abunə ol: Yazılar | Şərhlər | Еmail

Özəlləşdirmə? Geriyə addım

Şərh

stop_privatization

Şeymas Miln

“Latın Amerikasından ABŞ-a və Qərbi Avropaya qədər – həm qlobal Cənubda, həm qlobal Şimalda – daha əvvəl hər yerdə özəlləşdirilmiş dövlət xidmətləri, müəssisələr və resurslar – dövlətin mülkiyyətinə geri qaytarılır”.

Özəlləşdirmə işləmir. Bizim hamımıza nə vaxtsa səhmdarların demokratiyası, rəqabəti, xərclərin azalması və xidmətlərin keyfiyyətin yaxşılaşmasını vəd ediblər. Və budur, yeni nəsil yetişdi – və insanların əksəriyyəti artıq şəxsi təcrübədə bunun əksinə əmin oldular. Elektrik və su təchizatı, dəmir yolu və kommunal xidmətlər – reallıqda özəlləşdirmənin gedişatında sadəcə dövlətdən maddi yardımlar alan, investisiya qoymaqdan imtina edən və bu halda qiymətləri həddən artıq artıran şəxsi inhisarlar yaranır. Yəni, bu korporasiyalar tərəfindən həyata keçirilən qazanc əldə etm və zəbt etmədir.

Şəxsi kartellər iqtisadiyyatı tənzimləyən tədbirləri dəstəkləyənləri mühasirəyə alıb ələ keçirdi. İstehlakçıları və siyasətçiləri ticarət sirrinə və müqavilələrin şərtlərinin dolaşıqlığına istinad edərək əfəlləyirlər. İşçilərin maaşı kəsilir və iş şəraitinin pisləşməsi baş verir. Həyati əhəmiyyətli xidmət sahələrinin idarə edilməsi offşorda qeyd edilmiş nəhəng korporasiyalara verilib, bir şərtlə ki, bu korporasiyaların real sahibi məhz dövlət ola bilər… yalnız indi bu, artıq başqa dövlətdir.

Bir çox məruzələr və hesabatlar bizə daim göstərir ki, özəlləşdirilmiş xidmət – onun dövlət analoqu ilə müqayisədə daha bahalı və daha az effektivdir. Buna görə də çətin ki, kimsə belə bir fakta təəccüblənməlidir ki, əhalinin böyük əksəriyyəti heç vaxt özəlləşdirmə üzrə hər hansı kampaniyanı dəstəkləməyib və sorğulara əsasən, şəxsi şirkətlərə etibar etmir və arzu etmir ki, onların hər hansı xidmət sahələrini idarə etsinlər. Ancaq heç nəyə baxmayaraq, özəlləşdirmə karvanı əvvəlki kimi inadla irəliləyir.

Böyük Britaniyada Kemeron hökuməti təhsil və səhiyyənin təməlinə özəlləşdirmə prinsipini tətbiq etməyə, probasiya xidməti üçün autsorsinq sistemini daxil etməyə və  Kral Poçtunu 1 milyard funtdan daha az – bazar qiymətindən daha az – satmağa cəhd edir. Bu halda London şəhərindən olan hökumət məsləhətçiləri bu sazişdən öz paylarını daim alacaqlar.

Və görünür bu fırıldaqçı sazişlərin heç bir mümkün faciəli fəsadları G4S, Atos və Serco kimi şirkətlərə o cür böyük gəlir vəd edən müqavilələr bağlamağa mane olmayacaq – axı söhbət 80 milyard funt sterlinqdən gedir, buna görə onlar Vestminster və Uyatholldan [parlament və nazirlər kabineti] möhkəm yapışıblar.

Gəlin dəmir yolunun özəlləşdirməsiylə bağlı nümunəyə baxaq – dövlət vasitələrinin sorulması üzrə böyük fırıldaqçı saziş. Dəmir yolunun satışı tamamilə özünü doğrultmadı. Bu təbii inhisarçılığa şəxsi bazar prinsiplərini yaymaq cəhdi konkret nəyə gətirib çıxardı? Parçalanmaya, investisiyaların səviyyəsinin maksimal düşməsinə, ildə 1,2 milyarda qədər xərclərin artmasına, Avropada ən bahalı qatara biletlərinə və bundan başqa – özəlləşdirilmiş dəmir yoluna (dövlətin keçmişdə dəmir yoluna maddi yardımlarının ölçüsü ilə müqayisədə) dövlət maddi yardımlarının ölçüsünün ikiqat artımına.

Gəlin müqayisə edək: şərq sahillərində dəmiryolu nəqliyyatı dövlətin mülkiyyətində olanda daha keyfiyyətli xidmətlər göstərirdi və 800 milyon funt gəlir gətirirdi. Analoji nəticələr “Scottish Water” dövlət kompaniyasında mövcud idi (su təchizatı və kanalizasiya). Və bu səbəbdən hökumət koalisiyası onları satmağa çalışırdı (hərçənd bəzi leyboristlər xalq arasında məşhurlaşan yenidən milliləşmə tələbini dəstəkləmək barədə də düşünürlər).

Ed Bolls (Kölgə Kabinetinin kansleri və leyboristlərin lideri – tərc.qeydi) sönməkdə olan “yeni leyboristlər” alovunu (Leyborist partiyasının sağ qanadı) hər cür dəstəkləməyə çalışır və israrla təkrar edir ki, dövlət mülkiyyəti haqqında məsələ – “ideoloji” məsələdir. Bu halda dəmir yolunun özəlləşdirməsindən varlanan korporasiya baronları hər iki əllə bu cür bəyanatı dəstəkləyirlər. Bundan başqa, bütün bunları Ed Milibandın özəlləşdirilmiş şirkətlər tərəfindən təmin edilən elektrik qiymətlərinin artmasını dondurma planları son dərəcə təşvişə saldı.

Beləliklə, leyboristlər bir tərəfdən o biri tərəfə yellənirlər. Şirkətlərə konsessiyalar satmağa davam edirlər, amma dövlət onları özəlləşdirənləri və özəlləşdirilmiş müəssisələri bərabər səviyyədə idarə etmək hüququnu özündə saxlayır. Ancaq dəmir yolunun yenidən milliləşdirilməsinin xeyrinə həm də bunu demək olar ki,  belə addım yalnız xalq arasında olduqca məşhur olmayacaq, həm də yenidən milliləşdirilməni tamamilə pulsuz həyata keçirmək olacaq – bir halda ki, müqavilənin müddəti bitəndən sonra onu sadəcə olaraq yeniləməmək olar, bu zaman mülkiyyət də dövlətə qayıdar. Və indiki şəraitdə belə yanaşmaya yalnız korporativ lobbinin gücü və bazar ideologiyasının özü qarşı dura bilər.

Buna görə artıq 30 il hökmranlıq edən, milliləşdirilməyə qarşı yönəlmiş doqma (hələ də pulla dəstəklənən) ilə əlaqəni kəsmək ehtiyacı mövcuddur. Və artıq bu, yalnız Britaniya dəmir yoluna aid nümunəyə deyil. Özəlləşdirilmiş müəssisələr daha effektiv ola bilmədilər. Onlar bizə səmərəli pul yatırımı  nümunəsini nümayiş etdirə bilmədilər, işçi məşğulluğunun zəmanətləri və ya məsuliyyətindən isə heç danışmağa dəyməz. Sadədir, onlar dövlət inhisarçılığı kimi rantye prinsipi üzrə  hərəkət edərək,  “yüngül şikar”dan vasitələri “sorurdular”. Sonra daha az insanların əlində hakimiyyətin təmərküzləşməsi prosesi başlandı, bu da bərabərsizliyin artımına gətirib çıxardı. Bundan başqa,  müəssisələri özəlləşdirənlər əhəmiyyətli iqtisadi artımı stimullaşdırmaq üçün investisiyaların lazımi səviyyəsini təmin edə bilmədilər.

Və indi, praktiki olaraq bütün korporativ sektor heç yerə investisiya olunmayan “pul kisələri üzərində” oturur (və nəticədə – məhsuldarlıq düşməyə davam edir) – iqtisadiyyatı dirildə bilən dövlətin iqtisadi “motor”una ehtiyac hiss olunur. Əgər elektrik şirkətlərindən söhbət gedirsə, biz görürük ki, özəlləşdirmə sxemi burada heç işləmir – o sadəcə bu şirkətlərin mövcudluğunun əsas məqsədini – lampanın yanmasını – təmin etmək vəziyyətində deyil.

İndi təklif edilən alternativ – dövlətin tənzimləyici tədbirlərinin amansızlaşdırılması (məhz bu variant siyasi cəhətdən münasib hesab edilir) – faktiki olaraq, yalnız “uzaqdan” nəzarət deməkdir və yaranmış problemləri həll etməyəcək, çünki daha sadə olan “uzaqdan” yox, birbaşa olaraq nizama salmaqdır. Və əvvəlki təcrübə bizə deyir ki, malik olmadığın nəsnəni idarə etmək mümkün deyil.

Qlazqolu professor Endrü Kambers “Class” analitik mərkəzi üçün hazırlanmış yazısında iddia edir ki, yalnız dövlət tərəfindən böyük miqdarda cəlb edilən maliyyə və maddi yardımlar (Danimarka və İsveç dövlət şirkətlərinin yenilənən enerji texnologiyaları mənbələri üçün ayırdığı maddi yardımların ölçüsüylə müqayisədə) özəlləşdirilmiş nəhənglərin sahiblərini “ələ ala” və onları dövlət şirkətinin daha az məbləğə etdiyini etməyə məcbur edə bilər.

Və buna görə indi bank sektoru və kommunal müəssisələrin – elektrik və su təchizatı, nəqliyyat və kommunikasiya infrastrukturlarının milliləşdirilməsi tələbiylə müşayiət edilən təzyiq daha da güclənir. Yalnız əsas müəssisələr sosiallaşmış və demokratik nəzarət altında olduğu halda onlar investisiyaların cəlb edilməsi, yenidən qurma və ekoloji iqtisadiyyatın inkişaf yolundan qalxa bilərlər. Məhz belə siyasəti əhalinin əksəriyyəti dəstəkləyir – ancaq məhz bu yanaşma biznes-elita dairələrində “ədəbsizliklərin ən yüksək nöqtəsi” hesab edilir.

“Bu çox baha başa gələcək – deyə onlar təkrar edirlər – və biz dünənki günə qayıdırıq”.  Reallıqda isə dövlət büdcəsi üçün bu, heç nə ifadə etməyəcək. Axı hətta  bazar qiyməti ilə təzminat tam ödənsə belə, bunu müəssisələrin səhmləri üçün dövlət istiqraz vərəqələriylə ödəniş formasında həyata keçirmək olar. Əlbəttə ki, istiqraz vərəqələrinə görə faizləri ödəmək lazım olacaq, amma buna hətta yenidən milliləşdirilmiş şirkətlərin gəlirindən əldə olunan vasitələrin çox kiçik hissəsini sərf etmək olar.

Ancaq, nəzərləri tamamilə London şəhərinə zillənmiş Britaniya hakim sinfi, görünür, dünyanın başqa hissələrində mövcud olan tendensiyalara fikir vermək vəziyyətində deyil. Latın Amerikasından ABŞ-a və Qərbi Avropaya qədər – həm qlobal Cənubda, həm qlobal Şimalda – daha əvvəl hər yerdə özəlləşdirilmiş dövlət xidmətləri, müəssisələr və resurslar – stabil olaraq dövlətin mülkiyyətinə geri qaytarılır. Yalnız son on ildə 86 böyük şəhər üçün yenidən ictimailəşdirilmiş su təchizatı. Təkcə Almaniyada 2007-08  böhranından sonra elektrik təchizatı üzrə  şirkətlərə verilmiş 100-dən çox konsessiya geri alınmış və müəssisələr dövlət mülkiyyətinə qaytarılmışdır.

Və hətta indi iqtisadiyyatın ölçüləri özəlləşdirmə siyasətinə yeni həyat vermək üçün istifadə olunur, biz bütovlükdə əks tendensiyanı müşahidə edirik – yenidən milliləşdirilmənin yüksəlməsi başlanıb. Milliləşdirilmənin yeni dalğası bir qədər başqa innovativ formalar (bəzən qarışdırılmış) əldə edir və eyni zamanda artıq keçmiş milliləşdirilmiş müəssisələrə məxsus səhvlər və zəif yerlər nəzərə alınır. Ancaq Böyük Britaniyada şəhərin özü və özəlləşdirmədən böyük gəlirlər əldə edən korporasiyaların maraqlarının hakimiyyəti bu istiqamətdə hərəkət üçün əhəmiyyətli maneədir. İndi qarışıq iqtisadiyyata yönəlmək tələbilə təzyiqin artırılması (nə vaxtsa bu yanaşma hətta hamı tərəfindən qəbul edilmiş hesab edilirdi) müşahidə olunur, çünki qarşısıalınmaz kapitalizmin müvəffəqiyyətsizliklərinə görə ödənməli olan qiymət artmağa davam edir. Və, ehtimal ki, dəmir yolunun yenidən milliləşdirilməsi bu istiqamətdə yalnız ilk addım olacaq.

(c) SOLFRONT.org

Mənbə

Oxşar yazılar:

Baxış sayı:2038