abunə ol: Yazılar | Şərhlər | Еmail

Karl Marks – Feyerbax haqqında tezislər

Şərh

Karl Marks

“Feyerbax haqqında Tezislər” Karl Marksın 1845də yazdığı on bir qısa fəlsəfi qeyddir. Bu qeydlər Marksın sonralar edəcəyi idealizm tənqidinin ilkin layihəsi kimi də qəbul oluna bilər.

Marx sağlığında tezisləri nəşr etdirməyib, ölümündən sonra Engels tərəfindən tərtib edilərək  1888-ci ildə nəşr olunur. Original mətn isə 1924-cü ildə tapılıb.

1

Feyerbax fəlsəfəsi də da daxil olmaqla, indiyə qədər mövcud olan materializmin başlıca nöqsanı predmetin [Gegenstand], gerçəkliyin, hissiyatın insanın hissi fəaliyyəti, praktikası olaraq, subyektiv olaraq deyil, yalnız obyekt [Objekt] ya da qavrama [Anschauung] olaraq nəzərdən keçirilməsidir. Beləliklə, əsas istiqamət materializm əleyhinə idealizm tərəfindən inkişaf etdirilmişdir – ancaq sadəcə mücərrəd şəkildə, çünki idealizm bu formadakı gerçək, hissi fəaliyyəti qavraya bilmir.

Feyerbax fikri obyektlərdən həqiqətən də fərqlənən hissi obyektlər istəyir, amma o insan fəaliyyətinin özünü obyektiv [gegenständliche] fəaliyyət olaraq görə bilmir. Bu səbəbdən, “Xristianlığın mahiyyəti” əsərində o, insanın həqiqi fəaliyyəti olaraq yalnız nəzəri fəaliyyəti nəzərdən keçirir, praktika isə by fəaliyyətin iyrənc-yəhudisayağı (burada “yəhudisayağı” ifadəsi Marks tərəfindən xırda-burjua və tacir təfəkkürünü təmsil etmək üçün ifadə etmişdir – red.qeydi) təzahür forması kimi qavranılır və qeyd edilir. Beləliklə “inqilabi” fəaliyyətin və “praktik-tənqidi” fəaliyyətin əhəmiyyətini anlamır.

2

Obyektiv [gegenständliche] həqiqətin insan düşüncəsinə aid olub-olmaması problemi – nəzəri problem deyil, praktik  problemdir. İnsan həqiqəti – yəni düşüncəsinin həqiqətini və gücünü, bu dünyaya aidliyini [Disseitigkeit] praktikada sübut etməlidir. Praktikadan qoparılmış düşüncənin doğruluğu ya da yanlışlığı barədə mübahisə, tamamilə sxolastik problemdir.

3

İnsanların dəyişən şərtlərin və tərbiyənin məhsulu olmasını iddia edən materialist təlim şərtlərin məhz insanlar tərəfindən dəyişdirildiyini və təlimçinin özünün də təlimləndirilməsinin vacib olduğunu unudur. Buna görə də, cəmiyyəti, birinin digərindən üstün olduğu iki qismə ayırmaq məcburiyyətində qalır (Məsələn Robert Ounndə.)

Mühitin dəyişdirilməsi ilə insan fəaliyyətinin ya da öz özünü dəyişdirmənin üst-üstə düşməsi ancaq inqilabi praktika olaraq nəzərdən keçirilə və rasional şəkildə qavrana bilər.

4

Feyerbax, dini özünəyadlaşmaya, dünyanın dini və dünyəvi  olaraq ikiləşməsinə əsaslanır. Onun gördüyü iş dini dünyanı dünyəvilik təməlinə müncər etməkdən ibarətdir. Lakin dünyəvi təməlin öz-özündən qopması və özünü müstəqil, buludlar arasında bir aləm olaraq müəyyən etməsi ancaq bu dünyəviliyin öz hüdudları daxilində öz-özündən ayrılması və öz-özüylə ziddiyyət təşkil etməsi ilə izah oluna bilər. Bu səbəbdən bu problemin mahiyyəti öz daxilində ziddiyəti ilə dərk edilməsi və sonra da, bu ziddiyyətin aradan qaldırılması ilə praktikada inqilabiləşdirilməlidir. Bu halda, məsələn, müqəddəs ailənin sirrinin dünyəvi ailə olduğu anlaşıldıqdan sonra, dünyəvi ailənin özü də nəzəri və praktik olaraq yox edilməlidir.

5

Mücərrəd təfəkkür ilə kifayətlənə bilməyən Feyerbax hissi qavramaya müraciət edir; amma hissiyatı praktiki deyil, insani-hissi fəaliyyət olaraq qavrayır.

6

Feyerbax dini mahiyyəti insani mahiyyətə müncər edir. Amma insani mahiyyət tək-tək hər fərdin mahiyyətinə xass mücərrədlik deyil.İnsan ictimai münasibətlərin məcmuusudur.

Feyerbax bu həqiq mahiyyətin tənqidini etmir, buna görə də:

1. Tarixin inkişafını nəzərə almır, dini hissi [Gemüt] ayrılıqda götürərək tədqiq edir və insanı mücərrəd–təcrid olunmuş bir fərd olaraq qavrayır;

2. Bu səbəbdən insanın mahiyyəti ancaq bir “cins” (genus) olaraq, bir çox fərdləri sırf təbii bağlarla əlaqələndirən daxili, dilsiz bir ümumilik olaraq nəzərdən keçirilir.

7

Bunun nəticəsi olaraq, Feyerbax “dini duyğu”nun mahiyyətinin ictimai münasibətlərin məcmusu olduğunu və təhlil etdiyi mücərrəd fərdin də əslində müəyyən bir ictimai formaya aid olduğunu görə bilmir..

8

Bütün ictimai həyat mahiyyət olaraq praktikdir. Nəzəriyyəni mistisizmə aparan bütün sirlər həllini insani praktikada və bu praktikanın başa düşülməsində tapır.

9

Seyirçi materializmin, yəni hissiyyatı praktik fəaliyyət olaraq anlamayan materializmin çatdığı ən yüksək nöqtə ayrı-ayrı təcrid olunmuş fərdlərin və vətəndaş cəmiyyətinin tamaşasıdır.

10

Köhnə materializmin baxış bucağı vətəndaş cəmiyyətdir, yeni materializmin baxış bucağı isə insan cəmiyyəti, ya da ictimailəşmiş insandır.

11

Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər; halbuki məsələ onu dəyişdirməkdir.

(Almanca əsli – “Die Philosophen haben die Welt nur verschieden interpretiert; es kömmt drauf an, sie zu verändern – tərc.qeydi)

 Hazırladı: Saleh Mehdizadə

Mənbə

Redaktə: SOLFRONT

Karl Marks

1

Главный недостаток всего предшествующего материализма — включая и фейербаховский — заключается в том, что предмет, действительность, чувственность берется только в форме объекта, или в форме созерцания, а не как человеческая чувственная деятельность, практика, не субъективно. Отсюда и произошло, что деятельная сторона, в противоположность материализму, развивалась идеализмом, но только абстрактно, так как идеализм, конечно, не знает действительной, чувственной дея-тельности как таковой. Фейербах хочет иметь дело с чувственными объектами, действительно отличными от мысленных объектов, но самое человеческую деятельность он берет не как предметную деятельность. Поэтому в “Сущности христианства” он рассматривает, как истинно человеческую, только теоретическую деятельность, тогда как практика берется и фиксируется только в грязноторгаше-ской форме ее проявления. Он не понимает поэтому значения “революционной”, “практически-критической” деятельности.

2

Вопрос о том, обладает ли человеческое мышление предметной истинностью,— вовсе не вопрос теории, а практический вопрос. В практике должен доказать человек истинность, т. е. действительность и мощь, посюсторонность своего мышления. Спор о действительности или недействительности мышления, изолирующегося от практики, есть чисто схоластический вопрос.

3

Материалистическое учение о том, что люди суть продукты обстоятельств и воспитания, что, следовательно, изменившиеся люди суть продукты иных обстоятельств и измененного воспитания — это учение забывает, что обстоятельства изменяются именно людьми и что воспитатель сам должен быть воспитан. Оно неизбежно поэтому приходит к тому, что делит общество на две части, одна из которых возвышается над обществом (например, у Роберта Оуэна).

Совпадение изменения обстоятельств и человеческой деятельности может рассматриваться и быть рационально понято только как революционная практика.

4

Фейербах исходит из факта религиозного самоотчуждения, из удвоения мира на религиозный, воображаемый мир и действительный мир. И он занят тем, что сводит религиозный мир к его земной основе. Он не замечает, что после выполнения этой работы главное-то остается еще не сделанным. А именно, то обстоятельство, что земная основа отделяет себя от самой себя и переносит себя в облака как некое самостоятельное царство, может быть объяснено только саморазорванностью и самопротиворечивостью этой земной основы. Следовательно, последняя, во-первых, сама должна быть понята в своем противоречии, а затем практически революционизирована путем устранения этого противоречия. Следовательно, после того как, например, в земной семье найдена разгадка тайны святого семейства, земная семья должна сама быть подвергнута теоретической критике и практически революционно преобразована.

5

Недовольный абстрактным мышлением, Фейербах апеллирует к чувственному созерцанию; но он рассматривает чувственность не как практическую, человечески-чувственную деятельность.

6

Фейербах сводит религиозную сущность к человеческой сущности. Но сущность человека не есть абстракт, присущий отдельному индивиду. В своей действительности она есть совокупность всех общественных отношений.

Фейербах, который не занимается критикой этой действительной сущности, оказывается поэтому вынужденным:

1) абстрагироваться от хода истории, рассматривать религиозное чувство [Оетйт] обособленно и предположить абстрактного — изолированного — человеческого индивида;

2) поэтому у него человеческая сущность может рассматриваться только как “род”, как внутренняя, немая всеобщность, связующая множество индивидов только природными узами.

7

Поэтому Фейербах не видит, что “религиозное чувство” само есть общественный продукт и что абстрактный индивид, подвергаемый им анализу, в действитель» ности принадлежит к определенной общественной форме.

8

Общественная жизнь является по существу практической. Все мистерии, которые уводят теорию в мистицизм, находят свое рациональное разрешение в человеческой практике и в понимании этой практики.

9

Самое большее, чего достигает созерцательный материализм, т. е. материализм, который понимает чувственность не как практическую деятельность, это—созерцание им отдельных индивидов в “гражданском обществе”.

10

Точка зрения старого материализма есть “гражданское” общество; точка зрения нового материализма есть человеческое общество, или обобществившееся человечество.

11

Философы лишь различным образом объясняли мир, но дело заключается в том, чтобы изменить его.


Oxşar yazılar:

Baxış sayı:4234