abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Asılılığın kökləri. De-linking”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniyaƏvvəlki                                           Növbəti

Boris Yulyeviç Kaqarlitski
Marksizm: Tədris üçün tövsiyə olunmur

KAPİTALİZM DÜNYA SİSTEMİ KİMİ

Asılılığın kökləri

 Beləliklə, periferiyanın mərkəzdən asılılıq formaları dəyişirdi. Həmçinin iqtisadi müstəqillik strategiyaları da dəyişilirdi. Amma asılılıq qorunub saxlanılırdı.

Səbəbi nədir?

1970-ci illərin sonu – 1980-ci illərin əvvəlində marksistlər arasında bu mövzuda növbəti diskussiya başlanır. Periferiya və mərkəz arasında izafi dəyərin müntəzəm yenidən bölgüsü baş verir. Bəs bu siyasi iqtisad nöqteyi-nəzərindən nə deməkdir? Əsas səbəblər nələrdir? Nə üçün müstəqillik uğrunda mübarizə strategiyaları işə yaramır?

Diskussiyanın əsas iştirakçıları: Parisdə yaşayan ərəb Samir Amin, amerikanlar İmmanuil Vallerstayn və Andre Qunder Frankdır, hansı ki, həyatının böyük hissəsini Latın Amerikasında keçirmişdir.

Samir Amin hesab edir ki, mərkəzin hökmranlığı iqtisadi və siyasi inkişafın əsas istiqamətləri üzərində inhisarçı nəzarət ilə təmin edilir. O, bir sıra inhisar növlərini: qabaqcıl texnologiyaları, kütləvi məhv silahını, müasir informasiya vasitələri sistemi üzərindəki inhisarı və s. növlərini fərqləndirir. Amma, təcrübənin göstərdiyi kimi, bu inhisarlar müstəsna olaraq Qərbin üstünlüyü deyil. Biz tez-tez aşkar edirik ki, “üçüncü dünya” ölkələrində elmi və texniki inkişafın ciddi ocaqları var. Buna nümunə Hindistan, Latın Amerikası ölkələri ola bilər. Kütləvi məhv silahına gəldikdə isə, bizim günlərdə Hindistan Pakistanla bərabər atom bombası yaratmışdır. Kütləvi informasiya vasitələrinə gəldiksə isə, yenə də, bu gün “Əl-Cəzirə”, Latın Amerikasında güclü televiziya şəbəkələri var. Hind kinosənayesi – “Bollivud” var.  Bütün dünya axmaq meksikan seriallarına baxır. Bu, kütləvi informasiya vasitələri vasitəsilə qlobal genişlənmədir. Və iri biznesdir.

Sabiq Şərq bloku ölkələri kapitalist dünya sisteminə daxil edikdikdə aydın oldu ki, bu ölkələr həm texnologiyalara, həm müasir silaha, həm də peyk televiziyasına çıxışa malikdirlər. Amma yenə də periferiyadadırlar.

Cavabı başqa sferada axtarmaq lazımdır. İmmanuil Vallerstayn ümumiyyətlə mexanizmi təsvir etmir. O sadəcə olaraq deyir ki, sistem prinsipcə iyerarxikdir, o başqa cür ola da bilməz. Mərkəz periferiyanı istismar edir, istismar üsulları isə həmişə dəyişirlər. Hələ “yarıperiferiya” da mövcuddur. Bu ölkələr, bir tərəfdən, inkişaf səviyyəsinə görə mərkəzə mənsub olmayan, amma digər tərəfdən də siyasi cəhətdən vacib imtiyazları olan ölkələrdir. Onlar periferiyaya münasibətdə mərkəzin vasitəçiləri, agentləri kimi çıxış edirlər. Bu, onlara geopolitik səviyyədə müəyyən üstünlük verir, daha yüksək həyat səviyyəsi təmin edir.

Öz siyasi üstünlüyündün istifadə edərək, bu ölkələr bəzən iqtisadi uğurlar əldə edirlər. Beləcə, Qərbin “kommunizmə” qarşı mübarizəsində “cəbhəyə yaxın ölkə” olan Cənubi Koreya sürətli inkişaf üçün imkan əldə etdi. Həmçinin Koreyadakı amerikan məsləhətçiləri təsərrüfat qərarlarına da müdaxilə edirdilər. Aparılan kursun liberalizm repestləri ilə heç bir ortaq cəhəti yox idi, amma amerikanlar bununla barışdılar, əsas olan – kommunist Şimali Koreyanı qabaqlamaq idi, hansı üsulla fərq qoymadan.

Mühafizəkarlıq və xarici kapitalın cəlb edilməsi yerli hakimiyyətin sərt nəzarəti altındadır, xarici orduların xidməti ilə bağlı olan hərbi sifarişlər, bütün mümkün subsidiyalar, kommunizmlə mübarizəyə yardım – hər şey işə düşdü. Cənubi Koreya sənayecə inkişaf etmiş ölkəyə çevrilir. O, texnoloji inkişaf göstəricilərinə görə Qərbin səviyyəsinə çatmasa da, orada xüsusi transmilli şirkətlər yaranır. Koreya Yaponiya ilə birlikdə kapitalın qlobal yığımının mərkəzlərindən birinə çevrilir. Bu isə, texnoloji yeniliklərdən daha vacibdir.

Yaponiya və yəqin ki, Koreya, yarıperiferiya ölkələrin “mərkəzin” bir hissəsinə çevrilməsinin unikal halını təmsil edirlər. Artıq heç kim buna müvəffəq olmayıb. Hətta Cənubi Koreya halında da tam aydınlıq yoxdur. Məsələn, neft pulları Səudiyyə Ərəbistanı “birinci dünya” ölkəsinə çevirmədi – bu, çox varlı, amma asılı və geridə qalmış “üçüncü dünya” ölkəsidir. Amma bir sıra ölkələr var ki, “həddi” vəziyyətdə idilər. XX əsrin əvvlində elə görünürdü ki, onlar dünya liderləri sırasına çıxacaqlar. Amma vəziyyət fərqli idi. Onlar ya əvvəlki mövqelərində qaldılar, ya da gerilədilər. Ümumdaxili məhsul istehsalı göstəricisi üzrə uçurum 100 ildə mərkəz və periferiya arasında artmışdır, xüsusilə də adambaşına. İngilis iqtisadçısı Alan Frimanın hesablamalarına görə, amillər məcmusu üzrə fərq 1:6 – dan 1:60 – a qədər böymüşdür. On dəfə!

Başqa sözlə, geridə qalmışlığın aradan qaldırılması üzrə bütün səylər onun onqat artımına gətirib çıxardı. Düşünülməli məqamdır.

Hamı işləyir, zavodlar tikirlər, ixtiralar edirlər, yenilikçi olmağa çalışırlar… nəticədə isə işlər daha pis gedir və heç nə alınmır.

Fərqin artmasını demoqrafik partlayışlarla izah etməyə çalışırdılar. Periferiya əleyhinə işləyən amillərdən biri də budur. Amma bəla ondadır ki, Avropada XVIII-XIX əsrlərdəki demoqrafik partlayış məhz onun güclü inkişafına səbəb olmuşdu, istehsalı yavaşlatmır, əksinə, stimullaşdırırdı (həmçinin də adambaşına). Avropa demoqrafik partlayışı kapitalizmin inkişaf amillərindən biri idi. Asiya, Afrika, Latın Amerikasında isə – yox.

Əlbəttə xatırlamaq lazımdır ki, Avropadakı demoqrafik partlayış müstəmləkəçi genişlənmə ilə müşayiət olunurdu. Əhali artıqlığı okeanın digər tərəfində yönəlmişdi. Nəticədə biz Kanada, Yeni Zelandiya, ABŞ, Avstraliya, Cənubi Afrika kimi ölkələrlə qarşılaşdıq. Avropadan böyük immiqrasiya Braziliyaya, Arqentinaya olmuşdu. Yenə də maraqlıdır: əvvəlcədən mərkəzin genişlənməsi üçün “azad” ərazilər kimi formalaşdırılan ölkələr – Birləşmiş Ştatlar və ingilis “ağ dominionları” – “mərkəzin” bir hissəsi oldular. Periferiyada olanlar isə, ağdərili immiqrantların böyük sayına baxmayaraq periferiyada qaldılar (Braziliya, Argentina, Uruqvay). Ona görə də irq nəzəriyyəsi kömək etməyəcək. Nə üçün bir halda “ağ insanda” alınırdı, başqa hallarda isə – yox?

Asanlıqla başa düşmək olar ki, müstəmləkəçi imperiyaların qurulması üçün material vermiş əhali artıqlığı analoji şəkildə sabiq müstəmləkələr tərəfindən istifadə edilmirdi. Heç kim özgənin inkişafını təkrarlaya bilməz. Fazalar üst-üstə toplandıqda şəkil dəyişirlər. Amma nəzər yetirin ki, həmçinin demoqrafik böhrandan əziyyət çəkən periferiya ölkələri də var (Uruqvay, Argentina, bu günkü Rusiya). Aydın olur ki, burada iqtisadi dinamika demoqrafik partlayışın olduğu ölkələrdən daha pisdir: əhalinin azalması ilə bərabər istehsal da azalmağa başlayır. Bir halda istehsal əhalinin artımının ardınca gedə bilmir, digər halda isə – əhali çatışmazlığına görə azalır və ya staqnasiya yaşayır!

Aydındır ki, problemlərin kökünü başqa yerdə axtarmaq lazımdır. Məsələ insanlarda deyil, sistemdədir.

Əgər sistem istismarının məntiqi haqqında danışılsa, o zaman əvvəldən verilmiş cavablar kafi deyil. Görünür, Roza Luksemburq kapital yığımı nəzəriyyəsi ilə, sonrakı dövrün dünya sistemi nəzəriyyəçilərindən daha çox açmacaya yaxın idi. Pulun kapitala çevrilməsi üçün onlar haradasa toplanmalı və təmərküzləşdirilməlidirlər. Kapital təmərküzləşməyə meyllidir.

“Mərkəz” ölkələrinin əsas funksiyası – dünya miqyasında kapital yığımını təmin etməkdir. Bu cür yığım mərkəzləri çox ola bilməz, əks halda, toplanmaqdansa, kapital dağınıq olacaq. Dünya yığım mərkəzləri arasında yarış dünya siyasətində əsas derjavaların ziddiyyətlərini müəyyən edir. İfrat axım, kapitalın periferiyadan mərkəzə qaçması kortəbii və təbii prosesdir. Bundan əlavə, qeyri-kapitalist strukturlar və təsərrüfatlar tərəfindən toplanmış pullar kapital olmaq üçün bu təsərrüfatlardan getməli, kapitalist sisteminə keçməlidirlər. Resursların yenidən bölgüsü bu cür baş verir.

İlkin mərhələlərdə izafi dəyərin zəbt olunmuş ölkələrdən birbaşa müsadirəsi baş verir, sonralar ortaya “qeyri-ekvivalent mübadilə”, xammal resurslarının istismarı, maliyyə asılılığı çıxır. Amma bu sadəcə olaraq xüsusi hallar, xarici formalardır ki, onların ardında həmişə bir mahiyyət dayanır: periferiya mərkəzdə kapital yığımına xidmət göstərir. İnkişaf etmiş periferiya ölkələrində biz artıq sadəcə kapitalın qaçışını görürük. Hakimiyyət və liberal iqtisadçılar bunu pis quruluşla, kifayət qədər liberal olmayan sistemlə izah edirlər. Amma sistem nə qədər çox liberallaşırsa, kapital o qədər çox gedir. Hər dəfə, xarici sərmayələrin axınını stimullaşdırmaq tədbirləri görüldükdə, eyni zamanda kapitalın çıxarılması üçün zəmanət yaradılır (əgər sonradan pulu çıxarmaq olmayacaqsa, onu kim gətirəcək). Nəticədə kapitalın cəlb edilməsi üzrə istənilən tədbirlər eyni zamanda onun qaçışını asanlaşdırır və stimullaşdırır. Kapital isə ona görə qaçmır ki, periferiyada biznes üçün iş şəraiti daha pisdir (adətən daha yaxşıdır), ona görə qaçır ki, yığım mərkəzdə gerçəkləşir.

         De-linking

  Periferiya ölkələri məhz burada sərmayə uğrunda rəqabət aparmalıdırlar. Pulun getməsi kortəbii və təbii prosesdir. İnkişafda elələri uğura nail olurlar ki, onlar yığımın daxili mexanizmini yaradıblar, bu və digər dərəcədə dünya mərkəzlərindən muxtar və müstəqildirlər. Samir Amin bunu “de-linking”, yəni, kəsilmə, ayrılma adlandırır.

Buna görə də “periferiya” ölkələri üçün dövlət sektoru bu qədər əhəmiyyətli idi (təkcə sol rejimli ölkələrdə deyil, həm də Boliviyada, Hindistanda, Türkiyədə). Dövlət sektoru resursları kənara çıxarılmırdı, onlar ölkə daxilində yığılırdı. Buna görə də qərb maliyyə strukturlar var-gücü ilə 1980-ci illərdə “periferiyalardakı” bütün dövlət müəssisələrini özəlləşdirməyə çalışırdılar – bununla da onların resursları qlobal yığım prosesinə cəlb edilirdi.

Məsələn, Cənubi Koreya beynəlxalq maliyyə prosesləri üçün qara dəlik olmağı bacardı. Xüsusi şirkətlər, “çebollar” müəyyən dərəcədə digər ölkələrdə dövlət sektorunun oynadığı rolu oynayırdılar. Onlar dövlətlə sıx əlaqədə idilər. 1980-ci illərin sonuna qədər belə davam etdi, sonra qərb maliyyə strukturları – “soyuq müharibə” bitdikdən sonra – Koreyanı öz intizamına tabe etməyə müvəffəq oldular. Bu, qismən onunla əlaqədar idi ki, Koreya müəssisələri transmilli oldular və qərb maliyyə bazarlarında maraqlı idilər. Koreya iqtisadiyyatının sürətli yüksəlişi o anda dayandı.

Digər nümunə – Sovet İttifaqıdır. Biz dünya sistemindən “dəmir pərdə” və Berlin divarı ilə təcrid olunmuşduq. Müəyyən mərhələdə məhz buna görə SSRİ böyük uğurlar əldə etdi. Amma bir anda aydın oldu ki, təcrid siyasətinin öz hədləri var. SSRİ-nin dağılmasından sonra qloballaşma – dünya maliyyə kapitalının vakxanaliyası başlandı ki, o, qlobal konsentrasiyanın misilsiz ölçülərinə çatır və bəşəriyyət resurslarını əvvəllər görülməmiş miqyasda istismar edirdi.

Əlbəttə, pullar mərkəzdən yenə də periferiyaya qayıdır. Bu artıq kortəbii ifrat axın yox, mənfəətin əldə edilməsinə, resursların– yenə də yığımın və nəticə etibarilə, “mərkəzin” maraqlarında – mənimsənilməsinə yönəlmiş dərk olunmuş sərmayə qərarlarıdır. Periferiya ölkələri öz aralarında maliyyə mərkəzinə münasibətdə rəqabət aparırlar ki, xarici sərmayələrin yerləşdirilməsi üçün daha sərfəli şərait yaradaraq sərmayələri cəlb etsinlər. Bu isə yenidən bölgünün qlobal tendensiyasını mərkəzin xeyrinə gücləndirir. Periferiyadakı bir neçə lider-ölkələr verdiklərindən daha çox əldə edirlər. Amma bu cür uduşlu yerlərin sayı məhduddur, əks halda sistem sadəcə olaraq normal fəaliyyət göstərə bilməzdi. Bəzilərinin uğuru çoxluğun məğlubiyyəti ilə təmin olunur. Buna görə dünya iqtisadiyyatı miqyasında periferiya ölkələri kapitalın netto – ixracatçılarıdırlar. Periferiya həmişə əldə etdiyindən daha çox verir. Bu, son nəticədə dünya maliyyə bazarının formalaşmasının ən vacib amilidir. Əməyin beynəlxalq bölgüsü həmçinin əhəmiyyətli dərəcədə bu sərmayə proseslərindən doğur. Bu və ya digər əmtəəni harada istehsal etməyin daha rahat olduğu vacib deyil, kapitalın yığımı üçün daha yaxşı şəraitin olması vacibdir. Ölkələr onlara lazım olan istehsalı seçmirlər, şirkətlər, onların nəzərində “sərmayə cəhətdən səmərəli” olan dövlətləri tapırlar. Məsələn, sizdə hansısa faydalı qazıntı yataqları var, amma siz onları inkişaf etdirə bilmirsiniz, çünki kapital yoxdur. Digər tərəfdən isə, kapital cəlb oluna bilər, yataqlar mənimsənəcək, amma bu şəraitdə bütün gəlir xaric sərmayəçilərə çatacaq, ölkə iqtisadiyyatının digər sahələrinin inkişafı üçün bu istehsal heç nə verməyəcək.

Milli inkişaf ideologiyası məhz bu cür iflasa uğradı. Müəyyən dərəcədə qeyri-kapitalist yol ideologiyası da iflasa uğradı. De-linking gerçəkləşdirməyə çalışan ölkələr ziddiyyətlə qarşılaşdılar. Onlar qarşısında seçim yarandı: ya dünya sistemindən ayrılma, hansı ki, təcridə gətirib çıxarır, ya da “iqtisadiyyatın açılması” ki, bu da təcrübədə ölkənin xarici istismar məntiqinə tabe olması deməkdir. Periferiya ölkələri arasında kollektiv fəaliyyət və həmrəylik yaratmaq cəhdləri indiyə qədər uğur əldə etməyib. Bir tərəfdən, hətta çox mütərrəqi olan yerli elitalar da sıx şəkildə Qərb elitaları ilə əlaqəli idilər, öz aralarında rəqabət aparırdılar. Digər tərəfdən isə, sistemə yalnız zəhmətkeşlərin dəstəyinə, yalnız öz ölkəndə deyil, həm də dünya miqyasında, qərbli aşağı təbəqələrin həmrəyliyinə güvənərək, uğurla meydan oxumaq olar. Periferiya ölkələri elitaları kütləvi hərəkatdan qorxaraq öz hakimiyyətlərini riskə atmaq istəmədilər. Qərb və “üçüncü dünya” zəhmətkeşlərinin həmrəyliyi real, amma məhdud idi: Qərbin “işçi aristokratiyası” öz istehlakçı rifahını itirməkdən qorxurdu. Heç də bütün qərb zəhmətkeşləri 1960-1970-ci illərdə “işçi aristokratiyası”na daxil deyildilər, amma yenə də istehlak ideologiyası hakim idi.

         Kondratyov siklləri

    Beləliklə, kapitalizm haqqında danışarkən biz, ardıcıl və növbə ilə eyni inkişaf mərhələlərini keçən ölkələrlə deyil, müəyyən vahid sistemlə qarşılaşırıq. Bu sistem iki tip ziddiyyətlərlə qarşılaşır. Bir tərəfdən, bu, istehsal üsulunun doğurduğu və klassik marksizmdə gözəl təsvir edilmiş ziddiyyətdir. Bu, istehsal güclərinin və istehsal münasibətlərinin inkişafı arasındakı ziddiyyətdir. Cəmiyyətin texnoloji bazisi, istehsal strukturu dəyişir, onun ardınca idarəetmə sistemində, ictimai və siyasi hökmranlıq sistemində dəyişikliklər gəlir. Amma daha çox geosiyasi və coğrafi səviyyələrdə aşkar olunan başqa növ ziddiyyətlər də var. Mərkəz və periferiya arasında, bir neçə rəqaəbət aparan kapital yığımı mərkəzləri arasında.

Digər tərəfdən isə, sistem siklikdir. Biz Marksın təsvir etdiyi konyuktura siklləri, dövrü olaraq qayıdan ifrat istehsal böhranları görmüşük, biz Roza Luksemburqun təsvir etdiyi kapital yığımı dövrlərini görmüşük. Amma rus iqtisadçısı Kondratyov tərəfindən kəşf edilmiş uzun dalğalar və ya “böyük sikllər” vardır.

Kondratyovun tədqiqatları sovet Rusiyasında 1917-ci il inqilabından sonra aparılmışdır, ona görə də marksist tədqiqatların ümumi kontekstində aparılırdı. Amma Kondratyov hər şeydən əvvəl statistik idi. O, XVIII əsrdən başlayaraq Avropadakı qiymətlərin dinamikasına dair məlumatlar əsasın hesablamalar aparırdı.

İlk əvvəllər Elmlər Akademiyasındakı həmkarları onun nəzəriyyəsini darmadağın etdilər. Amma bu gün biz kapitalist iqtisadiyyatın tarixi haqqında daha çox məlumat aldıqda, aydın olur ki, Kondraytovun aşkar etdiyi tendensiyalar təsdiq olunur.

Dünya iqtisadiyyatı artım fazasına (A – fazası və ya “yüksələn faza”) başlayır. Onun öz yüksəlişləri və enişləri var. Amma ümumilikdə “A – faza” qısa və səthi böhranlarla, uzunmüddətli və güclü iqtisadi yüksəliş dövrləri ilə xarakterizə olunur. Müəyyən mərhələdə 20-40 il keçdikdən sonra, “B – faza” başlayır (Kondratyovun fikrincə, “azalan faza”). Bu fazada enişlər uzunmüddətli, dərindirlər, yüksəlişlər isə əksinə, qısamüddətli qeyri-sabitdirlər. Bir qayda olaraq, “A – fazada” kapital defisiti üstünlük təşkil edir. Sərmayə imkanları çoxdur, kapital həmişə çatışmır, sərmayə, kredit ardınca yarış gedir. Sonra “B – fazada” tez və ya gec ifrat yığım böhranı baş verir.

Fazanın uzunluğunu heç kim dəqiq müəyyən edə bilməz. Marks 5 ildən 9 ilə qədər uzanan qısa siklləri hesablamışdır. “A – fazada” yüksəlmə siklləri, bir qayda olaraq, uzundurlar, 9 ilə yaxındır, “B – fazada” isə qısadırlar, böhranlar daha tez-tez baş verir. Burada Marks və Kondratyovun təhlilləri bir-birini təsdiqləyir, başqa məsələdir ki, Marks böyük sikllər haqqında düşünmür, Kondratyov isə dövləri 100-150 il üçün hesablayır. Amma Kondratyov siklləri müddətinə görə çox müxtəlif, 20 ildən 40 ilə qədərdirlər. Heç kim dəqiq olaraq məhz bu cür zaman fərqlərinin səbəbini müəyyən etməyib. Bu konsepsiyanın nöqteyi-nəzərindən, ən müəmmalı an 1990-cı illərdə müşahidə edilmişdi ki, bu zaman bütün əlamətlərə əsasən “A – faza” başlamışdı, amma artıq 2001-ci ildə qlobal konyuktura kəskin şəkildə çöküş yaşadı. Başqa sözlərlə, ya növbəti Kondratyov sikli, gözləmələrin əksinə olaraq, başlamadı, ya da o çox qısa idi.

İndi həm liberal iqtisadçılar, həm də marksistlər “böyük sikllər” barədə danışmağı sevirlər. Amma daha vacib məsələ – bu sikllərin təbiətini dərk etməkdir. Qısa siklin mexanizmi aydındır, kapital yığımı siklinin mexanizmi də aydındır, Kondratyov siklinin mexanizmi isə qeyri-müəyyən olaraq qalır. Məsələ ondadır ki, bu sikllər kompleks xarakterlidir. Onlarda bir sıra amillər fəaliyyət göstərir və bu sikllər sanki daha qısa, daha təsadüfi siklləri ümumiləşdirir. Ümumiyyətlə “A – fazadan” “B – fazaya”, sonra isə növbəti siklin “A – fazasına” keçid nə üçün baş verir. Kondratyov diqqət yetirir ki, keçidlər hərbi-siyasi və inqilabi sarsıntılarla müşayiət olunur.

Bir sikldən digərinə keçid sırf mexaniki deyil, “təbii” hadisədir. Sistem müəyyən səviyyəyə çatır ki, bu haldan, yalnız keyfiyyətcə yeni hala keçdikdən sonra və kifayət qədər güclü uzunmüddətli iqtisadi artımı təmin edərək çıxa bilər. Amma keçid yalnız iqtisadiyyatın struktur yenidənqurması ilə deyil, həm də ictimai maraqların sərt mübarizəsi, mövcud institutların sındırılması, siyasi qarşıdurma ilə müşayiət olunur.

Bu cür dönüş nöqtələri – Krım müharibəsi, Yaponiyada Meydzi inqilabı, Rusiyada təhkimçiliyin ləğv edilməsi və ABŞ-da köləliyin ləğvi ilə başa çatmış Vətəndaş müharibəsidir. Həmçinin sikllərin növbəti dönüş nöqtəsində Birinci Dünya Müharibəsi başlayır, sonra isə 1917-ci ilin rus inqilabı baş verir. Və, yeri gəlmişkən, indiki dünya qeyri-sabitliyi kapitalist dünya sisteminin keçid, böhranlı vəziyyətinin əlaməti deyil?

Kondratyov siklləri ilə bərabər, kapitalizmin qloballaşması və qeyri – qloballaşmasınin özünəməxsus sikllərini də qeyd etmək olar. Dünya kapitalizmi – genişlənmə tendensiyası olan açıq sistemdir. Genişlənmə sistem daxilində kapitalın ifrat yığımı  böhranlarına və digər böhran hallarına münasibətdə sistem müdafiə reaksiyasıdır. Bu, sistemin özünümüalicə üsuludur ki, problemləri xarici dünyanın hesabına həll etməyə çalışaraq onları aradan qaldırır. Sistemin bu günkü maksimal, planetar genişlənməsi həm də o deməkdir ki, bu üsulla müalicənin minimal imkanları qalmışdır. Görünür ki, kompensasiya resursları tükənib. Məhz 1905 – 1914 – cü illərdəki bu cür vəziyyət dünya müharibəsinə, müharibə başladıqdan sonra isə – nəinki Rusiyada, həm də bütün dünyada antikapitalist çıxışların yüksəlməsinə gətirib çıxardı.

(c) SOLFRONT.org

marksizm-ne-rekomendovano-dlya-obucheniya

Борис Юльевич Кагарлицкий

Марксизм: не рекомендовано для обучения

КАПИТАЛИЗМ КАК МИРОСИСТЕМА

Корни зависимости

     Итак, формы зависимости периферии от центра менялись. Также менялись и стратегии борьбы за экономическую независимость. Но зависимость сохранялась.

   В чем причина?

   В конце 1970-х – начале 1980-х годов среди марксистов начинается очередная дискуссия на эту тему. Между периферией и центром происходит постоянное перераспределение прибавочного продукта. Но что это значит с точки зрения политэкономии? Каковы глубинные причины? Почему стратегии борьбы за независимость не срабатывают?

   Главными участниками дискуссии стали экономисты: Самир Амин, араб, живущий в Париже, американцы Иммануил Валлерстайн и Андре Гундер Франк, который провел значительную часть жизни в Латинской Америке.

   Самир Амин считает, что господство центра обеспечивается счет монопольного контроля над важными направлениями экономического и политического развития. Он выделяет целый ряд монополий: на передовые технологии, на оружие массового поражения, на современную систему средств информации и т.д. Однако, как показывает практика, эти монополии не являются исключительно привилегией Запада. Мы обнаруживаем, что в странах «третьего мира» зачастую есть серьезные очаги научного и технического развития. Примером может быть Индия, некоторые латиноамериканские страны. Что касается оружия массового поражения, то в наши дни Индия создала атомную бомбу наравне с Пакистаном. Что касается средств массовой информации, то опять же, сегодня есть «Аль-Джазира», есть мощные телевизионные сети в Латинской Америке. Есть индийская киноиндустрия – «Болливуд». Весь мир смотрит дурацкие мексиканские сериалы. Это тоже глобальная экспансия через средства массовой информации. И очень крупный бизнес.

   Когда страны бывшего Восточного блока оказались включены в капиталистическую миросистему, то обнаружилось, что эти страны обладают доступом и к технологиям, и к современному оружию, и к спутниковому телевидению. Но все равно находятся на периферии.

   Ответ надо искать в другой сфере. Иммануил Валлерстайн вообще не описывает механизма. Он просто говорит, что система иерархична в принципе, иной она быть просто не может. Центр эксплуатирует периферию, а способы эксплуатации все время меняются. Есть еще «полупериферия». Эти страны периферии, которые, с одной стороны, по уровню развития не принадлежат к центру, но политически имеют важные козыри. Они выступают как бы посредниками, агентами центра по отношению к периферии. Это дает им на геополитическом уровне определенное преимущество, обеспечивает более высокую планку жизни.

   Пользуясь своим политическим преимуществом, эти страны порой достигают и экономических успехов. Так, Южная Корея, оказавшаяся «прифронтовым государством» в борьбе Запада против «коммунизма», получила и возможность для ускоренного развития. К тому же американские советники в Корее не вмешивались в хозяйственные решения. Проводимый курс не имел ничего общего с рецептами либерализма, но американцы с этим мирились, главное было – опередить коммунистическую Северную Корею, неважно, каким способом.

   Протекционизм и привлечение иностранного капитала под строгим контролем местной власти, военные заказы, связанные с обслуживанием иностранных войск, всевозможные субсидии, помощь на борьбу с коммунизмом – все пошло в ход. Южная Корея превращается в индустриально развитую страну. Хотя она и не достигает уровня Запада по показателям технологического развития, но в ней складываются собственные транснациональные корпорации. Корея вместе с Японией превращается в один из центров глобального накопления капитала. А это куда важнее, чем технологические новации как таковые.

   Япония и, возможно, Корея представляют собой уникальный случай, когда полупериферийные страны стали частью «центра». Больше это никому и никогда не удавалось. Даже в случае с Южной Кореей нет полной ясности. Никакие нефтяные деньги не сделали, например, Саудовскую Аравию страной «первого мира» – это очень богатая страна «третьего мира», отсталая и зависимая. Зато есть целый ряд стран, которые были в «пороговом» состоянии, например Аргентина. В начале XX века казалось, что они вот-вот войдут в число мировых лидеров. Но не тут-то было. Они либо остались на прежних местах, либо деградировали. По такому показателю, как производство валового внутреннего продукта, за 100 лет разрыв между центром и периферией увеличился, особенно на душу населения. По оценкам английского экономиста Алана Фримана, разрыв по совокупности факторов вырос от 1:6 до фактора 1:60. В десять раз!

   Иными словами, все усилия по преодолению отсталости привели к десятикратному ее увеличению. Есть о чем задуматься.

   Все работают, строят заводы, изобретают, стараются быть новаторами… а в итоге дела идут хуже и хуже, и ничего не получается.

   Увеличение дистанции пытались списать на демографический взрыв. Это один из факторов, который работает против периферии. Но беда в том, что демографический взрыв в Европе XVIII-XIX веков как раз способствовал ее бурному развитию, стимулировал рост производства (в том числе и на населения), а не тормозил его. Европейский демографический взрыв был фактором развития капитализма. А в Азии, Африке, Латинской Америке – нет.

   Надо, конечно, помнить, что демографический взрыв в Европе сопровождался колониальной экспансией. Избыток населения направлялся за океан. В итоге мы получили такие страны, как Канада, Новая Зеландия, США, Австралия, Южная Африка. Большая иммиграция из Европы была в Бразилии, Аргентине. И опять же, интересно: те страны, которые с самого начала формировались как «свободные» территории для расширения центра, – Соединенные Штаты и английские «белые доминионы», – стали частью «центра». Те же, кто был на периферии, остался на периферии, несмотря на огромное число белых переселенцев (Бразилия, Аргентина, Уругвай). Так что расовая теория не поможет. Почему в одних случаях у «белого человека» получалось, а в других – нет?

   Легко понять, что избыток населения, дававший материал для строительства колониальных империй, не мог аналогичным образом быть использован бывшими колониями. Никто не может повторить чужого развития. Фазы, когда они накладываются друг на друга, видоизменяются. Но заметьте, что есть еще и периферийные страны, страдающие от демографического упадка (Уругвай, Аргентина, сегодня также Россия). Выясняется, что тут экономическая динамика зачастую даже хуже, чем в странах демографического взрыва: вместе с сокращением населения начинает падать производство. В одних случаях производство не поспевает за ростом населения, а в других – падает или стагнирует из-за недостатка населения!

   Ясно, что корень проблем надо искать в другом месте. Дело не в людях, а в системе.

   Если говорить о логике системной эксплуатации, то вес приведенные раньше ответы являются недостаточными. Похоже, Роза Люксембург со своим анализом накопления капитала была гораздо ближе к разгадке, нежели кто-либо из миросистемных теоретиков последующего времени. Для того чтобы деньги стали капиталом, они должны быть где-то сконцентрированы и централизованы. Капитал стремится к централизации.

   Главная функция стран «центра» – обеспечивать накопление капитала в мировом масштабе. Таких центров накопления не может быть слишком много, иначе вместо того, чтобы концентрироваться, капитал будет распыляться. Соревнование между мировыми центрами накопления предопределяет противоречия основных держав в мировой политике. Переток, бегство капитала от периферии к центру является стихийным и естественным процессом. Более того, деньги, накопленные некапиталистическими структурами и укладами, чтобы стать капиталом, должны от этих укладов уйти, перейти в капиталистическую систему. Так происходит перераспределение ресурсов.

   На ранних этапах происходит прямое изъятие прибавочного продукта из захваченных стран, позднее в дело идет «неэквивалентный обмен», эксплуатация сырьевых ресурсов, финансовая кабала. Но это лишь частные случаи, внешние формы, за которыми скрывается всегда одна и та же суть: периферия обслуживает накопление капитала в центре. В наиболее развитых странах периферии мы видим уже просто бегство капитала. Власти и либеральные экономисты объясняют это плохими порядками, недостаточно либеральной системой. Но чем более либеральной становится система, тем больше капитала уходит. Всякий раз, когда принимаются меры, чтобы стимулировать приток иностранных инвестиций, одновременно создаются гарантии для вывоза капиталов (кто же станет ввозить деньги, если потом их нельзя будет вывезти). В итоге любые меры по привлечению капитала одновременно облегчают и стимулируют его бегство. А бежит капитал не потому, что на периферии условия работы для бизнеса хуже (зачастую они много лучше), а потому, что накопление происходит в центре.

         De-linking

     Страны периферии вот здесь должны конкурировать за инвестиции. Уход денег является стихийным и естественным процессом. Успеха в развитии достигают лишь те, кто создал собственный внутренний механизм накопления, который способен, в той или иной мере, быть автономным или независимым от мировых центров. Самир Амин называет это словом de-linking, то есть отключение, разрыв.

   Вот почему такое значение имел для стран «периферии» государственный сектор (не только в странах с левыми режимами, но и в Боливии, Индии, Турции). Ресурсы госсектора не вывозились, они накапливались внутри страны. Вот почему западные финансовые институты изо всех сил старались в 1980-е годы все государственные предприятия на «периферии» приватизировать – тем самым их ресурсы включались в глобальный процесс накопления.

   Южная Корея, например, сумела стать черной дырой для международных финансовых процессов. Частные компании, «чеболы», до известной степени играли здесь ту же роль, что и государственный сектор в других странах. Они были тесно связаны с правительством. Так продолжалось до конца 1990 годов, когда западные финансовые институты все же сумели – после завершения «холодной войны» – подчинить Корею своей дисциплине. Отчасти это было связано с тем, что корейские корпорации сами стали транснациональными и были заинтересованы в западных финансовых рынках. Бурный рост корейской экономики тут же прекратился.

   Другой пример – это Советский Союз. Мы отгородились от миросистемы «железным занавесом» и Берлинской стеной. На определенном этапе именно поэтому СССР достиг грандиозных успехов. Но в какой-то момент обнаруживается, что политика изоляции имеет свои пределы. После краха СССР начинается так называемая глобализация – вакханалия мирового финансового капитала, который достигает небывалых размеров глобальной концентрации и эксплуатирует ресурсы человечества в немыслимых прежде масштабах.

   Конечно, деньги из центра часто возвращаются опять на периферию. Это уже не стихийный переток, а осознанные инвестиционные решения, направленные на получение прибыли, освоение ресурсов – опять же в интересах накопления и, следовательно, в интересах «центра». Страны периферии конкурируют между собой по отношению к финансовому центру, чтобы привлечь инвестиции, стараясь создать как можно более выгодные условия для размещения иностранных вложений. А это еще больше усиливает глобальную тенденцию перераспределения в пользу центра. Несколько стран-лидеров на периферии получают больше, чем отдают. Но количество таких призовых мест ограниченно, иначе система просто не могла бы нормально функционировать. Успех немногих обеспечивается поражением подавляющего большинства. Потому в масштабах мировой экономики страны периферии являются нетто-экспортерами капитала. Периферия всегда в целом отдает больше, чем получает. Это в конечном счете является важнейшим фактором формирования мирового финансового рынка. Мировое распределение труда тоже формируется в значительной мере исходя из вот этих инвестиционных процессов. Важно не то, где удобнее тот или иной товар производить, а то, где существуют лучшие условия для накопления капитала. Не страны выбирают производства, которые им нужны, а компании находят государства, которые, с их точки зрения, «инвестиционно эффективны». Например, у вас есть месторождения каких-то полезных ископаемых, но вы не можете их развивать, ибо нет капитала. А с другой стороны, капитал может быть привлечен, месторождения будут освоены, но на таких условиях, что почти все выгоды достанутся внешним инвесторам, а для развития других отраслей в экономике страны это производство не даст ничего.

   Именно так потерпела неудачу идеология национального развития. Потерпела, до известной степени, неудачу и идеология некапиталистического пути. Страны, пытавшиеся осуществить de-linking, столкнулись с противоречием. Перед ними оказался выбор: либо отключение от мировой системы, которое приводит к изоляции, либо «открытие экономики», что на практике означает подчинение данной страны логике внешней эксплуатации. Попытки наладить коллективные действия и солидарность между странами периферии до сих пор терпели поражение. С одной стороны, местные элиты, даже прогрессивные, были слишком тесно связаны с элитами Запада, соперничали между собой. А с другой стороны, успешный вызов системе можно бросить, только рассчитывая на поддержку трудящихся, причем не только в своей стране, но и на мировом уровне, опираясь на солидарность западных низов. Элиты стран периферии боясь массового движения, не хотели рисковать своей властью. А солидарность трудящихся Запада и «третьего мира» была реальной, но ограниченной: «рабочая аристократия» Запада боялась потерять свое потребительское благополучие. Далеко не все западные трудящиеся в 1960-1970-е годы представляли собой «рабочую аристократию», но господствовала все же идеология потребления.

Кондратьевские циклы

     Итак, говоря о капитализме, мы имеем дело не с рядом стран, последовательно и поочередно проходящих одинаковые этапы развития, а некую целостную систему. Эта система сталкивается с двумя типами противоречий. С одной стороны, это противоречие, порожденное способом производства и очень хорошо описанное в классическом марксизме. Это противоречие между развитием производительных сил и производственными отношениями. Меняется технологический базис общества, структура его производства, за этим следуют перемены в системе управления, механизме социального и политического господства. Но есть и противоречия другого порядка, выявляющиеся скорее на геополитическом и географическом уровнях. Между центром и периферией, между несколькими соперничающими центрами накопления капитала.

   С другой стороны, система циклична. Мы видели короткие конъюнктурные циклы, периодически возвращающиеся кризисы перепроизводства, описанные Марксом, мы видели циклы накопления капитала, описанные Розой Люксембург. Но есть еще и так называемые длинные волны, или «большие циклы», открытые русским экономистом Кондратьевым.

   Исследования Кондратьева были сделаны в советской России вскоре после революции 1917 года, а потому велись в общем контексте марксистских исследований. Но Кондратьев прежде всего статистик. Он сделал расчеты на основании сведений о динамике цен, собиравшихся в Европе с XVIII века. Первоначально коллеги из Академии наук разгромили его теорию в пух и прах. Но сегодня, когда мы получили гораздо больше данных по истории капиталистической экономики, обнаруживается, что тенденции, выявленные Кондратьевым, подтверждаются.

   Мировая экономика начинает фазу роста («А-фазу», или «повышательную фазу»). В ней есть свои спады и подъемы. Но целом «А-фаза» характеризуется кризисами короткими и неглубокими, а периодами экономического подъема длительными и мощными. На определенном этапе, когда проходит от 20 до 40 лет, наступает «Б-фаза» («понижательная», по Кондратьеву). Это фаза, когда спады затяжные, глубокие, подъемы, напротив, короткие, нестабильные. Как правило, в «А-фазе» преобладает дефицит капитала. Инвестиционных возможностей много, капитала все время не хватает, идет погоня за инвестициями, кредитом. Потом в «Б-фазе» рано или поздно наступает кризис перенакопления.

   Длину фазы никто не может точно определить. Маркс рассчитал короткие циклы, занимающие от 5 до 9 лет. В «А-фазе» циклы подъема, как правило, длинные, порядка 9 лет, а в «Б-фазе» короткие, кризисы происходят чаще. Здесь анализы Маркса и Кондратьева подтверждают друг друга, иное дело, что Маркс о больших циклах не думает, а Кондратьев считает на периоды 100-150 лет. Но кондратьевские циклы по продолжительности оказываются очень разными, от 20 до 40 лет. Никто точно не определил причины именно таких временных различий. Самый загадочный момент с точки зрения этой теории наблюдался в начале 1990-х годов, когда по всем признакам наступила очередная «А-фаза», но уже в 2001 году глобальная конъюнктура резко пошла вниз. Иными словами, либо очередной кондратьевский цикл, против ожидания, не начался, либо оказался беспрецедентно коротким.

   Сейчас о «больших циклах» любят говорить и либеральные экономисты, и марксисты. Но гораздо более важный вопрос – понять природу этих циклов. Механизм короткого цикла понятен, механизм цикла накопления капитала тоже понятен, а вот механизмы кондратьевского цикла остаются достаточно неясными. Дело в том, что эти циклы комплексные. В них работает целый ряд факторов, и эти циклы как бы обобщают более короткие, более частные циклы. Почему вообще происходит перелом от «А-фазы» к «Б-фазе», а затем к А-фазе» следующего цикла? Кондратьев замечает, что перелом сопровождается военно-политическими и революционными потрясениями.

   Переход от одного цикла к другому не является чисто механическим, «естественным» событием. Система достигает определенного состояния, выйти из которого она может, только перейдя в новое качество и обеспечив достаточно мощный долгосрочный экономический рост. Но переход сопровождается не просто структурной перестройкой экономики, но и обостренной борьбой социальных интересов, ломкой существующих институтов, политическим противостоянием.

   На такие переломные моменты приходятся – Крымская война, Революция Мэйдзи в Японии, отмена крепостничества в России и Гражданская война, заканчивающаяся отменой рабства в США. Так же на очередном переломе циклов вспыхивает Первая мировая война, а затем происходит русская революция 1917 года. И, кстати, не является ли нынешняя мировая нестабильность симптомом переходного, кризисного состояния капиталистической миросистемы?

   Наряду с кондратьевскими циклами можно выделить и своеобразные циклы глобализации и деглобализации капитализма. Мировой капитализм – это система открытая, имеющая тенденцию к расширению. Расширение является как бы защитной реакцией системы по отношению к кризисам перенакопления капитала и другим кризисным явлениям внутри системы. Это способ самолечения системы, которая снимает свои проблемы, пытаясь решить их за счет внешнего мира. Сегодняшнее максимальное, планетарное расширение системы означает одновременно и то, что остались лишь минимальные возможности лечиться таким способом. Ресурсы компенсации, похоже, исчерпаны. Именно подобная ситуация в 1905-1914 годах привела к мировой войне, а затем, когда война разразилась, – к подъему антикапиталистических выступлений не только в России, но и по всему миру.


Oxşar yazılar:

Baxış sayı:4115