abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Qloballaşma”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniyaƏvvəlki                                           Növbəti

Boris Yulyeviç Kaqarlitski
Marksizm: Tədris üçün tövsiyə olunmur

KAPİTALİZM DÜNYA SİSTEMİ KİMİ

Qloballaşma

  İmmanuil Vallerstayn yazır ki, kapitalizm ilk əvvəl dünya sistemi kimi yaranmışdır və yalnız sonra milli kapitalist iqtisadiyyatlar və, müvafiq olaraq, dövlətlər qurulmuşdur. Başqa məsələdir ki, kapitalizmin iqtisadi dünyası ilk əvvəl bütün planeti əhatə etmirdi. O, həqiqətən də yalnız iki dəfə ümumi olmuşdur – imperializm dövründə (1870-ci və 1914-cü illər arasında) və qloballaşma dövründə (1991-ci ildə SSRİ-nin dağılmasından sonra). Bu iki dövr arasındakı fasilədə sovet bloku (liberal tarixçilərin dili ilə desək, “kommunist sistemi”) mövcud olmuşdur. Müasir mənada milli dövlətlər kapitalizmin sələfləri deyil, onun inkişafının məhsullarıdırlar. Əvvəlcə qlobal transatlantik iqtisadiyyatı yaranır ki, buraya Flandriyanın, İngiltərə və Almaniyanın daha çox inkişaf etmiş hissələrindən yerli bazarlar daxil edilir. Yalnız sonra bu əsasda həmin İngiltərədə, Fransada milli bazarlar yaranırlar.

1453-cü ildə türklər Konstantinopolu istila edən zaman şərqi Aralıq dənizi ticarət yolunu bağladıqlarında sultan və onun ətrafı təsvir edə bilməzdilər ki, bununla Qərbdə kapitalizmin sürətli inkişafı üçün kəskin stimul verirlər. Bizansın dağılmasından sonra Avropada yeni ticarət yollarının axtarışına kəskin tələbat yarandı. İspanlardan, portuqaliyalılardan kimisi qərbə, kimisi isə cənuba yönəldilər. XVI-XVII əsr üçün su məkanının nə demək olduğunu xatırlamaq lazımdır. Buxar maşının ixtirasına qədər quru ilə hərəkət etmə suda hərəkətdən daha yavaş və daha təhlükəli idi. Həmçinin gəminin yükqaldırma imkanı at-araba nəqliyyatının yükqaldırma imkanlarından daha çoxdur. Unutmaq lazım deyil ki: Avropada yaxşı yollar hətta XVI əsrdə də demək olar ki, yox idi. Haradasa roma yolları istifadə olunmaqda davam edirdi, həmin yolların söküldüyü yerlərdən başqa, məsələn, Fransada olduğu kimi. Reyndən şərqdə, Almaniyada yaxşı yollar ümumiyyətlə yox idi, təhküləsiz yerlərdən isə danışmağa dəyməz. Yeri gəlmişkən, almanların öz məşhur avtobanlarını tikmək səyi məhz o zamanlara gedib çıxır ki, o zamanlar Almaniya, Rusiyadan da pis olan bərbad yolları ilə məşhur idi. Bu, özlüyündə tarixi kompensasiya, alman xalqının əsrlik arzusunun həyata keçirilməsidir. Orta əsrlərin əsas kommunikasiyaları – su kommunikasiyalarıdır. Hollandiyada hər yerdə kanalları yalnız bəndlərdən su çəkmək zərurətinə görə deyil, həm də eyni zamanda nəqliyyat təchizatını yaxşılaşdırmaq, yükləri çaydan birbaşa dükan və anbarlara vermək üçün qazılırdı.

Aralıq dənizi hovuzu bağlandıqdan sonra atlantik hovuzu açılır. Atlantik hovuzu, Vallerstaynın kapitalist dünya iqtisadiyyatı adlandırdığı məfhumu yaradır. Ticarət kapitalının coşğun inkişafı və onun istehsal kapitalına çevrilməsi başlayır. İlkin yığım Marksın “Kapital”ında təsvir edilmişdir və hər vəziyyətdə olduğu kimi, həmçinin periferiyaların istismarı, köləlik, Rusiyada və Polşada təhkimli əməyin istifadə edilməsi, müstəmləkəçilik hesabına baş verir.

Maks Veber protestant etikası ilə kapitalizm ruhu arasındakı əlaqə haqqında yazırdı. Perulu marksist Xose Karlos Mariategi fatalizm ideyalarının, formalaşmaqda olan müstəmləkə cəmiyyətinin iqtisadi əsasına nə dərəcədə müvafiq olduğunu göstərmişdir. İspan konkistadorunun, katoliki nöqteyi-nəzərindən, hindular – yolunu itirmiş ruhlardırlar, onlar aydınlanmağa ehtiyac duyurlar. Nəticədə onları öldürmürlər, sadəcə olaraq xaç suyuna çəkirlər. amma geridə qalmış konkistador öz təsərrüfatı ilə məşğul ola bilmir, o, bu yerliləri əsarət altına almalıdır ki, onları işlətsin. İngiltərədən olan qabaqcıl protestant fermer isə tamamilə fərqli davranır. Ona təmiz boş torpaq lazımdır ki, öz qabaqcıl təsərrüfatını təşkil edə bilsin. Buna görə də bu torpaqlarda yaşayan insanları bir-bir məhv etmək lazımdır. Protestant etikası həmin andaca izahını verir. Əgər tanrı bu insanların Məsihi tanımadan XVII əsrə qədər yaşamalarına yol veribsə, deməli, onlar əvvəlcədən cəhənnəmdə yanmağa məhkumdurlar. Nəticə olaraq, onların hamısını öldürməkdə problem yoxdur. Soyqırım bazarın inkişafına şərait yaradır.

Protestantın qabaqcıl Şimali Amerikası yaranır, Latın Amerikasında isə konservativ periferiya feodal rejimi bərqərar olur.

Kapitalizmin genişlənməsi kapitalların yarışı ilə müşayiət olunur. Rəqabət aparan yığım mərkəzləri formalaşır. Bu yarışlar milli dövlətin formalaşması mənbələrindən birinə çevrilir. Buna görə də milli dövlət əlavə resursları, bu yarışa daxil olmuş öz burjuaziyasının müdafiəsini təmin etməlidir.

Kapitalizmin qloballaşdığı dövrlərdə nəqliyyat, kommunikasiya, rabitə, ticarət texnologiyaları inkişaf edir. Ticarət və maliyyə kapitalı üstünlük təşkil edir. Bu, XV-XVI əsrlərdə baş verməkdə idi, bu zaman kommunikasiya, maliyyə və ticarət texnologiyaları sürətlə inkişaf edirdi. Gəmilər tikilir və təkmilləşdirilirdi, spesifik mütəşəkkil biznes kimi poçt formalaşırdı. Poçt əvvəlcə xüsusi müəssisə kimi yaranır, sonra aydın olur ki, effektiv paylanma çarpaz subsidiyalaşma və dövlətin iştirakını tələb edir – əks halda kiçik şəhərlərdə poçt müəssisələrini təmin etmək rentabelli deyil.

   Avropalılar çinlilərdən, onların fikrincə, bəzi texnoloji “yenilikləri” mənimsəməyə müvəffəq olurlar. Əvvəllər Qərbdə böyük gəmilər tikə bilmirdilər. Portuqaliyalılar Şərqi Afrikaya karavellalarla üzüb gəlmişdilər, onlar yerli “vəhşilər”ə özlərini göstərmək istəyirdilər. Gəmiləri sahilə yaxınlaşıb bağladılar, sahildə xaç qaldırdılar və yerli sakinlərin heyrətlənməsini gözləyirdilər. “Vəhşilər” isə onların gəmilərini gördükdə gülürdülər. Axı buraya artıq çinlilər üzüb gəlmişdilər. Və çin gəmiləri karavellalardan beş dəfə böyük idilər. Texnoloji səviyyə “kukuruznik”lər və “boinq” arasındakı kimi idi. Amma yavaş-yavaş avropalılar çin gəmiqayırma texnologiyasını mənimsəməyi bacardılar. Onların tətbiqi sayəsində gəmiçilikdə inqilab baş verdi, hərbi işdə və iqtisadiyyatda vacib dəyişikliklər oldu. Ventilyator qul alveri üçün ixtira edilmişdi. Qulların böyük hissəsini təyinat məntəqəsinə gətirib çıxarmaq mümkün olmurdu. Anbara doldurulan insanlar boğulurdular. Qulların kütləvi çatdırılması, ventilyatorun ixtirasına qədər mümkün deyildi. Qul ticarətinin inkişafı ilə birlikdə pambıq, şəkər və s. istehsalının sürətli artımı başladı. Digər tərəfdən, aydın oldu ki, çox sayda ordu daşımaq olar, müstəmləkəçilik tamamilə başqa səviyyəyə keçdi. Müstəmləkə altında yaşayanları daşımaq olar.

Banklar, həmçinin beynəlxalq banklar çiçəklənir. Bankir evləri ümumiyyətlə Avropada məhz beynəlxalq ticarət və dövlətlərarası kredit tələbatına görə inkişaf etmişdilər. Yalnız sonralar onlar sənayeni kreditləşdirməyə başladılar. Kapitallar Avropa üçün tamamilə misilsiz miqyaslarda strukturlaşmağa və təşkilatlanmağa başlayırdılar. Onlar XVII əsrin əvvəllərinə ən böyük təmərküzləşmə səviyyəsinə çatırlar.

Transatlantik burjua iqtisadiyyatının çox sürətli artımı böhrana gətirib çıxardı.  Aydın oldu ki, ticarət şəbəkəsi istehsaldan daha sürətlə inkişaf edirdi. Ticarət şəbəkəsi nə qədər inkişaf etmiş olsa da, ondan daşınma üçün istifadə etmək lazımdır. Sizin nə cür kommunikasiya sistem qurmağınızdan asılı olmayaraq, ondan, bu şəbəkədən kənarda baş verən hadisələr haqqında informasiya ötürmək üçün istifadə etmək lazımdır. Maliyyə ilə bağlı eyni vəziyyət yaranır. Pulların harasa hərəkət etməsi üçün haradasa real iqtisadiyyat fəaliyyət göstərməlidir. Kapitalizmdə maliyyə yalnız sərmayə sisteminin deyil, həm də informasiya sisteminin qanıdır. Kapitalizmdə maliyyə axınları eyni zamanda informasiya siqnallarının mənbəyidir. Kommunikasiya, ticarət, maliyyə texnologiyalarının həddən artıq artımı dövründən sonra böhran baş verir. Bu böhranın pik nöqtəsi Kondraytovun “B – fazasının” sonuna təsadüf edir. Yeni bir faza başlayır ki, bu zaman istehsal texnologiyalarının inkişafı prioritet təşkil edir.

Kommunikasiya, maliyyə, ticarət strukturları dərhal qlobal ola bilərlər. Onlar hər hansı bir konkret yerə ehtiyac duymurlar, çünki söhbət müntəzəm hərəkətdən gedir. İstehsal isə məkana ehtiyac duyur. Məkana bağlılıq göstərir ki, infrastrukturu, işçi qüvvəsinin təkrar istehslını və təlimini təmin etmək, ictimai nizamı qorumaq və müəyyən dərəcədə ictimai dünyanı təmin etmək lazımdır. Henrix IV Burbon kimi krallar meydana çıxır ki, onlar qəflətən, kəndlilərin bayramlarda şorba və toyuğu olmasının qayğısına qalmağa başlayırlar. Yalnız ticarət yollarının təhlükəsizliyinə deyil, həm də ictimai sabitliyə zəmanət vermək lazımdır. Bunu etmək çox çətindir, çünki ticarət kapitalizmi vakxanaliyaları hər yerdə cəmiyyətin aşağı təbəqələrini iflasa uğratmışdı.

İstehsal yerli bazara bağlı olmalıdır ki, qismən də olsa nəqliyyat xərclərini azaltsın. Yeni istehsalların yerləşdirilməsi daha çox bazarların coğrafi strukturu ilə əlaqəli olur.

İstehsal vəzifələrinin birinci plana keçdiyi dövrlərdə dövlətin rolu kəskin şəkildə artır. Və biz qeyri-qloballaşma fazası ilə qarşılaşırıq. O, bir qayda olaraq, “A – faza” ilə üst-üstə düşür. Maliyyə kapitalının rolu aşağı düşür, istehsal kapitalının rolu yüksəlir. “B – fazanın” sonunda biz maliyyə və ticarət kapitalının rolunun həddən artıq şişirdilməsini və sistemin maksimal qloballaşmasını görürük. “A – fazaya” girişdə isə biz dövlətin rolunun artmasını, maliyyə kapitalının rolunun azalmasını və istehsal kapitalının rolunun yüksəlməsini müşahidə edirik. Texnoloji yeniliklər istehsal sferasına keçirlər.

Amma bir fazadan digərinə keçid asan baş vermir. Məsələn, tarixçilər “XVII əsr böhranı” haqqında danışırlar. Erkən transatlantik kapitalizmin şəkil dəyişmə bacarıqsızlığı Otuz illik müharibəyə, ingilis inqilabına, anqlo-holland münaqişəsinə, fransız Frondu sarsıntılarına gətirib çıxardı. Həmin sırada, yeri gəlmişkən, rus İğtişaş dövrü də durur.

Bu gün haqqında çox danışılan qloballaşma heç də yeni bir hal deyil. Və onda geridönməz bir şey görmək üçün səbəb yoxdur. Müasir qloballaşmanın xüsusiyyəti ondan ibarətdir ki, o, dünya əmək bazarının qeyri-inteqrasiya olunmuşluğunun qorunması halında kapitalın dünya bazarının maksimal inteqrsiyasını təmsil edir. Kapital 15 dəqiqə ərzində Latın Amerikasından Rusiyaya və əksinə yer dəyişdirə bilər.

1994-cü ildə meksikan pesosu kəskin şəkildə ucuzlaşdı. Böyük maliyyə kapitalı kütləsi bir neçə gün ərzində Cənubi-Şərqi Asiya ölkələrinə və Rusiyaya hərəkət etdi. Sonra Asiyada hər şey iflasa uğradı, yarım il sonra rus rublu düşdü, bundan sonra kapital yenidən Latına Amerikasına, özü də onun cənub hissəsinə yer dəyişdirdi. Bundan qısa müddət sonra braziliya və argentina valyutaları iflasa uğradılar. Maliyyə spekulyantları öz arxalarında iqtisadi səhra qoyub getdilər. Maliyyə kapitalı böyük sürətlə hərəkət edir – insanlar onun ardınca qaça bilmirlər. Amma istehsal, hətta transmilli konsernlər çərçivəsində də həmin sürətlə hərəkət edə bilməz. İstənilən halda nə isə qurmaq, kimisə muzdla tutmaq, hansısa öhdəlikləri rəsmiləşdirmək istehsalı, anbarlaşdırmanı, satışı qaydaya salmaq lazımdır. Əmək bazarı lokal olaraq qalır. Amma müəyyən inkişaf mərhələsində o birdən-birə kapital bazarından daha vacib olur. Dünən insanlar heç bir əhəmiyyət kəsb etmirdilər, amma bu gün qəflətən onların qayğısına qalmağa başlayırlar. Ona görə yox ki, kapitalistlərin birdən-birə gözləri açıldı və onlar insanpərvər oldular. Sadəcə olaraq kapitalizm yeni fazaya keçdi. Əmək bazarının depressiv vəziyyəti kapital bazarının inkişafını təngitməyə başlayır.

XVII əsrdə hakimləri milli bazarın qorunmasına yönəldən merkantilizm nəzəriyyəsi yarandı. Əvvəllər  şəksiz hakim olan “azad ticarət ideyaları şübhə altına alındı. XX əsrdə eyni hal müşahidə olunur. İngilis iqtisadçısı Con M. Keyns ortaya çıxır ki, o, dövlət tənzimlənməsi və sosial siyasətin köməyi ilə kapitalizmi iflasdan qurtarmağa çağırır.

Maraqlıdır ki, Keyns Marksı az tanıyırdı, amma Engelsin işləri ilə tanış idi. Keyns bəzi nəticələrə gəldi ki, onlar marksistlər üçün də maraqlı idilər. Bu nəticələrdən biri ondan ibarət idi ki, kapitalizmin xarici stabilizatorlara ehtiyacı var. Məsələn, bütün ictimai münasibətləri sırf bazar amillərinə tabe etmək olmaz. Bu, hətta hətta burjua quruluşunun nöqteyi-nəzərindən də yaxşı hal deyil.

(c) SOLFRONT.org

marksizm-ne-rekomendovano-dlya-obucheniya

Борис Юльевич Кагарлицкий

Марксизм: не рекомендовано для обучения

КАПИТАЛИЗМ КАК МИРОСИСТЕМА

       Глобализация

     Иммануил Валлерстайн пишет, что капитализм возник первоначально в качестве мировой системы и лишь затем сложились национальные капиталистические экономики и, соответственно, государства. Другое дело, что экономический мир капитализма первоначально охватывал не всю планету. Он стал по-настоящему всеобщим лишь дважды – в эпоху империализма (между 1870 и 1914 годами) и в эпоху глобализации (после краха СССР в 1991 году). В перерыве между этими двумя эпохами существовал советский блок («коммунистическая система», говоря языком либеральных историков). Национальное государство, в современном смысле, является продуктом развития капитализма, а не его предшественником. Сначала возникает глобальная трансатлантическая экономика, куда включены локальные рынки Фландрии, наиболее развитых частей Англии и Германии. Лишь потом на этой основе складываются национальные рынки в той же Англии, во Франции.

   Когда в 1453 году турки взяли Константинополь, закрыли восточносредиземноморский торговый путь, султан и его окружение вряд ли могли предвидеть, что тем самым дают резкий стимул к ускоренному развитию капитализма на Западе. После падения Византии в Европе возникла острая потребность в поиске новых торговых путей. Испанцы, португальцы устремляются кто на юг, кто на запад. Надо помнить, что такое водное пространство для XVI-XVII веков. До изобретения паровой машины передвижение по суше было гораздо более медленным и гораздо менее безопасным, чем передвижение по воде. Да и грузоподъемность корабля выше, чем грузоподъемность гужевого транспорта. Не надо забывать: хороших дорог в Европе, даже в XVI веке, практически нет. Кое-где продолжают использоваться римские дороги, кроме тех мест, где их просто разобрали на камни, как это происходило во Франции. В Германии, к востоку от Рейна, приличных дорог вообще нет, а уж безопасных тем более. Кстати, стремление немцев построить свои знаменитые автобаны восходит как раз ко временам, когда Германия славилась отвратительными дорогами, хуже даже, чем в России. Это своего рода историческая компенсация, осуществление вековой мечты немецкого народа. Основные коммуникации конца Средневековья – водные. В Голландии повсюду роют каналы не только из-за необходимости отвести от дамб воду, но и чтобы заодно улучшить транспортное снабжение, подавать грузы из рек прямо в лавки и на склады.

   Когда закрывается средиземноморский бассейн, открывается атлантический. Атлантическая экспансия создает то, что Валлерстайн называет капиталистической мироэкономикой. Начинаются бурное развитие торгового капитала и переход его в производственный. Первоначальное накопление описано в «Капитале» Маркса и, как и всякое другое, происходит за счет эксплуатации, в том числе периферии, за счет рабства, использования крепостного труда в России и Польше, за счет колониализма.

   Макс Вебер писал про связь между протестантской этикой и духом капитализма. А перуанский марксист Хосе Карлос Мариатеги показал, насколько идеи протестантского фатализма соответствовали экономической основе формирующегося колониального общества. С точки зрения испанского конкистадора, католика, индейцы – это заблудшие души, которые должны быть просвещены. В итоге их не убивают, а только крестят. Но отсталый конкистадор сам хозяйством заниматься не может, он должен этих туземцев поработить, чтобы они на него работали. Совершенно иначе себя ведет передовой протестантский фермер из Англии. Ему нужна чистая, пустая земля, на которой он будет вести свое передовое хозяйство. Потому людей, живущих на этой земле, надо просто поголовно истребить. Протестантская этика тут же дает объяснение. Если господь допустил, что эти люди дожили до XVII века, не зная Христа, значит, они изначально обречены на адские муки. Следовательно, нет проблемы их всех истребить. Геноцид очень способствует развитию рынка.

   У протестанта создается передовая Северная Америка, а в Латинской Америке устанавливается консервативный периферийный феодальный режим.

   Экспансия капитализма сопровождается соревнованием капиталов. Формируются соперничающие центры накопления. Это соревнование и становится одним из источников формирования национального государства. Потому что национальное государство должно обеспечить дополнительные ресурсы, защиту для своей буржуазии, которая вступила в эту гонку.

   В периоды, когда капитализм глобализируется, растут технологии транспорта, коммуникаций, связи, торговли. Доминирует торговый и финансовый капитал. Так было в XV-XVI веках, когда бурно развивались коммуникационные, финансовые и торговые технологии. Строились и совершенствовались корабли, формировалась почта, как специфический организованный бизнес. Почта сначала возникает как частное предприятие, потом обнаруживается, что его эффективное распространение требует перекрестного субсидирования и участия государства – иначе в маленьких городах почтовые конторы поддерживать окажется нерентабельно.

   Европейцам удается перенять некоторые технологические, как им кажется, «новшества» у китайцев. Раньше на Западе не умели строить большие корабли. Когда португальцы приплыли в Восточную Африку на своих каравеллах, они хотели покрасоваться перед местными «дикарями». Пришвартовали корабли, подняли крест на берегу и ждали восторгов местных жителей. А «дикари» смеялись, увидев их корабли. Ведь сюда уже приплывали китайцы. И китайские корабли были больше каравелл раз в пять. Технологический уровень различался как между кукурузником и «боингом». Но понемногу европейцам удалось перенять китайские технологии кораблестроения. Было еще одно изобретение, очень важное для мореплавания, судя по всему, европейское. Это были вентиляторы. Благодаря их внедрению произошла революция в мореплавании, важные перемены в военном деле и экономике. Вентилятор был изобретен для работорговли. Большое количество рабов не удавалось довезти до места назначения. Люди, которых набивали в трюм, задыхались. Массовые поставки рабов были невозможны, пока не изобрели вентилятор. Вместе с ростом работорговли начался бурный рост производства хлопка, сахара и т. д. С другой стороны, обнаружилось, что можно в большом количестве провозить войска, колонизация начинается на совершенно другом уровне. Можно перевозить колонистов.

   Расцветают банки, в том числе и международные. Банкирские дома вообще развились в Европе именно из-за потребностей международной торговли и межгосударственного кредита. Лишь позднее они стали кредитовать промышленность. Капиталы начинают структурироваться и организовываться в совершенно беспрецедентных для Европы масштабах. Они достигают наибольшей концентрации к началу XVII века.

   Стремительный рост трансатлантической буржуазной экономики привел к кризису. Обнаружилось, что транспортная сеть росла быстрее, чем производство. Как бы ни была развита транспортная сеть, по ней что-то нужно возить. Какую бы вы коммуникационную систему ни построили, по ней нужно передавать какую-то информацию о чем-то, что происходит за пределами этой сети. То же самое и с финансами. Для того чтобы деньги куда-то двигались, где-то должна работать реальная экономика. Финансы являются в капитализме не только кровью инвестиционной системы, но еще и информационной системой. При капитализме финансовые потоки являются одновременно источниками информационных сигналов. После периода избыточного роста коммуникационной, торговой, финансовой технологий наступает кризис. Пик этого кризиса приходится на конец кондратьевской «Б-фазы». Начинается новая фаза, когда приоритетом становится развитие производственных технологий.

   Коммуникационные, финансовые, торговые структуры могут быть сразу глобальными. Они не нуждаются в каком-то конкретном месте, поскольку речь идет о постоянном движении. А производство нуждается. Привязка к местности обозначает, что нужно обеспечить инфраструктуру, обеспечить воспроизводство и обучение рабочей силы, поддерживать социальный порядок и обеспечивать в определенной степени социальный мир. Появляются короли вроде Генриха IV Бурбона, которые вдруг начинают задумываться о том, чтобы у крестьян по праздникам был бульон с курицей. Надо гарантировать не только безопасность торговых путей, но и социальную стабильность. А сделать это очень трудно, потому что вакханалия торгового капитализма повсюду разорила низы общества.

   Производство должно быть привязано к местному рынку, чтобы хотя бы частично снижать транспортные издержки. Размещение новых производств становится все более связано с географической структурой рынков.

   В период, когда на первый план выходят производственные задачи, роль государства стремительно возрастает. И мы имеем фазу деглобализации. Она, как правило, совпадает с «А-фазой». Падает роль финансового капитала, повышается роль производственного. На исходе «Б-фазы» мы видим гипертрофированную роль финансового и торгового капитала и максимальную глобализацию системы. А на входе в «А-фазу» мы видим возрастание роли государства, сокращение роли финансового капитала и возрастание роли производственного капитала. Технологические новации перемещаются в производственную сферу.

   Но переход от одной фазы к другой происходит не гладко. Историки, например, говорят про «кризис XVII века». Неспособность раннего трансатлантического капитализма перестроиться привела к Тридцатилетней войне, английской революции, англо-голландским конфликтам, потрясениям французской Фронды. В этом же ряду, между прочим, стоит и русская Смута.

   Глобализация, о которой сейчас так много говорят, отнюдь не абсолютно новое явление. И уж тем более нет причин видеть в ней нечто необратимое. Особенность современной глобализации состоит в том, что она представляет собой максимальную интеграцию мирового рынка капитала, при сохранении дезинтегрированности мирового рынка труда. Капитал может переместиться за 15 минут из Латинской Америки в Россию, и наоборот.

   В 1994 году рухнуло мексиканское песо. Огромная масса финансового капитала буквально за считанные дни переместилась в Юго-Восточную Азию и отчасти в Россию. Потом все обрушилось в Азии, спустя полгода рухнул российский рубль, после чего капитал опять переместился в Латинскую Америку, причем южную ее часть. Вскоре после этого рухнули бразильская и аргентинская валюты. За собой финансовые спекулянты оставляют экономическую пустыню. Финансовый капитал перемещается с очень большой скоростью – люди за ним бегать не могут. Но и производство не может перемещаться с такой быстротой, даже в рамках транснациональных концернов. В любом случае надо что-то построить, кого-то нанять, оформить какие-то обязательства, наладить производство, складирование, сбыт. Рынок труда остается локальным. На определенном этапе развития он вдруг становится важнее, чем рынок капитала. Вчера люди ничего не значили, а сегодня вдруг о них начинают заботиться. Не потому, что капиталисты вдруг прозрели и стали гуманистами. Просто капитализм вступил в новую фазу. Депрессивное состояние рынка труда начинает сдерживать развитие рынка капитала.

   В XVII веке появилась теория меркантилизма, ориентирующая правителей на защиту национального рынка. Идеи «свободной торговли», которые раньше безраздельно господствовали, оказались поставлены под сомнение. В XX веке наблюдается то же самое. Появляется английский экономист Джон М. Кейнс, который призывает спасти капитализм от краха с помощью государственного регулирования и социальной политики.

   Любопытно, что Кейнс мало знал Маркса, но был знаком с работами Энгельса. Кейнс пришел к некоторым выводам, которые оказались небезынтересны и для марксистов. Один из этих выводов состоял в том, что капитализм нуждается во внешних стабилизаторах. Например, нельзя подчинить все общественные отношения чисто рыночным факторам. Это плохо даже с точки зрения самого буржуазного порядка.


Oxşar yazılar:

Baxış sayı:4003