abunə ol: Yazılar | Şərhlər | Еmail

Yuri Şevtsov. “Liviyadakı hadisələr: tayfa əksinqilabı”

Şərh

Yuri Şevtsov. Liviyadakı hadisələr: tayfa əksinqilabı

Bu gün Liviyada baş verənləri əksinqilab adlandırmaq olar.  Qaddafi elə bir siyasi quruluş bərqərar etmişdi ki, iri sərmaye layihələrinin idarəsi və alınmış gəlirlərin bölüşdürülməsi dövlət rəhbəri kimi onun əlində cəmləşirdi.  Tayfa liderləri və “elita” ümumilikdə bu işlərdən uzaqlaşdırılmışdılar.  Əsas müqavilələr və ən iri maliyyə axınları dövlət başçısının nəzarətindən keçirdi.  O, alınmış vasitələri müəssisələrin texnoloji modernizasiyası və infrastrukturadan elə proqramlara yönləndirirdi ki, onlar tayfa əlaqələrinin və radikal islamın zəifləməsinə xidmət edirdilər.  Mahiyyətcə, vasitələr liviya cəmiyyətinin kübar ruhda modernizasiyasına və tayfa həmrəyliyi və siyasi islam hesabına vahid xalqın formalaşmasına sərf olunurdu.

Və bu bün Liviyada baş verənlər məhz Qaddafinin bu istiqamətinə qarşı yönəlmişdir.  Qaddafini devirmək istəyən əsas hərbi və siyasi qüvvələr kimi tayfa liderləri çıxış edirdilər.  Demokratik əhval – ruhiyyəli gəncliyin qiyamı – vacibdir, amma həlledici sözü məhz iri tayfa başçıları deyirlər.  Qiyamın  başlaması və əyalət şəhərlərində sərt forma almasını, tez – tez tayfalara daxil olan yerli regional elitanın neft ixracından əldə edilən vasitələrin bölüşdürülməsində və iri sərmayə layihələrində Qaddafinin onların ixtiyarına verdiyindən daha böyük təsirə malik olmaq səyi kimi nəzərdən keçirmək olar.

Buna görə də hərbçilər onların tərəfinə keçir, bu isə Tunis və Misirdə ən azından belə miqyaslarda baş vermirdi, burada ordu və güc strukturları inqilabın gedişində ümumilikdə idarə oluna bilməni saxlamışdılar və parçalanmamışdılar.  Qaddafiyə qarşı qiyam zamanı müqavimət qəddarlığı bundan doğur.  Tayfalararası müharibələr Afrikada yaxşı məlumdur və onlar həmişə çox qəddardırlar.

Qaddafi Liviya ölçülərinə görə nəhəng piroq yaradıb: o, ölkəyə, ilk növbədə neft sektoruna iri xarici sərmayə cəlb edib.  Yalnız buraya yox. Həm də maliyyə əməliyyatları var. Əmlak, tikinti, və xidmət sektoru.  Bəzən xarici sərmayənin həcmi 200 milyard dollar həcmində qiymətləndirilir.  Böyük olmayan ölkə üçün – bu çoxdur.  Liviyada çoxlu xarici vətəndaşlar işləyirlər.  Əsl liviyalılar isə sadəcə ümumi gəlirdən renta əldə edirlər. Ümumilikdə belə şəraitdə liviyalılar işləməyə də bilərlər. Amma belə şəraitdə lideri sıxışdıraraq, bütün işləri xaricilərə qoyub, son nəticədə bu təbii rentaya sahib olma istəyi yaranır. Afrikada belə hallar tez – tez olur.

Əgər orta sinfin kübar hissəsinin Avropaya istiqamətlənmiş sırf dəyər qiyamını bir kənara qoysaq, bizim qarşımızda köhnə kralın, öz hakimiyyətini öz uşaqlarına vəsiyyət edəcək vaxta qədər olan dövrdəki devrilməsi dayanır. Qaddafinin arxasında fəal, kübar, həmçinin ideologiyasına görə sosialist vahid ərəb xalqı ideyası dayanır.

İslamçıları istisna etsək, onun düşmənləri daha az ambisiyalı yola məqsədləniblər.  Çox güman ki, cənubi Aralıq dənizi regionunda ümumavropa siyasətinə tabe rollarında onlar və onların klanı tərəfindən Qaddafinin icazə verdiyindən daha böyük neft piroqu diliminin əldə edilməsi. Bu, Qaddafinin oğlunun bəhs etdiyi müstəmləkəçi təfəkkürü xatırladır, o deyir ki, onlar bu təfəkkürə qarşı mübarizə aparırlar və sona qədər mübarizə aparacaqlar.

Bu mənada, əgər başladığımız nöqtəyə qayıtsaq, bizim qarşımızda doğrudan da Liviyanı Qaddafinin hakimiyyətə gəlməsindən əvvəlki dövrdə olduğu yarımüstəmləkə vəziyyətinə qaytaran əksinqilab dayanır. Boş yerə Benqazidə zəbt edilmiş “Qaddafi sarayının” üzərində bayraq əvəzinə Liviyada inqilabdan əvvəl mövcud olan “Liviya Camaxiriyası”nın bayrağı asılmamışdı.

Əlbəttə, sırf müstəmləkə dövrünə qayıdış gözlənilmir. Amma siyasi cəhətdən Qaddafi Liviyasından daha dağınıq  ölkəyə, daha az həmrəy və ambisiyalı cəmiyyətə, tayfa başçıları və zəif orta sinif cəmiyyətinə keçid – mümkündür.

(c)  www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:11099