abunə ol: Yazılar | Şərhlər | Еmail

Abbas Atilay. Dubay – Yoxsulluğun üzərində ucalan zəngin şəhər

Şərh

“Dubay” deyiləndə gözlərimiz önünə “Bürc əl-Ərəb” və ya 7 ulduzlu Otel, lüks həyat gəlir. Amma bir fotoqraf kimi mən bu şəhəri salan insanları, fəhlələri çəkmək niyyətində idim. Amma gördüyüm mənzərələr düşündüklərimdən daha dəhşətli idi.
20 m2-lik otaqda 18 adam yaşayırdı. Vəhşi kapitalizm deyilən şey yəqin ki bu idi.

 

 

Yoxsul iranlı çörəkçilər. Usta Həsən deyir ki, 3 ildir ailəsini görmür. Qazancı da 350$. Aylıq xərci 200.

 

 

20 2m-lik otaqda 18 pakistanlı yaşayır. Bəziləri səyyar satıcı, bəziləri taksi sürücüsüdür. İmkansızlıqdan bir yerdə qaldıqlarını deyirlər.

 

 

Bu otaqda Banqladeşdən olan immiqrant fəhlələr yaşayır. Bu şəraitdə.

 

Bir işçi. Dubayın istisinə dözməyib istirahət edir, həmçinin müştəri gözləyir.

 

 

Əsasən Pakistan, Hindistan ve Banqladeşdən olan yoxsul immiqrantların yaşadığı bölgədə bir məhəllə. Otaqlardakı sıxlıq ucbatından bəziləri evlərin damında yatır.

 

Əsasən Pakistan, Hindistan ve Banqladeşdən olan yoxsul immiqrantların yaşadığı bölgədə bir məhəllə.

 

 

Banqladeşli Racaunun 3 uşağı var. O deyir ki, uşaqlarının üçü də Dubayda doğulub. Amma burada vətəndaşlıq almaq mümkün deyil.

 

 

Racau gecələr harda yatdıqlarını bizə göstərir.

 

Pakistanlı immiqrantların yaşadığı evlərdən biri. Evin içi astanadan belə görünür. 40 dərəcə istidə bu otaqda 8 nefer yaşayır. Nadir hallarda belə evlərdə kondisioner olur.

 

Bu cür immiqrantlar imkansızlıqdan 1 qarış boş yerin de qədrini bilir.

 

Nepalli Pinto gündüzlər işlədiyi inşaatın qarşısında yatır gecələr.
Dünyanın ən hündür binası Burc əl-Ərəbi də bu fəhlələr tikiblər özlərinin üzərində. Amma heç kim bu cansız binaların kölgəsində dayanmiş bu işçiləri görmür.

 

Gün ərzində 16 saat işləyən Banqladeşli tikişçilər.

 

Foto və mətn: Abbas Atilay

Oxşar yazılar:

Baxış sayı:23553

Şərhlər

  1. Rufat Abbasov deyir:

    bu da kapitalizm cənnəti DUBAY…

  2. Scherif Abde deyir:

    “yanus” kapitalizmin o biri siması .

  3. Elmar Che deyir:

    “Vəhşi kapitalizm dedikləri bu olmalıdır yəqin” vəhşi kapitalizm elə budur. Daha doğrusu feodal dövləti B.Ə.Ə

  4. Seymur deyir:

    en dehsetlisi insanlarin bunlara ses cixarmamasidir…

  5. ELgun deyir:

    Mence yanasma ferqlidir.gorduyunuz kimi sekillerin 1 nefer ereb yoxdur.Hec Dubayda ve umumi BEE-de kapitalizm deyilen 1 seyde yoxdur.O kasiblari men oz gozumle gedib gordum, hamisida dinden uzaq insanlar hanislarki oz olkelerinde daha asagi ve acincaqli muhitde yasayanlardi.Onlar ucun Dubay heqiqetende “cənnət” kimidir. O ki qaldı şəhəri salanları çəkmək istəyən fotoqraf əslində şəhərə ləkə gətirənləri çəkib.Beləki şəhərin salınmasında elə kapitalistlərin rolu boyukdur.Hansisa arka kucelerde ufunet yaradib ucuz alverle mesgul olan ve en asagi vezifelerde calisan dini ve mensubiyyeti bilinmeyen toplum yox.Tenqid edirsinizse duz emmeli seyleri tenqid edin.Meselen o kucelerde alis veris eden Azerbaycanlilari,ve yaxud “diaspora”mizin gozellerin cekin.Gedib hansisa 10-20 insani cekib ne ise is gormus hesab etmeyin.

  6. nazifa deyir:

    wehere leke getirenler? Elgun,axi o insanlar neynesinler ki,onlarin da acgoz ereb weyxleri kimi qizil ve neft medenleri,onlari eylendiren telxekleri ve heremxanalari yoxdu.inan arxa kuchelerde ufunet yaradib ucuz alverle mewgul olmagi hech onlar da istemezdiler,amma neynesinler ki,buna mecburdular.bele yerde Sabir yaxwi deyib “Pulsuz kiwi insanligi asanmi sanirsan?! “…