abunə ol: Yazılar | Şərhlər | Еmail

2-ci “Yasəmən inqilabının” domino effekti

Şərh

Dünya mətbuatında bir həftə öncə qoyulan sual  belə idi: “Misir Tunisin yolunu gedəcəkmi? ” Və xəbər verilirdi ki, bugün Qahirədə parlament binası qarşısında 49 yaşlı restoran sahibinin özünə od vuraraq intihar etmək cəhdinın qarşısı alınıb. Ardınca ölkədə kütləvi aksiyalar baş verib, ölənlər haqda məlumat yoxdu. Növbəti günlərdə buna oxşar 4 nəfər intihar etdi. Bənzər  aksiyalar demək olar, bütün Ərəbistan yarımadasında baş verdi.
Xatırladaq ki, eyni olay  Tunis  inqilabının başlanğıcında katalizator olmuşdu.26 yaşlı universitet məzunu işsizliyə etiraz olaraq intihar etdi.Bu xəbər internet vasitəsilə yayıldı.35 faizin internete çıxışı olduğu ölkədə məlumat   effekt  verdi. Bir ay çəkən nümayişlərdən sonra yanvarın 14-ü vəziyyətin idarə olunmazlığını görən diktator   Səudiyə Ərəbistanına qaçmalı oldu.Çünki sonuncu  gün ordu təcrübəli baş nazir Məhəmməd Qanuşinin tərəfə keçmişdi.  O, 1999cu ildən hökumətə rəhbərlik edir.
Bəlkə də buna görə  Tunis xalqının qiyamına bəzi jurnalistlər peyğəmbərlik edib  təkrarən   “Yasəmən inqilabı”  adı verdi. Tunisin yazılmamış qanunu – proqnozlar doğru çıxdı.1987 -ci ildə o vaxtki baş nazir   Zeynelabidin Bin Ali   necə gəlmişdisə elə də hakimiyyətdən getdi, yerinə hazırki baş nazir  müvəqqəti gəldi. Ölkə qanunlarına əsasən isə  dövləti parlamentin spikeri idarə etməli idi. Sonrakı gün  Məhəmməd Qanuşi   Milli Birlik Hökümətinin tərkibini  elan etdi. Müdafiə ,maliyə,xarici və daxili işlər nazirləri öz vəzifələrində qaldı.
Məlumat rəsmiləşdikdən bir neçə saat sonra paytaxt Tunis şəhərində kütləvi  nümayişlər başladı. Xalq veteran nazirlərin istefasını və ciddi siyasi dəyişikliklər tələb etdi. Ölkədə fövqəladə vəziyyət elan olunsa da, bunu pozan xalq məhz M.Qanuşinin hakimiyyətdən uzaqlaşmasını istəyir. Tunis qiyamı inqilabın bir addımlığındadır.

Ancaq diqqət mərkəzində hələki Misirdir. Çox böyük ehtimalla “Cənab Həqiqət” -Hüsni Mübarəkin Zeynelabidin Ben Alinin taleyini yaşayacağı gözlənilir.Səbəblər çoxdur . “Demokratik” ölkədə 1975-ci ildə vitse prezident seçilən Ərəb dünyasının “Boz kardinalı”, Ənvər Sədata sui-qəsdən sonra üç onillikdir ki, prezident kürsüsündədir(demokratiya üçün çox deyilmi? ). Siyasi azadlığın məhdudlaşdırıldığı 83 milyonluq ölkə faktiki 83 yaşlı Hüsni Mübarəkin “Misir Milli Demokratik Partiyası”  monopoliyasındadır. Misirin müasir  siyasətinin fironu  noyabr və dekabrda keçirilən sonuncu parlament seçkilərindən sonra avtokratiyasını bir daha legitimləşdirdi.Bu ilin yayı  isə prezidənt seçkiləri olacaq. O iştirak edəcək (başqa bir ehtimala görə 30 ildən sonra  Hüsni Mübarək Həsayağı prezident kreslosunu Milli Demokrat Partiyasının katibliyinə keçən 47 yaşlı Gamala  bağışlayacaq). Sonrası ümumməlumdur…Bahalaşma və əhalinin yaşayış səviyyəsi çox aşağı olan Misirdə korrupsiya yüksək  səviyyədədir.

Digər  tərəfdən  hadisələr gözlənilən tarixdir. 2009-cu il avqustun 17-də “Washington Post” qəzeti Misir prezidenti Hüsni Mübarəkin ABŞ-a səfəri ilə bağlı yazı dərc etmişdi. Həmin məqalədə müəllif  Michael Dunne  açıqca yazırdı ki, hətta 2011-ci ilin seçkilərində Hüsni Mübarək özü iştirak etsə belə hakimiyyət dəyişikliyi maksimum bir neçə ilə baş tutasıdır.
” Obama administrasiyası Yaxın Şərqdə demokratikləşmə proqramlarına ayrılan vəsaitin artırılması təşəbbüsü ilə çıxış etsə də, Misirdə eyni proqramlara ayrılan maliyyənin üçdə ikisindən çox hissəsi kəsilib”.
sual qoyur : “Niyə görə Obama administrasiyası Misir vacib seçkilər və gözlənilən lider dəyişikliyi ərəfəsindəykən demokratikləşmə proqramlarından geri çəkilir!”
“Nəzərə alınası adamlar ancaq prezidentlər və xarici işlər nazirləridir və gündəlikdəki yeganə vacib məsələlər İsrail-Ərəb münaqişəsi və regional aqressiyanın önlənməsidir”. Yazara görə, məsələlərin bu durumda olması ironiya doğurur.

Son gedişat göstərir ki, bu tarix  yaxınlaşır və misirlilər  başladıqlarını sona çatdırmağa hazırdır. 1977ci ildən ölkədə bu formada etiraz aksiyası olmayıb. Keçən gün-“Qəzəb günü”  30 min nəfərin iştirak etdiyi nümayişi polis  dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib. Qəzəbli vətəndaşlar da daşla hücum edib, qaz balonlarını  polisə atıblar. Paytaxt Qahirədə və Suez bölgəsində polisin yaxın məsafədən aksiya iştirakçılarına atdığı rezin güllələrdən iki nəfər həlak olub. Ümumilikdə 4 nəfərin öldüyü, 70 nəfərin xəsarət aldığı bildirilir.  Tahrir meydanına toplaşan xalq  Mübarəkin istefasına qədər oturaq etiraz aksiyası keçirəcəklərini bildiriblər.  Etiraz aksiyasını təşkil etmək üçün gənclər  internetdə sosial şəbəkələrdən çox fəal istifadə etdiklərindən  artıq ölkədə Twitter şəbəkəsinə çıxış  bağlanılıb.


Oxşar yazılar:

Baxış sayı:9223