abunə ol: Yazılar | Şərhlər | Еmail

Trotskinin gənc Marksistlərə məsləhəti: “Özünüzü çox yükləməyin”

Şərh

sa-trotsky-672x372

(Kiyevli yoldaşlara məktub, “Pravda”. 31 may 1923-cü il)

Əziz yoldaşlar:

Siz, sizi maraqlandıran kitabların onda birini belə oxuya bilmədiyinizdən şikayətlənir və vaxtı rasional şəkildə necə bölüşdürməyi sual edirsiniz. Bu çox çətin sualdır, çünki əvvəl-axır hər kəs öz xüsusi ehtiyaclarına və maraqlarına uyğun olaraq belə bir qərara gəlməlidir. Eyni zamanda demək lazımdır ki, bir şəxsin anlaya biləcəyi müasir ədəbiyyatın yaxud elmi, siyasi və.b səviyyəsi, təkcə şəxsin öz vaxtını məntiqli bölüşdürməsindən yox, həmçinin onun keçmiş biliklərindən asılıdır.

Sizin “partiya gəncləri” ilə bağlı xüsusi istinadınıza gəldikdəsə, mən onlara yalnız tələsməməyi, özlərini çox yükləməməyi, bir mövzunu saxlayıb digərinə və bir kitabı lazımi qaydada oxuyub, üzərində düşünüb, mənimsəmədikcə başqasına keçməməyi məsləhət görə bilərəm. Mən özümün “gənc” kateqoriyasına aid olduğum vaxtları xatırlayıram. Mən də, kifayət qədər vaxtın olmadığını hiss edirdim. Hətta həbsxanada, mən başqa bir şey etməyib, ancaq oxuyanda, mənə elə gəlirdi ki, bir şəxs bir gündə kifayət qədər iş görə bilməz. İdeoloji sferada eynən iqtisadi sahədə olduğu kimi, ilkin toplanma dövrü ən çətin və əziyyətli olanıdır. Və yalnız elmin və xüsusilə nəzəri metodların müəyyən təməl elementləri dəqiqliklə mənimsənildikdən və ‘bir şəxsin intellektual fəaliyyətinin canı və qanı’ deyilə biləcək səviyyəyə gəldikdən sonra, təkcə ədəbiyyatın şəxsə tanış olan sahələr ilə yox, eyni zamanda, yaxın və hətta elmin daha uzaq sahələriylə məşğul olmaq asanlaşır, çünki yekun təhlildə, metod, ümumbəşəridir.

Bir kitabı oxumaq və yaxşı oxumaq daha yaxşıdır; mənimsəmək və eyni zamanda, dərindən mənimsəmək daha da yaxşıdır. Ancaq bu yolla sizin əqli dərketmə gücünüz özünü təbii şəkildə genişləndirəcək. Təfəkkür getdikcə özünə əminlik qazanacaq və daha yaradıcı şəkildə inkişaf edəcək. Ağıldakı bu ilkin hazırlıqlarla birlikdə vaxtı rasional şəkildə bölüşdürməyiniz çətin olmayacaq və bundan sonra bir fəaliyyətdən digərinə keçmək, müəyyən qədər, xoş olacaq.

Yoldaşlıq salamlarıyla,

L.Trotski.

29 may 1923-cü il.

Tərcümə: İsgəndər Baba

Mənbə

Oxşar yazılar:

Baxış sayı:1552