SSRİ əcnəbi karikaturistin gözləri ilə


Xelruf Bidstrup – istedadlı danimarkalı karikaturist 1952-ci ildə ilk dəfə Sovet İttifaqına baş çəkdi. O dövrdə Qərbdə kommunizm və SSRİ-dəki həyatı ifşa edən bir çox karikaturalar yaradılır, qərbli sakinin gözündə Sovet İttifaqının mənfi obrazını yaradan amansız ideya mübarizəsi aparılırdı. “Bir çox illər ərzində, özümü xatırladığımdan bəri, qərb təbliğatı – qəzetlər, jurnallar, filmlər və ən azından məktəb müəllimləri – Sovet İttifaqı haqqında məlumatları bəlli ruhda verirdi. İndi isə mən onların yaratdığı mənzərə ilə həqiqəti müqayisə etmək imkanım oldu və aralarında nə qədər az oxşarlığın olması məni heyrətləndirdi” – sonralar Bidstrup yazır.

Bu albomda biz danimarkalı rəssamın sovet vətəndaşlarının məişəti və öz səyahətinə dair rəsmlərini təqdim edirik. Məqsədyönlü olaraq şərhləri vermirik, çünki rəsmlər o qədər parlaqdır ki, əlavə izahlara ehtiyac duymurlar.

 

(c) solfront.org