abunə ol: Yazılar | Şərhlər | Еmail

Oliqarxlar hakimiyyətinin qanuniləşdirilməsi

Şərh

poroshenko

Ukraynada növbədənkənar prezident seçkilərinə gətirib çıxaran hadisələr avrointeqrasiya tələbindən başlandı. Və belə təsadüf etdi ki, Ukraynadakı (mərkəzi seçki komissiyasının məlumatına görə, tarixdə ən minimal iştirak səviyyəsi ilə – 55%) seçkilər Avropa Parlamentinə seçkilərlə eyni gündə keçirildi, orada iştirak səviyyəsi daha aşağı idi – 43%. Ukraynada ilk turda 54% toplayaraq aşkar üstünlüklə oliqarx Pyotr Poroşenko qalib gəldi. (hesablamalara görə, 80% səs) Yuliya Timoşenko 13% ilə daha da geridə qaldı, onun keçmiş silahdaşı, populist Oleq Lyaşko bir qədər də az, 8%.

Yalnız ölkənin şərqində seçkidən yayınma halları (ya da “iştirak etməmə halları”) müşahidə olunurdumu?

Qərb məmurları və media Poroşenkonun seçilməyini “demokratiyaya yol” adlandıraraq salamlamağa tələsdilər. Hələ seçkilərə qədər artıq ölkənin şərqində seçki qutularının məhv edilməsi haqqında hekəyələr alovlanırdı, seçkilərdə iştirakın belə aşağı səviyyəsini qismən onunla izah etmək olar. Ancaq ölkənin qərbində, Yanukoviçə qarşı etirazların bazası olan regionda da seçicilərin əhəmiyyətli hissəsi seçkilərdə iştirak etmirdi. Kiyev rejiminin ölkənin regionlarında əhalinin əksəriyyətinin dəstəyini almamasının kifayət qədər əlamətləri mövcuddur, xüsusən, şərqdə.

Poroşenko kimdir?

Poroşenko – “Roşen” şokolad istehsal holdiniqinin və olduqca nüfuzlu “5-ci Kanal”-ın sahibidir. 8 milyon dollarlıq kütləvi media-kampaniya nəticəsində belə böyük üstünlüklə seçkilərdə qalib gəlməyi bacardı (bununla belə, Ukraynada orta aylıq əmək haqqı təxminən 250 dollardır), onun əsas rəqibi Timoşenkonun korrupsiya fəaliyyətinin (başqa namizədlər kimi) aşkarlığı daha çox idi. Hərçənd onun şəxsi mediası onu Ukrayna iqtisadiyyatını inkişaf etdirə biləcək biri obrazında təqdim etsə də, fakt odur ki, o öz var-dövlətini (təxminən 1 milyard dollar) hələ Sovet İttifaqı dövründə mövcud olmuş və sonra Poroşenko tərəfindən amansızcasına özəlləşdirilmiş şokolad fabriklərinin məhsulundan qazanıb. Öz sərvətini həm də işçi qüvvəsinin ixtisarı və bu fabriklərdə iş şərtlərinin pisləşməsi nəticəsində qazanmağı bacardı. Çoxları artıq unudublar ki, 2001-ci ildə Poroşenko devrilmiş prezident Yanukoviçin partiyası – Regionlar Partiyasının yaradılmasında iştirak edib. Sonra digər tərəfə keçdi və 2004-cü ildə Viktor Yuşenkonu hakimiyyətinə gətirib çıxaran “Narıncı inqilab”ı dəstəklədi. Yuşenko dövründə o, həmçinin müxtəlif nazirliklərə başçılıq edirdi, bunun sayəsində də öz sərvətini artırırdı. 2010-cu ildə Yanukoviç hakimiyyətə gələndə Poroşenko yenidən başqa tərəfə keçmək imkanını qaçırmadı və artıq yeni hökumətdə nazir idi. Ancaq Meydan başlanan kimi öz gələcək hakimiyyətinin zəmanəti üçün onu dəstəkləməyə qərar verdi.

Üsyan dövründə hakimiyyətin birləşməsinin perspektivləri

Viktor Yuşenko (iqtisadi planda liberal, amma mədəni planda millətçi siyasət aparan) hakimiyyətdə yalnız bir müddət qaldı, sosial tənəzzülün qarşısının alınması üçün heç nə etmədi. Oliqarxiya zənginləşməyə davam edəndə o, yalnız Beynəlxalq Valyuta Fondunda borclar yığdı. Poroşenkonun daha çox qeyri-stabil vəziyyətdə səhnəyə çıxdığını demək indiki vəziyyəti ciddi qiymətləndirməməkdir. Ukraynanın iqtisadiyyatı faktiki olaraq 2008-09-cu illərdə qlobal iqtisadi böhrandan sonra nokaut vəziyyətində idi – 15%-ə qədər azalmışdı. Ukraynada hal-hazırda müşahidə olunan müvəqqəti iqtisadi bərpanın ümumi prosesi başlanmadı, çünki artıq borcların mövcudluğu iqtisadiyyatın inkişafının stimullaşdırılmasına əhəmiyyətli səviyyədə vasitələr ayırmağa imkan vermirdi. Bundan başqa, hər il xarici investisiyaların ixtisarı müşahidə olunurdu. Faktiki olaraq, Yanukoviçin aradan qaldırılmasına gətirib çıxaran iqtisadi böhran vəziyyəti Poroşenko üçün daha pis görünür. Və bu yalnız başlanğıcdır.

Ukraynanın şərqində – bütün ixracın 40%-in verən sənaye bazasında – hökumətə qarşı üsyan baş verir. Bu ilin əvvəlində yeni hökumət hakimiyyətə gələndən üsyan başlanıb. Bu hərəkat qərb və Ukrayna mediasının daim bizə təqdim etməyə çalışdığı kimi yalnız Rusiya agentlərindən və separatistlərdən ibarət deyil. Və Rusiya hökumətinin dərhal prezident seçkilərini tanıması artıq bunu növbəti dəfə sübut edir. Şərqdəki hərəkat Kiyev hökumətinin qeyri-qanuni fəaliyyətinə qarşı kütləvi xalq hərəkatıdır. Axı bu hökumətin fəaliyyəti nə idi? Birincisi, dərhal Yanukoviçin devrilməsindən sonra Ukraynanın yeni hökuməti yerli oliqarxları qubernator təyin etməyə başladı – xüsusilə Xarkov, Donetsk və Dneprepetrovskda. Həmçinin radaya regional dillərin rəsmi statusunu ləğv edən qanun layihəsi daxil edilmişdi.

Bundan başqa, hakimiyyət qazın qiymətinin kəskin qalxmasına zəmin yaradan iqtisadi tədbirlərin tətbiqi üzrə Beynəlxalq Valyuta Fondu tələblərini həyata keçirməyə başladı. İnsanlar hökumətin bütün fəaliyyətlərinə qarşı etiraz etməyə və hökumət binalarını işğal etməyə başlayanda üsyanın yatırılmasına cavab olaraq “anti-terror əməliyyatını” həyata keçirən Ukrayna ordusu göndərilmişdi. Bunlar azlıq edəndə – əsgərlərin çoxu öz xalqına atəş açmaq istəmirdi – hakimiyyət “Milli Qvardiyaya” ultrasağ döyüşçüləri yığmağa başladı. Bu, Ukraynanın şərq regionlarındakı vətəndaşlara və sol aktivistlərə qarşı zorakılığın ümumi kampaniyasıyla bağlı vəhşiliklərin yalnız biri olan, Odessada 40-dan çox etirazçının qətli üçün məsuliyyət daşıyan faşist dəstələri idi. Bu yaxınlarda Ukrayna Kommunist partiyasını qadağan etmək cəhdləri də yeni hökumətin son dərəcə irticaçı mahiyyətinin növbəti sübutudur.

Seçkilərin nəticələrinin elan edilməsindən sonra Poroşenko bildirdi ki, ölkənin şərqində üsyançılara qarşı hərbi əməliyyatı gücləndirəcək. Poroşenko bu halda daha çox “Milli Qvardiyanın” faşist batalyonlarına güvənməli olacaq, çünki Ukrayna ordu hissələrinin sonrakı açıqlanması yalnız irimiqyaslı dövlət əleyhinə qiyamın təhlükəsini artıracaq. Ancaq bu tədbirlər yalnız faşist dəstələrinə qarşı vuruşan hərəkatı gücləndirəcək. İqtisadi sferada Ukrayna bundan sonra da borc burulğanına yuvarlanacaq. İstənilən “islahatlar”, şübhəsiz ki, sərt iqtisadi tədbirlər– sosial xərclərin və maddi yardımların ixtisarı olacaq. İqtisadiyyatı xilas etməyə kömək edəcək kütləvi xarici investisiyalara ümidlər qlobal iqtisadi böhranın imkanını və Avropa Birliyi daxilində proteksionizm ölçülərinin gücləndirilmə ehtimalını nəzərə alsaq, faktiki olaraq, absurddur.

Beləliklə, Ukrayna hökumətinin ümid edə biləcəyi tək maliyyə mənbəyi sosial xərclərin sonrakı ixtisarına zəmin yarada biləcək xarici kreditlərdir. Və bu artıq həm qərb, həm şərq, həm də mərkəz regionda xalqı məcbur edəcək ki, kütləvi medianın yedizdirdiyi millətçi hərbi isteriyanı atıb hökumətə qarşı hərəkət etsin. Beləliklə, ümumi hərəkatın yaradılması imkanı meydana çıxır, anti-oliqarxiya əhval-ruhiyyəsinin və sosial tələblərin artması müşahidə olunan şərqdəki kimi. Ancaq bu hərəkətin müvəffəqiyyəti mübarizənin özünün transformasiyasını tələb edəcək – millətlərarası mübarizədən oliqarxiyaya və kapitalizmə qarşı mübarizəyə keçid. Və əlbəttə ki, bu hədəflərə, seçki məzhəkəsinin köməyi ilə yox, yalnız sinfi mübarizədə vahid səylərin köməyi ilə nail olmaq olar.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:2445