abunə ol: Yazılar | Şərhlər | Еmail

Mübarizə Tarixi “8 MART”

Şərh

8 Mart Dünya Qadınlar Günü kimi qeyd olunur. Bugün qadınlar tərəfindən və ya qadınlar üçün müxtəlif konfranslar, nümayişlər və əyləncəli fəaliyyətlər təşkil olunur. Qadınlar arasında həmrəylik və qadınların cəmiyyətdən gözləntiləri vurğulanır. Ancaq ilk illərdə dəqiq bir tarix müəyyən edilməmişdi və hər dəfə muxtəlif tarixlərdə amma hər zaman yazda qeyd olunurdu.

Tarixin 8 Mart olaraq qeyd olunmasi 1921-ci ildə Moskvada baş tutan III Beynəlxalq Qadınlar Konfransında müəyyən edilmişdir. Qadınların kişilərlə bərabər hüquqlara sahib olması yolunda verdikləri mübarizənin başlanğıcı, 8 Mart 1857-ci ildə, Amerikanın Nyu York şəhərində tekstil sahəsində işləyən yüzlərcə qadının aşağı maaş, uzun iş saatları yerinə 12 saatlıq iş saatının qəbul edilməsini və insanlığa yaraşmayan iş şəraitinə etiraz etmək üçün yürüyüşlər etdilər. Yürüyüşlər polis tərəfindən dağıdıldı.
1908-ci il Nyu Yorkda 15000 qadın daha qısa iş saatı, daha yaxşı gəlir və səsvərmə hüququ üçün yürüyüş etdilər. İstifadə etdikləri şüar “Çörək və Gül” idi. Çörək həyat zəmanəti, qarın toxluğu, gül isə daha keyfiyyətli həyatı ifadə edirdi.
1909-cu il Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasional toplantısında, 8 Mart 1857-ci ildə Nyu Yorkda başlayan, qadınların hüquqlarının qazanılması və qadınların birgə mübarizəsinin, hər il Qadın Günü olaraq qeyd edilməsini qərarlaşdırdılar. 1909-cu ildə İlk Qadın Günü 28 Fevralda qeyd edildi.
1910-cu ildə Klara Zetkin adlı Alman sosialist qadın, qadın Sosialist İnternasionalında Dünya Qadınlar Gününün olmasını təklif ətdi. Qadınlara xas bir günün olması fikri ilk dəfə 26-27 Avqust tarixlərində 1910-cu ildə Kopenhagendə təşkil edilən Beynəlxalq Sosialist Qadınlar Konfransında gündəmə gətirildi və qəbul edildi. Kopenhagen qərarı ilk dəfə 1911-ci il 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd edildi. Yüz minlərlə qadın və kişilər müxtəlif fəaliyyətlər həyata keçirdilər. Səs vermə, seçib seçilmə hüquqları ilə yanaşı, ixtisas əldə etmək, ixtisaslı təhsil görmək hüquqları istədilər. Avropadakı qadınlar da Fevral ayının son bazar gününü Qadınlar Günü kimi qeyd etdilər. İsveçdə isə 1912-ci ildən etibarən qeyd olunmağa başlandı.

İlk illərdə dəqiq bir tarix müəyyən edilməmişdi. Üstəlik hər dəfə müxtəlif tarixlərdə amma hər zaman yaz aylarında qeyd olunurdu. Tarixin 8 Mart olaraq qeyd olunması 1921-ci ildə Moskvada baş tutan III Beynəlxalq Qadınlar Konfransında müəyyən edilmişdir. Birinci və İkinci Dünya Müharibəsi illəri arasında bəzi ölkələrdə qeyd olunması qadağan edilən Dünya Qadınlar Günü, 1960-ci illərin sonunda Amerika Birləşmiş Ştatlarında qeyd edilməyə başlaması ilə birlikdə daha güclü bir şəkildə gündəmə gəldi. Qadın hüquqları mübarizəsində 1975-ci il xüsusi önəm daşıyırdı. Bu il Bəynəlxalq Qadınlar İli olaraq qeyd olundu. Bu ilin təsirləri içərisində Birləşmiş Millətlər Təşkilatının 8 Martı Dünya Qadınlar Günü kimi qeyd olunmasını qəbul etməsi var. Birləşmiş Millətlər Təşkilatı Baş Asambleyası 16 Dekabr 1977-ci ildə 8 Martın “Dünya Qadınlar Günü” kimi qeyd olunmasını qəbul etdi.

Bugün Dünya Qadınlar Günü qadınlar baxımından çox daha fərqli bir gündür. Qadın hüquqlarının qazanılmasında haralardan başlanıldığını və bugünlərə necə gəldiyini xatırlatmaq üçün də xüsusi bir gündür. Qadınlara gül və ya sistemin reklamlarından təsirlənib aldığınız hər hansı oyuncağı yox, onların itirilmiş hüquqlarını vermək lazımdır.

Hazırladı: Mehdiyev Məmmədhüseyn

(c)  www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:9947