abunə ol: Yazılar | Şərhlər | Еmail

Sara Flounders: Liviya, üsyan, imperializm

Şərh

Liviya

Sara Flounders:  Liviya, üsyan, imperializm

Orta şərqdə və Şimali Afrikada davam edən mübarizələr baxımından həlli çox çətin olan məsələ  Liviyadır.

Şərqdəki Binqazi şəhərinin idarəsini ələ keçirmiş Kaddafi rejiminə müxalif olanların məqsədi haqqında tez-tez məlumatlar alırıq. Üsyanın Liviyanın şimalındakı ən zəngin neft yataqlarının olduğu yerdə, yəni  Binqazidə olması sizcə bir təsadüfdürmü? Binqazi eyni zamanda Liviyanın neft və qaz borularının, neftqayırma zavodlarının çoxuna və mayeləşdirilmiş təbii qaz limanına çox yaxındır. Bütün bölgədəki xalqlara çox böyük təhlükə olacaq İmperialist ordu müdaxiləsi riski nə dərəcədədir? Liviya Misir deyil. Ölkənin lideri Muammer Kaddafi, Hüsnü Mübarək kimi imperialist kukla deyil. İllərdir, Kaddafi imperializmlə mübarizə aparan ölkə və qruplaşmalarla yandaşdır. 1969 – da çevriliş başa çatdı və Liviyanın neftini milliləşdirdi və bu yolla əldə etdiyi gəliri Liviya iqtisadiyyatını inkişafı üçün xərclədi. Buna görə imperialistlər Liviyanın dərsini verməyə qərar verdiler. 1986 -da ABŞ Trablus və Binqaziyə içlərində Kaddafinin körpə qızının da olduğu və 60 adamı öldürən hava hücumlarını təşkil etdi. Bu hadisələr mediada çox gözə dəymir. Liviya iqtisadiyyatını məhv etmək üçün ABŞ və BMT tərəfindən əla bir əməliyyat işə salındı. 2003-cü ildə ABŞ İraqı işğal edib Pentaqonun sevinc ilə “şok və dəhşət” adını verdiyi bir bombardmanda Bağdadın çoxu yerlə bir edildikdən sonra, Kaddafi Liviyanı təhdid edən hücumlardan qorunmaq üçün imperialistlərə iqtisadi və siyasi haqlar verdi. İqtisadiyyatı xarici banklara və şirkətlərə açdı. “Strukturca uyğunlaşdırma” təklif edən BVF-nin (Beynəlxalq Valyuta Fondu) tələblərini qəbul edərək bir çox dövlət şirkətlərini özəlləşdirdi. Qida və benzin kimi əsas mallara dövlət subsidiyasını kəsdi. Digər ölkərin xalqları ilə yanaşı Liviya xalqaı da qiyamlara səbəb olan yüksək qiymət və işsizliyə görə, həmçinin dünya səviyyəsindəki kapitalizmin iqtisadi böhranından da eyni şəkildə təsirlənmişdi. Şübhəsiz ki, Ərəb dünyasını sıxan siyasi azadlıq və iqtisadi ədalət mübarizələri Liviyada da özünə yer tapdı. Xalqın əhəmiyyətli bir hissəsini hərəkətə keçirən qüvvənin, Kaddafiyə qarşı narazılıq olmasından  heç şübhə yoxdur. Ancaq hamı yaxşı bilməlidir ki, qərbdə müxalifət liderləri olaraq tanıdılan şəxslər uzun zamandır imperializmin agentləridirlər. BBC 22 fevralda Binqazidə kütlənin respublikanın yaşıl bayrağını endirib, İngilis və Amerikan imperializminin bir kuklası olan Kral İdrisin bayrağını qaldırdıqlarını göstərdi. Qərb mediası araşdırma tələb edən xəbərlərin çoxunu, xaricdə yerləşən CIA tərəfindən maliyyələşdirilən Liviya Milli Qurtuluş Cəbhəsindən almaqdadır. Bu adı, yəni National Front for the Salvation of Liviya + CIAi Googledə axtarsanız bu mövzuda yüzlərlə istinad tapacaqsınız. Fevralın 23-ü “Wall Street Journal”  manşetində “ABŞ və Avropa liviyalılara Kaddafi rejimini yıxmaq üçün kömək etməlidirlər” deyə yazdı. Vaşinqtondakı koridorlarda ya da idarə otaqlarında Küveytin, Səudiyyə ərəbistanının ya da Bahreynin xalqına diktator idarəçilərini yıxmaları üçün kömək edilməsi istiqamətində bir söhbət yoxdur. Hər nə qədər bölgəni sarsıdan kütlə qiyamlarına tam sözdə dəstək göstərilsə də, belə bir şey düşünülməsi absurd olan bir hadisədir. Misir və Tunisdə isə imperialistlər kütlələri küçələrdən boşaltmaq üçün əllərindən nə gəlirsə edirlər. İsrail tərəfindən bombalanıb, mühasirəyə alınıb, işğal edildiklərində, Qəzzada ölən minlərlə Fələstinli üçün ABŞ-ın Fələstinlilərə kömək üçün müdaxiləsi heç danışılmamışdı. Tam tərsinə, ABŞ Sionist immiqrant dövlətin qınanmasını önləmək üçün müdaxilə etdi. İmperializmin Liviyaya maraq səbəbini tapmaq çətin deyil. Fevral ayının 22-də  Bloomberg  Liviyanın Afrikadakı üçüncü böyük neft istehsalçısı olmaqla qalmayıb, qitədəki 44.3 milyard sərvətlə ən böyük neft yataqlarına da sahib olduğunu yazdı. Liviya nisbətən kiçik bir əhaliyə sahib olan, amma nəhəng neft şirkətlərinə əla pul qazandıran bir ölkədir . Həddindən artıq varlılar bu hadisəyə belə baxırlar və işdə onların Liviyadakı xalqın demokratik mübarizəsinə marağı altında yatan və öz sözləriylə izah etdikləri qayğıları da bunlardır. Kaddafinin  güzəştə getməsi imperialist neft zənginləri üçün kafi deyil. Onlara tam sahib ola biləcəkləri bir hökumət lazımdır. Monarxiyanı yıxıb nefti milliləşdirdiyi üçün Kaddafini əsla bağışlamadılar. Kubadan Fidel Castro, “Əks olunmalar” adlı yazısında, imperializmin neftə olan həvəsini və ABŞ-ın Liviyaya ordu müdaxiləsinin təməllərinin atıldığı xəbərdarlığını verir. ABŞ-da bəzi güclər mümkün ABŞ müdaxiləsini dəstəkləmək üçün bir küçə kampaniyası etmək səyindədirlər. Buna tamamilə qarşı çıxmalı və yaxşı niyyətli kəslərə ABŞ-ın İraq və Əfqanıstana müdaxiləsində öldürülən milyonlarla adamı xatırlatmalıyıq. İnsanlar Liviyadakı hadisələri xalq hərəkatı olaraq gördükləri üçün baş verənlərə müəyyən bir simpatiya ilə baxırlar. Belə bir üsyanı həm də, hansı şəkildə olursa olsun, imperialist müdaxilələrə qarşı çıxaraq və xalqın ədalətli tələblərini dəstəkləyərək kömək edə bilərik. Liviya xalqı öz gələcəyinə yalnız özü qərar verəcək.

25.02.2010

Tərcümə: Sənan Məmmədov

LiviyaOrta şərqdə və Şimali Afrikada davam edən mübarizələr baxımından həlli çox çətin olan məsələ  Liviyadır.

Oxşar yazılar:

Baxış sayı:7947