abunə ol: Yazılar | Şərhlər | Еmail

Andrey Movçan – Ukrayna solunun səhvləri

Şərh

Ukraine Protest

Ukraynalı sollar faciəvi dərəcədə zəifdirlər. İndiki zamanda siyasi hadisələrə təsir etmək üçün heç bir imkanlarının olmaması şəksiz faktdır. Bunu etiraf etmək mənim üçün ağırdır – bəlkə də başqalarından daha çox. Bəzən sadəcə dirsəklərimi gəmirirəm.

Hər şey bizdən asılı deyildi. Uğursuzluqların əsas səbəbi – dərin irtica və az qala cəmiyyətdə hər yerdə sağ mühafizəkar hegemoniyanın hakim olmasıdır, bu faktdır. Bu vəziyyət dünən yaranmayıb, hər şey buna gətirib çıxarırdı. İctimai qurumlar – məktəblər, universitetlər, mürtəce ziyalılar, meynstrim mətbuat, idman, kilsə, korporativ və dövlət təbliğatı sağ konsensusa işləyirdilər… Əsas kartlar özləri bütün cəhalətpərəstlərin əlinə axırdı. Hamıdan əvvəl milliyyətçilərin əlinə. Mən obyektiv tarixi prosesdən danışıram ki, burada sosialist baxışlara çox az, bəlkə də heç yer ayrılmayıb.

Solların şansı var idi? Biz prosesi qəti şəkildə əks istiqamətdə çevirə bilərdik? Etiraf etmək lazımdır – yox.

Özümüzə qarşı səmimi olmaq üçün səhvlərimizi etiraf etməyi bacarmalıyıq. Səkkiz ildir ki sol düşərgədəyəm – faktiki olaraq burada həyat nişanələri görünən zamandan bəri. Sıfırdan yox, hətta mənfidən başlayaraq, mən hələ sol-radikal hərəkatın, təvazökar da olsa, uğurlar göstərməyə başlamasından bəri onun şahidi və birbaşa iştirakçısı idim.

İndi hesab edirəm ki, bütün əvvəlki təcrübəni maksimal dərəcədə tənqidi qymətləndirməyin vaxtı gəlib çatıb. Nəyi düz etmədiyimizi, harada səhv buraxdığımızı düşünməyin vaxtı.

Söhbət mənim öz çatışmazlıqlarımdan da gedəcək. Axı bır sıra siyasi səhvlər üçün mən şəxsən məsuliyyət daşıyıram.

Heç kimə kömək etməmiş iş

Son illərdə sol təşkilatlardan yüzlərlə insan keçib. Onlar indi haradadır? İtiriliblər. Kadrlarla nəzəri işdən qaçmağı ən böyük səhvim hesab edirəm. Hazırlıq kursunun təkzib edilməsi.

İki onillik ərzində ilk dəfə sollara yenilərin kütləvi axını başladıqda, biz eyforiyada idik. Qapalı sekta təcrübəsinə malik bizlər öz sələflərimizə daha az oxşamağa çalışaraq freydsayağı “ataları qətl edirdik”.

“Nəhayət! – mən fikirləşirdim. – Budur – sektant xüsusiyyətləri olmayan adi oğlanlar və qızlar; onlar bizim yanımıza gəliblər, çünki burada öz maraqlarını tapırlar. Sinfi təhlil haqqında geniş məlumatları olmadan belə sol olmaq istəyirlər”.

Mənə elə gəlirdi ki, nəhayət uğur qazanacağıq. Necə də səhv edirdim!

Ümid edirdim ki, həmkarlar ittifaqı mübarizəsinə qoşularaq, neofitlər özləri əllərinə kitab alacaqlar, müstəqil şəkildə öz nəzəri səviyyələrini yüksəldəcəklər. İnsanlar gəlirdi və yox olurdular. Onların nə ideya özəyi, nə dünyanın izah edilməsi vasitələri, nə də utopiyanın mümkünlüyünü dərk etmək bacarıqları yox idi: bizim onlara vermədiyimiz şeylərə sahib deyildilər.

Hər yeni adamdan yapışırdıq. Yeniyetmə görüşlərindəki kimi onun qayğısına qalırdıq. O zaman göründüyü kimi, “ağır” sözlərlə qorxutmaq istəmirdik. Marksist terminologiyası ilə. “Qardaş, sən düzgün yerə düşmüsən, hər şey zor olacaq. Vur bura!”. Burada siyasət hardadır? Daha çox əyləncədir.

Biz Lenini oxumurduq və heç kimə də oxumasını məsləhət görmürdük. Milliyyətçilərdən daha çox antibolşevik olmağa çalışırdıq. Bir ovuc ağıllının savadsız kütlədən daha yaxşı olduğu haqqında Leninin dərslərini bilmirdik.

Buna görə də mən özüm də hər yoldan keçəndən yapışmağı məsləhət görürdüm, onun baxışları nə qədər qaranlıq və qarışıq olsa da. İndi isə əminliklə deyə bilərəm: təşkilatın müəyyən anlarında təmizlik olmasa da, ballastın atılmasına ehtiyac var.

Biz ciddi siyasi mübahisələrdən qaçmağa çağırırdıq, halbuki həqiqət məhz orada yaranır. Məhz buna görə azlığın mütəşəkkil fikirləri simpatizanların ideyasız apotilik bataqlığında batıb qalırdı.

O vaxt kim fikirləşə bilərdi ki, ciddi kommunist təşkilatlanma, ideya hegemoniyası olmadan biz ictimai proseslərin dibinə düşəcəyik? Kim əvvəlcədən görə bilərdi ki, aksiyalarda olmuş minlərlə “sadə” tələbə bir neçə il sonra “moskvalı” olmadığını sübut edərək Maydanda at oynadacaqlar? Bu bəsirətsizliyin bədəlini biz hələ bir neçə il ödəyəcəyik.

Biz sakitçə geniş yayılmış nadanlığa və siyasi savadsızlığa dözürdük. Hər şeydən əvvəl özümüzə. Hakim ideologiya (möcüzə!) isə sakit aktivist bataqlığından daha güclü oldu.

Bəzən tənqidi səslər ucalırdı: “Savadsızlıq hələ heç kimə kömək etməyib”, – təcrübəli yoldaşlar xəbərdarlıq edirdilər. Cavab olaraq isə biz sadəcə gülürdük, onların sözlərinə inanmaq istəmirdik. O tənqidi sözlərin arxasında həqiqətdən başqa nə dayanırdı? Bizim arxamızda isə onlarla gənc aktivist var idi! Biz necə də sadəlövh idik!

Öz yoldaşlarımızı qəti fəaliyyətə həvəsləndirmək üçün nələr fikirləşmirdik! Aksiyalar haqqında məlumat verməyin saysız metodlarını tərtib edirdik, hər kəsi cəlb etməyə çalışırdıq… Bu cəhdlər uğursuzluqla başa çatırdı. Çünki sol təşkilatın xidmətinə hansı onlayn-xidmətləri təklif etsən də, hansı texnikadan istifadə etsən də, bunlar əsas amil – dərk edilmiş zərurət olmadan fəaliyyət göstərməyəcək.

Vağzal mozaikalarında “Oxumaq, oxumaq, oxumaq” sözlərini oxuyarkən, mən bu sözlərin mənasını indi dərk edirəm.

“Ekonomizmə” inam

Məlum olduğu kimi, kapitalizm – çoxsaylı kiçik gündəyməzlərdən ibarət böyük və qaranlıq gündəyməzdir. Ayrılıqda hər bir gündəyməzlə mübarizə aparmaq daha geniş baxmaq, daha uzağı görməyə mane olaraq vaxtımızı alır. Biz bunu necə nəzərə almadıq?

Biz taktika olaraq sindikalizmi seçdik və bütün səylərimizi həmkarlar ittifaqı yaratmağa yönəltdik. Mən səmimi şəkildə inanırdım ki, həmkarlar – panaseyadır, sindikalist əlkimyaçıların sehirli eliksiridir. Lakin elə alındı ki, bizim ideyaların hegemoniyası olmadan bu cür strukturlar fəaliyyətə yararlı olmayacaqlar. Son nəticədə, həmkarlar ittifaqi çoxtərəfli siyasətin kiçik bir hissəsidir.

Haqlılığımıza inanaraq, biz bəzən ümidsiz iqtisadi münaqişələrə girirdik. Orta səviyyəli məmurlarla yorucu mövqe müharibəsinə keçirdik. Yalnız indi başa düşürük ki, nə qədər səyimiz boşa gedib. Bu iqtisadi münaqişələrdən hansılarını siyasiləşdirmək imkanımız var idi? Minimal. Yeni perspektiv kadrları harada cəlb edə bilərdik? Adətən bunun söhbəti belə getmirdi.

Tez-tez siyasi əlverişlilik sadəlövh burjua-humanist hissləri ilə örtülürdü. Biz çox az hallarda xatırlayırdıq ki, hər kəsə kömək etmək mümkün deyil, xüsusilə də əgər kifayət qədər güc, resurs, imkanlara malik deyilsənsə. Buna görə də intensiv siyasi mübarizəni çox hallarda ekonomizm və küçə aksiyaları ayinləri əvəz edirdi.

Bu taktika (halbuki onun gerçəkləşməsi haqqında mübahisə etmək olar) və yalnış müəyyən edilmiş prioritetlər nəinki qələbə bəhrəsi vermirdi, həm də yoldaşları yorur və həvəsdən salırdı. Bir anda onların siyasi ehtiras alovu sönməyə başladı – Hegelin dediyi kimi, bu alov olmasa, heç nəyə nail olmaq olmaz.

Leninin öyrətdiyi kimi, inqilabi taktika bunun tam əksindən ibarətdir. Sistemin zəif nöqtələrini tapmaq. Eyni səhvləri təkrarlamamaq, onun fundamentinin ən zəif yerlərinə, çatlarına paylar vurmaq lazımdır. Təəssüf ki, biz başqa işlərlə məşğul idik.

“Yaxşılar” məğlub olur

“Kommunistlər öz baxışlarını və məqsədlərini gizlətməyi mənfur iş hesab edirlər” – Karl Marksın daha bir mənimsənilməmiş vəsiyyəti. Belə alındı ki, həm də mənim vasitəmlə sol hərəkat hiylə və dilxoşluq günahına batmağa başladı.

Bu ədəbazlığı qəti şəkildə rədd eləmək əvəzinə, sadə gənclik üçün biz “həmkarlar tərəfdarı” idik, mətbuatda isə – “ictimai fəallar” adlandırırdılar. Cəmiyyətə öz gündəmini təqdim etmək əvəzinə, biz onun qaydalarına, təsəvvürlərinə, leksikasına uyğunlaşırdıq. Klassik ədəbiyyatda buna “opportunizm” deyirlər.

Xoşlarına gəlməyə çalışırdıq. “Yaxşı” olmağa çalışırdıq.

Buna görə dirsəkləri daha çox gəmirməli oluruq. Əvvəlcədən bərabərlik və ictimai mülkiyyət ideyalarına nifrətlə yanaşan kiçik burjuanın necə xoşuna gəlmək olar? Kommunizm onda tamamilə alicənab mürtəce instinktlər dəsti yaradır.

Güzəştlər, prinsipsiz alyanslar və filoloji dilxoşluq illəri sol hərəkatına, ultrasağlarla küçə toqquşmalarından daha pis təsir göstərdi. Prinsipiallıq və radikallıq göstərmək lazım gəldikdə, bizə heç bir halda uzunmüddətli uğur gətirməyəcək danışıqlara gedirdik. Bu cür vurnuxmadan yalnız irtica qalib çıxır.

Burada bizim sağlardan öyrənəcəklərimiz var. Onlar bir anlıq belə “özlərindən” utanmırdılar, öz radikallıqlarını illərlə cilalayırdılar. Şübhəsiz ki, yuxarıda deyildiyi  kimi, yuxarıdakı qurumlar da bunun üstündə oynayırdılar.

Ultrasağlar ictimai konsensusu dəfələrlə sınaqdan keçirmişdilər. Onlar “kommunistlərə” qarşı terror təşkil etsələr – insanlar bunu həzm edir. Stadionda “ziq” (faşist jesti – tərc.qeydi) göstərsələr – qoy hələ kimsə “patriotlara” qarşı nəsə deməyə cəhd etsin. Onlar “düşmənlərə ölüm” elan etsələr – qoy digərləri sübut etsin ki, xalq düşmənlərini niyə əhv etmək lazımdır.

Mən düşüncəsizliyə və qatı sektantlığa dəvət etmirəm. Söhbət daha çox siyasi açıqlıqdan, intellectual cəsarətdən gedir. Yalnız bu yolla nüfuz qazanmaq olar. Yalnız bu yolla öz müstəqilliyini elan edə və consensus nöqtəsini mərkəzdən sola sürüşdürmək olar.

Yoxsa “pis adamlar” qalib gələcək. “Yaxşılar” sadəcə olaraq maraqsız olacaqlar.

60-cı illər olmayacaq

İdeallarımız da bizi darda qoydu. Gənc ukraynalı sollar 1968-ci il tələbələrinə az qala sitayiş edirdilər. Bizi başa düşmək olar. Biz bunda sağ təbliğatın mənfi obraza çevirdiyi Böyük Oktyabrın ilkin günahından “qurtuluş” görürdük. İnfantil şəkildə təşkilatlanma, libertar pedaqoqika, simvolik zorakılıq haqqında danışırdıq…

Dünyanın Ukrayna adlı dibinə qlobal trendlər 50 il gecikmə ilə gəlib çatır və biz “müqəddəs 60-ların” üsyanını hazırlayanda proqressiv dünya bizə gülürdü.

Piyli, durğun 2000-ci illərin sonunda mənə elə gəlirdi ki, biz ömür boyu apatiya və etinasızlıq ilə mübarizə aparacağıq. Bu “rifah dövləti”nin tam qürubu dövrü idi ki, artıq 2013-cü ildə ondan əsər-əlamət qalmamışdı. Biz isə “sosial şüarlar” altında insanların etirazlara çıxması üçün təşviqat aparırdıq.

Nümunələr? Son illərdə təhsilin kommersiyalaşmasına qarşı onlarla aksiya və kampaniya aparılıb. Biz tələbə və valideynləri pul kisəsi ilə qorxudur, çörək və yağla səfərbər edirdik. Lakin eyni zamanda daha təhlükəli tendensiyanı – təhsil səviyyəsinin real deqradasiyasını müşahidə etdik. 2009-cu il və 2014-cü il birinci kurs tələbələri – tamamilə fərqli insanlardır. 2014-cü il tələbəsi ilə nəinki sosializm, hətta adicə məktəb proqramı haqqında da danışmaq çətindir.

Solların sosial-demokrat küçə aksiyalarından minlərlə tələbə keçib. İndi onları harda görmək olar, bu barədə artıq yazmışdım. Qaranlıq, siyasi savadsız gənc üçün “Yaşayın Ukrayna!” neoliberal islahatlara qarşı əsaslandırılmış təbliğatdan daha inandırıcı səslənir. “Yaşasın Ukrayna!”.

XXI əsr hələ gəlməyib – biz hələ də XX əsrdə yaşayırıq. Bir ayağımızla geriyə, XIX əsrə qayıtdıq. Bundan əlavə, yeni Orta əsrlərə doğru sürətlə gedirik.

Minimum olaraq bu deməkdir ki, 60-cı illər artıq heç vaxt olmayacaq. Əgər ukraynalıların artıq böyük hissəsi heç dəniz sahilində istirahət etmirsə, onları necə inandırmaq olar ki, “asfaltı qırın – çimərlik onun altındadır!”? Karnaval olmayacaq.

Onun əvəzində başqa şey olacaq. İki əsr əvvələ qayıtmaqla, ideologiyalar, antiutopiyalar və utopiyalar dövrü qayıdır. Bu, klassik imperializm, yerli müharibələr, həqiqi diktaturalar, ideyalar mübarizəsi, radikal siyasi partiyalar dövrüdür.

İki il əvvəl biz özümüzü kor pişik balaları kimi apararaq, bu cür sərt gələcəyi ağlımıza gətirmirdik. Çoxluq hələ də ağlına gətirmir. “Sosializm və ya varvarlıq” – bu gülünc və uzaq səslənirdi, indi isə canlı yayımda səslənir. Əgə biz bu səhvləri nəzərə almasaq, solların heç bir siyasi gələcəyi olmayacaq.

Antistrategiya

Partiya – bir çox yoldaşlar üçün qorxuluq olan söz idi. Siyasətdə olan bütün pisliklərin birbaşa sinonimi idi. Özünümüəyyənləşdirmə isə “qeyri-partiya” şəklində idi. Aşağı siyasətin daha qəliz çoxsəviyyəli siyasi prosesin bir hissəsi olması həmin andaca boşboğazlıq elan edilərək təkzib edilirdi.

“Siyasi subyekt olmaqdansa, oxşarlıq olsun” – biz hesab edirdik. – “Böyük siyasət çirkabına batmaqdansa, sol liberal QHT daha yaxşıdır”.

Biz vulqar xətti məntiqin əsiri olduq. Guya, partiya – hakimiyyətdir, partiya bürokratikləşir, partiya cırlaşır. Deməli, onun haqqında fikirləşmək belə az qala totalitarizmə və ya yumşaq halda sosial-demokratiyaya aparır.

İndi bu mənə seksuallıq zəminindəki yeniyetmə qorxularını xatırladır. O zaman, birincisi, fikirləşirsən ki, intim əlaqəyə yalnız böyük və təmiz sevgi ilə girməlisən. İkincisi, seks mütləq arzuolunmaz hamiləliyə və zöhrəvi xəstəliklərə gətirib çıxaracaq. Bu qorxulara qapılaraq, cismai ehtirasa tutulmuş gənclər masturbasiya ilə məşğul olurlar – seksual tələbat ödəmənin təhlükəsiz, eskapist forması ilə. Seksə yetkin münasibət fərqlidir.

Eyni şəkildə biz yerli təşkilatlanmanı bütün suallara cavab – mürəkkəb suallara sadə cavab olaraq görürdük. Buna görə də siyasi sollar etirazlardan etirazlara mövcud olurdular. Hər dəfə sosial partlayışlarda öz haqlılıqlarını görərək. Partlayışlar qaçılmaz olaraq söndükdə, biz hər şeyi itirirdik və yeni təsqidlər və yeni peşmanlıqlar üçün yeni etirazlar axtarmağa çalışırdıq.

Strateji olaraq biz heç iki-üç illik gələcək haqqında fikirləşmirdik. Məzəlidir: planlı iqtisadiyyat haqqında həmişə danışılan mühitdə indiyə qədər yetkin bəsirətli təfəkkür yoxdur. Etirazlar var – plakatlar hazırlayırıq, yoxdur – başımızı qaşıyırıq.

Bunun bariz nümunəsi solların Maydandakı fəaliyyəti idi. Kommunist ideallara tamamilə yad olan məkanda hər hansı nümayəndəlik saxlamaq istəyi. “Mən xalqımla birlikdə olmaq istəyirəm. Əgər xalqım yanılırsa, onunla birlikdə yanılacam” – ilk iğtişaşlar başlananda bir solçu belə dedi. Məgər bu misal deyil?

Bəlkə artıq partiya konsepsiyasından qorxmayaq? “Strategiya”, “plan”, “siyasi risk”, “partiya nizamı”, “demokratik mərkəzçilik” sözlərinə öyrəşək?

Qoy bu radikal partiya olsun – parlament ambisiyalı və eyni zamanda da prinsipial olaraq anti-parlament xarakterli – sabotaj partiyası, gənclik partiyası. Ona ehtiyac var.

Özünüzə aşiq olmayın

Son olaraq hərəkat qarşısındakı şəxsi səhvlərimi haqqında danışmaq istəyirəm – bu heysiyyət, əgər uyğundursa, “uğurlardan başgicəllənmə” səhvidir. İlk qələbəni qazanan kimi, mən kefə düşdüm.

Məqalələr tam yerinə düşəndə, çıxış zamanı narahatlıq kefə çevriləndə, sən hədsiz və heyrətamiz dərəcədə aldadıcı şəkildə vəziyyətə hakim olduğunu düşünürsən. Məmurlar və kapitalistlər validol içəndə, mən görünməmiş yüksəliş yaşayırdım.

Qələbələri satın alırdılar. Etiraf edim ki, bəzən mən sadəcə öz “bombalığımdan” həzz alırdım. Bəzən səhər elə bir hisslə oyanırdım ki, sanki hər şeyə qadirəm.

İctimaiyyət üçün ictimai simaya çevrildim – hələ dünən heç kimin tanımadığı mən gündə bir neçə müsahibə verirdim. Məni küçədə tanıyır və çiynimə vururdular: “Hey, mən səni tanıyıram. Düz iş görürsünüz”. Bu alqışlar necə də ucuzdur!

Marksın sözlərinə görə, inqilabçı otun bitməyini eşitməlidir. Mən isə kiyevli jurnalistlərin bayağı suallarına qulaq asırdım. Təkcə mən yox, biz hamımız siyasətçi və inqilabçılar üçün zəruri afinalı keyfiyyətlərini mənimsəməmişdik.

Mis borular dərin proseslərdən xəbərdar olmağa imkan vermir, nəticədə bunun bədəli baha oturdu. Səmimi olaraq inanırdım ki, hər şeyi düz edirik. İlk böhranlar və uğursuzluqlar başlananda sadəcə daha dayanıqlı olmaq lazımdır və onda hər şey alınmağa başlayacaq. Kürəklə daha çox götürmək və daha uzağa atmaq lazımdır.

Mən Jijekin “Özünüzə aşiq olmayın” qanadlı sözlərini necə unuda bilərdim? Bizim çevrədə tənqidi təfəkkür haqqında danışmaq dəbdə idi, lakin öz işlərimizə qarşı tənqidi yanaşmaq necə də çətin idi.

Vaxtın yerini doldurmaq

Hərəkata daxil olan hər kəs bu təhlükəni yadlarında saxlasınlar.

İndi biz öz səhvlərimizi dərk etməli və onlara görə məsuliyyət daşımaqdan qaçmamalıyıq.

Qarşıda irticanın uzunmüddətli hakimiyyəti dayanır. Həqiqi mütərəqqi dəyişikliklər tezliklə başlamayacaq. Lakin artıq indi hadisələr nevtorik şəkildə reaksiya göstərməkdənsə, növbəti illərə hazırlaşmaq lazımdır. Dənə-dənə yeni insanlar yığmaq lazımdır. Addım-addım hegemoniyanı ələ keçirmək lazıçdır. Öz üzərimizdə işləməliyik. İnqilabi nəzəriyyəni inkişaf etdirməliyik. Partiya qurmalıyıq. İtirilmiş vaxtın yerini doldurmalıyıq.

Fevral, 2014

 (c) SOLFRONT.org

[Yazı scepsis.ru saytından Solfront.org üçün hazırlanmışdır]

Ukraine Protest

Украинские левые катастрофически слабы. То, что сейчас они не имеют никаких возможностей влиять на политические процессы, является неоспоримым фактом. Мне досадно это признавать — возможно, даже больше других. Иногда я просто кусаю локти.

Не всё зависело от нас. Факт, что основная причина неудач — глубокая реакция и установление в обществе едва ли не повсеместной правоконсервативной гегемонии. Такая ситуация сложилась не вчера, к этому все шло. На правый консенсус работали все без исключения общественные институты — школа, университеты, реакционная интеллигенция, мейнстримные медиа, спорт, церковь, корпоративная и государственная пропаганда… Козыри сами плыли в похотливые ручки мракобесов всех мастей. И прежде всего к националистам. Я говорю об объективном историческом процессе, где социалистическим взглядам оказалось уготовано место чуть менее, чем никакое.

Были у левых шансы? Могли мы развернуть процесс в кардинально противоположное русло? Следует признать — нет.

Чтобы быть честными перед собой, нам следует признать собственные ошибки. В левом лагере я восемь лет — фактически с того времени, когда здесь начали проявляться первые признаки жизни. Начиная даже не с нуля, а с отрицательной величины, я был свидетелем и непосредственным участником первых шагов леворадикального движения, когда оно добивалось первых, пусть и скромных, успехов.

Сейчас, считаю, настал момент, когда нам нужно максимально критически оценить весь предыдущий опыт. Подумать, что мы делали не так, где прогадали, когда ошиблись.

Речь пойдёт и о моих собственных недостатках. Ведь за целый ряд политических ошибок я лично несу ответственность.

Дело, которое никому не помогло

В последние годы через левые организации прошли сотни людей. Где они сейчас? Потеряны. Вот почему самой большой своей ошибкой я считаю постоянное избегание теоретической работы с кадрами. Отрицание пропедевтики.

Когда к левым впервые за два десятка лет начался массовый приток новичков, мы кайфовали. Имея за спиной опыт закрытых и упоротых сект, мы по-фрейдистски «убивали отца», стараясь быть как можно более непохожими на своих предшественников.

«Наконец-то! — думал я. — Вот они — обычные парни и девушки без сектантских заморочек; они пришли к нам, потому что находят в этом свой вполне конкретный интерес. Готовы быть с левыми, даже представления не имея о подробностях классового анализа».

Мне казалось, что мы схватили бога за бороду. Как я ошибался!

Я надеялся, что включившись в профсоюзную борьбу, неофиты сами возьмутся за книги, самостоятельно подтянут свой теоретический уровень. Люди приходили и исчезали. У них не было идейного стержня, инструментов для объяснения мира, для понимания возможности утопии: у них не было того, чего не дали им мы.

Мы цеплялись за каждого новичка. Ухаживали за ними, как на подростковых свиданиях. Боялись спугнуть «кондовыми», как тогда казалось, фразами. Марксистской терминологией. «Чувак, ты попал в правильное место, всё будет круто. Дай пять!» Где здесь политика? Скорее, тусовка.

Мы не читали и не советовали никому читать Ленина. Пробовали быть антибольшевиками больше, чем националисты. Мы опозорились. Мы не знали ленинских уроков о том, что горстка умников лучше сотни невежд.

Поэтому я и сам призывал держаться за каждого попутчика, насколько бы дремучими ни были бы его взгляды. А сейчас могу уверенно сказать: в определённые моменты организации нуждаются если не в чистке, то, по крайней мере, в сбросе балласта.

Мы призвали избегать серьёзных политических споров, хотя в них рождается истина. Именно из-за этого ангажированная идея меньшинства завязла в безыдейном аполитичном болоте симпатизантов.

Кто в то время задумывался, что без чёткой коммунистической ангажированности, без идейной гегемонии мы опустимся на самое дно общественных процессов? Кто мог предвидеть, что тысячи «простых» студентов, побывавших на наших акциях, уже через пару лет станут скакать на Майдане, доказывая, что они «не москали»? За такую недальновидность мы будем расплачиваться не один год.

Мы молчаливо терпели повсеместное невежество и политическую безграмотность. Прежде всего наши собственные. А господствующая идеология (чудо!) оказалась сильнее, чем тихое активистское болото.

Иногда раздавались и критические голоса: «Невежество ещё никому не помогало», — предостерегали опытные товарищи. И в ответ мы только улыбались, отказывался верить их словам. Что стояло за теми критиками, кроме красного словца? А за нами были десятки энергичных активистов. Какими же наивными мы были!

Чего мы только не придумывали, чтобы мотивировать своих товарищей к упорной деятельности! Составляли невероятное количество методов оповещения об акциях, пытались привлечь каждого… Эти попытки заканчивались неудачей. Ведь какие бы онлайн- сервисы ты ни поставил на службу левой организации, какую технику ни использовал, все это не будет работать без ключевой вещи — осознанной необходимости.

Читая на привокзальных мозаиках заповедь «Учиться, учиться, учиться», я только сейчас понимаю истинный смысл этих слов.

Вера в «экономизм»

Как известно, капитализм — это большая и тёмная задница, которая состоит из многочисленных мелких задниц. Борьба с каждой отдельно взятой задницей затягивает, не давая оглянуться шире, смотреть дальше. Как мы могли этого не учесть?

Мы выбрали в качестве тактики синдикализм и с полной самоотдачей кинулись создавать профсоюзы. Я искренне уверовал в то, что профсоюзы — это панацея, волшебный эликсир синдикалистских алхимиков. Но оказалось, что без гегемонии наших идей подобные структуры будут совершенно недееспособны. В конце концов, профсоюзы являются только небольшой частью многогранной политики.

Руководствуясь убеждённостью в собственной правоте, мы ввязывались в безнадёжные экономические конфликты на местах. Переходили к изнурительной позиционной войне с чинушами средней руки. Только сейчас приходит понимание, сколько усилий потрачено зря. Какую часть этих экономических конфликтов мы имели возможность политизировать? Минимум. Где мы могли привлечь новые перспективные кадры? Обычно об этом не было и речи.

Часто политическая целесообразность заволакивалась наивными буржуазно-гуманистическими чувствами. Мы слишком редко вспоминали, что всем не поможешь, особенно не имея на то достаточно сил, ресурсов, возможностей. Поэтому интенсивную политическую борьбу все чаще заменял рутинный экономизм и ритуальные уличные акции.

Такая тактика (хотя о её осуществлении можно поспорить) и неверно расставленные приоритеты не только не приносили спелых плодов побед, но истощали и деморализовали товарищей. В какой-то момент у них начал угасать огонёк политической страсти — а без неё, как утверждал Гегель, нельзя добиться ровным счётом ничего.

Революционная тактика, как учит нас Ленин, состоит обратном. В том, чтобы находить слабые места системы. Не биться лбом об стену, а вбивать колья в самые уязвимые места фундамента, его трещины. К сожалению, мы были заняты другими делами.

«Хорошие» проигрывают

«Коммунисты считают презренным делом скрывать свои взгляды и намерения» — ещё одна неусвоенная заповедь Карла Маркса. Получилось так, что в том числе и с моей подачи левое движение впадало в грех лукавства и заигрывания.

Простой молодёжи мы представлялись «профсоюзниками», прессе — «общественными активистами», вместо того, чтобы со всей решительностью послать такое жеманство к чертям. Вместо того, чтобы навязать обществу свою повестку, мы подстраивались под его правила, его представления, его лексику. В классической литературе это называется «оппортунизм».

Мы пытались понравиться. Быть «хорошими».

Из-за этого кусать локти приходится ещё сильнее. Как понравиться мелкому буржуа, который изначально испытывает презрение к любым идеям равенства и общественной собственности? Коммунизм пробуждает в нем полный джентльменский набор реакционных инстинктов.

Годы уступок, беспринципных альянсов и филологических заигрываний послужили левому движению хуже, чем уличные столкновения с ультраправыми. Когда надо было проявлять принципиальность и радикализм, мы шли на переговоры, которые ни в коем случае не могли принести нам долгосрочных успехов. Победителем из такого рода возни всегда выходит реакция.

Здесь нам есть чему поучиться у правых радикалов. Они ни на минуту не стеснялись своей «самости», годами оттачивали свой радикализм. Без сомнения, на них играли все общественные институты, как уже говорилось выше.

Не раз ультраправые проверяли общественный консенсус на прочность. Устроят они террор против «коммуняк» — люди его проглатывают. Выкинут «зигу» на стадионе — пусть кто-то попытается что-то сказать против «патриотов». Когда они объявляют «смерть врагам» — пусть остальные доказывают, зачем «врагов нации» нужно щадить.

Я не призываю к безрассудству и сектантству худшего пошиба. Речь идет скорее о политической открытости, интеллектуальной смелости. Только так можно завоевать авторитет. Только так можно заявить о самостоятельности и сместить точку консенсуса влево от центра.

Иначе победят «плохие». «Хорошие» просто станут неинтересны.

60-х не будет

Наши идеалы тоже подложили нам свинью. Молодые украинские леваки едва ли не поклонялись студентам 1968 года. И нас можно понять. В этом мы видели «спасение» от первородного греха Великого Октября, демонизированного правой пропагандой. Инфантильно говорили о самоорганизации, либертарной педагогике, символическом насилии…

До глубинки мира под названием Украина глобальные тренды докатываются с опозданием на добрых 50 лет, и когда мы косплеили[1] бунт «благословенных 60-х», весь прогрессивный мир над ним уже смеялся.

В конце жирных застойных 2000-х мне казалось, что мы всю жизнь будем вынуждены бороться с апатией и равнодушием. Это было время окончательного заката «государства благосостояния», от которого уже в 2013 году камня на камне не осталось. А мы и дальше агитировали людей выходить на протесты «под социальными лозунгами».

Примеры? За прошедшие годы проведены десятки акций и кампаний против коммерциализации образования. Мы пугали студентов и их родителей кошельком, мобилизовали хлебом и маслом. Но в то же время проглядели более угрожающую тенденцию — реальную деградацию уровня образования. Первокурсник 2009-го и первокурсник 2014-го — кардинально разные люди. С последним трудно говорить не только о социализме, но и о банальном курсе школьной программы.

Через уличные социал-экономические акции левых прошли тысячи студентов. О том, где их сейчас можно увидеть, я уже писал. Для тёмного, политически безграмотного юноши «Слава Украине!» прозвучало в разы убедительнее, чем аргументированная проповедь против неолиберальных реформ. «Слава Украине!».

XXI век ещё не наступил — мы до сих пор живём в ХХ. А одной ногой отступили назад, в XIX. Более того, стремительно несёмся в направлении нового Средневековья.

Как минимум это означает, что 60-х уже не будет никогда. Как призвать трудящихся «ломать мостовую — под ней пляж», если значительная часть украинцев даже на море уже не отдыхает? Карнавала не будет.

Зато будет другое. С возвращением духа позапрошлого века к жизни возвращается и эпоха идеологий, антиутопий и утопий. Это время классического империализма, локальных войн, настоящих диктатур, борьбы идей, время радикальных политических партий.

Два года назад мы вели себя как слепые котята, не догадываясь о таких суровых перспективах. Большинство не догадывается до сих пор. «Социализм или варварство» — это звучало патетически и издалека, а теперь звучит в прямом эфире. Если мы не учтём этой ошибки, у левых не будет никаких политических перспектив.

Антистратегия

Партия — слово, которое было для большинства моих товарищей страшилкой. Прямым синонимом всего плохого, что есть в политике. А самоидентификация принимала форму «не-партии».

«Лучше сродство, чем политический субъект», — считали мы. — «Лучше леволиберальные НГО[2], чем марание рук о большую политику». Представления о том, что низовая политика всего лишь часть сложного многоуровневого политического процесса, мгновенно отвергались, объявленные ересью.

Мы попали в ловушку вульгарной линейной логики. Мол, партия — это власть, партия бюрократизируется, партия перерождается. А значит, даже мысль о ней ведёт чуть ли не к тоталитаризму, или, в облегчённом варианте, к социал-демократии.

Сейчас это напоминает мне подростковые страхи на почве с сексуальности. Когда, во-первых, имеются мысли, что в интимную связь следует вступать только по большой и чистой любви. И, во-вторых, что секс непременно приведёт к нежелательной беременности и венерическим болезням. Идя на поводу у этих страхов, одержимые телесной страстью подростки занимаются мастурбацией — безопасной, эскапистской формой удовлетворения. Взрослое отношение к сексу является иным.

Таким же образом мы грезили низовой самоорганизацией как универсальным ответом на все вопросы сразу — простым ответом на сложные вопросы. Поэтому политически левые жили от одних протестов к другим. Каждый раз видя в социальных вспышках подтверждение собственной правоты. Когда вспышки неизбежно угасали, мы оставались у разбитого корыта и пробовали искать новые протесты для новых подтверждений и новых разочарований.

Стратегически мы даже не задумывались над перспективами двух-трёх-пятилетней дальности. Забавно: в среде, где постоянно говорилось о плановой экономике, до сих пор полностью отсутствует взрослое проектное мышление. Есть протесты — рисуем плакаты, нет — чешем затылок.

Красноречивым примером тому является деятельность левых на Майдане. Желание иметь хоть какое-то представительство в поле, совершенно чуждом коммунистическим идеалам. «Я хочу быть со своим народом. И если мой народ ошибается, я буду ошибаться вместе с ним», — сказал один левак, когда только начались первые беспорядки. Это ли не иллюстрация?

Может, наконец, перестать бояться концепта партии? Привыкать к словам «стратегия», «план», «политический риск», «партийная дисциплина», «демократический централизм».

Пусть это будет радикальная партия — с парламентским амбициями и одновременно принципиально антипарламентская — партия саботажа, партия молодежи. Она нужна.

Не влюбляться в себя

Напоследок я хотел сказать о моей персональной вине перед движением — это грех самолюбия. «Головокружение от успехов», если угодно. Стоило одержать первые победы, и я начал ловить кураж.

Когда статьи попадают в яблочко, когда во время выступления мандраж переходит в кураж, ты чувствуешь безграничную и удивительно обманчивую власть над ситуацией. Когда чиновники и капиталисты пили валидол, я переживал небывалый подъем.

Победы подкупали. Признаюсь, иногда я просто тащился от собственной крутизны. Бывало, просыпался утром с ощущением, что могу сделать абсолютно все.

Для общественности я стал публичным лицом — ещё позавчера никому неизвестный, вчера я раздавал по несколько интервью в день. Меня узнавали на улицах и хлопали по плечу: «Эй, я тебя знаю. Вы делаете правильное дело». Черт, как дёшево стоят эти похлопывания!

По словам Маркса, революционер должен слышать, как растёт трава. А я прислушивался к банальным вопросам киевских журналистов. Да что там я, все мы не воспитали в себе классических афинских добродетелей, необходимых политикам и революционерам.

Медные трубы не позволяют слышать глубинных процессов, за что в итоге пришлось дорого заплатить. Я искренне верил, что все делается правильно. Когда начались первые кризисы и неудачи, мне казалось, что надо лишь больше настойчивости, и тогда все будет получаться снова. Зачерпывай лопатой побольше и бросай подальше.

Как мог я забыть крылатую установку Жижека: «Не влюбляйтесь в себя»? В наших кругах модно было говорить о критическом мышлении, но как же тяжело оказалось критически отнестись к своим собственным действиям.

Навёрстывать время

И все, кто будет пополнять движение, пусть держат в голове мысли об этой опасности.

Сейчас нам нужно переосмыслить собственные ошибки и не бояться взять за них ответственность.

Впереди ещё долгое время господства реакции. Настоящие прогрессивные перемены начнутся нескоро. Но уже сейчас вместо того, чтобы невротически реагировать на события, нужно тщательно готовиться к следующим годам. По крупицам собирать новых людей. Шаг за шагом понемногу завоёвывать гегемонию. Усердно работать над собой. Развивать революционную теорию. Строить партию. Навёрстывать потерянное время.

Февраль 2014 г.
Перевод и примечания Дмитрия Субботина Статья была опубликована на сайте liva.com.ua
[Оригинал статьи]


Oxşar yazılar:

Baxış sayı:6378

Şərhlər

  1. Рафик Кулиев deyir:

    Оппортунизм – если говорить в общеевропейском масштабе – был, так сказать, в юношеском состоянии до войны. С войной он окончательно возмужал, и его нельзя сделать опять «невинным» и юным. Созрел целый общественный слой парламентариев, журналистов, чиновников рабочего движения, привилегированных служащих и некоторых прослоек пролетариата, который сросся со своей национальной буржуазией и которого вполне сумела оценить и «приспособить» эта буржуазия. Ни повернуть назад, ни остановить колеса истории нельзя – можно и должно безбоязненно идти вперёд, от приготовительных, легальных, пленённых оппортунизмом, организаций рабочего класса к революционным, умеющим не ограничиваться легальностью, способным обезопасить себя от оппортунистической измены, организациями пролетариата, вступающего в «борьбу за власть», в борьбу за свержение буржуазии.
    В. Ленин, Крах II Интернационала