abunə ol: Yazılar | Şərhlər | Еmail

İştvan Mesaroş – Sistemin struktur böhranı

Şərh

Itsván-Mészárosİştvan Mesaroş  1971-ci ildə özünün “Marksın yadlaşma nəzəriyyəsi” adlı işinə görə Doyçer mükafatı qazanmışdır və o zamandan bəri, hələ də marksist nəzəriyyəsi üzərində işləyir. Bu müsahibə-onunla Cudit Орр və Patrik Uordun hazırkı iqtisadi böhran haqqında söhbətlərindəndir.

Hakim zümrə hər dəfə yeni iqtisadi böhranlara təəccüblənir və onlar haqqında normadan yayınma kimi danışır.Siz isə onları kapitalizmin ayrılmaz xüsusiyyəti hesab edirsiniz. Niyə?

Bu yaxınlarda mən 2006-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış Edmund Felpsin çıxışını dinləmişəm. Felps neo-keynsçilik tərəfdarıdır. O: “Biz keynsçilik ideyalarını və tənzimləmə metodlarını qaytarmalıyıq” deyərək, təbii ki, kapitalizmi təriflədi və müasir problemlər haqqında cüzi nasazlıq kimi bəhs etdi.

Con Meynard Keyns kapitalizmi ideal sistem hesab edirdi – lakin iqtisadiyyatın dövlət tənzimlənməsi şərti ilə. Felps isə sistemi bəzən ilhamlandıran, lakin istənilən halda bütövlükdə dahi olan bəstəkarla müqayisə edir. Motsart haqqında deyilənləri xatırlayın: axı, yəqin ki, onun da pis günləri olub. Elə kapitalizmin bəlaları da, əslində, Motsartın boşa keçmiş günləri kimidir. Belə ideyalarla psixiatra müraciət etmək uyğn olardı. Lakin Felps psixiatrik müayinə əvəzinə mükafat alır.

Əgər rəqiblərimiz həqiqətən belə düşüncə səviyyəsinə malikdirlərsə (onlarsa məhz 50 ildir ki, bunu nümayiş etdirirlər) və bu, bir iqtisadçı-laureatın təsadüfi səhvi deyilsə, onda biz deyə bilərik ki: “Düşmənlərimizin zehni geriliyinə sevinin!” Lakin belə münasibət təhlükəlidir, o daimi itkilərə doğru aparır. İndi biz astronomik borclar içində batmışıq. ABŞ-ın hazırki borcunun miqdarı trilyonlara bərabər olmalıdır.

Hakimiyyətin maliyyə israfı nəticəsində istehsal sisteminin struktur böhranının yaranması vacib məsələdir.Təbii ki, pullar maliyyə sektoruna müxtəlif riskli sxemlər vasitəsilə ötürüldü. Və kapitalın istehsalat sektorunda toplanması prosesi lazımınca işə sala bilmədi.

İndi biz sistemin struktur böhranı haqqında danışırıq. O hər şeyə, hətta bizim təbiətlə olan münaibətlərimizə də təsir edir və  insan mövcudluğunun fundamental şərtlərini pozur. Vaxtaşırı ətraf mühitin çirklənməsinin azaldılması məsələsi ortaya qoyulur. Bizdə hətta Energetika və İqlim dəyişikliyi Nazirliyimiz var ki, əslində Havanın əsməsi Nazirliyi adlandırmaq olar, çünki orada məsələlərlə bağlı bəyannamələrdən başqa heç nə etmirlər. Və bu məsələlərin həllinə biz hələ hətta başlamamışıq.Bütün bunlar, sisteminin struktur böhranının ayrılmaz hissəsidir və yalnız struktur dəyişiklikləri bizi bu dəhşətli vəziyyətdən çıxara bilər.

Siz deyirsiniz ki, ABŞ “kredit imperializm”ni yayır. Bununla nə nəzərdə tutulur?

Mən Vyetnam müharibəsi zamanında senator olmuş Corc Makqoverndən sitat gətirdim. O deyirdi ki, ABŞ Vyetnam müharibəsini kreditlər hesabına başlatdı. ABŞ-ın ən son borclanmaları tədricən “turşuyub xarab olurlar”. Bu cür iqtisadiyyat borc sahibi olan ölkələrin ödəmələri gözləyə bildikləri müddətdə mövcudluğunu qoruya bilər.

ABŞ unikal vəziyyətdədir – o, Bretton-Vuds[1] sazişi dövründən bəri hakim dövlətdir. Müasir bəlalardan xilası neo-keynsçilik və ya yeni Bretton-Vudsda axtarmaq utopiyadır. Formal olaraq ABŞ liderliyi işlərin real vəziyyətinə uyğun olaraq İkinci dünya müharibəsindən dərhal sonra təsbit edilmişdir. Amerika iqtisadiyyatı möhkəmlik və sabitliyinə görə bütün digər ölkələri üstələyirdi. Ona görə də bütün həyati əhəmiyyətli beynəlxalq iqtisadi institutlar ABŞ-ın güzəştli vəziyyətinə uyğun quruldu. Dünya valyutası kimi dollara güzəştlər, BVF-da, ticarət təşkilatlarında, Dünya Bankında güzəşli iştirak – bütün bu institutlar ABŞ-ın tam nəzarəti altında olmuşdur və bu günə qədər də elə qalmaqdadır.

Bütün bu tarixi sadəcə, hesaba almamaq olmaz. Deməli, sadəcə yamayaraq qüsurları aradan qaldırmaq olmaz. Barak Obamanın ABŞ-ın hərbi hökmranlıqla əldə etdiyi liderlikdən imtina edəcəyini düşünmək səfehlik olardı.

Karl Marks hakim sinfi “savaşan qardaşlar” adlandırıb. Sizcə, onun bütün dünyadakı nümayəndələri məsələnin həllini tapmaq üçün birləşəcəklərmi?

Əvvəllər, ta ki, XX əsrin iki dəhşətli dünya müharibəsinin başlanmasına qədər, imperializm nəyin bahasına olursa-olsun, öz maraqlarını müdafiə edən bir neçə fəaliyyətdə olan qüvvələrlə təmsil olunurdu. Fərqi yoxdur, hər nə qədər dəhşətli olsalar da, lokal müharibələr yeni dünya müharibəsi yarada biləcək, iqtisadiyyatda və hakimiyyətdə baş vermiş dəyişikliklərlə heç cür müqayisə edilə bilməz.

Yeni dünya müharibəsi mənasızdır, çünki bu bəşəriyyətin sonu deməkdir. Yalnız bəzi iradəsiz hərb tərəfdarları bunu başa düşmürlər.

Biz bunun bütövlükdə kapitalizm üçün nə cür çevriləcəyinə dair nəticə çıxarmalıyıq. Sistemin başlıca qanunda hər zaman bildirilir:əgər güc nümayişi üçün  iqtisadi liderlik kifayət etmirsə, yardım üçün müharibəyə əl atmaq lazımdır.

İkinci dünya müharibəsindən başlayaraq, imperializm dünya hegemonu kimi uğurla fəaliyyət göstərmişdir. Buradan belə nəticə çıxırmı ki, sistem əbədidir? Demək olarmı ki, gələcəkdə onu daxili ziddiyyətlər parçalamağa başlayacaq?

Məsələn, Çin artıq eyham vurur ki, bundan sonra bu tip iqtisadi hakimliyi maliyyələşdirmək fikrində deyil. Özü də nəticələr artıq Çinin özü üçün kifayət qədər nəzərə çarpandır. Den Syaopin bir dəfə qeyd etdi ki, pişiyin hansı rəngdə olması əhəmiyyətli deyil (kapitalist və ya sosialist oxu), əsas odur ki, siçan tuta bilsin. Bəs əgər siçan tutmaq əvəzinə siçovul basqını alınırsa (kütləvi işsizlik oxu)? Çində indi məhz bu başlayır.

Bütün bunlar – kapitalizmin daxili ziddiyyətlərinin inikasıdır. Deməli, onların həlli üçün təklif olunanlardan əsaslı şəkildə fərqlənən başqa yollar axtarmaq lazımdır və burada yeganə üsul – sistemin tamamilə sosialist islahatıdır.

Dünya iqtisadiyyatının hər hansı bir hissəsi mövcud hadisələrdən kənarda qala bilərmi?

Bu mümkünsüzdür! Qloballaşma – bəşəriyyətin inkişafının zəruri şərtidir. Bu barədə hələ Marks kapitalist sisteminin genişləndirilməsi dövründə qeyd edirdi. “Financial Times”dan Martin Vulf gileylənirdi ki, dünyada kiçik, əhəmiyyətsiz ölkələr çoxdur və onlar yalnız xoşagəlməzliklər yaradır. O sübut edirdi ki, “hüquq müstəvisində inteqrasiya”, başqa sözlə, tam imperialist inteqrasiya zəruridir. Növbəti fantaziya. Burada kapitalist qloballaşmanın həllolunmaz ziddiyyətləri əks olunur. Burada kapitalist qloballaşmanın həllolunmaz ziddiyyətləri əks olunur. İnteqrasiya vacibdir, amma mümkün olan yalnız, müstəqillik və bərabərlik prinsiplərinə əsaslanan dayanıqlı və işlək sosialist qloballaşma olacaq.

Odur ki, dünya tarixini saymayıb atmaq olmaz fikri o demək deyil ki, istənilən fazada, dünyanın istənilən hissəsində,eynilik olacaqdır. Latın Amerikasında və Avropada çox müxtəlif hadisələr cərəyan edir, hələ hazırda ən çətin vəziyyətdə olan Çində və Uzaq Şərqdə, Yaponiyada baş verənlərdən bəhs etmirəm.

Gəlin bir az keçmişə qayıdaq. Müharibədən sonrakı dövrdə biz nə qədər möcüzə izlədik? Alman möcüzəsi, braziliya möcüzəsi, yapon möcüzəsi, asiya “pələngləri”. İndi bütün bu möcüzələr ən dəhşətli reallığa çevrilib. Hamısı ortaq məxrəcə gətirilib: böyük borclar və görülməmiş dələduzluq.

Bir investisiya fondunun idarəçisi 50 milyard dolları fırıldaqla ələ keçirib. General Motors və başqaları isə amerikan hökuməti qarşısında cəmi 14 milyard istəyirdilər. Nə böyük təvazökarlıq! Dərhal yüz verin onlara! Əgər bir kapitalist dövləti əlli milyard məbləğində aldadıbsa, onda bu cür iri şirkətlər bütün mümkün vasitələri əldə etməlidirlər.

Sistem mənəvi cəhətdən o qədər çürüyüb ki, məhvə məhkumdur, çünki nəzarət etmək mümkün deyil. Hamı etiraf edir ki, onun fəaliyyət prinsiplərini başa düşmürlər. Çarə budur – ümidsizliyə qapılmamaq, sosial məsuliyyət və cəmiyyətin radikal transformasiyası uğrunda mübarizə aparmaq.

Kapitalizmin ayrılmaz əlaməti – ABŞ və Britaniya hökumətlərinin etmək istədikləri kimi işçiləri son qüvvəsinə qədər istifadə etmək…

Onlara yalnız maaşların azaldılmasına bəraət qazandırmaq qalır. Əsas səbəb odur ki, senat üç iri amerikan avtomobil şirkətlərinə on dörd milyard ödəməyi rədd edib – fəhlələrin maaşlarının kəskin azalması ilə bağlı razılığa gələ bilinməyib. Bunun nəticələri haqda düşünün, borclar, kreditlər, məsələn işçilərin ödəməli olduqları ipoteka haqqında düşünün. Yəni işçilərin ixtisarı problemləri həll etmir, əksinə, yenilərini yaradır – bu da növbəti ziddiyyətli məqam.

Kapital və ziddiyyətlər ayrılmazdır. Görünən yüksəkliklə kifayətlənməyib, onların ən dərin mahiyyətinə, köklərinə varmaq lazımdır. Əks halda “yırtıqları yamamağa” davam etmək olar, lakin belə olduqda vəziyət son nəticədə daha pis olacaq.

Problemləri  hər zaman gizlətmək olmaz, onlar onsuz da kifayət qədər çoxdur.

Siz marksist, rus inqilabı dövrünün təcrübəsinə müraciət etmiş Georgi Lukaçdan dərs almısınız…

Mən, Lukaçla 7 il, 1956-ci ildə Macarıstandan gedənə qədər çalışdım. Biz 1971-ci ildə onun ölümünə qədər yaxın dostlar olaraq qalmışdıq. Və baxışlarımız uyğun idi – ona görə də mən ondan dərs almaq istədim. Mən onunla çalışmağa başlayanda, o açıq, sərt təqiblərə məruz qalmışdı. Mən bununla barışa bilmədim və onu müdafiə etməyə başladım, bu da bir sıra çətinliklərə səbəb oldu. Macarıstandan gedəndən sonra mən onun varisi oldum və estetikadan dərs deməyə başladım. Mən ona görə getdim ki, başa düşürdüm: bütün baş verənlərin kökündə sistemin həll edə bilməyəcəyi fundamental problemlərin məcmusu dayanır.

Öz kitablarımda, xüsusən, “Marksın yadlaşma nəzəriyyəsi” və “Kapitalın digər tərəfi” əsərlərində bu problemləri formalaşdırmaq və araşdırmaq istəyirdim. Lukaç tamamilә doğru qeyd edirdi ki, strategiyasız taktika mümkün deyil. Problemә strateji baxış olmadan hazırki fәaliyyәtlә bağlı düzgün qәrar vermәk olmaz.Ona görə də mən problemləri cəm halında təhlil etməyə çalışırdım, çünki, onlar baş verənlərin sadə təsviri ilə həll oluna bilməz, hərçənd hər zaman belə etmək daha cəlbedici görünür. Tarixi perespektivә uyğun hәrәkәt etmәk lazımdır. Mənim işlərim 1956-cı ildən, yəni, macar ədəbi dövrü mətbuatında ilk həqiqi mühüm araşdırmam nəşr oluduqdan bəri çap olunur, mən bacardığım qədər çox işləyirdim. Bizim imkanlarımız nə qədər sadə olsa da, biz gələcəyin dəyişməsi yolunda öz töhfəmizi verməliyik. Mən də elə bütün həyatım boyu belə etməyə çalışmışam.

Sizcə, dəyişikliklər üçün mövcud imkanlar necədir?

Sosialistlər məsələlərin həllini sadələşdirməməlidir. Bu özlərini neo-keynsçi və ya başqa nəsə hesab edən kapital tərəfdarlarının işidir. Düşünmürəm ki, əvvəlki sadə tədbirlərin təkrarı ilə böhranla bacarmaq olar: o çox dərindir. İngiltərə Bankının başçısının müavini onu bəşəriyyət tarixində misli-bərabəri olmayan çox dərin bir iqtisadi böhran adlandırıb. Mən yalnız onu əlavə edə bilərdim ki, bu, sadəcə tarixdə ən güclü iqtisadi böhran deyil, sözün hər mənasında ən əhəmiyyətlisidir: iqtisadi problemlər ümumiyyətlə sistemdən ayrıla bilməz.

Kapitalın hiyləgər hakimliyi və fəhlə sinfinin istismarı əbədi davam edə bilməz. İstehsalçıları daima nəzarət altında saxlamaq mümkün olmayacaq. Marks iddia edirdi ki, kapitalistlər – sadəcə kapitalın təcəssümüdür. Onlar azad deyil, sistemin əmrlərinə əsasən fəaliyyət göstərirlər. Ona görə də bəşəriyyət üçün ən vacib olan kapitalistlərdən intiqam almaq deyil. Kapitalın bir tərəfdarını digərinə dəyişmək, eyni problemlərə səbəb olacaq və gec, yaxud tez biz kapitalizmin bərbasına gələcəyik.

Cəmiyyətin bu gün üzləşdiyi problemlər son bir neçə il ərzində yaranmayıb. Onlar gec ya tez həll olunmalıdır, lakin, iqtisadçı-laureatların təsəvvür etdiyi kimi mövcud sistemin çərçivəsində  deyil. Yeganə mümkün çıxış yolu – istehsala nəzarət əsasında sosial bərpadır. Başqa cür bu ideya sosializm adlanır.

Biz kapitalın cəmiyyəti idarə etmə qabiliyyətinin bitdiyi tarixi hədlərə çatmışıq. Mən təkcə bankları nəzərdə tutmuram, məsələn, tikinti korporasiyaları və başqaları. Hər şey tərs gedəndə heç kim məsuliyyət daşımır. Zaman-zaman siyasətçilər deyirlər: “Mən hər şeyə cavabdehəm”. Və nə baş verir? Onları ucaldırlar. Yeganə mümkün alternativ – bizim həyatımız üçün vacib olan hər şeyi yaradan işçi sinfidir. Niyə onlar özləri istehsal etdiklərini nəzarət altına almasınlar? Mən hər kitabımda vurğulamışam ki, etiraz etmək nisbətən asandır, amma biz problemin müsbət həllini tapmalıyıq.

(c) SOLFRONT.org

Mənbə: scepsis.net


[1] Bretton Vuds sazişi – II dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin, dünya maliyyə və monetar nizamın tənzimləməsi üçün toplaşdıqları Bretton Vudsda keçirilən konfransda imzalanmış sazişlərdir. Sabit valyuta məzənnələri qəbul edildi və Nəticə etibarilə, BVF və gələcəkdə Dünya Bankı adlandırılacaq DYİB təşkilatları yarandı.

Itsván-Mészáros

Иштван Месарош получил в 1971 году премию Дойчера за свой труд «Марксова теория отчуждения» и до сих пор разрабатывает марксистскую теорию. Данное интервью — его беседа с Джудит Орр и Патриком Уордом о нынешнем экономическом кризисе. 

Правящий класс каждый раз удивляется новым экономическим кризисам и говорит о них как об отклонении от нормы. Вы же считаете их неотъемлемым признаком капитализма. Почему?

Недавно я слышал выступление Эдмунда Фелпса, получившего в 2006 году Нобелевскую премию по экономике. Фелпс — сторонник неокейнсианства. Он, естественно, восхвалял капитализм и рассуждал о современных проблемах как о незначительном сбое, говоря: «Мы должны вернуть кейнсианские идеи и методы регулирования».

Джон Мейнард Кейнс считал капитализм идеальной системой — но при условии государственного регулирования экономики. Фелпс же сравнивает систему с композитором, которого, случается, оставляет вдохновение, однако в целом он все равно гениален. Вспомните, дескать, Моцарта: у него ведь наверняка тоже были плохие дни. Вот и беды капитализма есть, по сути, прошедшие впустую дни Моцарта. С такими идеями впору обращаться к психиатру. Однако вместо психиатрического освидетельствования Фелпс получает премию.

Если наши соперники и впрямь имеют такой уровень мысли (а именно его они и демонстрируют уже 50 лет) и это не случайная ошибка одного экономиста-лауреата, то мы можем сказать: «Радуйтесь скудоумию наших врагов!» Но такое отношение опасно, оно ведет к постоянным потерям. Сейчас мы погрязли в астрономических долгах. Настоящая сумма долга США должна исчисляться в триллионах.

Важно то, что из-за финансовой расточительности правительства возник структурный кризис производственной системы. Естественно, деньги утекали в финансовый сектор по разным рискованным схемам. И накопление капитала не смогло осуществляться должным образом в производственном секторе.

Сейчас мы говорим о структурном кризисе системы. Он коснулся всего, даже наших отношений с природой — и подрывает фундаментальные условия человеческого существования. Периодически ставятся задачи по сокращению загрязнений окружающей среды. У нас даже есть Министерство энергетики и климатических изменений, которое на самом деле лучше назвать Министерством сотрясения воздуха, так как ничего, кроме декларации задач, там не делают. И к решению этих задач мы даже еще не приступали. Все это — неотъемлемая часть структурного кризиса системы, и только структурные преобразования могут вытащить нас из этой ужасной ситуации.

Вы говорите, что США насаждает «кредитный империализм». Что под этим подразумевается?

Я цитировал Джорджа Макговерна — сенатора времен войны во Вьетнаме. Он говорил, что США развязали вьетнамскую войну в кредит. Недавние заимствования США постепенно «прокисают». Такая экономика продержится ровно столько, сколько протянут без выплаты долгов остальные страны мира.

США находятся в уникальном положении — это доминирующая страна со времен Бреттон-Вудского соглашения. Искать спасение от современных бед в неокейнсианстве и новом Бреттон-Вудсе — утопия. Лидерство США, формально закрепленное сразу же после Второй мировой войны, соответствовало реальному положению дел. Американская экономика превосходила прочностью и стабильностью все остальные. Поэтому все жизненно важные международные экономические институты строились на привилегированном положении США. Привилегии доллара как мировой валюты, привилегии от участия в МВФ, торговых организациях, Мировом банке — все эти институты были полностью под контролем США и остаются таковыми по сей день.

Нельзя просто взять и сбросить всю эту предысторию со счетов. А значит, простым латанием прорех дело не уладить. Глупо считать, что Барак Обама откажется от лидерства США, полученного путем военного доминирования.

Карл Маркс назвал правящий класс «дерущимися братьями». Как вы считаете, объединятся ли его представители по всему миру, чтобы найти решение?

Раньше империализм был представлен несколькими действующими силами, отстаивавшими свои интересы любой ценой, вплоть до развязывания двух кровавых мировых войн XX века. Локальные войны, неважно, насколько они ужасны, не идут ни в какое сравнение с теми перестановками в экономике и во власти, которые может вызвать новая мировая война.

Новая мировая война немыслима, поскольку означает конец человечества. Лишь немногие невменяемые сторонники военщины этого не понимают.

Мы должны сделать выводы, чем это обернется для капитализма в целом. Основной закон системы всегда гласил: если для демонстрации силы недостаточно экономического лидерства, нужно прибегать к помощи войны.

Начиная со Второй мировой войны империализм успешно функционировал в качестве мирового гегемона. Следует ли из этого вывод, что система вечна? Значит ли, что в дальнейшем ее не начнут раздирать внутренние противоречия?

Китай, например, уже дает понять, что не собирается и дальше финансировать подобный тип экономического доминирования. Причем последствия для самого Китая уже довольно ощутимы. Дэн Сяопин однажды заметил, что неважно, какой масти кот (читай капиталист или социалист), главное – чтобы мышей ловил. А если вместо ловли мышей выходит нашествие крыс (читай массовая безработица)? Именно оно сейчас и начинается в Китае.

Все вышеперечисленное — отражение внутренних противоречий капитализма. А значит, надо искать другие пути их разрешения, кардинально отличающиеся от предлагаемых, и единственный способ — это полное социалистическое преобразование системы.

Может ли какая-то часть мировой экономики остаться в стороне от текущих событий?

Это невозможно! Глобализация — необходимое условие развития человечества. Об этом говорил еще Маркс в эпоху расширения капиталистической системы. Мартин Вульф из Financial Times сетовал, что в мире полно маленьких, ничтожных стран, от которых одни неприятности. Он доказывал, что необходима «интеграция на юридической основе», другими словами, полная империалистическая интеграция. Очередная фантазия. Здесь отражаются неразрешимые противоречия капиталистической глобализации. Интеграция необходима, но единственно возможной, работающей и устойчивой будет социалистическая глобализация, основанная на принципах независимости и равенства.

То, что нельзя сбросить со счетов мировую историю, не значит, что в любой фазе, в любой части света будет единообразие. Очень разные события разворачиваются в Латинской Америке и Европе, не говоря уже о том, что происходит в Китае или на Дальнем Востоке, в Японии, которой сейчас приходится труднее всех.

Давайте вернемся немного назад. Сколько чудес мы наблюдали в послевоенный период? Немецкое чудо, бразильское чудо, японское чудо, азиатские «тигры». Теперь все эти чудеса обернулись ужасной прозаической реальностью. Все приведены к общему знаменателю: огромная задолженность и неслыханное мошенничество.

Один управляющий инвестиционным фондом провернул аферу на 50 миллиардов долларов. А General Motors и другие просили у американского правительства всего-то 14 миллиардов. Какая скромность! Дайте им сразу сто! Если уж один капиталист обманул государство на пятьдесят миллиардов, то такие крупные компании должны получить все возможные средства.

Система настолько морально прогнила, что обречена на вымирание, поскольку не поддается контролю. Все признают, что не понимают принципов ее функционирования. Выход здесь — не отчаиваться, а бороться за социальную ответственность и радикальную трансформацию общества.

Неотъемлемый признак капитализма — выжимание всех соков из рабочих, и это именно то, что хотят сделать правительства США и Британии…

А им и остается только оправдывать сокращение зарплат. Главная причина того, что Сенат решил отказать в выдаче четырнадцати миллиардов трем крупным американским автомобильным компаниям — неспособность прийти к соглашению по поводу резкого уменьшения зарплат рабочих. Подумайте о последствиях, о кредитах, долгах, например по ипотеке, которые рабочим нужно выплачивать. То есть сокращение не решает проблем, а, наоборот, порождает новые — вот еще одно противоречие.

Капитал и противоречия неразделимы. Необходимо проникнуть в самую их суть, к корням, не ограничиваясь видимой вершиной. Иначе можно продолжать латать дыры, но в конечном итоге станет только хуже.

Нельзя бесконечно заметать проблемы под ковер, там и так уже накопилась целая гора.

Вы учились у Дьердя Лукача, марксиста, обращавшегося к опыту периода русской революции и далее…

Я работал с Лукачем семь лет, до моего отъезда из Венгрии в 1956 году. Мы оставались близкими друзьями до его смерти в 1971 году. И сходились во взглядах — поэтому я захотел учиться у него. Когда я приехал с ним работать, он подвергался жестоким публичным гонениям. Я не смог смириться с этим и стал защищать его, что привело к массе трудностей. После отъезда из Венгрии я стал его преемником и преподавал эстетику. А уехал потому, что понимал: в основе всего происходящего лежит совокупность фундаментальных проблем, которые система решить неспособна.

И пытался сформулировать и исследовать эти проблемы в своих книгах, в особенности в «Марксовой теории отчуждения» и «По ту сторону капитала». Лукач абсолютно правильно утверждал, что без стратегии не может быть тактики. Без стратегического взгляда на проблемы нельзя верно решить, как действовать прямо сейчас. Поэтому я и старался проанализировать проблемы целокупно, ибо они не могут быть решены простым описанием происходящего, хотя всегда есть большой соблазн именно так и делать. Нужно поступать сообразно исторической перспективе. Я публиковался с 1950, когда вышло мое первое действительно важное исследование в венгерской литературной периодике, и работал так упорно, как только мог. Какими бы скромными ни были наши возможности, мы должны вносить свою лепту в изменение будущего. Я и пытался делать так всю свою жизнь.

А каковы, по-вашему, нынешние возможности перемен?

Социалисты в последнюю очередь должны упрощать решения. Это дело апологетов капитала, будь они неокейнсианцами или кем-то еще. Не думаю, что можно справиться с кризисом простым повторением прежних мер: он слишком глубок. Заместитель главы Банка Англии назвал его глубочайшим экономическим кризисом в человеческой истории. Я добавлю лишь, что это не просто самый мощный экономический кризис в истории, но самый значительный во всех смыслах: экономические проблемы неотделимы от системы в целом.

Мошенническая власть капитала и эксплуатация рабочего класса не могут длиться вечно. Производителей не удастся постоянно удерживать под контролем. Маркс утверждал, что капиталисты — всего лишь персонификация капитала. Они действуют не свободно, а согласно велениям системы. Поэтому для человечества важно не только вымести кучку капиталистов. Простая замена одних представителей капитала на других приведет к тем же бедам, и рано или поздно мы придем к реставрации капитализма.

Проблемы, с которыми сегодня столкнулось общество, возникли не в последние несколько лет. Они должны быть рано или поздно решены, и не в рамках существующей системы, как воображают экономисты-лауреаты. Единственный возможный выход — социальное восстановление на основе контроля производства. Эта идея иначе называется социализмом.

Мы достигли исторических пределов, за которыми кончается способность капитала управлять обществом. Я имею в виду не только банки или, например, строительные корпорации, но и остальное. Когда все идет наперекосяк, никто не несет ответственности. Время от времени политики говорят: «Я отвечаю за все». И что происходит? Их возвеличивают. Единственная возможная альтернатива — рабочий класс, чьими руками создается все необходимое для нашей жизни. Почему бы им не взять под контроль то, что они производят? Я подчеркивал в каждой своей книге, что выразить протест относительно легко, но мы должны найти позитивное решение.

Январь 2009 г.

Перевод Юлии Бобровой


Oxşar yazılar:

Baxış sayı:3724