abunə ol: Yazılar | Şərhlər | Еmail

Ulrike Meinhof – “Etirazdan Müqavimətə”

Şərh

Ulrike Meinhof – “Etirazdan Müqavimətə”

“Etiraz – mən bəyan edirəm ki, bu və bu məni təmin etmir. Müqavimət – məni təmin etməyənlərin mövcudluğuna son qoymaq üçün hərəkət edirəm.Etiraz edəndə açıqca deyirəm: Vəssalam, mən bu oyunda iştirak etmirəm. Müqavimət göstərəndə isə səy göstərirəm ki, başqaları da bu oyunda iştirak etməsinlər.”
Təxminən belə-sözbəsöz xatırlamıram- Black-Power[1] hərəkatının qaradərili bir nümayəndəsi bu ilin fevralı (1968ci il) Berlində Vyetnamla bağlı konferansda demişdi.

Tələbələr üsyana cəhd etmirlər, onlar Müqavimət göstərirlər. Daş atıldı, Berlində “Springerhochhaus”un pəncərələri sındırıldı, avtomobillərə od vuruldu, su şırnaqları ələ keçirildi,“ BILD“ qəzetinin redaksiyası dağıdıldı, təkərlər deşildi, yük maşınları[2] aşırdıldı və nəqliyyat sistemi iflic oldu, polis zənciri qırıldı- bəli, güc, fiziki zorakılıq tətbiq edildi. Buna baxmayaraq “Springer” mətbuatı dərcinin qarşısı alına bilinmədi, küçə hərəkəti bir neçə saat ərzində bərpa olundu. [3] Pəncərə şüşələrini sığorta kompaniyaları ödəyəcək. Yandırılmış yük maşınlarının yerinə yeniləri istifadəyə veriləcək, polisin yüksək təzyiqli su ehtiyatı tükənməyib, rezin dəyənəklərin də çatışmazlığı gələcəkdə olmayacaq. Deməli, nə baş veribsə,təkrarlana bilər: Springer mətbuatı bundan sonra da təqib edə bilər və Klaus Schütz[4] gələcəkdə həmçinin, “bu tiplərin üzünə baxmağı[5]“ tələb edə biləcək. Və son qərar kimi məsləhət edəcək ki, ardıcıl izlənsinlər-necəki, 21 fevralda artıq baş verdi[6] – nəhayət öldürülsün. Şifahi(verbal) etirazla və fiziki müqavimət arasındakı pərdə (sərhəd) Rudi Dutschkeyə sui-qəsd əleyhinə keçirilən pasxa günlərindəki nümayiş zamanı götürüldü . İlk kütləvi, çoxluq tərəfindən – fərdi deyil. Bir neçə günlük, amma birdəfəlik yox. Təkcə Berlində deyil, hər yerdə. Praktiki, yalnızca simvolik olmadı.
2 iyundan sonra Springerin qəzetləri yandırılıb, indi onun çatdırılmasının qarşısını almaq üçün çalışdıq. 2 iyunda yalnız pomidor və yumurta, indi isə daş atdıq. Fevralda Molotov kokteylinin hazırlanması haqda əyləncəli və şən film[7] göstərilmişdi, – indi bu şüşələr həqiqətən yandı. Etiraz və müqavimət arasındakı sədd aşıldı, buna baxmayaraq effektiv olmadı, ancaq yenə nə baş veribsə, təkrarlana bilər: güc nisbəti dəyişməyib. Müqavimət göstərmək öyrənilib. Hakimiyyət ələ keçirilmədi. Bəlkə bu səbəbdən olanların hamısı mənasız, terror kimi, apolitik, şüursuz zorakılıq hesab olunur ? Beləliklə, nöqtə qoyaq: siyasi hakimiyyət nə istəyir? O hakimiyyət ki, daş atan və yanğın törədən nümayişçini mühakimə edir, amma nə iyrənc təbliğat aparan Springer nəşriyyatına, nə Vyetnamın bombardmanına, nə İrandakı terror, nə də ki CARda işgəncəyə münasibət bildirir. O hakimiyət ki, Springeri qanuni müsadirə edə (ekspropriasiya) bilərdi, əksinə birgə “Böyük Koalisiya” yaradır. O hakimiyyət ki, KİVdə BILD və BZ (Berliner Zeitung) barəsində gerçəyi çatdıra bilərdi, bunun əvəzinə tələbələr haqda yalanı tirajlayır. O hakimiyyət ki, ikiüzlü zorakılığı müzakirə edir, “ikili standartlar” yürüdür. Məhz onu-“siyasəti sərbəstlikdən məhrum kütlə, yorğun, heç kimə və heç nəyə maneə törətməyən müxalifət kimi və ya qum yeşiyində demokratik oyun olan bəxtimizi qəbul etdirmək “ istəyir, bu günlərdə – ciblərimizdə daşlı və daşsız- küçələrə çıxmış biz isə istəmirik. Və işləri çətinə düşərsə – fövqəladə hal.
Martin Luther Kingi milli qəhrəman elan edən Johnson[8], teleqrafında Dutschkeyə sui-qəsdə görə mütəəssir Kiesinger – hər ikisi King kimi Dutschkenin də qarşı çıxdığı zorakılığın – “Springer”in doğurduğu və Vyetnam savaşı kimi sistem zorakılığın – təmsilçisidir. Və onların nə siyasi, nə də əxlaqi tələbələrin müqavimət iradəsini müzakirə etmə haqqı yoxdur. Təkrar son araşdırmanı aparaq: Faktlarla sübut edildi, kiməsə burada sadəcə atəş aça bilməzlər[9]. “Springer” evi tərəfindən kütləvi axmaqlığa intellegensiyanın etirazı ciddi öyrənilib və bunu konsern özü anlayıb və indi tədbir görür ki, kompaniyasına əks çıxan hər bir kəsi Allaha və ümumiyyətlə guya həmişə hər şeyə qarşı olan  subyektlər elan etsin. Faktiki olaraq davranışla sübut olundu, vətəndaş firması -“Sitte & Anstand” (sakitlik və əsayiş) qandal sahibləri dəyənəklə vuranda və atəş açanda məhv edilə bilər. Faktiki sübut olundu, bu ölkədə hələ insanlar var ki,  terror və zorakılığı nəinki gizlin formada dəstəkləyir və müzakirə edir, bunu hətta birbaşa deməyə çalışır və dediklərinə görə narahatlıq hissi keçirmir. Əksinə bu ölkədə insanlar da var ki, müqavimət göstərməyi bacarır və buna hazırdır. Və düşünürlər bu belə davam edə bilməz. Göstərildi ki, ölüm propaqandası və öldürmək ictimai sakitliyi və asayişi pozur və cəmiyyətdə bunu göz önünə alan qüvvələr var.  İnsan həyatı isə pəncərə şüşəsindən, avtomobildən – həm “Springer”in yük maşınlarından və eləcə də “Springer” evinin önündə çatdırılma xidmətini blokada etmək məqsədilə duran, polis tərəfindən aksiya zamanı aşırdılan və ziyan vurulan nümayişçilərin avtomobillərindən qiymətli deyil. Cəmiyyətdə nəhayət dözülməz halları yalnız dözülməzlik adlandıran yox, həm də əleyhinə çıxıb Springer və əlaltılarını tərkisilah edən güc var. Ən son sübut etdik ki, imtina etdiklərimizdən savayı digər vasitələr də – nümayişlər, Springer ilə bağlı dinləmə[10], etiraz təşkili əlimizdən gəlir. Bir halda ki, Rudi Dutschkeyə sui-qəsdin qarşısı alına bilinmədi və “Sitte & Anstand” (sakitlik və asayiş) qandalları qırıldı, yenidən zorakılıq və əks-zorakılıq (cavab) mövzusu müzakirə edilə bilər və edilməlidir. Pasxa günlərində təcrübədən keçirilən əks-zorakılığın qorxaq Liberallarda “Außerparlamentarischen Opposition”a (abreviatura APO – Parlamentdən Kənar Müxalifət) simpatiya oyatmaq məqsədi yoxdu. Əks-zorakılıq təhlükəyə aparır .Və bu,  polis qəddarlığının davranış kodeksini müəyyənləşdirdiyi , düşünən rasionallığın aciz qəzəbi əvəz etdiyi, polisin silaha əl atdığı yerdə, silahlı vasitələrlə cavab zorakılığına çevrilməlidir (ekvivalent cavab olmalıdır). Isteblişment, “yuxarıdakı cənablar” – Rudi ilə danışmaq üçün – partiyalar, hakimiyyət və ittifaqlar anlamalıdır ki, yalnız bir yolla- “Springer” müsadirə etməklə uzun müddət “istehsal etdikləri” “Ruhe & Ordnung”u (sakitlik və asayiş) saxlamaq olar.
Əyləncə qurtardı. “Etiraz odur ki, mən bəyan edirəm : bu və bu məni təmin etmir. Müqavimət odur ki, məni təmin etməyənlərin mövcudluğuna son qoymaq üçün hərəkət edirəm… “

Qeydlər:

[1] «Black Power» –60cı illərdə ABŞda rassizmə qarşı qara dərililərin şüarı.

[2] “Springer” nəşriyyatının qəzetlərini paylayan yük maşınları.

[3] U.Meinhof R.Dutschkeyə sui-qəsddən sonraki Berlin və AFRin bir çox şəhərlərində baş tutan kütləvi tələbə aksiyalarını yazır. əsas təhrikedici isə “Springer” idi.

[4] Klaus Schütz – 1967-77ci illərdə Berlinin burqomistri. vətəndaşlar tərəfindən seçilir.

[5] etiraz aksiyası keçirən tələbələr.

[6] 1968ci ilin fevralı Berlin Texniki Universitetində Vyetnam müharibəsi mövzusunda Beynəlxalq konferans keçirildi. Daha sonra 12 minlik xarici deleqasiya da iştirak etdiyi anti-müharibə nümayişləri oldu. Baxmayaraq ki, beynəlxalq skandal yarada biləcəyini bəhanə gətirən Berlin senatı buna icazə verməmişdi. 21 fevralda Springer, Berlin senatı kontranümayiş təşkil etdi, nümayişçilər tələbə, professor, jurnalist və ümumiyyətlə uzunsaçlı gənclərə hər yerdə hücum etdi. Bu olay “Nasizmin bir günlük geri dönüşü” adlandırıldı.

[7] RAF üzvi Holger Meinsın qısametrajlı filmi – bu haqda saytda ətraflı məlumat olacaq.

[8] Martin Luther Kingin ölümündən sonra – 4 aprel 1968 ci il.

[9] R.Dutschkeyə sui-qəsd nəzərdə tututlur.

[10] Springer işi ilə bağlı sosialist alman tələbələri ittifaqı və digər tələbə təşkilatlarının dinləmə prosesi 1968-ci ilin fevralına nəzərdə tutulmuşdu. Bu dinləmə zamanı Springerin obıvateli axmaq yerinə qoyma strategiyasının və yaydığı dezinformasiyanın, iftiraların üstünü açmaq, əks mübarizə üsülları müzakirə olundu. 21 fevral manifesti qəbul olundu.


Konkret“, 1968, № 5.

Almancadan tərcümə etdi: Scherif Abde

 (c) Solfront.org


Oxşar yazılar:

Baxış sayı:9780