abunə ol: Yazılar | Şərhlər | Еmail

Fidel Kastro. Misirdə inqilabi üsyan

Şərh

Fidel Kastronun təqdim etdiyimiz  hər 2 məqaləsi ayrı-ayrı tarixlərdə yazılıb və Misirdə baş verənlərlə bağlıdır.

Yoldaş Fidel Kastronun düşüncələri

MÜBARƏKİN TALEYİ HƏLL OLUNUB

Mübarəkin taleyi həll olunub və Birləşmiş Ştatların dəstəyi də artıq onun hökumətini xilas edə bilməz.  Misirdə şanlı tarixi olan, bəşər sivilizasiyasında öz izini qoymuş xalq yaşayır.  “40 əsr əvvəl bizə piramidaların hündürlüyündən baxırdılar” – deyirlər ki, Bonapart bunu, ensiklopedistlərin inqilabı onu bu heyrətamiz sivilizasiyaların kəsişməsinə gətirib çıxaranda demişdi.

İkinci dünya müharibəsi bitdikdən sonra Misirdə Qamal Abdel Naser hakimiyyətə gəldi, o, Cəvahirləl Neru ilə birlikdə – Mahatma Qandinin varisləri idi, afrikan liderlər Kvame Nkruma və Əhməd Seku Ture və o zamanlar yenicə müstəqillik qazanmış İndoneziyanın  prezidenti Sukarno ilə birlikdə üzv olmamış ölkələr Hərəkatını yaratdılar və sabiq müstəmləkələrin azadlıq mübarizəsinə təkan verdilər.  Cənub – Şərqi Asiya, Yaxın Şərq və Afrika ölkələri – Misir, Əlcəzair, Suriya, Fələstin, Qərbi Saxara, Konqo, Anqola, Mozambik və digərləri – Birləşmiş Ştatlar tərəfindən dəstəklənən fransız, ingilis, belçika və portuqal imperializminə qarşı Sovet İttifaqı və Çinin köməkliyi ilə mübarizə aparırdılar.

Bizim inqilabdan sonra Kuba da bu inkişaf edən hərəkata qoşuldu.

1956 – cı ildə Böyük Britaniya, Fransa və İsrail qəflətən Süveyş kanalını milliləşdirən Misirə hücum etdilər.  Hətta öz strateji raketlərini tətbiq etməklə təhdid edən Sovet İttifaqının cəsur və həmrəy addımları aqressorların həmlələrini iflic etdi.

28 sentyabr 1970 – ci ildə Qamal Abdel Naserin ölümü Misir üçün əvəzsiz itki, güclü zərbə idi.

Birləşmiş Ştatlar isə planetin ən böyük neft ehtiyatlarının yerləşdiyi ərəb dünyasına qarşı qəsdlər hazırlamağa davam edirdi.

Çoxlu arqument gətirməyə ehtiyac yoxdur, nə baş verdiyi və qaçılmaz olaraq nə baş verəcəyi haqqında məlumatları oxumaq kifayətdir.

Məlumatlara baxaq:

28 yanvar.

“«(ДПА) – 100 mindən çox misirli bu gün hökümət tərəfindən elan edilmiş qadağalara baxmayaraq,  Hüsni Mübarəkin hakimiyyətinə qarşı etiraz etmək üçün küçələrə çıxmışlar…”

“Nümayişçilər Mübarəkin Milli demokratiya partiyası (MDP) gərargahlarını və polis məntəqələrini yandırıblar, həmin vaxt Qahirənin mərkəzində gözyaşardıcı qaz və rezin güllələrlə nümayişçiləri dağıtmağa çalışan polislər daşlanmıblar.”

“ABŞ prezidenti Barak Obama bu gün mütəxəssislər komissiyası ilə görüşmüşdür ki, vəziyyət haqqında məsləhət alsın, Ağ Evin nümayəndəsi Robert Gibbs xəbərdarlıq etmişdir ki, Birləşmiş Ştatlar, hadisələrin inkişafından asılı olaraq Misirə göstərilən çoxmilyonlu yardımı yenidən nəzərdən keçirəcəklər.

Birləşmiş Millətlər təşkilatı həmçinin Baş katib Pan Qi Munun ötən cümə günü iştirak etdiyi Davosdan qəti şəkildə tərtib olunmuş müraciət yollamışdır.”

“(Reuters) – Prezident Mübarək Misirdə komendant saatının tətbiq edilməsi və Qahirə və digər şəhərlərdə zirehli maşınların dəstəyi ilə hərbi qüvvələrin yerləşdirilməsi haqqında göstəriş vermişdir.

Misir qüvvələri zirehli maşınların dəstəyi ilə cümə günü Qahirədə və ölkənin digər iri şəhərlərində yerləşdirilmişlər ki, Hüsni Mübarəkin istefasını tələb edən xalqın kütləvi etirazlarının qarşısı alınsın.

Tibbi mənbələrdən aydın olmuşdur ki, indiki zamana qədər etirazlarda 410 nəfər yaralanmışdır, dövlət televiziyası isə bütün şəhərlərdə komendant saatının tətbiq edilməsi haqqında məlumat vermişdir.”

“Hadisələr Birləşmiş Ştatlar üçün dilemmaya çevrilib, onlar bütün regionda demokratiyanın yayılması arzusunu bildiriblər.  Amma Mübarək bir neçə il ərzində Vaşinqtonun yaxın müttəfiqi olmuşdur və böyük hərbi yardım almışdır.”

“(DPA) – Minlərlə iordaniyalı bu gün cümə namazından sonra bütün ölkədə nümayişlər keçirmişlər, onlar baş – nazir Samir Rifainin istefasını və siyasi və iqtisadi reformlar tələb ediblər.”

Ərəb dünyasını sarsıdan siyasi hadisələrin ən qızğın çağında İsveçrədə toplanmış liderlər kollektiv intihar kimi qiymətləndirdikləri hadisəyə gətirib çıxarmış səbəblər haqqında mülahizələr yürüdürdülər.

“(EFE) – Bir sıra siyasi liderlər Davosun İqtisadi Forumunda iqtisadi artım modelinin dəyişməsini tələb edirlər.”

“Bu gün Davosda bir sıra siyasi liderlərin dediyi kimi, istehlaka əsaslanan və ambiental nəticələri diqqətə almayan indiki iqtisadi artım modeli artıq gələcəkdə də olduğu kimi qala bilməz, çünki o, planetin sağ qalmasını təhlükə altına alır.”

“İndiki iqtisadi model – kollektiv intihardır.  Bizə təfəkkür və fəaliyyətdə inqilab lazımdır – Pan Qi Mun deyir – təbii resurslar hər dəfə daha çox tükənir” – bun isə dünya iqtisadi forumu çərçivəsində dayanıqlı artımı müəyyən edən debatlarda deyib.

O əlavə edir ki, su və qida məhsulları kimi həyati vacib resurslardan əlavə, “digər resurs, yəni iqlimin dəyişməsi ilə mübarizə üçün vaxt” tükənir.”

29 yanvar

“Vaşinqton (AP) – Prezident Barak Obama misir böhranı qarşısına mümkün olmayanı etməyə cəhd etdi: otuz il davam edən avtoritar rejimdən bezmiş xalqı məftun etmək və əsas müttəfiqini inandırmaq ki, Birləşmiş Ştatlar onu dəstəkləyir.

Prezidentin cümə axşamında dörd dəqiqəlik çıxışı mürəkkəb tarazlığı saxlamağn ehtiyatlı cəhdi idi: Obama, Hüsnü Mübarəkin getməsini istəyən nümayişçilər və öz hakimiyyətindən ikiəlli yapışmış rejim arasında seçim etməklə yalnız məğlub ola bilərdi.

Obama … rejimin dəyişməsini istəmədi. Amma o, həm də demədi ki, Mübarək tərəfindən edilmiş bəyanatlar kifayət deyil.”

“Obama o günlərdə Vaşinqton tərəfindən deyilmiş ən sərt bəyanatları etdi, amma dövlət katibi Hillari Klinton və Ağ Evin nümayəndəsi Robert Gibbs tərəfindən istifadə edilmiş ssenaridən uzaqlaşmadı.”

“(NTX) – “Vaşinqton Post” qəzeti bu gün Obama hökumətindən xahiş etdi ki, oz siyasi və iqtisadi nüfuzundan istifadə etsinlər ki, Mübarək Misirdə öz vəzifəsindən getsin.”

“Birləşmiş Ştatlar hər il misir ordusuna edilən milyard dollardan çox yardım daxil olmaqla, öz nüfuzlarından istifadə etməli idi ki, son nəticəni (Mübarəkin vəzifədən getməsi) təmin etsinlər” – qəzet öz redaksiya məqaləsində belə demişdir.”

“Obama cümə günü axşam müraciətində demişdir ki, prezident Mübarəklə işləməyə davam edəcək və təəssüf edir ki, o, seçkilərin mümkünlüyü haqqında qeyd etməmişdir.”

“Qəzet Obamanın və radiostansiyaların birində misir prezidentini diktator hesab etmədiyini və onun öz vəzifəsini tərk etməli olduğunu düşünmədiyini deyən vitse – prezident Co Baydenin mövqeyini “qeyri – real” kimi qiymətləndirmişdir.”

“(AFP) – Birləşmiş Ştatlardakı ərəb təşkilatları prezident Barak Obama hökumətini, heç nə olmamış kimi Mübarəkin diktaturasını dəstəkləməyi dayandırmağa çağırmışlar.”

“(ANSA) – Bu gün ABŞ yenidən bəyan etmişdir ki, Misirdəki zorakılıqdan “narahatdırlar” və Mübarəki xəbərdarlıq etmişdir ki, heç nə olmamış kimi davrana bilməz. Fox News telekanalı demişdir ki, Obamanın Misirə münasibətdə iki pis seçimi var.

… O, Qahirə hökumətinə xəbərdarlıq etmişdir ki, onlar yenidən “kartları qarışdıra” və heç nə olmamış kimi davrana bilməzlər.

Ağ Ev və dövlət departamenti Vaşinqtonun dünyadakı əsas müttəfiqlərindən biri və ildə mülki və hərbi yardım şəklində təxminən 1,5 milyard dollar qəbul edən –  Misirdəki hadisələri diqqətlə izləyirlər.”

“Amerikan KİV – i Misirdəki iğtişaşları geniş şəkildə işıqlandırırlar və göstərirlər ki, vəziyyətin necə həll olunmasından asılı olmayaraq Vaşinqton üçün baş ağrısı ola bilər.”

“Fox News hesab edir ki, əgər Mübarək hakimiyyətdən getsə, Birləşmiş Ştatlar və onun digər müttəfiqi – İsrail Qahirədə Müsəlman – qardaşların hakimiyyəti ilə və bu Şimali Afrika ölkəsində siyasətin anti – qərb meyli ilə toqquşmalı olacaqlar. “

““Biz 50 il ərzində yalnış ata sərmayə qoymuşuq –  sabiq CIA agent Maaykl Şoyer Fox News – a demişdir – Misir xalqının bizim yarım əsr boyu diktatorları dəstəklədiyimizi unutması illüziyadır” – o əlavə etmişdir””.

“(AFP) – Beynəlxalq ictimaiyyət öz çağırışlarını ona görə artırdı ki, misirli prezident Hüsni Mübarək siyasi reformları qəbul etsin və onun hömumətinə qarşı etiraz edən, şənbə gününə artıq 5 gündür ki davam edən nümayişlərə münasibətdə repressiyaları dayandırsın.”

“Öz tərəflərindən, Nikolya Sarkozi, Angela Merkel və Devid Kameron şənbə günü ortaq müraciətlə prezidentdən xahiş etdilər ki, öz xalqının “qanuni tələbləri” qarşısında “dəyişikliklər prosesini başlatsın” və “istənilən yolla mülki şəxslərə qarşı zorakılıqdan boyun qaçırsın.”

“İran da həmçinin misir ordularını küçələrə qulaq verməyə çağırırdılar.”

“Və əksinə, Səudiyyə Ərəbistanı kralı Abdulla hesab edirdi ki, nümayişlər Misirin “təhlükəsizliyi və stabilliyinə” qəsddir və “xüsusi” insanlar tərəfindən “söz azadlığı uğrunda” aparılır.”

Rəsmi səudiyyə məlumat agentliyi SPA məlumat verdiyi kimi, monarx telefonla Mübarəkə zəng etmişdir ki, ona öz həmrəyliyini bildirsin.”

31 yanvar.

“(EFE) – Netanyahu narahatdır ki, Misirdəki xaos islamçıların hakimiyyətə gəlməsinə şərait yaradacaq.

İsrailin baş naziri Binyamin Netanyahu bu gün öz əndişələrini ifadə etmişdir ki, Misirdəki vəziyyət islamçıların hakimiyyətə gəlməsinə şərait yaradacaq – bu əndişələrə, onun dediyinə görə, son zamanlarda danışdığı rəhbərlər də qatılırlar.

“… Baş nazir yerli KİV tərəfindən yayılmış məlumatları xatırlamaqdan imtina etdi, onlarda deyilir ki, üç onillik ərzində ilk dəfə olaraq İsrail Misirə imkan vermişdir ki, Sinay yarımadasında öz ordularını yerləşdirsin, bu isə 1979 – cu ildə hər iki ölkə tərəfindən bağlanmış sülh razılaşmasına ziddir.

Öz tərəfindən və ərəb totalitar rejimləri ilə sıx əlaqədə olan ABŞ və Almaniya kimi qərb derjavalarını tənqid edərk alman kansleri deyib: “Biz Misiri taleyin axınına buraxmarıq”.

İsraillilər və fələstinlilər arasındakı sülh prosesi keçən ilin senytabrından iflic olub, əsasən də İsrailin, zəbt olunmuş fələstin torpaqlarındakı israil məskunlaşma ərazilərində tikintilərin dayandırmaqdan imtina etdikdən sonra.”

“Yerusəlim (EFE) – İsrail prezident Hüsni Mübarək hökumətinin qorumasına meylli idilər, hansını ki, Şimon Perez bu gün də dəstəkləyir, etiraf edir ki “dini fanatik oliqarxiya demokratiyanın yoxluğundan daha yaxşı deyil.”

“Hökumət başçısının bəyanatları yerli KİV tərəfindən verilən məlumatla üst – üstə düşür ki, İsrail  qərb partnoylarına, misir xalqı və müxalifətin devirməyə çalışdıqları Mübarək rejiminin tənqidini yumşaltmaları üçün təzyiq göstərir.

“Xaarets” qəzetinin sitat gətirdiyi məlum olmayan rəsmi mənbələr göstərmişlər ki, İsrailin xarici işlər nazirliyi şənbə günü ABŞ, Kanada, Çin, Rusiya və digər bir sıra avropa ölkələrinin səfirliklərinə rəsmi məlumat göndərmişdir ki, Misirdəki stabilliyin İsrail üçün nə kimi önəm daşıdığını müvafiq yerli hakimiyyətlərlə müzakirələrdə vurğulasınlar.”

“İsrailli analitiklər deyirlər ki, Mübarəkin devrilməsi İsrail və Misir arasında 1978 – ci ildə imzalanmış Kemp – Devid razılaşmasını və 1979 – cu ildə imzalanmış növbəti razılaşmanı təhlükə altına ala bilər, xüsusilə də əgər bunun nəticəsində hakimiyyətə geniş ictimai dəstəyi olan Müsəlman qardaşlar gəlsə.”

“İsrail Mübarəkin Qəzza ərazisinin blokadada qalmasında və fələstin islamçı Həmas hərəkatının təcrid olunmasında  çox vacib dəstəyindən başqa, onu öz cənub sərhəddində sülhün qarantı kimi görür.”

“İsrailin ən güclü əndişələrindən biri də odur ki, tunis iğtişaşlarını izləyən misir iğtişaşları İordaniyaya qədər gələrək  kral II Abdullanın rejimini zəiflədəcəklər ki, bu ölkə Misirlə bərabər, İsraili tanıyan yeganə ərəb dövlətidir.”

“Bu yaxınlarda Ömər Süleymanın Misirin viste – prezidenti vəzifəsinə təyin edilməsi və nəticə olaraq vəzifədə xələfin olması İsrail tərəfindən yaxşı qarşılandı, o, müdafiə sahəsində generalla sıx əməkdaşlıq əlaqələrində idi.”

Amma Misir etirazlarının istiqaməti iddia etməyə imkan vermir ki, rejimin vərəsəliyi zəmanət altındadır və bundan sonra da Qahirənin simasında İsrailin regiondakı əsas müttəfiqi olacaq.”

Gördüyümüz kimi, dünya eyni zamanda üç problemlə üzləşmişdir:

iqlim böhranı, qida böhranı və siyasi böhran.

Onlara digər ciddi təhlükələri də əlavə etmək olar.

Dağıdıcı müharibələr riski gündən – günə aşkar görünür.

Siyasi liderlər bunlara qarşı qoymaq üçün kifayət qədər sakitlik və soyuqqanlılığa malik olacaqlarmı?

Bəşəriyyətin taleyi bundan asılıdır.

 Fidel Kastro Rus

1 fevral 2011 – ci il

 

Fidel Kastro. Misirdə inqilabi üsyan.

Bir neçə gün öncə söyləmişdimki, Mübarəkin taleyi artıq bəllidir və hətta Obama belə onu artıq xilas edə bilməz.

Yaxın Şərqdə nələrin baş verdiyini dünya bilir. Məlumatlar başgicəlləndirici sürətlə yayılır və siyasətçilər üçün keçən hər saatla bu xəbərləri izləmək çox çətindir və artıq orada baş verənlərin vacibliyini hamı başa düşür.

18 günlük çətin mübarizədən sonra misir xalqı mühüm məqsədinə çatdı: ərəb ölkələri arasında Amerika Birləşmiş Ştatlarının əsas müttəfiqini devirdi. O öz xalqını soyur və zülm verirdi, o fələstinlilərin düşməni və İsrail – NATO hərbi qruplaşması ilə əlaqəli planetin 6-cı  “nüvə dövləti” ilə əlbir idi.

Qəməl Abdül Nasirin rəhbərliyi altında Misir hərbi qüvvələri itaətkar şahı taxtdan salıb resublika yaratdı, hansı ki 1956-cı ildə Sovetlər Birliyinin dəstəyi ilə öz vətənini fransız – britaniya və israil işğalından müdafiə etdi, Süveyş kanalı üzərində hakimiyyətini saxladı və xalqın minnilik azadlığını qorudu.

Buna görə də Misir “üçüncü dünya ölkələri” arasında böyük nüfuza malik idi.Nasir  keçmiş müstəmləkələrin milli azadlığı, siyasi və iqtisadi müstəqilliyi uğrunda mübarizə aparan, yaranmasında  iştirak edən  digər Asiya, Afrika və Okeaniyanın   məhşur  rəhbərləri ilə birgə NATO-ya qoşulmamış  ölkələr hərəkatının görkəmli liderlərindən biri hesab olunurdu.*

Misir hər zaman yüzdən çox ölkəni birləşdirən bu beynəlxalq təşkilatın dəstəyi və hörmətindən faydalanırdı. Elə hazırda bu qardaş ölkə  razılaşdırılan 3 il ərzində bu hərəkatın sədirliyini edir və misir xalqının mübarizəsində hərəkat üzvlərinin dəstəyinin özünü gözlətməyəcəyi məlumdur.

Kemp-Devid sazişləri  nə demək idi və niyə qəhrəman fələstin xalqı özünün ən zəruri haqqlarını tələb etməkdə belə israrlıdır?

Kemp-Deviddə-Birləşmiş Ştatların o vaxtkı prezident Cimmi Karterin vasitəçiliyi ilə-Misir rəhbəri Ənvər Sədat və İsrail baş naziri Menahem Begin Misirlə İsrail arasında məhşur razılaşma imzaladılar.

Deyilənlərə görə, onlar 12 gün ərzində gizli danışıqlar apardılar və 1978-ci il 17 sentyabrda 2 mühum razılaşma imzaladılar:birincisi, Misirlə İsrail arasında sülhün bərqərar olması barədə, digəri isə Qəza sektorunda və Qərb sahilində muxtar ərazi yaratmaq barədə harada ki, Sədatın düşündüyü kimi –İsrail bu fikir barədə bilir və razılaşırdı-mövcüdluğu BMT-nin 1947-ci il 29 noyabr qərarı ilə təsdiqlənmiş (britaniya mandatlığı altında yerləşən İsrailin Fələstin torpaqlarında mövcud olduğunu təsdiq edildiyi kimi) Fələstin dövləti yerləşəcəkdi.

Çətin və uzun danışıqlardan sonra İsrail öz hərbi qüvvələrini Sinay yarımadasında olan Misir ərazisindən çıxartmağa razılıq verdi, baxmayaraq ki, Fələstin nümayəndələri ilə danışıqlarda iştirakını qətiyyən rədd etdi.

Birinci razılaşmanın nəticəsində bir il ərzində İsrail Misirə Sinay yarımadasındakı ərəb-israil döyüşlərinin birində işğal edilmiş ərazini qaytardı.

İkinci razılaşmaya əsasən, tərəflər Qərb sahilində və Qəza sektorunda muxtar hakimiyyətin yaradılması barədə danışıqların aparılması üzərinə öhdəlik götürdülər. Birincisi, 2,1 milyon əhalisi  olan 5640 km2 sahəni əhatə edirdi, ikincisi isə 360 km2 sahə və 1,5 milyon əhali.

Ərəb ölkələri bu razılaşmanın əldə olunmasına qəzəblənmişdilər. Onlara görə, Misir onilliklər ərzində ərəb ölkələrinin mövcudolma haqqı uğrunda apardığı mübarizənin mərkəzində yerləşən Fələstin dövlətinə lazımi qətiyyətlə dəstək vermədi.

Onların bu reaksiyası o həddə çatmışdı ki, hətta çox ölkə Misirlə olan əlaqələrini kəsdi. Bununla da BMT-nin 1947-ci il noyabr qətnaməsi pozulmuş oldu. Muxtar ərazi yaradılmadı və nəticədə hələ də davam edən və artıq sonsuz faciəyə çevrilmiş fələstinlilərin müstəqil dövlətdə yaşamaq haqqları əllərindən alındı, halbuki bu məsələ 30 il əvvəl öz həllini tapmalı idi.

Fələstinin ərəb əhalisi soyqırım aksiyalarının qurbanına çevrilib; torpaqları əllərindən alınıb ya da yarımsəhra sahələrdə sudan məhrum, evləri dağıdılmış vəziyyətdədirlər.Qəza sektorunda sistematik olaraq milyonlarla insan partlayıcı mərmilərin hücumuna,”ağ fosforun” və məşhur tələ-minaların təhlükəsinə məruz qalır, bir halda ki sektorun ərazisi dəniz və quru sahədən təcrid edilmişdir. Bəs nə üçün Fələstin deyil,yalnız Kemp-Devid razılaşması barədə danışılır??

Hər il Birləşmiş Ştatlar İsraili milliyardla dollarlıq ən müasir və yeni silahlarla təmin edir.Misir-bir ərəb olkəsi- amerikan silahları ilə təchizedilmə həcminə görə artıq ikinci dövlətə çevrilib.Kiminlə vuruşmaq üçün?Digər ərəb ölkəsi ilə,yoxsa misir xalqının özü ilə?

Əhali ən bəsit  haqlarına hörmət  və siyasəti xalqı soymaq və istismar üzərində qurulan prezidentin istefasını tələb edərkən Birləşmiş Ştatlar tərəfindən təlim almış repressiv qüvvələr tərəddüd etmədən onlara silah açdı, minlərlə adamı yaralayıb yüzlərlə ölümə səbəb oldu.

Misir xalqı  ölkə hökumətindən açıqlama gözlədiyi bir halda cavablar səlahiyyətli misir hökuməti üzvlərini saymayaraq kəşfiyyat orqanlarının yüksək vəzifəli şəxsləri və ABŞ hökuməti tərəfindən gəlirdi.

Doğurdanmı Birləşmiş Ştatların rəhbərləri və onun kəşfiyyat orqanlarının Mübarək hökuməti tərəfindən edilmiş nəhəng oğurluqlardan xəbəri yox idi???

Xalq kütləvi etirazlarla Təhrir meydanına çıxdıqdan sonra nə hakimiyyətin vəzifəli şəxsləri,nə ABŞ-ın kəşfiyyat orqanları tərəfindən imtiyazlar və insafsızcasına həyata keçirilmiş milliyardla dollarlıq soyğunlar barədə bir söz olsun belə qeyd edilmədi.

Çox sadə bir fikir olardı ki,nəzəri olaraq Misir xalqının inqilabi hərəkatı onların ən elementar haqqlarının tapdanmasına qarşı olan reaksiyanın nəticəsidir.Xalq heç vaxt formal məsələlərə görə ölüm və repressiyaya meydan oxuyaraq gecələr boyu fəal etirazlar keçirməz.Onlar bunu onların qanuni və maddi haqqları ölkəni talan edən rüşvətlə ələ alınmış,tamahkar siyasətçi və milli və beynəlxalq dairələrə amansızcasına qurban verildikdə edirlər.

Yoxsulluq göstəricisi gənc,döyüşkən,vətənpərvər əhval ruhiyyəli xalqın çoxluğunu əhatə edirdi,hansıların ki şərəf,inam və mədəniyyəti tapdalanırdı.

Prezident Mübarəyin və hökumətin eləcə də cəmiyyətin imtiyazlı sektorları adına yazılan milyard dollarlıq qida məhsullarına olan qiymətlərin fasiləsiz artımı ilə necə barışmaq olardı?İndi onların həcmini bilmək yetərli deyil,onların ölkəyə qaytarılmasını tələb etmək lazımdır.

 Misirdə baş verənlər Obamaya da toxunur,o özünü planetin sahibi kimi aparır və ya sanki aparır.Elə bil Misirdə baş verənlər-bunun işidir.O dayanmadan digər ölkələrin başçıları ilə telefon danışıqları aparır.

Misal üçün, EFE agentliyi məlumat verirki, “…o britaniya baş naziri Devid Kameron,İordaniya kralı 2ci Abdulla ilə və Türkiyənin baş naziri Rəcəp Tayib Ərdoğanla danışmışdır.”

“…ABŞ rəhbəri  baş verən “tarixi dəyişimi” yüksək qiymətləndirir və bir daha misir xalqının səyləri ilə fərəhləndiyini qeyd edir.”

Amerikanın əsas informasiya agentliyi olan APA-nın aşağıdakı mülahizəsi diqqətə layiqdir:

“Birləşmiş Ştatlar İsrail dostlarını və islam ekstemizmi ilə mübarizəyə hazır olan və o cümlədən insan haqqlarını müdafiə edən qərb yönümlü Yaxın Şərq rəhbərlərini çağırır…”

“B.Obama xalq iğtişaşları nəticəsində(hansıki,ekspertlərin fikrincə region üzrə yayılacaq)Vaşinqtonun Misir və Tunisdəki müttəfiqlərinin devrilməsindən sonra təmin edilməsi mümkün olmayan ideal tələblər siyahısını təklif etmişdir.”

“Bu mükəmməl siyahının həyata keçirilməsinin heç bir prespektivi yoxdur və çətin ki,bundan sonra da olsun.Qismən də olsa bu ona görə baş verib ki,bu regionda yaxın 40 il müddətində  Birləşmiş Ştatlar insan haqqlarının nəcib ideallarını stabillik,daimilik və neft uğruna fəda edib.”

“Misir artıq əvvəlki kimi olmayacaq”-Obama cümə günü Hüsni Mübarəyin hakimiyyətdən gedişi qeyd olunarkən bildirmişdi.”

“Dinc etirazlar vasitəsilə misir xalqı öz ölkəsinin və dünyanın simasını dəyişdi”-Obama çıxışında qeyd etdi.

Bununla belə hətta ərəb hakimiyyəti sıralarında əsəbiliyin mövcud olduğu vaxtda Tunis və Misirdə möhkəmlənmiş elita onların malik olduğu siyasi hakimiyyəti və istifadə etdiyi geniş iqtisadi təsiri güzəştə getmək barədə heç bir şey bildirmirdi.

Obama höküməti dəyişimlərin “şəxsiyyətlərin” əvəz edilməsi ilə yetinməməsində israr edirdi.Birləşmiş Ştatlar dövlət katibi Hillari R.Klinton yanvar ayında Qatardakı çıxışında islahatlar edilmədən ölkələrinin əsası “quma sovrulacağını” deməklə ərəb ölkələrini xəbərdarlıq etdikdən bir gün sonra prezident Zin əl Abidin Ben Əli Tunisdən qaçmasından bəri bu mövqedə idi.

Təhrir meydanın toplaşmış insanlarsa itaətsizlik göstərməkdə davam edirdi.

Yurop Press agentliyi bildirir:

“Britaniya kanalı Bi-Bi-Si`nin verdiyi məlumata görə hərbi polisin dağıtmağa çalışmasına baxmayaraq orada qalmağa davam edənlərə dəstək məqsədi ilə minlərlə nümayişçi prezident Hüsni Mübarəyi hakimiyyətdən devirmək üçün səfərbərliyin episentrinə- Təhrir meydanına toplaşmışdır.”

Mərkəzi Təhrir meydanındakı Bi-Bi-Si müxbirinin məlumatına görə yeni nümayişçilərə necə davranmaq barədə ordu qərarsızlıq göstərir.

“Möhkəm nüvə”…meydanın bir küncündə yerləşmişlər..Təhrir meydanında qalmağı qərar vermişlər…bütün tələblərinin yerinə yetirilməsinə zamin olmaq üçün”

Misirdə baş verə biləcəklərdən asılı olmayaraq hazırda imperializm qarşısında duran ən ciddi problem taxıl qıtlığıdır,hansını ki mən 19 yanvardan başlayaraq “Düşüncələrimdə” analiz etmişəm.

Birləşmiş Ştatlar becərdiyi qarğıdalının mühüm hissəsini və kifayət həcmdə soya məhsullarını bio-yanacaq istehsalı üçün istifadə edir.Avropa öz növbəsində bu məqsədlər üçün millionlarla hektar sahə ayırır.

Digər tərəfdən isə inkişaf etmiş və varlı dövlətlər səbəbindən yaranmış iqlim dəyişikliyi nəticəsində 30 il sonra 9 milyard nəfərə çatacaq əhali artımı ilə uyğun gəlməyən templə şirin su və ərzaq məhsulları çatışmazlığı yaranmışdır,nəzərə alsaq ki, BMT və planetin nüfuzlu  rəhbərlərinin Kopenhagen və Kankundakı boşa çıxmış görüşündən sonra mövcud vəziyyət barədə xəbərdarlıq və məlumatlandırma olmamışdır.

Biz misir xalqını və onların siyasi haqqları və sosial ədalət uğrunda apardıqları cəsur mübarizəni dəstəkləyirik.

Və biz İsrail xalqına qarşı deyilik,biz fələstinlilərə qarşı soyqırıma qarşıyıq, onların müstəqil dövlətə sahibolma haqqlarının lehinəyik.

Biz müharibə tərəfdarları deyilik, biz bütün xalqların dostluğunu istəyirik!

Fidel Kastro Rus.

13 fevral 2011

(c)  solfront.org

 

Oxşar yazılar:

Baxış sayı:9978