abunə ol: Yazılar | Şərhlər | Еmail

Ocaqların Zamanı – 1-ci hissə: Neokolonializm ve Şiddət

Şərh

la_hora_de_los_hornos_

1895-ci ildə “qatar stansiyaya girdiyindən” bəri,  kinematoqrafiyanın “nə işimizə yarayacağı” sualı  düşüncə ərazisinin mühüm müzakirə predmetlərindən biri olmağa başlayır. Görüntülərin və sənət aurasının, texnikanın köməkliyi ilə geniş kütlələrə çatdırılma imkanının yaranması, sənəti öldürdüyümü yoxsa onu demokratikləşdirdiyimi mövzusu bu gün də həllini tapmamış, üzərində bir çox müxtəlif baxışın kölgəsini daşıyan mövzudur. Ancaq bu müzakirəyə sadəcə sənətin qeydinə qalaraq deyil, ümumilikdə insan varoluşunu əhatə edəcək şəkildə qoşulanlar Marksist estetikanın müdafiəçiləri olmuşdur. “Üçüncü Kino” cərəyanının yaradıcıları da bunlardan biridir.

İlk dəfə 1968-ci ildə Fernando Solanas və Octavio Gettino tərəfindən “Üçüncü Kinoya Doğru” manifestində ortaya atılan “üçüncü kino” anlayışı özünü təkcə ticari Hollywood kinosunun (1-ci kino) müxalifi deyil, həm də Avropa auteur kinosunun (2-ci kino) da müxalifi kimi ortaya qoyurdu. “Üçüncü kinoçular”a görə, Hollywood bütöv bir sənaye olaraq kapitalizmin əsarətindədirsə, auteur kinosu da maddi asılılığın yaratdığı daxili senzura səbəbindən burjua sinfinin nəzarətindədir. Buna görə də nə birinci, nə də ikinci kinonun insan varoluşunu radikal şəkildə dəyişdirə biləcək filmlər yaratmasının mümkünü yoxdur. Cəmiyyəti və insanı dəyişdirəcək film sənəti deyil, inqilabı hədəfləyən film ola bilərdi. “Film”, yazırdılar, “silahdır. Görüntülər isə mərmi”.  Üstəlik, filmin necə və kim tərəfindən istehsal olunması qədər, onun necə və kim tərəfindən istehlak edildiyi də əhəmiyyətlidir. Əhəmiyyətli olan filmin müzakirənin qapısını açmasıdır; həzzin və ya katarsisin deyil.

1966-cı ildə Argentinada hərbi xuntanın basqıları altında iki ildə gizlincə çəkilən və 1973-cü ildə Peronistlər iqtidarı ələ alana kimi gizli şəkildə göstərilən 3 hissəli Ocaqların Saatı (Hora De Los Hornos) filmi “Üçüncü Kino”nun praktiki manifesti sayıla bilər.  “Şiddət və Azadlıq” adlanan ilk hissədə Argentinanın siyasi-ictimai tarixi müxtəlif kollaj və montaj texnikalarının köməkliyi ilə anladılır. Argentina və Latın Amerikanın sinfi antaqonizmlərinin tarixi olaraq da izlənə biləcək film Che Guevara və digər solçu inqilabçılara göstərdiyi ehtiramla çıxış yolunu da işarə etmiş olur. “İnqilab üçün aksiya” adlanan ikinci hissə Peronizmin tarixi və ondan sonrakı müqaviməti əhatə edir. Son hissə isə ilk hissə ilə eyni adı daşısa da, filmin “bitməməsi”,  azadlığın gəlmədiyi ana kimi şiddətin də bitməyəcəyini, beləcə “ Şiddət və Azadlıq” fliminin də davam edəcəyini göstərir.

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:2302