbaşa olaraq Qarabağ məsələsinə təsir etmir. Lakin ABŞ-ın maliyyə siyasətindən çox şey asılıdır. Əgər respublikaçılar dollar emissiyasını məhdudlaşdırsalar, dünyada xammalın qiyməti aşağı düşəcək. Bu, Dağlıq Qarabağla bağlı münaqişəni dondura bilər. Azərbaycanın coşqunluğu bir müddətlik yatacaq, sosial böhran isə dərinləşəcək. Azərbaycanın Gürcüstan və Ermənistandan fərqi xammal ixracının əhali üçün yaxşı şərait yaratmağında deyil. Daha çox əhalinin nisbi yüksək həyat səviyyəsindən danışmaq olar. Lakin bu, müvəqqəti vəziyyətdən artıq bir şey deyil: dünya konyunkturası dəyişməklə bu vəziyyət asanlıqla dəyişə bilər. Mayda planetin xammal bazarında qiymətlərin korreksiyası baş verdi. İyundakı bəzi canlanmalar əvvəlki sürətli inkişafın bərpasına hazırlıq illuziyası yaradır. Xammal qiymətləri 2010-cu ilin ikinci yarısı - 2011-ci ilin birinci yarısı çox qalxıb. Onlar demək olar ki, 2008-ci ilin yayındakı səviyyəyə çatıb. Lakin bu o demək deyil ki, proses mütləq davam edəcək. ABŞ-ın maliyyə siyasətinin dəyişməsi ya da Ağ evin Konqressdə respublikaçıların tələblərini icra etməkdən imtina etməsi bazarın sürətli ya da yavaş enişinə səbəb ola bilər. 2010-cu ilin yaz-yayında olandan da daha güclü və yalnız dollarların “səmərəli axını” ilə qurtaran düzəliş. Lakin Cənubi Qafqazda yetişən yalnız siyasi münaqişə deyil. Gürcüstanda polis tərəfindən kobud şəkildə yatırılan, lakin əhalinin qəzəbinin miqyasını əks etdirə bilməyən ciddi kütləvi çıxışlar baş vermişdi. Əsas hadisələr hələ qabaqdadır. Ermənistanda etiraz əhval-ruhiyyəsi güc yığır. Müxalifət hər dəfə daha kütləvi mitinqlər keçirir. Ermənistanda da “ərəb” inqilabının baş verəcəyini düşünməyə əsas var. Əgər bu, yaxın vaxtlarda, Azərbaycanla münaqişə diplomatik çərçivədən çıxmamış baş versə, danışıqlar canlana bilər. Lakin ilk inqilabi dalğanın hakimiyyəti dəyişikliklər problemini müvəqqəti dayandırmaq istəyini rəhbər tutacaq. Bu onu ya populist müharibəyə, ya da məsələni diplomatik şəkildə yoluna qoymağa təhrik edə bilər. Burda artıq hər şey Azərbaycan diplomatiyasından asılı olacaq. Daha çox isə ölkədəki siyasi-iqtisadi vəziyyətdən. Ərəb ölkələrindəki inqilablar periferiya ölkələrində olan ilk inqilablardır (Qırğızıstandakı üsyanı nəzərə almasaq). Onların əsas yönü - əhalinin geridə qalmışlığını və yoxsulluğunu daha da möhkəmləndirən ölkənin iqtisadi inkişafının periferik xarakterini məhv etməkdir. Bütün Cənubi Qafqaz belə inqilablar üçün ilkin şərtələrə malikdir. Lakin inqilablar prosesin qişasıdır, o reformlar şəklində də gedə bilər. Belə ssenari ehtimalı çox azdır, lakin o mövcuddur. İnqilablar çox şeyi dəyişməlidirlər. Sosial siyasətin inkişafı böyük əhəmiyyət kəsb edir, lakin biznes üzərindəki vergilər baxımından hər şey tamamilə liberal ekspertlərin öyrətdiyindən fərqlidir. Vergiləri qaldırmaq lazım gələcək, hərçənd bütün iqtisadi siyasəti kəskin surətdə dəyişməklə. Böyük sual, mövcud rejimlər belə bir şeyə gedəcəklərmi? Onlar bunun yerinə xalqları müharibələrdə döyüşdürməyi üstün tutacaqlar. Lakin bu ssenari ilə də ictimai partlayış qaçılmazdır. İmmiqrantların pul köçürmələri Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatında böyük rol oynayır. Lakin bu axının miqdarı dünya, xüsusilə də xammal  bazarlarındakı vəziyyətlə birbaşa bağlıdır. ABŞ hal-hazırda antiböhran siyasətinə yenidən baxmağa yaxındır, bu da 2011-ci ildə xammal qiymətinin yavaş-yavaş düşməsinə gətirə bilər, hansı ki, Rusiyaya təsir edəcək. Bu halda Ermənistan və digər ölkələrdə vəziyyət çətinləşəcək. Lakin bunsuz da məhsul qiymətinin yeni inkişaf dalğası Cənubi Qafqaz ölkələrində sosial böhranı kəskinləşdirəcək. AB ölkələrindəki ağır iqtisadi vəziyyət Cənubi Qafqazdan olan immiqrantlara yaxşı heç nə vəd etmir. Qırğızıstandakı böhran belə problemin yekunu oldu: RF-dən iqtisadi immiqrantların axını. Gürcüstan sözsüz ki, ərəb ölkələrində olan ilkin sosial-iqtisadi şərtlərə malikdir. Onun siyasi xüsusiyyəti ondan ibarətdir ki, Ərəb Şərqində amerikapərəst (qərbpərəst) rejimlər təhlükəli vəziyyətdə idilər, Gürcüstandakı rejim isə sadəcə Amerika rejimidir. O yıxılanda, hansı ki elə ya da belə qaçılmazdır, ABŞ-a Misir və Tunisdə olandan fərqli olaraq manevr etmək daha çətin olacaq. AB-yə daha asan olacaq, o gürcü rejimiylə münasibətlərlə elə də çirkləndirilməyib. Saakaşvilinin əsas bədbəxtliyi ondadır ki,o böyük müvəffəqiyyətsizliklər prezidentidir. O əhalini yoxsulluq və qanunsuzluq həddinə çatdıraraq ölkəni “sərmayə cənnətinə” çevirə bildi, lakin müharibəni uduzdu və sərhədləri bağlaya bilmədi. Heç investisiyalar da axmadı-böhran başladı. İqtisadi inkişafın radikal neoliberal planı ölkəni ən kəskin sosial böhrana gətirdi. Ərəb Şərqindəki inqilablar Cənubi Qafqaz regionundakı vəziyyətə təsir edir. Həmçinin onların əsas “təsiri” ondadır ki, siyasi (ardınca həmçinin sosial-iqtisadi) dəyişikliklərin analoji ssenarisi dünya böhranı tərəfindən proqramlaşdırılıb. Ola bilsin Cənubi Qafqaz ölkələrinin inkişaf səviyyəsi mədəni şkala ilə ölçsək Misir və Tunisdəkindən daha yüksəkdir. Lakin siyasi yetişkənlik nöqteyi-nəzərdən ərəb dünyası hələ qabaqdadır. Bundan əlavə Rusiya, Qazaxıstan, Şərqi, həmçinin də elə Qərbi Avropa ölkələrində də vaxt keçdikcə ərəb nümunəsini təkrarlamaq təhlükəsi var. Bəla ondadır ki, vəziyyəti yalnız həyat səviyyəsində olan fərq yumşaldır. O müxtəlif hündürlükdən düşür, lakin hər yerdə düşür. Hökümətlər maliyyə işlərini düzəltmək üçün tipik neoliberal reformlar həyata keçirirlər, lakin bununla insanların vəziyyətini daha da pisləşdirirlər. Yeni siyasət ( hər şeydən əvvəl iqtisadi) lazımdır, lakin siyasi əngəlləri kənar etmədən onu necə yürütmək olar?

(c) solfront.org