abunə ol: Yazılar | Şərhlər | Еmail

Nasist kollaborasionistlərin qanuniləşdirilməsi

Comments Off on Nasist kollaborasionistlərin qanuniləşdirilməsi

timthumb

Nasist kollaborasionistlərin* qanuniləşdirilməsi

*Kollaborasionist – işğalçı düşmənlə əməkdaşlıq edən vətən xaini

Aprelin 9-u Ali Rada bütün kommunist simvolların və kommunizmin təbliğatının qadağan edilməsinə dair hökumət tərəfindən təklif edilmiş 4 qanunu qəbul etdi. Qanun qüvvəyə mindikdən sonra kommunist fəallarına qoyulmuş, hələ ki faşist dəstələr tərəfindən dağıdılmamış bütün abidələr bir neçə ay ərzində sökülməlidirlər. Həmçinin, kommunistlərin şərəfinə adlandırılmış bütün şəhər və küçələrin adları dəyişdirilməlidir.

Qanunda müstəsna şəkildə “totalitar rejimlərin” simvollarının “istehsalı”, “yayılması” və “ictimai istifadəsi” xatırladılır. Qadağan olunmuş simvolika siyahısına sovet bayraqları, himni, həmçinin kommunist liderlərin şərəfinə qoyulmuş abidələr və xatirə lövhələri daxildir. Qanunun pozulmasına görə cəza: beş ildən on ilə qədər həbsdir. Təbliğata qarşı yönəlmiş qanun 1917-1991-ci illər simvolikasını ehtiva edir.

Qanun həmçinin “adlarında kommunist totalitar simvolika olan şəhər rayonları, parklar, bulvarlar, küçələr, döngələr, keçidlər, meydanlar, sahilyanı körpülər və digər toponimika obyektlərinin” adlarının dəyişdiriləsini nəzərdə tutur.

Qanunda nasizmin mühakimə edilməsi, əlbəttə ki, pərdələmə xarakteri daşıyır, belə ki, Ali Rada “XX əsrdə Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparan döyüşçüərin hüququ statusu və şərəfləndirilməsi” haqqında qanun qəbul etmişdir. Bu qanunda ukraynalı döyüşçülər tərəfindən tanınan azadlıq uğrunda savaşmış onlarla təşkilat qeyd edilir, buraya nasistlərlə əməkdaşlıq etmiş və yəhudilərin, polyakların və digərlərinin kütləvi qətliamını törətmiş – Ukrayna Millətçiləri Təşkilatı (UMT) və Ukrayna Üsyankar Ordusu (UÜO) kimi təşkilatlar da daxildir.

bandera

Stepan Bandera (ortada) – UMT-UÜO ultrasağ təşkilatlarının banisi

Onların simvolları hal-hazırda Ukrayna dövlət aparatının bir hissəsinə çevrilmiş ultrasağ təşkilatlar və faşist paramilitar təşkilatlar tərəfindən istifadə edilir. Bu yaxınlarda özünü nasist-əlbirçi Stepan Bandera və onun təşkilatı olan UMT-UÜO ənənəsinin varisi hesab edən Sağ Sektor lideri Dmitri Yaroş Ukrayna silahlı qüvvələrinin baş ştabı müdirinin məsləhətçisi vəzifəsinə təyin edilib.

Qanunda xüsusilə qeyd edilmiş daha bir təşkilat Getmanat – 1918-ci ildə Almaniyanın dəstəyi ilə mövcud olmuş, qısamüddətli anti-sosialist diktaturasıdır. Beləliklə, tarixi yenidən yazaraq, müasir ukrayna vətənpərvərləri faktiki olaraq absurd həddinə çatırlar, belə ki, Getmanat yalnız Almaniya və Avstriya-Macarıstanın dəstəyi nəticəsində mövcud olmuşdu.

Getmanat silahlı qüvvələrinə bolşeviklər tərəfindən darmadağın edilmiş rus imperator ordusu zabitləri rəhbərlik edirdi. Bu zaman Getmanat özlüyündə müxtəlif siyasi sıralardan olan ukraynalıların kütləvi müqavimətinə məruz qalırdı. Hətta bu cür təşkilatın “Ukrayna azadlıq mübarizəsinin” bir hissəsi hesab edilməsi bizə belə bir faktı nümayiş etdirir ki, bu qanunun məqsədi antikommunizmin və anti-sosializmin qanuniləşdirilməsi və müdafiə edilməsidir.

Daha böyük təhqir üçün qanun 9 may Qələbə Gününün əhəmiyyətini azaldır, belə ki, 8 may tarixi “İkinci Dünya müharibəsinin bütün qurbanlarının” anımı üçün xatirə və barışıq günü elan edilir.

Belə görünür ki, bu, nasistlərin tərəfindən döyüşərək həlak olanların şərəfləndirilməsi deməkdir. Böyük Vətən Müharibəsi termini artıq rəsmi olaraq istifadə edilməyəcək. Qələbə günü bayram olaraq qalacaq, lakin yeni qanuna görə, tədbirlər zamanı sovet simvolları istifadə edilməməlidir. Məhz Sovet İttifaqı nasizm üzərində qələbədə həlledici rol oynadığına görə, sovet simvollarının qadağan olunduğu vəziyyətdə bayramın nə kimi məna daşıyacağını sadəcə təxmin etmək olar.

Kommunist simvolikanın qadağan edilməsi haqqında qanun ultrasağ Radikal partiyanın lideri Olek Lyaşko tərəfindən təklif olunmuş və 226 səs zərurəti ilə 254 deputat səsi ilə qəbul edilmişdir.

Bu qanunlar Ukrayna Kommunist Partiyasının qadağan edilməsi üçün yeni cəhdlərin qızışdığı və Almaniyanın Sovet İttifaqı qarşısında təslim olduğu Qələbə Gününün 70-ci ildönümü ərəfəsində qəbul edildilər.

Corc Martin

Mənbə

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:1259