abunə ol: Yazılar | Şərhlər | Еmail

Fillip Qavi, Viktor Pyer və Jan-Pol Sartr. “Sol radikalizm və qeyri–leqallıq”

Şərh

Sartr: Mən Cause du Peuple (CDP) redaktorluğunu öz üzərimə götürəndə 68 Mayındakı itirilmiş birliyin bərpası üçün  nə edə biləcəyimi dumanlı təsvir edirdim.  Hələ deyim ki, o vaxt mən maoistləri heç dəstəkləmirdim.  Mən bu rolu mətbuat azadlığı uğrunda öz üzərimə götürdüm, amma mən Vive la Révolution (VLR) və Tout qəzeti və ya Révolution, və ya Rouge – dan olan trostkistlərin, və ya o dövrdəki hər hansı bir qrupun əleyhinə deyildim.  O vaxt mən hesab edirdim ki, bu qruplar az və ya çox dərəcədə müəyyən məqsədlərə münasibətdə razılığa gəlməlidirlər, 1968 – də olduğu kimi və yenə vahid hərəkatın təşkili ilə məşğul olmalıdırlar. Mən bunu tədricən başa düşdüm…

Viktor: 1969 – da sizin inqilabçıların birliyi haqqında təsəvvürünüz eyni idi və prezident seçkilərində Krivini dəstəkləyirdiniz.

Sartr: Bir müddət mən onu dəstəkləyirdim.  Amma mən istəyirdim ki, o elan etsin: mən ona görə namizəd kimi çıxış edirəm ki, siz televiziyada ifrat solların səslərini eşidə biləsiniz, seçilmək üçün yox.

Viktor: Bu gün siz seçkilərə dair hər cür makiavellizmə qarşısınız: siz bu haqda Les Temps Modernes – də elan etmək istəyirsiniz. Bəs 1969 – cu il mayında siz makiavellist idiniz?

Sartr: Mən əxlaqi səbəblərdən elektoral makiavellizmə (məsəln, ümid etdiyin, seçilməyəcək  insanların lehinə səs vermək) qarşı deyiləm, ona görə qarşıyam ki, ümumi seçkilərin bununla razılaşmayacağını hiss edirəm.  Mən Hakimiyyətə qarşı  fəndlərin əleyhinə deyiləm, mən onları yerində hesab edirəm.  Məni o narahat etmirdi ki, o öz namizəd funksiyasını – Hakimiyyət tərəfindən yaradılan – ifrat solların səsinin televiziyada eşidilməsi üçün istifadə edirdi, narahat edən o idi ki, o, trotskistlərə hörmət qazandırmaq üçün özünü bunlarla təqdim etməkdə inad edirdi.  Ümumi seçkilər xalq hərəkatlarının və birbaşa demokratiyanın legitimliyinin qanuniləşdirilməsi üzrə burjua hakimiyyətinin hiyləsidir.  Mən gözləyirdim ki, Krivin ilk dəfə televiziyada deyəcək: “Çox sağ olun ki, məni dinlədiniz, mənə başqa heç nə lazım deyil. Öz səsinizlə necə istəyirsinizsə, elə davranın. Amma mənə səs verməyin, mən artıq namizəd deyiləm”.

Viktor: Amma nə də olsa, aydın idi ki, əvvəlcədən o da “öz səslərini” saymaq istəyirdi.  O, qapalı nümayəndəlik qaydasını qəbul etdi.

Sartr: Bəli, bu təəssüfə layiq idi.  Amma bu təkcə trotskistlərin səhvi deyildi.  İtaliyadakı son seçkilər zamanı Il Manifesto Valpredanı aydın, amma yanlış səbəblərə görə təmsil etmək istəyirdi.  Nəticə: onu əzdilər.  Əlbəttə, ifrat sol siyasi qruplar gündəlik həyatda provokativ element kimi xidmət edə bilərlər. Amma onların təsiri altında olanlar özlərini onların üzvü hesab edənlərdən daha çoxdurlar.  Ona görə də ümumi seçkilər vasitəsilə tərəfdarlarının sayılması ideyasının özü yanlışdır, bu, onların ölkədəki real nüfuzu haqqında təsəvvür verə bilməz.   Bundan sonra mən başa düşdüm ki, trotskistlər və PSU yalnız qismən qeyri – leqallıq lehinə çıxış edirlər, belə ki, özlərini elektoral  komediyaya cəlb etməyə imkan verdilər.  Qeyri – leqallıq lehinə  doğrudan da çıxış edənlər – çünki hətta sistemin onlara verdiyi haqları da inkar edirdilər – maoistlər idi.  Əgər dəqiq desək, onlar bəzən qanuni ədliyyəyə əsaslanan addımlar atırdılar.  Amma onlar kənardan hərəkət etməli olurdular: məsələn, Lansdakı xalq məhkəməsi[i]. Və bu halda, digərlərində olduğu kimi, mən sizin tərəfinizdə olanda intellektualların nüfuzu onu tanıyan sinfə, burjuaziyaya qarşı yönəlmişdi.  İşçilər isə məni nüfuzlu şəxs kimi görmürdülər. Biz onlara qoşularaq, eyni zamanda sistemin daxilində və xaricində fəaliyyət göstərirdik.  Mən bir neçə bu faktdan əmin idim: sistemin daxilində nə isə etməyə çalışanlar  yalnız onun qorunmasına nail olurlar.  Öz səsverməsi ilə sistemi yıxmağa çalışmaq istəyənlər səhvdirlər, çünki səsvermə hərəkatın, məsələn  üsyançı hərəkatın qanuniliyini onun legitimliyinə qarşı qoyur. Hakimiyyətə qanun yolu ilə gələnlər tamamilə eynidirlər.  UDR və PC – PS – a baxın.  Səs vermək öz müstəqilliyini sənin əvəzinə fəaliyyət göstərəcək qrupa həvalə etməkdir.  Buna görə də mən maoistlərlə yaxın oldum.  Problem onda idi ki, 1970 – 71 – ci illərdə onlar qanuna tərəf döndülər, Haqq və Ədalət Komitələrinin əsasını qoydular ki, bu komitetlər qanuniliyə xaricdən, legitimlik adından deyil, daxildən leqallıq adından iddia edirlər. Haqq və Ədalət Komitələri qanunun tətbiqini tələb edirlər və biz onlara demirik ki, digər nəzər nöqtəsi mövcuddur: absolyut illeqallıq və ya sistemi birbaşa demokratiyanın legitimliyi vasitəsilə qəbul etməmək.  Həmçinin Qırmızı Yardım məsələsi üzrə güclərin fəallaşdırılması zəruridir, bu təşkilatın əsas vəzifəsi tətillərin keçirilməsi və yaşayış yerinin zəbtindən ibarətdir, amma bu baş verdikdə o, qeyri – leqal kömək göstərir.  Beləliklə, kim ki, artıq boğaza yığılıb, Qırmızı Yardıma gedə bilər, ədalətə nail olmağın mümkünlüyünə inananlar isə sistem çərçivəsində qalaraq Haqq və Ədalət Komitələrinə gedə bilər.  Mən sizin xalq hərəkatlarını olduğu kimi, onların siyasiləşməsi səviyyəsində qəbul etmək səyinizi başa düşürəm. Amma mən görmürəm ki, sizin leqallıqla yeni mübarizə üsulunuz sistemdən kənarda keçirilən keçmiş hərəkətlərlə ziddiyyət təşkil etsin. Əgər siz sonunculardan imtina etsəniz, bu, PSU və trotskistlərə qoşulmaq demək olacaq.

Viktor: Bruey şaxtaçılarının Parisdəki yürüşü qadağan olundu.

Sartr: Bəli, amma bu sizi uzağa aparmaz.  Siz legitim qeyri – leqallığın bu sektorunu tanımalısınız, sizin real gücünüz məhz bundadır.  Və siz yalnız bu məqsədə xidmət edə bilən Qırmızı Yardımı sistemli şəkil məhv etmək deyil, qorumalısınız. Siz onları terrorizmdə ittiham edirsiniz ki, bu da realda o deməkdir ki, onlar qapı – qapı təbliğat aparırlar – praktik olaraq qanuni təbliğat forması – həmçinin təbliğat prosesində inandıra bildikləri insanları qorxudan zorakı və buna görə də qeyri – leqal aktlar törədirlər.

Qavi: Mən razıyam, qismən.  Hər bir hərəkat, əgər o xalqdan ayrılmaq istəmirsə, bu və digər vaxtda birmənalı olmayan, ikili xarakterli yadlaşdırıcı ideyalar üçün kök salmalıdır.  Ədalətə olan müqəddəs ehtiyac eyni zamanda ikili standartdan və əzmə hissindən imtinadır.  Bu normaldır – elə tələbatları çıxış nöqtəsi  kimi götürməli ki, onlar gizlədiləcək, hazırlanacaq və burjuaziya tərəfindən başqa məqsədlər üçün çevriləcəklər.  Və sonra hələ də tanınan institutların ziddiyyətini aydın şəkildə göstərmək, bu ziddiyyətləri onlar partlatmaq üçün, kütlələrin öz legitimliyini yaradacaqları nöqtəyə gəlmək üçün gücləndirmək və onu qanuna qarşı qoymaq lazım olacaq. Amma mən düşünürəm ki, mütəşəkkil hərəkat institutları bu cür (bu, qeyri – leqal hərəkətləri, məsələnBéthune – dəki yürüşü istisna etmir) istifadə etdiyi anda onun üzvləri belə bir faktı tam dərk etməlidirlər ki, onlar artıq müəyyən şeyləri deyə bilməyəcəklər.  Məsələn, hakim Paskal şaxtaçılara qarşı ədalətli münasibət göstərirsə, onu eyni zamanda müstəntiq, repressiv hakim və s. olmaqda ittiham etmək olmaz.  Bəs niyə siz yerinə yetirə  biləcəyiniz işlə – institutlar daxilindəki ziddiyyətlərin kəskinləşməsindən, qeyri – qanuni aksiyaların keçirilməsinədən ibarət – və digər tərəfdən, bir çox cavanlar arasında olan etiraz hərəkatı arasındakı qarşılıqlı tamamlayıcılığı etiraf etmirsiniz. Bu axın təşkil olunmayıb və ona görə də kütləvi təşkilatların sükutuna tabe edilməyib: onlar hər şey deyə bilərlər.  Mən nəzərdə tuturam ki, siz, Viktor, özünü çılğın və hətta həyasız şəkildə ifadə edən bu axının effektivliyini ölçə bilməzsiniz.  Siz iddia edə bilməzsiniz ki, hansısa bir anda Bobigny pozitivdir, halbuki iki əvvəl hər hansı Mutualité mitinqi belə deyildi.  Siz kütləvi aksiya ilə onunla eyni vaxtda baş verən provokasiya aktı arasındakı dialektik münasibəti ölçə bilməzsiniz. Müəyyən mübarizə növləri aşkar şəkildə yadlaşma fikirlərinə hücum edirlər və bu mübarizə əsasən ona görə daha həyasızdır ki, onları azlıqda olan qiyamçılar gerçəkləşdirir.  Amma, digər tərəfdən, əgər biz dərhal eşidilmək istəyiriksə, sizin etdiyinizi etməliyik.  Bütün bunlarla barışmaq olar. Mən qorxuram ki, siz sol ekstremizm deyilən şeyi provokativ axın hesab edəcəksiniz ki, onunla razılaşmama münasibətində olacaqsınız.  Nəticədə bir və ya iki il əvvəl Ligue – nun etməyə başladığı olacaq. O, radikal sol hərəkatdan yaxasını qurtarmağa çalışdı.  Və indi maoistlər də ondan ayrılmaq istəyirlər? Bruay – en – Artois`i götürək:  mən Haqq və Ədalət Komitələrinin bərqərarını böyük qələbə hesab edirəm və siz sadə xalqın ədliyyəni idarə etməsi tələbində haqlısınız.  Məni Bruey məsələsində bir şey heyrətləndirdi: bu işə cəlb olunmuş yeganə gənc insanlar ya valideynləri Haqq və Ədalət Komitəsinin üzvləri olan, ya da işi birbaşa təşkil edən dörd nəfər idi.  Amma ümumilikdə hər şey 1) qadınlar, 2) müəyyən yaşda adamlar tərəfindən təşkil olunmuşdu.  Mən bilirəm ki, bir çoxları Bruey – i tərk edirlər, şaxtalar bağlanır və s. Amma orta məktəb, məsələn, zəbt olunmamışdı və bunun səbəbi sizin istifadə etdiyiniz dilin olub – olmadığını bilmək mənə maraqlıdır.  Bu dil 1936 – cı ili, 1936 – 39 – cu illəri yaradanların, ənənəvi əxlaqı dəstəkləyənlərin dili idi.  Bu yaş qrupları, bu təfəkkür forması və Charlie-Hebdo oxumağa meylli gənclər arasında ziddiyyətlər yox idimi.

Viktor: 1968 – ci ilin 1 nömrəli problemi legitimlik və leqallıq arasındakı qarşıdurmanın genişlənməsidir.  Biz istəmirik ki, marginal qruplar yeganə mübarizə aparan qruplar olsun.

Qavi: Sözsüz.

Viktor: Qarşıdurma sahəsinin genişlənməsi yalnız hansısa bir anda qeyri – leqal addımların gerçəkləşməsi demək deyil, həmçinin institutlar daxilindəki kəmiyyət ziddiyyətlərini doğuran digər leqal hərəkətlərdir.  Mən “institusional təxibatçı aktlar” ifadəsini işlədirəm.  Sartr La Cause du peuple redaktə işini qəbul etdikdə burada həm leqal hərəkət, həm də leqallığı pozan hərəkətlər də var.  Məhz bu dayanıqsız birləşmə hərəkətə qüvvə verir.

Sartr: Aydındır ki, biz La Cause du Peuple Dostlar Cəmiyyətinin əsasını qoyanda və prefekturada bizə qanunla dərhal verilməli olan kvitansiyanı istəyəndə və onlar bizə razılıq verməyəndə  biz qanuniliyi…

Viktor: Səbatsız vəziyyətə qoydunuz…

Sartr: Bundan dərhal sonraCause du Peuple dostlarının qanunsuz hərəkətlər etmək fikrinə düşməsi istisna olaraq, məsələn, küçələrdə CDP satışı. Belə ki, bu eyni zamanda iki tip fəaliyyət idi.

Viktor: Bu, institusional təxribatçı fəaliyyətin ideal nümunəsidir.  Bir tərəfdən, tam qanunsuz və digər tərəfdən, tam qanuni hərəkət yoxdur. Qanunilik elementi daşıyan hərəkət eyni zamanda müəyyən olunmuş sistemə münasibətdə tənqidi yük, təxribat izi daşımalıdır.  Kombinasiya dayanıqsız olur.  Hərəkətə gəlmiş kütlələr – qarşısında qanunilik – qeyri – qanunilik münasibətlərini yıxmaq, hərəkatın “sərtləşməsi” məqsədini qoymuş qüvvədir.  Misal kimi, uğursuzluqluq halını götürək…

Sartr: Müvəqqəti…

Viktor: Daş kömür hovuzunda biz Mərakeş şaxtaçılarının işçi kartları alması, yəni qanuna riayət edilməsi üçün kampaniya apardıq.  Biz “ədalətli iş” tələb edirdik.  Kapitalist qanununa daha nə uyğun ola bilərdi? Buna baxmayaraq, bu kifayət qədər təxribatçı hərəkat idi.  O, kömür şaxtalarının likvidasiyasını sual altında qoydu.  Mahiyyətinə görə, bağlanma zamanı onlara elə bir işçilər lazımdır ki, onların iradəsi ilə işləsin və ondan asan yaxa qurtarmaq olsun.  Buna görə də mərakeşlilərə bu zəif müdafiə, işçi kartları da qadağandır.  İnstitusional təxribatçı fəaliyyət anlayışını müəyyən etmək çox vacibdir.  O, Lenini oxumaqdan doğan aşağıdakı şəkildə təqdim edilmiş yanlış strategiyanı tamamilə dağıdır: mən qanuni və qeyri – qanuni fəaliyyəti birləşdirirəm. Mən “qeyri – qanuni fəaliyyəti” birləşdirirəm, bu o deməkdir ki, mən silahlı üsyana hazırlaşıram.  Bununla mən bu gün mövcud olmayan fəaliyyəti digər, mümkün qədər qanuni fəaliyyətlərlə birləşdirirəm.  Mənim ideal nəzarət mövqeyim var və oyun qaydalarını qəbul edirəm, vəziyyətin relslərdən çıxmağını gözləyirəm.

Bizim üçün taktik mülahizələrin mərkəzində dialektik fəaliyyət dayanır ki, onun çıxış nöqtəsi dərin legitim, üstünlük təşkil edən ideyalar və səthi cəhətdən qanuni olan ideyalar arasındakı münaqişədir. Bu, mövcud ikiliyin tənqidi yükə çevrilməsidir.  Müəyyən tənqidi səviyyəyə nail olunduğu anda hakimiyyətin özü, öz axmaqlıqlarını gerçəkləşdirərək, tabelik ruhu ilə müqavimət ruhunu müqavimətin xeyrinə transformasiya edəcək.

Qavi:  Yox, bu, cavab deyil.  İnstitutlar daxilində təxribatçı hərəkətlərə “Hə”, amma eyni zamanda institutlara qarşı təxribatçı hərəkətlərsiz.  Sol radikalizm, biz bu barədə bilirik ya yox, şüurlu və ya şüursuz olaraq, köhnə, çürümüş ideyalara, sosial normalara qarşı permanent qiyam vəziyyəti olmuşdur.  Maoist hərəkatın Robin Qud rolunu oynadığı iki il də daxil olmaqla.  Bu, bir çox parçalanmalar, ən azından nifaqlar doğurdu.  Dünya başayaq çevrilməmişdi, o aşırılmışdı.  Ona görə ki, siz bunu anlaya bilmədiniz, J’Accuse qəzetini qocalar üçün qəzetə çevirdiniz.

Viktor: Amma sol radikalizmin aradan qaldırılması gənclərin qiyama qarşı qoyulması demək deyil.  Hərəkatı xalq dəstəyindən ayıran şey siyasi normalar sisteminin inkar edilməsidir.

Qavi: Xalq dəstəyi, proletariat oazisi kimi bir şey yoxdur.  İşçilər burjua kimi düşünmürlər.  Və bu aydındır: onlar başqa cür yaşayırlar.  Amma, bu demək deyil ki, onlar burjualar tərəfindən yaradılmış dəyərləri mənimsəmirlər.  Alma – armud deyil, amma hər ikisi eyni tarlada bitir.

Viktor: Mən başa düşməyə  çalışıram ki, siz “Biz sol radikal deyilik” dedikdə nəyi nəzərdə tutursunuz.  Elə bir insanlar, əsasən gənclər qrupu var ki, onlar 1968 – ci ildən ədalətin sinfi cəhətdən şərtlənmiş ədalət olduğunu öyrəniblər.  Onlar hətta daha artığını öyrəniblər: dövlət tamamilə yuxarıdan aşağıya qədər məhv edilməli və vətəndaşların birbaşa iştirakını nəzərdə tutan başqa bir şeylə əvəz edilməlidir.

Bu, ən yaxşı halda, bu qrup insanın Mayda öyrəndiyidir.  Amma bu qrup öyrəndiklərini bütün əhaliyə qəbul etdirmək istəyir. Baxın, Lutte Ouvrière Brueye haqqında nə deyir: bu işdə nümayiş etməyin zəruri olduğu şey o idi ki, bu, sinfi cəhətdən şərtlənmiş ədalət halı idi, hakim Paskalı dəstəkləmək lazım deyildi…

Qavi: Siz insafsızlıq nümayiş etdirirsiniz.  Lutte Ouvrière maoistlərdən daha anti – radikaldır.

Viktor: Bizim sözlərin mənasına dair fikir ayrılığımız var.

Sartr: Siz nəyi “sol radikal” və kimi “sol radikallar” adlandırırsınız?

Viktor: Sol radikallar əhalinin böyük hissəsinə deyəcəklər: bu iş – məsələn, tətili dəstəkləmək üçün iştirakçılar aksiya keçirilməsinə görə həbs olunublar – nümayiş etdirir ki, ədalət sinfi cəhətdən şərtlənmişdir.  Bizim fikrimizin gerçəkləşdirilməsi sol radikaldır.  Nə üçün? Çünki bizim çıxış nöqtəmiz əhalinin az hissəsi tərəfindən öyrənilən işlərin vəziyyətidir və əhali çoxluğu ilə kəsişmə nöqtəsi tapmadan biz sadəcə ona [əhalinin böyük hissəsinə] etinasızlıq göstəririk.

Qavi: Siz Bruey zamanında məhz bunu etdiniz? Siz göstərmək istəyirdiniz ki, sinfi cəhətdən şərtlənmiş ədalət mövcuddur?

Viktor: Biz hakim Paskalı dəstəkləyirdik.

Qavi: Hakimlərin ədalətli olması fikrinə imkan verərək.

Viktor: Bunu edərək biz nəhayət ki, sol radikal anlayışa daxil edirik ki, hüquq institutlarından yaranan hər şey –  kirlidir.  Biz öz hərəkətlərimizi hüquq institutlarından uzaq duran hər şeylə münasibəti olan Ədalət naminə etməliyik.  Fakt ondadır ki, hakim Paskalın yanaşmasında ədalət payı var və biz bu payın ali hüquqi orqanlar tərəfindən aradan qaldırılmasını istəmirik, buna görə biz anti – sol radikal təcrübəni dəstəkləyirik.

Sartr: Biz nə haqla əgər – işçi sinfi üçün – inqilabi ədalətli olan Ədalət ideyası olmayan nöqteyi – nəzərdən hakim Paskalı digərindən daha ədalətli elan edə bilərik?

Viktor: Biz razıyıq, amma sol radikal yol başlanğıcın bəyan edilməsidir: Ədalət İnqilabdır.  Sol radikallığın aradan qaldırılması xalqın ədalətə doğru, bu anlayışın özündə daşıdığı bütün ikimənalı və yadlaşmış hər şeylə, istiqamətlənməsi və elə bir fəaliyyət məntiqi genişləndirməsidir ki, o, kütləvi hərəkatı elə maarifləndirir ki, iş Ədliyyəyə gəldikdə – bərqərar olmuş sistemlə əlaqəni kəsmiş –  təxribatçı elementlər yadlaşdırıcı elementlər üzərində dominantlıq təşkil edir.  Bütün sferalarda nəzarət anlayışı – Ədliyyə, polis üzərində ictimai nəzarət, 1971 – ci ilin “gəlin polisə göz yetirək” – bu anlayışlar ikimənalıdır.  Sol radikallar adətən deyirlər: “Siz Ədliyyəni idarə etmək istəyirsiniz və ona görə müəyyən dərəcədə ondan əminsiniz. Yox! Rədd olsun Ədliyyə!” Biz deyəndə: gəlin işin təşkilinə nəzarət edək, onlar bizə cavab verə bilərlər: “Bu deməkdir ki, siz işin təşkilini qəbul edirsiniz, siz onu yaxşılaşdırmaq istəyirsiniz…” Amma böyük yığıncaqlara vasitəçi olmaq cəhdi reformist ideologiyanın izlərini daşıyan şüarların istifadəsini nəzərdə tutur.

Sartr: Bundan başqa, bu həm də kompartiyanı bu gün tutduğu reformist mövqeyə gətirib çıxaran amildir.

                                      (c) Solfront.org


[i] 12 dekabr 1970 – ci ildə Lansda (Pa – de – Kale departamenti) Ejeni Kamfenin sədrliyi altında qırmızı köməklə xalq məhkəməsi baş tutdu, prokuror rolunda J.P.Sartr çıxış etdi.

Fukyer – le – Lans qəzasından sonra (14 həlak olan) maoist aktivistlər kömür hovuzunun yerli idarəsinə “Molotov kokteylləri” atdılar.  Rəsmi hüquq prosesindən əvvəl baş tutmuş Lansdakı xalq məhkəməsi Fukyerdəki qəzaya görə Kömür hovuzu İdarəsi və onun mühəndislərinin müqəssirliyi haqqında qərar çıxartdı.  Dövlət təhlükəsizliyi məhkəməsi qiyabi şəkildə mühakimə olunan istisna olmaqla, maoist aktivistləri haqlı hesab edəcək.


Oxşar yazılar:

Baxış sayı:11081