abunə ol: Yazılar | Şərhlər | Еmail

Keny Arkana – alterqlobalist rep

Şərh

kenyarkana_

Bəzi ifaçılar var ki, onlar siyasi, sosial, mədəni və s. etiraz ideyalarını öz yaradıcılığında əks etdirir. Bu kateqoriyadan olan, ümumi siyahıda çoxluq təşkil edən, amorf ideoloji mövqeləri olan artistlərlə yanaşı, öz növbəsində, müxtəlif siyasi ideologiyaların tərəfdarlarının da varlığını qeyd etmək olar. Lakin əgər biz bu siyahıdan sırf sol yönümlü ifaçıları seçməli olsaq, nə qədər kədərli olsa da, musiqi əsərlərinin əksəriyyətinin çox aşağı keyfiyyətli olması faktını qeyd etməyə məcburuq. Onun yazılma – köçürülmə – mənimsənilməsi keyfiyyətsizdir, o cümlədən mətn və musiqi tərkibində bədiilik, sənət dərəcəsi aşağı səviyyədə icra olunur. Lakin, hәr yerdə olduğu kimi, burada da istisnalar var. Onlardan biri Argentina əsilli fransız rep-ifaçısı və alterqlobalist hərəkatın fəalı Keni Arkanadır. Bu bir qədər qәribә də görünә bilәr: radikal sol meylli, özündə etiraz ideyaları təbliğ edən rep, həm də qadının ifasında? Erkәn nəticə çıxarmağa tələsməyin – bu qadının ifaları çox güclü və inandırıcı səslənir. Keni uşaqlığını elә ilk sәtirlәrinin yarandığı Marselin yaşayış rayonlarında keçirib.1996-cı ildә, 14 yaşında o, yazdıqlarını tanışlarına oxumağa başlayır. Qarşıda onu sәnәt uğurları qazanması vә geniş auditoriyada tanınması, eyni zamanda ictimai-siyasi görüşlәrinin formalaşmasına aparan uzun bir yol gözlәyirdi. Lakin elә o zamandan, 90-ların ortalarından onu, mәtnlәrinin әsas ideyasını tәşkil edәn şәxsiyyәt vә cәmiyyәtin problemlәri maraqlandırırdı. 90-cı illәrin sonu-2000-in әvvәllərindә bütün dünyaya tәsir edәn böhran Rusiyada defisit, yoxluq ilə müşayiət olunduqdan sonra Latın Amerikasına keçdi. Kiçik vәtәnindә baş verәnlәr Kenini narahat edirdi vә bu səbəbdən o, Argentinaya gedir. Ölkәdә vә dünyada baş verәn hadisәlәrin tәhlili onu, tamamilә qanuauyğun nәticәlәrə gəlmәyә mәcbur edir: Keni kapitalizm, neoliberalizmin vә eyni zamanda hazırkı qloballaşmanın düşməninə çevrilir. Eyni zamanda o, solçu, radikal siyasәtçi, yazıçı vә filosof, Sapatist Milli Azadlıq Ordusunun әsas ideoloqu Subkomandante Markosun ideyaları ilә maraqlanırdı. Keni ötən onilliyin birinci yarısında öz inkişafının zirvəsində olan Alterqlobalist (fransız üslubunda Altermondialist) hərəkatın fəallarından birinə çevrilir. Bu, onun musiqi üslubunun yekun formasında da özünü göstərir. Musiqi onun mübarizə və təbliğat cəbhəsinə çevrilir, onlarda isə ictimai-siyasi mövzular üstünlük təşkil edir. Mətnlərdə onu maraqlandıran mövzunu çox məharətlə istifadə etməsindən Keninin söz yazarı kimi istedadlı olması aydın görünür. Burjua siyasətçiləri, informasiya müharibəsi, yoxsulluq, üçüncü dünya ölkələrinin həyatı, ya da şəhər və kəndlərdəki bütün problemlər (!) – bütün bunlar və bir çox başqa məsələlər onun mahnılarında öz əksini tapıb. Keni Mars Patrie, daha sonra isə Etat-Major rep – kollektivlərini təşkil edir, sonuncu ilə birgə 2003-cü ildə maksi-sinql buraxır. Gənc ifaçı müəyyən qədər məşhur olduqdan sonra solo karyerasına başlayır. L’Esquisse adlı “mixtape” (paylaşılması, yayılmasının qeyri-kommersiya məqsədli olması nəzərdə tutulan, kompozisiya toplusu) ilə dinləyicilərin marağını oyadan Keni 2006-cı ildə, yaradıcılıq fəaliyyətinə başlamasından 10 il sonra, ilk solo “Entre Ciment Et Belle Etoile” (“Sement və gözəl ulduz arasında”) albomunu buraxır. Məhz burada Keninin üslubu bütün dolğunluğu ilə özünü göstərir və məhz bu albom onu populyarlığının prinsipcə fərqli bir səviyyəsinə çıxarır. Həm musiqi, həm də ifa tərzi baxımından bu albom (ifaçının sonrakı işləri kimi) çox rəngarəng alınmışdır. Burada biz klassik rep musiqisinin tərkib hissəsi olan, “üç sütun” üzərində qurulmuş klassik hip-hop “beat”lər eşidirik: “sample” (bir qayda olaraq, hansısa bir mahnının dəyişdirilmiş və qarışdırılmış parçası), bas və bit. Amma bunlarla yanaşı, həm də duyğusal gitara ifalarına da yer ayrılmışdı. Gələcəkdə isə Kenidən dünyanın problemləri haqqında mətnlərinin yaxşı uzlaşdırıldığı elektro rəqs musiqisi tərzində minusları da eşidəcəkdik. Eyni zamanda, rep-terminologiyada bir sözlə “axın” kimi işlədilən ifa tərzi də xüsusi qeyd olunmalıdır. Keni bəzən repi sərt və ahənglə ifa edir, bəzən sürətli oxuyur (“fast-flow”), bəzən isə səmimiyyətlə – və qeyd etmək lazımdır ki, bütün bunlar onda lazımi səviyyədə alınır. Keninin müxtəlif formalardan istifadə edərək öz fərqliliyini və bənzərsizliyini qoruyub saxlamağa müvəffəq olmasını izləmək olduqca maraqlıdır. “La Rage” (“Qəzəb”) trekinin çıxmasından sonra ifaçının populyarlığı xeyli dərəcə yüksəldi. Paris qarışıqlıqları ilə bağlı yeni təəssüratları haqqında yazdığı mahnı bir növ qiyam manifestinə çevrildi. Siyasi marifçilik ideyaları Keninin mətnlərinin daha mənalı olmasına və bir çox digər etirazçı ifaçıların musiqilərindən əhəmiyyətli dərəcədə üstün olmasına səbəbdir. Onlarda hətta kifayət qədər sadə bir qafiyə “néo-libéralisme / néo-colonialisme” – xüsusilə nəzərə alsaq ki, bu anlayışlar özü bizim gerçəkliyə uyğundur – kifayət qədər təsirli görünə bilər. İlk albomun ardınca ikinci – “Désobéissance” (“İtaətsizlik”) çıxır ki, bununla da müğənni öz statusunu təsdiq edir. Bundan sonra isə fasilə yaranır. Yəqin ki, burada bəzi səbəbləri incəsənətin tarixilik prinsipində axtarmaq lazımdır. Dünya iqtisadi böhranının başlaması və eyni zamanda alterqlobalist hərəkatın tənəzzüllü əlaqələndirilir. Müsahibələrinə əsasən demək olar ki, Keni ictimai fəaliyyətə davam edirdi, lakin ümumi vəziyyət yaradıcılığına təsir etməyə bilməzdi. Amma bir neçə il keçəndən sonra dünyada baş verənlər ifaçıya yeni yaradıcı təkan verib onu yeni qüvvə ilə coşmasına səbəb oldu. 2011-ci ildə o, yeni “mixtape” ilə özünü yada salır, tezliklə isə dinləyicilərin və tənqidçilərin yüksək qiymətləndirdikləri, mükəmməl “Tout tourne autour du soleil” (“Hər şey Günəş ətrafında fırlanır”) adlı albomu çıxır. Məlum oldu ki, ötən illər ərzində Keni öz gücünü itirməyib, (rokerlər bunu “drayv” adlandırardılar), mətnləri və ifa texnikası isə daha bacarıqlı olmuşdu. Keninin albomlarının satışı öndə olan ifaçıların nəticələrini üstələdiyi, konsertlərində meydançalara minlərlə insan izdihamının toplandığı bir zamanda, bizim qəhrəmanımız özünü ulduz adlandırmaqdan qəti şəkildə imtina edir. O, müsahibə təkliflərinin böyük hissəsini rədd edir, televiziyada çıxış etmir və o, indiyədək öz pərəstişkarları ilə adi kafedə asanlıqla ünsiyyət qurur. Keniyə istədiyi vaxt avtostopla səyahət etmək üçün heç nə lazım deyil – razılaşın ki, bu, “Billboard” jurnalının qəhrəmanlarına heç bənzəmir. O, özünü ailə bağları və analıq yükü ilə bağlamağa tələsmir, çünki bütün bunlar onun yaradıcılığına və mübarizəsinə nöqtə qoyacaq. Hələlik isə, rep-musiqisinin özünəməxsus fenomeni olan Keni Arkana misralarını insan, dünya və əlbəttə ki, öz doğma şəhəri Marselin problemlərinə həsr etməyə davam edir.

(c) SOLFRONT.org

Məqalənin originalı

Oxşar yazılar:

Baxış sayı:3648