abunə ol: Yazılar | Şərhlər | Еmail

Credit Suisse: İqtisadi bərabərsizlik artmaqdadır

Şərh

programs20111126141104420

14 oktyabr tarixində dərc olunmuş “Credit Suisse” hesabatına əsasən, dünya əhalisinin ən varlı 1%-i qlobal sərvətin 48%-ni əlində cəmləşdirib ki, artan bərabərsizlik tənəzzülə səbəb ola bilər.

Guardian qəzetində dərc olunmuş məqalədə bildirilir ki, Credit Suisse qlobal sərvət hesabatına əsasən, dünya əhalisinin varlı yarısında yer almaq üçün cəmi 3,560$ – yaşayış yerinin dəyərini nəzərə almaqla – ehtiyacı var. Lakin ən varlı 10% arasında olmaq üçün $77,000, ən varlı 1% arasında olmaq üçün isə $798,000 dəyərində sərvətə sahib olmalıdır.

“Ümumilikdə götürülsə, dünya əhalisinin yoxsul yarısı ümumi sərvətin 1%-indən az miqdarına sahibdir. Bunun tam əksinə, ən varlı 10% dünya sərvətinin 87%-nə və ən varlı 1% isə təklikdə dünya sərvətinin 48,2%-nin sahibidir” – artıq beşinci ildir ki, dərc olunan illik hesabatda deyilir.

Ümumi sərvətin yeni rekord həddə  – 263 trilyon dollar səviyyəsinə çatdığını hesablamış hesabat – 2000-ci ildəki 117 trilyon məbləğin iki qatıdır – aşkar etmişdir ki, Birləşmiş Krallıq G7 ölkələri arasında yeganə ölkədir ki, 21-ci əsrdə bərabərsizliyin artmasını müşahidə etmişdir.

Bu hesabatın təqdim etdiyi hesablamalar Oxfam təşkilatının[1] yoxsulluq-əleyhdarı təbliğatçılarının ilin əvvəlində nəşr etdirdikləri hesabatın nəticələri ilə uyğunluq təşkil edir, həmin hesabatda bildirilirdi ki, dünyanın ən varlı 85 insanı 1 trilyon məbləğində sərvətə sahibdir ki, bu da dünya əhalisinin yoxsul 3,5 milyardının sərvətinə bərabərdir.

“Bu rəqəmlər bərabərsizliyin kəskinləşdiyi və artmaqda olduğu və maliyyə böhranından sonrakı artımın varlılar xeyrinə yönəldiyinə dair daha bir sübutdur. Yoxsul ölkələrdə artmaqda olan bərabərsizlik uşaqların məktəbə getmə şansı arasındakı fərqi və xəstə insanların həyat xilas edəcək dərmanları əldə etmə fərqi deməkdir”, Oxfam bərabərsizlik üzrə sədri Emma Sieri bildirir.

“Birləşmiş krallıqda bir-birini əvəz edən hökumətlər artan bərabərsizliyin qarşısını almağa müvəffəq olmadılar. Bu hesabat göstərir ki, bunu edə biləcək hökumət isə maliyyə böhranının bədəlini ödəməklə məşğul oldu, bu arada sərvət ən varlıların pul kisəsinə yönəldi”.

Dünya sərvətinin keçən ilə nisbətən 20.1 trilyon artımı 2007-ci ildən bəri ən yüksək artımdır. Ümumi sərvət isə 2008-ci ildən bəri hər il artmaqdadır və indiki zamanda, böhran öncəsi səviyyəsindən 20% yüksəkdir, hesabatda bildirilir.

ABŞ-da keçən il sərvətin ümumi məbləği ölkənin böhran zamanı itirdiyi 12,3 trilyon məbləğində artmışdır.

Credit Suisse analitikləri Tomas Pikettinin bərabərsizlikdə uzunmüddətli trendlərinə dair əsəri[2] ilə debatın yenidən canlandığına işarə edirlər.Əsərdə göstərilir ki, bərabərsizlik G7 ölkələri xaricində bütün ölkələrdə artmışdır, lakin bərabərsizlik inkişaf etmiş ölkələr arasında yalnız Birləşmiş Krallıqda yeni əsrin başlanğıcından bəri artmaqdadır.

Credit Suisse qrupunun digər hesablamaları “son illərdə artmaqda olan qlobal bərabərsizliyə işarə edir” və göstərir ki, ABŞ-da ümumi sərvət gəlirlərdən daha sürətli artmaqdadır. Müəlliflər ehtimal edir ki, iqtisadi tənəzzülə səbəb bu trend ola bilərdi.

 “Bir əsrdən çoxdur ki, sərvət/gəlir nisbəti 4-5 intervalına qədər azalmışdır. Lakin bu nisbət 1999-cu ildə internet maliyyə köpüyü zamanı[3] 6-ya yüksəlmiş və yenidən 2005-2007-ci illər arasında bu sərhəddi də aşmışdır. Maliyyə böhranı zamanı bu rəqəm “normal intervala” düşmüşdür, lakin azalmaq əks istiqamət almış və indi bu nisbət 6.5, Böyük Depressiya öncəsi səviyyəyə çatmışdır. Yüksək sərvət/gəlir nisbətinin böhran göstəricisi olduğunu nəzərə alsaq, bu narahatedici əlamətdir”, hesabat bildirir.

Həmçinin bildirilir ki, indiki zamanda ABŞ və Yaponiya istisna olmaqla, ən varlı 10%-də digər inkişaf etmiş ölkələrə nisbətən daha çox çinli vardır.

Qeydlər:

[1]Oxfam – dünya üzrə yoxsulluq problemlərini həll etmək üçün 94 ölkədə fəaliyyət göstərən 17 təşkilatdan ibarətdir. 1942-ci ildə təsis edilib.

[2]Tomas Piketti (1971) – fransız iqtisadçı-alim, daha çox sərvət və bərabərsizlik mövzularında araşdırmalar aparır. Gəlir və sərvət bərabərsizliyi araşdırmalarını əhatə edən “XXI əsrdə Kapital” əsəri 2014-cü ildə bestseller olmuşdur.

[3] İnternet maliyyə köpüyü (“dot-com bubble”) – 1997-2000-ci illərdə internet və əlaqəli sahələrin inkişafı ilə əlaqədar birjalarda səhmlərin qiymətinin yüksək dərəcədə artımı müşahidə edilmişdi. İrimiqyaslı maliyyə böhranı ilə nəticələnmişdi.

(c) SOLFRONT.org

Mənbə: guardian.com

Oxşar yazılar:

Baxış sayı:2065