abunə ol: Yazılar | Şərhlər | Еmail

FANZİN №2

FANZİN №2

SOLFRONT Azərbaycanda ilk dəfə olaraq, O←YAN adlı fanzin buraxılışına başladı.Fanzin anderqraund mədəniyyətin əsas təbliğat vasitələrindən biridir. Pulsuz olaraq paylanılmaqla yanaşı, çoxaldılır və böyük insan kütlələrinə çatdırılır. Fanzinin əsas üstünlüklərindən biri də, heç bir kommersial maraq daşımamasıdır. O←YAN  fanzinini aşağıdakı linkdən yükləyə bilərsiniz.

Qeyd: Fanzinin oxunulması, çoxaldılması, paylanılması, paylaşılması, şəklinin çəkilməsi, oxuyub ÜSYANa başlanılması qadağan deyil!

O←YAN  №2

Yolun Solu

Azərbaycan insanı fəhlə, kəndli, müəllim, tələbə, işsiz, evdar qadın və s. olmaqla yanaşı həmçinin də çox yaxşı televiziya izləyicisidir. Bu insanlar televiziya vasitəsilə müdafiəsiz, çarəsiz və təsirə asan məruz qalacaq hala gətirilmişdir.

Qəbul edilməsi istənilən mesaj gözə və qulağa xitab etdiyindən televiziyaların fərdlər və cəmiyyətlər üzərində təsiri mübahisə edilməzdir. KİV iqtidardakı sinfin ideoloji aləti olduğu üçün həmin sinfin maraqları, dəyərləri əzilən kütlələrə yeridilir və güclü, yenilməz dövlət imici yaradılır. Bizim insanın bütün mübarizəsi isə daha çox boş vaxt qazanmaqdır, hansı ki həmin vaxtı televizor qarşısında öldürməklə dəyərləndirməkdən başqa seçimi yoxdur.

SSRİ dağıldıqdan sonra yeni formasiyaya keçidlə əlaqədar olaraq media da cəmiyyəti manipulyasiya etmək aləti olmaqla bərabər, həm də gəlir gətirməli idi. Televiziyalarda ən gəlirli sahə isə reklamlardır. Rəqəmlərə görə təkcə  2008-ci il telekanallarda 700 min 214 reklam yerləşdirilib və bu reklamlardan 196 milyon 627 min 124 dollar gəlir əldə edilib. Reklamlar daha çox reytinqli verilişlərə, şou proqramlara verilir. Bütün telekanallarda bu proqramların məzmunu eyni olduğu üçün əsas məqsəd dahaçox mənfəətdir. Və hədəf kütlə reklam verənin tələb yaratmaq istədiyi məhsula yönəlmədikdə, bu proqramların və onların məzmunun heç bir əhəmiyyəti qalmır.

Mənfəətin kapitalizmdə başlıca motiv olduğu aydın olsa da, inqilabi ideyaların kütlələrə yayılmasının sistem üçün ölümcüllüyü bu ideyaları kütlələrdən təcrid etməyi zəruri ehtiyaca çevirir. Televiziyalar hakimiyyətin propoqandasını, ölkə reallıqları ilə bağlı tək tərəfli informasiya yaymaqla ölkədə rifah havası olduğu illuziyasını yaradır. Xəbər proqramları dövlətin uğurlu sosial, iqtisadi siyasəti, əhalinin xoş-firavan həyat şəraiti və kriminal xarakterli xəbərlərlə dolub-daşır. Lakin sadə xalq bu xəbər proqramlarında BP-nin Xəzər dənizində törətdiyi neft fəlakəti, Bənənyarda evlərinə basqın edilib döyülən kənd sakinləri, Sulutəpədə evləri sökülənlər, çörək ağacları əllərindən alınan sürücülər, balıqçılar və başqa narazı sosial təbəqələr haqqında “dəqiq, vicdanlı və qərəzsiz” məlumata heç vaxt malik olmurlar. Çünki bu iqtidardakı sinifin maraqlarına ziddir.

Bu narazıların etirazı kütləviləşdikdə də televiziyalar əsas funksiyanı öz üzərinə götürürlər. Daxili vəziyyəti stabil saxlamaq naminə xarici siyasət ssenarilərini telekanallar bir ağızdan oxuyurlar. Bizim ölkə misalında guya düşmən ölkə ilə münasibətlərin gərginləşdiyini, müharibə təhlükəsinin yarandığını, ya da danışıqların həlledici mərhələyə keçdiyini bağıran  xəbər  proqramlarında psevdoziyalılar xalqı etiraz hərəkətləri etməkdə haqqsız çıxarırlar. Bu zaman belə sual çıxır ortaya ki, sənə tuşlanmış, lakin səni öldürməyəcək silah nəyə lazımdır? Cavab isə sadədir: İtaətdə saxlamağa.

 

 

 

 

“Fanzində verilən materiallara görə kapitalizm məsuliyyət daşıyır”

 

 

Baxış sayı:21619