abunə ol: Yazılar | Şərhlər | Еmail

Şəhər Gerillası. RAF

Şərh

RAF-ın “Das Konzept Stadtguerilla”sı (“Şəhər Gerillası konsepsiyası”) 1971-ci il aprel ayında Ulrike Meinhof və Gudrun Ensslin tərəfindən yazıldığı ehtimal olunur.

Das Konzept Stadtguerilla V. Stadtguerilla (5-ci bölüm. Şəhər Gerillası )

Və beləliklə, öz mövqeyimizdən, strateji baxış bucağından  perspektivlərə  uzaqgörənliklə, imperializmə və bütün irticaçılara reallıqda onların nə nəsnələr olduqlarına baxılmalıdır: “kağız pələng“ kimilər. Buna əsaslanaraq strateji düşüncəmizi qurmalıyıq. Üstəlik, nəzərə almalıyıq ki, canlıdırlar, polad tək möhkəm, insan yeyən  həqiqi pələngdirlər. Buna müqabil isə taktikamızı düzənləməliyik. Mao Tse Tung, 1.12.1958

Amerikan imperializminə kağız pələng deməkdə tam haqlıyıqsa, deməli onun tamamilə də məhvi mümkündür. Və bu halda çin kommunistlərinin tezisləri doğrudur  və o zaman Amerika imperializmi üzərində qələbə real olaraq mümkündür ki, dünyanın dörd bir yanında ona qarşı mübarizə aparılsın. Nəticədə imperialist güclər bölünməsi və parçalanma prosesində də məhvolma gerçəkləşə bilər – bir haldaki bütün bunlar doğrudur, onda bu və ya digər ölkədə, regionda -“çünki inqilabi qüvvələr xüsusilə orada zəifdir, əksinə cavab verən qüvvələr (mürtəce qüvvələr) isə çox güclüdür“ – belə olduğu üçün də antiimperialist mübarizənin dayandırılmasına heç bir səbəb yoxdur.

İnqilabi qüvvələrimizi lazımi qədər qiymətləndirməmək səhv olardı, başqa bir tərəfdən məcburən toqquşmalar aparmaq cəhdi və bu yolla parçalanmaq, məhv olmaq yanlışlıq olardı. Təşkilat daxilində həqiqi yoldaşlarla  Rote Armee Fraktion (RAF-Qırmızı Ordu Fraksiyası) arasında fikir ayrılığının səbəbi odur ki, lağlağanı kənara qoyub – biz onları inqilabi qüvvələrin dezorientasiyasında günahlandırırıq və onlar isə inqilabi qüvvələri boş yerə sərf etməkdə bizdən şübhələnirlər.  Seçilən yol təbii ki, idarələrdə, dövlət müəssisələrində işləyən yoldaşların bir hissəsini və RAF-ı həddini aşmağa məcbur edir, bu reallıqdır.
Doqmatizm və avanturizm inqilabi fikirlərin zəiflədiyi ərəfələrdə hər ölkədə ortaya çıxan xarakterik meyldir. Anarxistlərin müxalifəti kəskin tənqid etdiyi gündən bəri müxalifətə tənqidi yanaşan anarxist, Anarxizm də tənqid kimi qələmə verilir. Bu hamıya məlum köhnə söhbətdir.
“Şəhər Gerillası” konsepsiyası Latın Amerikasında yaranıb. Məhz burada isə Şəhər Gerillası bütünlüklə funksiyalarını praktik şəkildə yerinə yetirə bilər: zəifləmiş ümumi inqilabi qüvvələrin yeganə mövcüd vəziyyətdə mübarizə üsulu kimi.
Şəhər Gerillası prussiya variantına bənzər heç bir dəyişiklik olmayacağını bəyan etməklə başlayır, çoxsaylı inqilabçı adlananlar bu mübarizədə xalqı idarə etmək arzusundadır. Gerilla həm də qəbul edir ki, silahlı mübarizə vaxtı çatıbsa, ola bilsin ki, hazırlaşmaq üçün artıq çox gecdir. Bu çox böyük repressiya potensialına malik, inqilabi ənənələri unutmuş, üstəlik  bu ana qədər oreantasiyasız, inqilab təşəbbüsü olmayan Federativ Respublika kimi ölkələrə aiddir. Mübarizə üçün siyasi və iqtisadi postkapitalizmin inkişafı fonunda uyğun şərtlər isə yetişib.
Şəhər Gerillası artıq çoxdan öz həmkarları tərəfindən inkar edilmiş parlament demokratiyasının mümkünlüyünün məntiqi inkarının nəticəsidir, fövqəladə qanunlara və “əl qumbarası” qaydalarına yeganə qaçılmaz cavabdır, sistemin öz aponentlərini məhv etmək üçün istifadə etdiyi metodlarla sistem ilə mübarizə aparmaqdır. Şəhər Gerillası faktların apologiyası əvəzinə onların araşdırılmasını əsas tutur. Şəhər Gerillasının məqsədi tələbə hərəkatına müəyyən qədər məlumdur. O, sol qüvvələrin fəaliyyətinin əsasını təşkil edən təşviqat və təbliğat apara bilər. İndiki halda “Springer” kompaniyasına, Carbora-Bassadakı* kompaniya üçün Heidelberg tələbə birliyinə, Frankfurt mənzil istismar sahəsinə müraciət etməklə və ya Federativ Respublikanın Afrikada komprador rejimlərə hərbi yardımı haqda rəqəmləri araşdırmaqla, həbs qanunlarını, sinfi hüquq, işçilərin təhlükəsizliyi qanunvericiliyini və onun qanunsuzluğunu tənqid edərək hər bir şəxsin konsepsiyamızı təssəvvürünə gətirməsi mümkündür. Şəhər Gerillası silah və pulu ləğv etməklə sözdəki internasiolizmi həyata keçirə bilər. O, polisin əli çatmayacaq  “andergraund” (tam məxfi)  təşkilatlanma ilə sistemin silahına – kommunistləri illeqallaşdırmağa qarşı çıxa bilər.

Şəhər Gerillası – sinfi mübarizənin silahıdır.

Şəhər Gerillası məhdudiyyətsiz odlu silahdan istifadə „hüquq”una malik polis ilə zəruri silahlı mübarizəmizdir . Və Kurrası** azadlığa buraxan bu sinfi hüquq məsələlərinə qarışmasaq, onlar yoldaşlarımızı diri –diri qəbirə qoyur. Xülasə, Şəhər Gerillası sistem zorakılığına demoralizasiya etmə imkanı verməməkdir.
Şəhər Gerillasının məqsədi dövlət idarəetmə aparatının bəzi orqanlarının işini pozmaq, fəaliyyətini iflic etmək və sistemin hər yerdə hər kəsə nəzarəti və onun davamlılığı barədə mifləri alt-üst etməkdir. Şəhər Gerillası kimi qeyri-leqal strukturun təşkilatlanması işində mənzil, silah, hərbi təchizat, avtomobillə təmin olunma və qəzetlər tələb olunur. Ətraflı təfərrüatı ilə João Carlos Marigellanın „Şəhər partizanının əl kitabçası”nda biliklər verilib.
Bundan əlavə, lazımi məlumatı hər an yoldaşlarımıza ötürmək imkanına malik olmalıyıq. Biz çox bilmirik, amma müəyyən informasiyanı bölüşürük.
Şəxsin silahlı mübarizəyə qərar verməmişdən öncə leqal siyasi fəaliyyətdə təcrübə sahibi olması bir şərtdir. Kim ki inqilabi Solun sıralarına dəb xətrinə, tələbatı ucbatından qoşulur, anlamalıdır ki, geriyə yol yoxdur.
Rote Armee Fraktion (Qırmızı Ordu Fraksiyası) və Şəhər Gerillası o fraksiya və təcrübədir ki, özü ilə düşmən arasında demarkasiya xətti – aydın ayırıcı xətt cızaraq fəal mübarizə aparacaq. Bu, siyasi identifikasiya tələbi qoyur, bəzi nəzəri biliklərə yiyələnməyi tələb edir .
Şəhər Gerillası və təbliğat işləri arasında əlaqə hazırladığımız konsepsiyanın ilkin mətninin əsasını təşkil edirdi. İstəyirdik ki, eyni zamanda hər birimiz dövlət idarə və müəssisələrində mövcud sosialist qruplarla birgə işləsin, diskussiyalar aparılsın, təcrübələrini bölüşsün, öyrənsinlər. Lakin aydın oldu ki, bu mümkün deyil.
Siyasi polisin bu qruplar üzərində nəzarəti o dərəcədə ciddidir ki, onların görüşləri, iş cədvəli – planı, diskussiyaların gedişi tam idarə olunur. İştirak etmək və nəzarətsiz qalmaq sadəcə olmur. Artıq bunu bilirik ki, leqal (qanuni) işi qeyri-leqal (qanunsuz) fəaliyyətlə birgə görmək ümumiyyətlə mümkün deyil.
Şəhər partizanı olan hər kəs sərbəst və aydın şəkildə motivlərini müəyyənləşdirməlidir, “Bild” qəzetinin metodlarına uymayacağına əmin olmalıdır.
Antisemit, cinayətkar, qeyri – insani, “Mord&Brand-Syndrom„ – ölüm provokasiyalı bu sindromlar inqilabçılara qarşı yönəlib, bizlər alışmışıq. Əks düşərgə təsəvvürlərinə gətirməyəcək ki, səyləri mənasızdır, buna qadir də deyillər, təkcə baş qatırlar. Bəli, hər mühakimələrində yoldaşlara təsir göstərməyə çalışırlar, bu onlara müyəssər olmayacaq

*Cabora-Bassa – Mozambikdə Portuqaliyanın koloniyası, 1969 – cu ildən AFR-in 5 konserni burada tikinti işlərində iştirak edir.

**Kurras: Polist, 2 iyun 1967-ci ildə vəfat etmiş tələbə Benno Ohnesorga İran şahı Rza Şah Pəhləvinin AFR səfərinə etiraz nümayişində atəş açıb. Məhkəmə prosesindən sonra azadlığa buraxılır.

Tərcümə etdi: Scherif  Abde (c)  www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:9570