abunə ol: Yazılar | Şərhlər | Еmail

Noam Xomskidən “Charli Hebdo”ya dair “yaddaş məşqləri”

Şərh

Hamımız—boşluğu doldurun

Dünya fransız satirik jurnalı “Charlie Hebdo”ya qarşı törədilən qətliama qorxu ilə qarşılıq verdi. “The New York Times”da təcrübəli Avropa müxbiri Stiv Erlanger, bir çoxunun Fransanın 11 sentyabrı adlandırdıqları hadisə sonrasını açıq bir şəkildə belə təsvir edirdi: “Həyəcan siqnallarının, havada vertolyotların, dəlicə xəbər başlıqlarının, polis mühafizəsinin və narahat kütlələrin, məktəbdən çıxarılıb təhlükəsiz yerlərə köçürülən uşaqların günü idi. Əvvəlki iki gün kimi qan və qorxu Parisə hakim olmuşdu”. Dünyanın hər bir tərəfindən yüksələn səslərlə bərabər dəhşətin daha da dərin kökləri haqqında düşüncələr səslənirdi. “The New York Times”ın bir başlığında, “Çox adam bunu sivilizasiyaların toqquşması olaraq başa düşür”, deyə qeyd edilir.

Bəzi qaydaları yadımızda saxladığımız müddətcə cinayətə qarşı göstərilən iyrənmə və qorxu da, daha dərin kökləri axtarmaq da haqlı bir aktır. Verilən qarşılıq, kimin jurnalla bağlı nə düşünməsi və jurnalın etdiyindən tamamilə azad bir şəkildə olmalıdır. “I am Charlie” deyən, hər yerdə gördüyümüz o ehtiraslı şüar və digər oxşarları ən azından söz azadlığının müdafiəsi kontekstində jurnalla bağlı heç bir şeyə işarə etməməli, hətta bunu xatırladacaq hər hansı tərkibi olmamalıdır. Düzgün olan, söz azadlığının məğzdən asılı olmayaraq, nifrət dolu və yoldan çıxarıcı görünsə də müdafiə edilməsi haqqının əks edilməsi olmalıdır.

Şüarlar eyni vaxtda şiddət və terrorun tənqidini ifadə etməlidir. İsrail İşçi Partiyasının və İsraildəki növbəti seçimdə ana müxalifətin başçısı İssak Herzog, “Terrorizm terrorizmdir. Bunun iki növü yoxdur”, deyəndə, haqlı idi. Eyni zamanda “Sülh və azadlıq axtaran bütün xalqlar böyük bir çətinliklə” cinayətkar terrorizmlə(üz-üzə) deyəndə də, çətinliyi şərh edərkən təxmin edə biləcəyimiz bir seçicilik olduğunu gözardı etsək, haqlı idi.

Erlanger, qorxu səhnəsini canlı şəkildə təsvir edir. Xilas olan bir jurnalistin, “Hər şey yıxıldı, binadan çıxmaq üçün yol yoxdu. Hər yerdə duman var. Çox qorxulu idi. İnsanlar dəhşətlə bağırırdı. Kabus kimi idi”, dediyini  xatırlayır. Sağ qurtulan başqa bir jurnalist, “böyük bir partlayış və sonra hər şey tamamilə qaranlıq oldu”, deyə bildirir.

Erlanger qeyd edir: mənzərdə “gettikcə tanış gələn çil-çil olmuş şüşələr, yıxılmış divarlar, əyilmiş tirlər, yanmış boya və mənəvi dağıntı” vardı. Partlayışda ən az 10 nəfər ölmüş, 20 nəfər də dağıntının altında” itmişdi.

Bu qeydlər, Devid Petersonun yorulmadan dediyi kimi, 2015-ci ilin yanvar ayına aid deyil, Erlangerin 24 aprel 1999-cu ildə, “The New York Times”ın sadəcə 6-cı səhifəsində yer verilmiş, “Charlie Hebdo” hücumu qədər diqqəti cəlb edə bilməmiş bir xəbərə aiddir.  Erlanger, NATO-nun(ki bu ABŞ deməkdi) “Serbiya Radyo-Televiziyası qurumunu partladan”, “serb dövlət televiziyasına cavab hücumu”nun xəbərini verirdi.

belgrad -tv radio binasi 1999

(23 aprel 1999-cu ildə NATO-nun Serbiya Radyo-Televiziya qurumuna hücumu. Hava hücumu Belqrad hökumətinin BMT-nin hərbi qüvvələrini qəbul edərək, sülh planı təklif etməsindən bir neçə saat sonra edilmişdir.)

Rəsmi olaraq səbəb də göstərilirdi. Erlanger, “Yuqoslaviyanın prezidenti Solbodan Miloşeviç rejmini zəiflətmək üçün bir cəhd olaraq”, “NATO və amerikan rəsmiləri hücumu müdafiə etdilər”,  deyə bildirirdi.

Pentaqon sözcüsü Kennet Bakon, Vaşinqtonda bir rəsmi açıqlamada “Serb televiziyası, serb ordusu qədər Miloşeviçin cinayətlərinin bir parçasıdır”, yəni hücumun haqlı olaraq hədəfidir deyidir.

Erlanger, Yuqoslaviya hökumətinin, “Bütün xalqımız prezidentimizlədir, Slobodan Miloşeviçlədir”, deyildiyini xatırladır və “hökumətin bunu dəqiq olaraq haradan bildiyi bir müəmmadır”, deyə əlavə edir.

Fransızların ölülərinə yas tutduqları və bütün dünyanın qəddarlıq qarşısında cana gəldiyini oxuyarkən qeyri-ciddi şərhlər edilməməlidir. Əlavə olaraq kimin mədəniyyəti, kimin barbarlığı müdafiə etdiyinə dair dərin kökləri araşdırmaq və geniş suallar vermək də lazım deyil.

Deməli, İsak Herzog, “Terrorizm terrorizmdir. Bunun iki növü yoxdur”, deyəndə haqsız idi. Mütləq olaraq bunun iki növü var: Terrorizm, gücü sayəsində Haqlı olanlar tərəfindən daha ağır terror hücumları gerçəkləşdirəndə terrorizim deyildir. Eyniylə, Haqlı olan hücum etdiyi hökuməti müdafiə edən televiziya kanalını partladarkən söz azadlığına qarşı bir hücum yoxdur.

Eyni şəkildə insan haqları vəkili Floyd Abrahmsın “Charlie Hebdo”  hücumu haqqında söz azadlığını güclü bir formada müdafiə edərək “The New York Times”da “jurnalistlərə qarşı yaşayan yaddaşımızda ən güclü hücum” şərhini qavraya bilərik. “Yaşayan yaddaş” deyəndə olduqca haqlıdı, jurnalistliyə hücumlar və terror aktları düzgün kateqoriyalara ayrılır: onlarınkı dəhşətli və bizimkilərsə haqlı və yaşayan yaddaşdan rahatlıqla çıxarıla bilər.

Həm də bunun söz azadlığına qarşı Haqlı olanın cəhd etdiyi bir çox hücumdan biri olduğunu xatırlaya bilərik. “Yaşayan yaddaşdan” rahatlıqla silinənlərdən sadəcə bir nümunə xatırlasaq, ABŞ qüvvələri  2004-cü ilin noyabr ayında Fellucedə etdiyi, İraqın hərbi işğalının ən pis cinayətlərindən  olan, Felluce Dövlət Xəstəxanasının işğalı ilə başladı. Bir xəstəxananın hərbi işğalı təbii ki, elə özlüyündə ciddi bir müharibə cinayətidir. “The New York Times”ın bu barədə ön səhifəsindəki xəbər cinayəti göstərən bir foto ilə birgə çox ehtiyatla hazırlanmasına baxmayaraq. Xəbər, “xəstələrin və xəstəxana işçilərinin otaqlardan silahlı əsgərlər tərəfindən çıxarıldığını və əsgərlər onların əllərini arxadan bağlayarkən yerdə oturmaları və ya yatmaları üçün əmr edildiyi”ni bildirir. Cinayət çox məziyyətliydi və səbəbi də vardı: “Xəstəxanaya hücum eyniylə bir propaqanda silahını susdurdu: Felluce Dövlət Xəstəxanası, mülki vətəndaşların ölümü haqqında hesabatların ötürülməsini təmin edirdi”.

Bəllidir ki, belə bir propaqanda agentliyinin, böyük tərbiyəsizlikləri yaymasına icazə verilə bilməzdi.

 

Bu məqalə 10 yanvar 2015-ci ildə “Telesur” ingiliscənin internet saytında yayımlanıb.

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:2255