abunə ol: Yazılar | Şərhlər | Еmail

FANZİN

FANZİN

SOLFRONT Azərbaycanda ilk dəfə olaraq, O←YAN adlı fanzin buraxılışına başladı.Fanzin anderqraund mədəniyyətin əsas təbliğat vasitələrindən biridir. Pulsuz olaraq paylanılmaqla yanaşı, çoxaldılır və böyük insan kütlələrinə çatdırılır. Fanzinin əsas üstünlüklərindən biri də, heç bir kommersial maraq daşımamasıdır. O←YAN  fanzinini aşağıdakı linkdən yükləyə bilərsiniz.

Qeyd: Fanzinin oxunulması, çoxaldılması, paylanılması, paylaşılması, şəklinin çəkilməsi, oxuyub ÜSYANa başlanılması qadağan deyil!

O←YAN  №1

Fani aləmə mail, oyan!

Son 20 ildə baş verənlər nəticəsində dalana dirənmişik. Kimsə dalana çıxmaq istəməz. Artıq dalan bizə çıxıb. Hara getdiyimizi bilmirik, bilsək də laqeyidik. Günü günə calamaqla baş girlədirik. Ruh düşkünlüyü,  total depressiya, kütləviləşən “əşşi, düzələn deyil” etinasızlığı, represiyya aparatının dişləri arasında qalaraq əzik-əzik olmuş bir ölkə var ayağımızın altında. Kimsələr eynək taxıb ayağı altındakı bu torpaqları görməzlikdən gəlir, kimsələr də el üçün ağlayaraq kor olub, eynək taxır.

Beləliklə, yorğun əhval-ruhiyyə və saatlarla baxdığımız TV. Budur, azərinin gündəlik firavanlığı və qalxıb pəncərədən məhləmizi seyr edirəm. Binanın həyətində 2 maşın var. Biri xarici maşındır, digəri isə taxtadan düzəldilmiş arabadır. Sürücüsü kimdirsə vaxtından əvvəl tamam haldan düşüb. Səhər o başdan “xlor, xlor” çağıranlardan gileylənir. Amma heç kim onu küçələrə salanlardan danışmır. Kimdir günahkar sualını veririk. Hamıdır, heç kəs deyil cavabı alınır. “Xlor” qışqıran o gənci  bu yola salan nədir, bəlkə də ailə başçısıdır. Yayın qızmar istisində, qışın soyuğunda çörək pulu qazanır. İndi düşünürəm ki, kimlər onun yerində olmamaqdan sığortalanıb? Təbii ki, heç kim. Deməli, sabah bu gündən də pis olacaq. Dünəndən qurtulmaq lazımdır. Bizdən əvvəlki nəslin “şura hökuməti”ndən qalan ev-eşiyi var. Hər halda nəyisə var. Bizim isə heç nəyimiz var, hər şeyimiz yoxdur. İtirəcək heç nəyimiz də qalmayıb. Deyirlər gələcəyimiz var. O gələcək qaranlıq illər kimi gələcək. Belə çıxır yenə də yatacağıq və başımızın altına qoyulan yastığın ağırlığını hiss etməyəcəyik. Tək yol, o daşdan başını qaldırıb. başının altına həmin daşı qoyanın başına daşı vurmaqdır. Yoxsa hərəmizə bir məzar daşı qoyulacaq. Azəri məzarlığından qurtulaq. Bunu sən edəcəksən, yalnız sən. Sən. Tək sən. İnamlı ol, ümidini öldür, inamına su çilə. Tək sən edəcəksən. O sən ki, sübhdən sənə “xlor” qışqırdırlar. Artıq sıxılmış yumruq olub, qışqırmaq zamanı çatıb. Qırmızı və günəşli bir Azərbaycan naminə!!!

Oyan, qardaş, oyan!

Olma fani aləmə mail, oyan! (Nəsimi)

P.S.Gördüyün şirin də olsa, yuxudur

 

 

Baxış sayı:51575

Şərhlər

  1. maksim deyir:

    “Kommunist partiyasının manifesti”- səhv etmirəmsə belə bir fikir ilə bitir: “Proletariat burjuaziyaya qarşı üsyana qalxarsa qolunun zəncirindən başqa heç nə itirməyəcək” Həmin fikiri dahi Füzuli Marksdan 350-il öncə dini üslubda da olsa belə ifadə etmişdir;
    Seyli-bidadü-sitəmdir mənşəi-tufani- Nuh,
    Olmasın qafil bəladən əhli bidadü-sitəm.
    Xaneyi-zalim gedər seylabə manəndi hübab,
    Tutsa tufan aləmi məzluma tufandan nə qəm.
    Dahilər zamandan və məkandan asılı olmayaraq həm həmfikir həm də haqlı olurlar!