abunə ol: Yazılar | Şərhlər | Еmail

Çe Gevara və SSRİ (Stalin vaxtı və sonra)

Şərh

Çe Gevara – futbolka üzərində sima, qəhrəman, dünya inqilabı şəhidi, təqlid nümunəsi, möhtəşəm iradəli və mənəvi gücə malik insandır.  Deyəsən, Çe bu dünyanı dəyişməyi qərara almış inqilabçının malik olmalı olduğu bütün cəhətləri özündə toplamışdı. Amma, ictimai fikrin mülkiyyətinə çevrilmiş inqilabçının belə portretində bir vacib element çatışmırdı ki, bunsuz mənəvi paklıq, fədakarlıq və digər şəxsi keyfiyyətlər, eləcə yaraşıqlı Arqentinalı gənc adamın keyfiyyətləri olaraq qalardı, Çe Gevaranı insanların həyatının daha yaxşı təşkili hərəkatının simvolu, yeni ictimai quruluş uğrunda qələbəyə qədər aparılan mübarizənin simvoluna çevirməzdi. Ernesto Gevaranın həyatının ən vacib yönünü rusdilli oxucu üçün “Ernesto Çe Gevara. Məqalələr, çıxışlar, məktublar” kitabının naşirləri meydana çıxarırlar.  Bu kitab göstərir ki, “güclü şəxsiyyət” keyfiyyətindən başqa Çe həmçinin təhlil qabiliyyətinə, öz keyfiyyətlərini məhz inqilabi islahatları şərtləndirəcək istiqamətdə, həmin nöqtə istiqamətində tətbiq edə biləcək metoda malik idi.  Həm də bəlkə də daha pis mənəvi, intellektual, iradi xüsusiyyətlərə malik insanlara ən yüksək mənəvi, intellektual, iradi fəaliyyətin – inqilabın gerçəkləşdirilməsinə gedən yolu göstərmək qabiliyyətinə malik idi.

Təcrübə nəzəriyyəçisi, nəzəriyyə təcrübəçisi

Qismən sovet, qismən də kapitalist təbliğatı tərəfindən yaradılmış Çenin – inqilabçı romantikin, usanmaz macəraçının obrazı kifayət qədər gerçəkdən uzaqdır. Xruşov – brejnev dövrünün sovet liderləri özlərini kommunist müdrikliyinin yeganə mənbəyi hesab edərək Çe Gevaranın inqilabi fikirlərindən çəkinirdilər. Amma onu XX əsrin digər ən görkəmli inqilabçısı – Mao Tszedun kimi “dönük” və “sol təmayülçü” qismində göstərmirdilər. Burjua müəllifləri bəzən gerçəyə sovet müəlliflərindən daha yaxın idilər. Belə ki, 8 avqust 1960–cı ilki nömrəsinin üz qabığında Çe Gevaranın portretini Xruşov ilə Mao Tszedunun portretləri arasında yerləşdirmiş “Time” jurnalı Gevaranın nəzəri fəaliyyətinin məhz bu yönü haqqında yazırdı: “Fidel – bu günkü Kubanın canı və ürəyidir, Raul Kastro – inqilabın sıxılmış yumruğudur. Gevara – onun beynidir.  Məhz onun sayəsində Kuba sola getmişdir.  O – triumviratın ən maraqlısı və təhlükəlisidir”. İnqilabın “beyni” olmaqda Çeyə öz fərdi inkişafında da sonradan Kuba inqilabının keçdiyi yolu keçməsi kömək etmişdi – burjua–demokratik ideyalardan sosialist istiqamətə.

Latın Amerikasında səyahət edən, kütlələrin əzablarına və mübarizəsinə şahid olan vicdanlı demokratdan Çe kommunistə çevrilmişdi. Fulxensio Batista rejimini devirmək üçün Qranma yaxtasına minən inqilabçılar arasında yeganə marksist və kommunist olan Çe Gevara sonralar zərgər dəqiqliyi ilə “26 iyul Hərəkatı”nı da həmin yol ilə burjua demokratiyasından kommunizmə gətirəcəkdi. İndiki zamanda Uqo Çavez Venesuelasının getdiyi XX əsr inqilablarının bu magistral yolu Ernestonun şəxsi yolu idi. Daima şəxsi təhsil ilə məşğul olan Çe nəzəriyyəyə birinci dərəcəli əhəmiyyət verirdi. Məhz hər məsələ üzərindəki dərin nəzəri fəaliyyət kitabda yerləşdirilmiş hər məqalədə, hər nitqdə hiss olunur. «No El Capital, sino el manual!» 4 dekabr 1965-ci il Armando Xartu Davalosa məktub Çe Gevara tərəfindən çəkilmiş əsl inqilabi təhsil planını göstərir. Çe kuba inqilabçılarına marksist fikir məktəbinə qoşulmağa kömək edəcək bir sıra nəzəri ədəbiyyatı nəşr etdirməyi məsləhət görür. Burada həm fəlsəfə klassikləri, həm müasir filosoflar, həm də “Siyasi iqtisad klassikləri və onların sələfləri” seriyası, həm də polemik seriya var. Amma xüsusi diqqət marksist ədəbiyyata, “Marks və marksist düşüncə” seriyasına yetirilir. Digər seriyalar marksizmin hazır nəticə, “əbədi həqiqətlər” külliyatı kimi deyil, insanın uzun idrak prosesinin başa çatdırılması, elmin inkişafı kimi dərk edilməsi vəzifəsinə xidmət edir. “Bu seriyada – Çe yazır – Marks və Engelsin, Leninin, Stalinin və digər görkəmli marksistlərin, həmçinin səhvləri olan Roza Lükxemburqun Kautski və Gilferdinq kimi nəticədə yolunu azmış, amma buna qədər öz töhfələrini vermiş marksistlərin əsərləri toplusu nəşr edilməlidir”. Çe hesab edir ki, Xruşov və Trotskinin adını çəkdiyi “revizionizimin ən görkəmli nümayəndələri”nin işləri, həmçinin Keyns kimi burjua nəzəriyyəçilərinin əsərləri də nəşr edilməlidir. SSRİ–dəki 1920–ci illərdəki polemikaların materialları “bizim üçün böyük əhəmiyyəti olan” materiallar kimi Gevaranın nəşr planına daxil olmuşdu. Doqmatik, həm də revizionist olmayan marksist düşüncə məktəbi yaratmaq – Çenin vəzifəsi budur. Gevaranın kitab nəşri planı ilə tanış olan hər kəs başa düşəcək ki, bu gün də belə ədəbiyyat siyahısı işi bilərək fəaliyyət göstərmək istəyən inqilabçının şəxsi təhsili üçün uyğundur. Stereotiplərin dağıdılması hər zaman vacibdir və Çenin nəzəri baxışları ilə tanış olarkən, biz inqilabın romantik – avantürist stereotipini dağıdırıq və hər bir addımı Marks və Lenin metodlarına ciddi şəkildə əsaslanmış insanı görürük. Məhz metoda hakim olmasını Çe Gevaranın həyatıyla bağlı olan ən məşhur lətifə bir daha göstərir. O vaxt onu tamamilə təsadüfən sənaye naziri vəzifəsinə təyin etmişdilər (Fidelin “Zalda iqtisadçı (ekonomist) var?” sualına Çe əlini qaldırmış və dərhal nazir təyin edilmişdi; bundan sonra aydın olmuşdu ki, Gevaraya elə gəlib ki, Fidel “Zalda kommunist var?” deyə sual vermişdi), amma o, bəlkə də XX əsr tarixində sosialist iqtisadiyyatının ən yaxşı memarı oldu. Gevara hesab edird ki, metodun öyrənilməsinə ciddi şəkildə yanaşmaq lazımdır, sadəcə marksizmin hazır həqiqətlərini əzbərləməklə yox. O marksistlər ki, onlar üçün “Kapital” deyil, dərslik İncilə çevrilmişdir («no El Capital, sino el manual»), Çe onları xüsusilə kəskin tənqid edirdi.

Sosializm və bazar

Başqa bir məqam da var idi ki, buna görə Çe Gevara sovet dərsliklərinə yaxşı hisslər bəsləmirdi. Bu – kommunist nəzəriyyəsinə, daha pisi – SSRİ–nin iqtisadi təcrübəsinə Xruşov dövründə kapitalist iqtisadiyyatı kateqoriyaları və prinsiplərinin daxil edilməsi idi. SSRİ–də tarixi saatın əqrəbləri geriyə doğru hərəkət edir – Çe, bugünki sosializm məğlubiyyəti təcrübəsinin yüksəkliyindən danılmaz görünən nəticəyə gəlmişdir. Planetin digər ucunda buna bənzər nəticəyə Çin inqilabının rəhbəri, Çin Xalq Respublikasının sədri Mao Tszedun gəlmişdi. Bu iki xadimi doğmalaşdıran yalnız Stalindən sonrakı SSRİ–nin tənqidi deyil, həmçinin paralel olaraq yaradılmış, inqilabı kəndlərdən şəhərlərə daşıyan, zəif inkişaf etmiş ölkələrdə uzunsürən partizan müharibəsi nəzəriyyəsidir. Tez–tez Çe və Maonun gəldiyi nəticələr üst–üstə düşür, Gevara kitabın bir yerində Mao – nəzəriyyəçini Marks və Engels irsini inkişaf etdirən rəhbər kimi Leninlə bir sıraya qoyur. Çe açıq şəkildə Çinin Kommunist partıyasının SİKP ilə polemikası zamanı yazılmış məktubunu müdafiə edir (səh.494). Çinli rəhbər kimi, Çe açıq şəkildə bəyan edir ki, SSRİ kapitalist yolu ilə getməyə başlamışdır: “…Təcrübə keçmək üçün insanları Yuqoslaviyaya göndərən Xruşovun Yuqoslaviya haqqında dedikləri maraqlıdır. Onun Yuqoslaviyada gördükləri  və ona belə maraqlı gələnlər – bütün bunlar daha inkişaf etmiş şəkildə Birləşmiş Ştatlarda mövcuddur, çünki orada – kapitalizmdir” (səh 494). Məhz Yuqoslaviya kapitalizmin “bazar sosializmi” markası altında bərpasında pioner rolu oynadı. SSRi–nin də getdiyi bu yol Gevara tərəfindən daha çox tənqid olunur. “Rəislər daha çox alırlar”, “rəhbərlərin kütlələr qarşısında heç bir öhdəlikləri yoxdur” – Çe bunları artıq 1964–cü il dekabrda Brejnev SSRİ –sinə səfərindən sonra deyir. Stalindən sonrakı SSRİ–də sağa döngənin daha təfsilatlı təhlilini Çe 1966–cı ildə etmişdir, Çexoslovakiyada olan zaman bir sıra qeydlər aparmışdır ki, bunlar “Praqa dəftərləri”nə daxil edilmişdir. “… dəftərlərin” fraqmentləri indi rus dilində nəşr edilmişdir. Burada Çe yenidən dəyər qanununun sosialist qanun elan edilməsinə, kommunist əməyinə keçidin yerinə maddi həvəsləndirmənin genişləndirilməsinə, demokratik təşkil edilmiş markəzi planlaşdırma yerinə olan bazara qarşı çıxır. Çe əsası hələ YİS (yeni iqtisadi siyasət – НЕП) zamanı qoyulmuş sovet sosializminin “hibridləşdirilməsi”ndən danışır. “Hər şey səhv konsepsiyadan – sosializmi kapitalizm elementlərindən, sonuncunu isə mahiyyətcə dəyişdirmədən qurmaqdan doğur. Bu da dalana gətirən hibrid sistemin yaradılmasına gətirib çıxarır; belə ki, çətinliklə sezilən, iqtisadi metodların hakimliyinə daha çox güzəştlərə getməyə məcbur edən, yəni geri çəkilməyə məcbur edən dalanlara” (səh 510). Kollektivləşdirmə təzyiqi və stalin beşilliklərindən sonra, YİS illərində inkişaf etmiş kiçik istehsala və kapitalizmə güclü zərbə endirildikdən sonra müharibə nəticəsində zəifləmiş ölkədə “hibrid sistemin” zəiflikləri yenə özünü göstərməyə başladı. “Kapitalizmə qayıdış baş verir” (səh 511) – Çe həkim dəqiqliyi ilə öz diaqnozunu qoyur. Amma, Çe bu əsasda bir çox ultrasol nəzəriyyəçilərin etdikləri kimi SSRİ–ni “dövlət kapitalizmi” elan etməyə tələsmir. “Mən bununla heç də sübut etmək istəmirəm ki, Sovet İttifaqında kapitalizm mövcuddur.  Mən sadəcə demək istəyirəm ki, biz mənşəyi nəzəri böhranla əlaqədar olan bir neçə fenomeninin şahidləriyik” (səh 513) – Gevara yenə diqqəti nəzəriyyənin əhəmiyyətinə yönəldərək əlavə edir.  İnqilabı nəzəriyyə olmadan inqilabi hərəkat mümkün deyil – Lenin bu prinsipi artıq qalib gəlmiş inqilab ölkəsində sosializmin inkişafına da tətbiq edilə bilər.

Kommunist cəmiyyəti quruculuğu dövründə dəyər qanununu və əmtəə-pul münasibətlərini “inkişaf etdirməyə” çağıran sovet dərsliklərini tənqid edərək, Çe yazır: “Nə üçün inkişaf etdirmək? Biz başa düşürük ki, müəyyən müddət ərzində kapitalizmin kateqoriyaları qorunub saxlanacaqdır… amma keçid dövrünün xarakteristikası – yeni mərhələyə daha tez keçmək üçün köhnə yolları məhv edən cəmiyyətin xarakteristikasıdır. Bizim fikrimizcə, tendensiya əvvəlki kateqoriyaların, bazarların, pulun… və ya daha yaxşı desək, onların mövcudluğunu şərtləndirən şəraitin daha tez aradan qaldırılmasından ibarət olmalıdır. Əks halda biz fərz etməliydik ki, geridə qalmış cəmiyyətdə sosializm qurmaq vəzifəsi tarixdə bədbəxt hadisəyə bənzəyərdi, onun rəhbərləri isə səhvlərinin düzəldilməsi üçün özlərini məhz keçid cəmiyyətinə xas olan bütün kateqoriyaların konsolidasiyasına həsr edərdilər” (səhv 394 – 395). Burada Çenin təhlili yenə də heyrətə salır. Sovet rəhbərləri artıq qəti şəkildə əvvəllər kapitalizmin qalıqları hesab edilən, mübarizə aparmalı olduqları (son dəfə bu fikri Sovet İttifaqında İ.V.Stalin “SSRİ–də sosializmin iqtisadi problemləri” əsərində səsləndirmişdi) bazar kateqoriyalarının tətbiq edilməsinə başlamışdılar. Faktiki olaraq bu, menşevik mövqeyinə keçid demək idi, buna əsasən geridə qalmış, üstəlik “ayrıca” bir ölkədə inqilab – “səhv” idi.

Yeni insan

Amma bazar və əmtəə əsərrüfatının öhdəsindən gəlmək üçün təkcə iqtisadi qərarlar kifayət deyil. Marksı oxuyarkən, Çe belə bir fikrə gəlir ki, əmtəə istehsalının məhv edilməsi və tam kommunizmə keçmək üçün yeni insan yaratmaq lazımdır. Və burada məsələ heç də, V.Mironovun – kitaba sözardının müəllifinin dediyi kimi, Çenin inqilabı (Kantdan gələn fəlsəfi ənənəyə tam uyğun olaraq) etik – mənəvi qəbildən hadisə kimi nəzərdən keçirməsi deyil. Heç də.  İş orasındadır ki, sosializmdə istehsalın inkişafı vəzifəsi yeni tip insan istehsalı vəzifəsi kimi dayanır, tonların, buşellərin, litrlərin və s. “maddi” istehsalı vəzifəsi kimi yox.  İnsanın əmtəə istehsalı agenti kimi davranmaması üçün o, Marksın dili ilə ifadə etsək, “qismən insan” olmamalıdır, dar ixtisaslaşma çərçivəsində ümumbəşər bacarıqlarının kiçik bir qismini mənimsəmiş insan olmamalıdır. Xüsusi mülkiyyətin rəsmi – hüquqi ictimailəşdirilməsi yalnız Çenin SSRİ–ni tənqid etdiyi zaman təsvir etdiyi təsərrüfat formasının yaradılmasına gətirib çıxarır. Bu forma yenə də tamamlanma kimi bazar və əmtəə istehsalını tələb edir, çünki əmək bölgüsünün, professional  kretinizmin qorunub saxlanması zamanı əmək istənilən halda birbaşa ictimai əməyə çevrilmir, xarici əlaqə forması kimi bazarı tələb edir. Bu sualı ətraflı şəkildə E.V. İlyenkov özünün “Marks və qərb dünyası” işində, yəqin ki Marksın “İqtisadi – fəlsəfi əlyazmaları”nın ən yaxşı şöhrətləndirilməsi olan əsərində işləmişdir: “Marksa görə, siyasi inqilab ilə əsası qoyulan rəsmi – hüquqi şəkildə “mülkiyyətin ictimailəşdirilməsi”  özlüyündə sadəcə olaraq ilk (amma zəruri ilk) addımdır, həqiqi “ictimailəşdirilmə”nin ilk mərhələsidir. O, sadəcə “insan tərəfindən ondan uzaqlaşdırılmış sərvətin mənimsənilməsinin” rəsmi – hüquqi və siyasi – “sine qua non” şərtlərini yaradır. Marksizmin “mahiyyətini” təşkil edən əsl vəzifə isə məhz burada öz boyunda, öz miqyasında qarşıda dayanır, halbuki ilk mərhələdə bu vəzifə ümumiyyətlə dərk olunmaya bilər. Bu vəzifə – hər bir fərd tərəfindən “şəxsi mülkiyyət” çərçivəsində toplanmış sərvətlərin (yəni “ondan uzaqlaşdırılmış”) həqiqi mənimsənilməsidir. Bu zaman burada nəzərdə tutulan “sərvət” – rəsmi mülkiyyətdə olan “əşyaların” (maddi dəyərlərin) məcmusu deyil, bu əşyalarda “əşyalaşmış”, “maddiləşmiş”, xüsusi mülkiyyət şəraitində – “uzaqlaşdırılmış” fəaliyyət qabiliyyətlərinin sərvətidir. “Xüsusi mülkiyyəti” “bütün cəmiyyətin” mülkiyyətinə çevirmək – onu hər fərdin, bu cəmiyyətin hər üzvünün real mülkiyyətinə çevirməkdir, çünki əks halda “cəmiyyət” abstrakt, onu təşkil edən fərdlərin real məcmusundan fərqli bir şey kimi nəzərdən keçirilir”. Həmin problem İlyenkovun müasiri olan Çe Gevaranı da narahat edir, o elə bir cəmiyyətə keçiddən bəhs edir ki, orada “əmək məşəqqətli zərurət olmaqdan çıxır, sevincli imperativə çevrilir” (səh 387), Çenin fikrincə, kommunist hərəkatının məqsədi – “öz yadlaşmasından azad edilmiş” insandır (səh 483).  Özü bir çox şeydə mənəviyyat nümunəsi olan Çe Gevara, başa düşür ki, yeni insanın yaradılması – mənəvi təkmilləşmə məsələsi deyil, inqilabi sinfi mübarizə məsələsidir.

Dünya inqilabı

Bu gün dünya inqilabı ideyası yenidən əvvəlki gücünü qazanır, həmçinin Çenin bütövlüklə bu ideya ilə bağlı olan nəzəri və təcrübi fəaliyyəti də yeni əhəmiyyət kəsb etməyə başlayır. Kapitalizmdə transmilli istehsal, mübadilə və istehlak zənciri ilə əlaqələnmiş dünya sistemini görməmək mümkün deyil. Çoxsaylı əlaqələrlə dolanmış bu dünyanın istənilən güşəsində mübarizə, beləliklə, həmçinin qlobal xarakterə malikdir. Onun istənilən hissəsindəki inqilabi dəyişiklik bütövlükdə bütün sistemə təsir göstərir. Çe Gevara həm də hesab edir ki, sosialist inqilabi dünyəvi xarakter daşıyır, baxmayaraq ki, ölkədən ölkəyə gedir və eyni anda bütün dünyada qələbə çalmır. “… Sosialist cəmiyyəti ayrı götürülmüş bir ölkədə, hətta Sovet İttifaqının toqquşmalı olduğu ən sərt imperialist əhatədə də inkişaf edə bilər” (səh 314). Amma, Leninin, Stalin və Maonun ardınca, Çe Gevara da dünya inqilabına sadəcə lokal sinfi münaqişələr zənciri kimi deyil, istismar edənlərin və istismar edilənlərin qlobal qarşıdurması kimi baxırdı. İnqilabın qələbəsini onun gələcək genişlənməsi ilə əlaqələndirirdi, şüarı da bu fikirdən doğur: “İki, üç,…çoxlu Vyetnamlar!” “Son nəticədə biz nəzərdə tutmalıyıq ki, imperializm – dünyəvi sistemdir və ona dünya miqyaslı konfrontasiyada qalib gəlmək lazımdır” – Çe deyirdi. Çe Gevara İ.V.Stalinin nəzəri və təcrübi fəaliyyətini yüksək qiymətləndirirdi və məhz onun əsərləri Çe üçün əsas prinsiplərə çevrilmiş bir çox ideyaların mənbəyinə çevrilmişlər. Çenin dünya inqilabı ideyasında da həmçinin bolşevist liderin təsiri sezilir. İlk dəfə Çenin bioqrafiyasında Stalinin adına güman ki, 1953–cü ildə  rast gəlinir ki, bu zaman gənc Gevara Latın Amerikasının işçi və kəndlilərin yoxsulluğunu görərək, vəfat etmiş rəhbərin xatirəsinə and içir ki, son günlərinə kimi kapitalizmə qarşı mübarizə aparacaq. Hələ o zaman da o qismən zarafatla öz məktublarını “Stalin II” kimi imzalayır.

1956–cı ildə meksika polisi tərəfindən kubalı inqilabçı emiqrantlarla birlikdə həbs edilən Çe öz kommunist baxışlarını gizlətmir və polislərlə mövzusu Stalin olan mübahisəyə girişir. 1959–cu ildə, XX–ci qurultaydan sonra Sierra–Maestra dağlarında Çe 26 iyul Hərəkatı rəhbərləri ilə Stalinin “Leninizm məsələləri” kitabını oxuyur, bu zaman sərt polemikada Fidel və digər kubalılar kitabı tənqid edir, Çe isə onu müdafiə edir. Ernestonun iqtisadi məsələlərə dair məqalələr toplusunu əlinə götürən hər kəs Stalinin sosialist quruculuğu və sənayeləşməyə həsr edilmiş əsərlərindən sitatların çoxluğuna heyrətlənəcək. Stalin Çe üçün təkcə təcrübi fəaliyyət nümunəsi deyil, həm də olduqca ciddi nəzəri nüfuza malik idi. Kuba inqilabının ideologiyası haqqında düşünərkən, Gevara yazır: “Marks – inqilabçı zamanından başlayaraq, nəhənglərin – Marks və Engelsin irsinə dayanan və Lenin, Stalin, Mao Tszedun kimi şəxsiyyətlər tərəfindən zaman ərzində, mərhələ-mərhələ inkişaf edən konkret ideyaları olan siyasi qrup yaranmışdır” (səh 507).  “Bu seriyada – Çe marksist klassikası seriyası haqqında yazır – Marks və Engelsin, Leninin, Stalinin və digər görkəmli marksistlərin əsərləri toplusu nəşr edilməlidir” (səh 507). Çe üçüncü dünya ölkələrində sosialist inqilabları ideyasını Stalindən götürmüşdür: “Stalin bu ideyanı, (iqtisadi və siyasi inkişafın qeyri-bərabərliyi və sosializmin bir ölkədə qələbəsi mümkünlüyü1) sosialist inqilabının müstəmləkələrdə baş verməsi mümkünlüyünü bəyan edərək onun ən son ifadəsinə çatdırmışdır”. Şübhəsizdir ki, Çe Gevaranın qlobal inqilabi planı Stalinin növbəti fikrinin təsiri altında formalaşmışdır: “Əvvəllər ayrı-ayrı ölkələrdə, daha dəqiq – bu və ya digər inkişaf etmiş ölkədə proletar inqilabının obyektiv şərtlərinin olması və ya olmaması haqqında danışılırdı. İndi bu nəzər nöqtəsi artıq kifayət deyil. İndi vahid bir bütöv kimi, imperialist sistemdə inqilabın obyektiv şərtləri haqqında danışmaq lazımdır, belə ki, bu sistemin tərkibində sənaye baxımından kifayət qədər inkişaf etməmiş ölkələrin olması inqilab üçün aşılmaz maneə rolunu oynamamalıdır, əgər sistem butövlükdə, daha doğrusu – belə ki, sistem bütövlükdə inqilab üçün yetişmişdir. Əvvəllər bu və ya digər inkişaf etmiş ölkədə proletar inqilabı haqqında, öz antipodu kimi ayrıca, milli kapital cəbhəsinə qarşı qoyulmuş ayrıca, müstəqil hadisə kimi danışılırdı. İndi bu nəzər nöqtəsi artıq kifayət deyil. İndi dünya proletar inqilabı haqqında danışmaq lazımdır, çünki müstəqil milli kapital cəbhələri dünya imperializm cəbhəsi adlanan vahid zəncirin həlqələrinə çevrilmişlər ki, bunlara bütün ölkələrin inqilabi hərəkatının ümumi cəbhəsi qarşı qoyulmalıdır. Əvvəllər proletar inqilabı müstəsna olaraq bir ölkənin daxili inkişafının nəticəsi kimi nəzərdən keçirilirdi. İndi bu nəzər nöqtəsi kifayət deyil. İndi proletar inqilabını, hər şeydən əvvəl, dünya imperializm sistemindəki ziddiyyətlərin inkişafının nəticəsi kimi, dünya imperialist cəbhəsi zəncirinin bu və ya digər ölkədə qırılmasının nəticəsi kimi nəzərdən keçirmək lazımdır” (İ.V.Stalin, “Leninizmin əsasları haqqında”).

Bu, sovet rəhbərliyi tərəfindən unudulmuş, 1920–ci illərdə Stalin tərəfindən cəmləşdirilmiş leninizm həqiqətlərini Çe Sierra–Maestra dağlarında müdafiə edirdi, bu fikirlərlə öz gerillasını Afrika Konqosunda başlamış və bütün Latın Amerikası kontinenti partizanları üçün məşq bazasını təşkil etmək üçün Boliviyaya getmişdi. Çenin daimi mövqeyi buna əsaslanır: “bütün şərtlərin formalaşmasını gözləməməli”, axı inqilab üçün şərait “bütövlüklə dünya imperialist təsərrüfatında” mövcuddur. Amma, Çe artıq 1920-ci illər hərəkatının əsasına çevrilmiş müddəalarda dayansaydı, görkəmli inqilabçı olmazdı. O, əvvəlki müstəmləkələrdəki vəziyyətdəki dəyişiklikləri təhlil edir və belə bir nəticəyə gəlir ki, milli burjuaziya artıq hər cür inqilabi rolunu itirmişdir (Kominternin II konqresi tərəfindən qəbul edilmiş Leninin tezisləri iddia edirdilər ki, milli burjuaziya müstəmləkələrdə və yarımmüstəmləkələrdə kommunistlərin müttəfiqi ola bilər). “Artıq indi, heç olmazsa Amerikada demək olar ki, burjuaziyanın rəhbərlik etdiyi azadlıq hərəkatlarından danışmaq mümkün deyil” (səh 298). “Latın Amerikasının müasir tarixi şəraitində milli burjuaziya antifeodal və antiimperialist mübarizəsinə rəhbərlik edə bilməz. Təcrübə göstərir ki, bizim ölkələrdə bu sinif, məqsədləri yankilərin imperializminə zidd olduqda belə, onunla qarşıdurmaya gedə bilmir, belə ki, sosial inqilab qarşısında qorxu ilə iflic olmuşlar”.  Zəif inkişaf etmiş ölkələrdə mübarizə, son nəticədə, yalnız sosial inqilab uğrunda aparılmalıdır. Mübarizəyə yalnız kommunistlərin rəhbərlik etdiyi yerdə, Çin və Kubada olduğu kimi, doğrudan da imperializmdən qurtuluş baş vermişdir, milli burjuaziyanın mübarizəyə rəhbərlik etdiyi yerdə isə imperializm hökmranlığı tezliklə bərpa edilmişdi (İndoneziya, Hindistan və s.). Çe Gevaranın gəldiyi nəticə Rusiyanın, Ukraynanın və sabiq SSRİ-nin digər ölkələri üçün çox aktualdır, harda ki, sol partiyaların çoxu indiyə kimi özlərini sosial inqilab partiyası kimi deyil, burjuaziyanın “mütərəqqi” hissəsinin “sol qanadı” kimi görürlər.

Qeydlər

1.      “İqtisadi və siyasi inkişafın qeyri – bərabərliyi kapitalizmin şəksiz qanunudur.  Buradan belə bir fikir doğur ki, sosializmin qələbəsi ilk əvvəl bir neçə və ya hətta bir, ayrıca götürülmüş kapitalist ölkəsində mümkündür. Bu ölkənin qalib gəlmiş proletariatı kapitalistləri ekspropriasiya etdikdən və sosialist istehsalını təşkil etdikdən sonra, digər ölkələrin istismar edilmiş siniflərini özlərinə cəlb edərək, onları kapitalistlərə qarşı qaldıraraq qalan kapitalist dünyasına qarşı ayağa qalxardılar…” (V.İ. Lenin “Avropa Birləşmiş Ştatları şüarına dair”)

   (c) www.solfront.org

 


Oxşar yazılar:

Baxış sayı:20220

Şərhlər

  1. Виктор Плотников deyir:

    По каким изданиям Виктор Шапинов цитирует Эрнесто Че Гевару? В издании “Эрнесто Че Гевара. Эпизоды революционной войны” (Азбука революционера). Издательство М., АСТ, 2005., на указанных Шапиновым страницах таких цитат нет.

  2. Farid deyir:

    Уважаемый В.Плотников,
    цитаты приведены по книге “Че Гевара. Статьи, выступления, письма”, издательство “Культурная революция” (2007 год). Этим объясняется несовпадение страниц с указанными цитатами.