abunə ol: Yazılar | Şərhlər | Еmail

Feminizm – kapitalizmin xidmətçisi?

Şərh

Check out operator in a Tesco supermarket

Men- feministəm, və həmişə hesab edirdim ki, qadın hüquqları uğrunda mübarizə etməklə daha çox bərabərliyin, ədalətin və azadlığın olduğu bir dünya yaradıram. Amma son vaxtlarda məni narahat edən odur ki, feministlərin bəzi ideyaları tamamilə başqa məqsədlərə xidmət etməyə başlayıb. Bu mənada xüsusilə onu qeyd etmək istəyirəm ki, bizim seksizm tənqidimiz yeni forma qeyri-bərabərlik və istismar üçün haqq qazandırır.

Qorxuram ki, taleyin qəddar kinayəsi qadınların azad olma uğrunda hərəkatını sərbəst  bazar  iqtisadiyyatı prinsiplərinə uyğun cəmiyyət qurmağa çalışan neoliberallarla təhlükəli əlaqələrlə birləşdirib. Bu, məhz onunla izah olunur ki, bir vaxtlar radikal dünya görüşünün tərkib hissəsi olan feminizm indi daha çox individualizm terminlərində öz əksini tapır. Əgər əvvələr feministlərin cəmiyyəti kariyerizmə həvəsləndirməklə tənqid etməsinə baxmayaraq, indi artıq onların məhz özləri qadınlara məsləhət edirlər ki,”uyğunlaşsınlar”(Facebook şirkətinin direktorlar şurası üzvü Şeril  Sendberqin “Baş əymək: qadınlar, iş və rəhbərlik etmək istəyi” adlı kitabına işarə – red.qeydi).

Sosial həmrəyliyi əsas hesab edən hərəkat indi qadın-sahibkarları məşhurlaşdırır. Qarşılıqlı kömək və əlaqə kimi anlayışlar kimi əsas komponentləri olan dünyagörüşü  bu gün individual nailiyyətləri və meritokratiyanı təbliğ edir.

Feminizmdə belə kardinal dəyişikliklərin kökündə kapitalizmin özünün xarakterinin dəyişməsi dayanır. Müharibədən sonrakı dövrün dövlət kapitalizmini yeni şəkil – qeyri-mütəşəkkil, qloballaşmış və neoliberal kapitalizm əvəz etdi. “İkinci dalğa” feminizmi öz vaxtında əsas olaraq, dövlət kapitalizminin tənqidi kimi yarandı, amma nəticədə liberal kapitalizmin xidmətçisinə çevrildi.

Keçmişə nəzər salsaq görmək olar ki, qadınların azad olunma hərəkatı mümkün gələcəyin iki müxtəlif variantını göstərirdi. Birinci variant dünyada gender emansipasiyası (azadlıq, cəmiyyətin qandallarından qurtulma – red. qeydi), iştirak demokratiyası və sosial həmrəyliklə birlikdə inkişaf edir. İkinci variant isə qadınlara (həm də kişilərə) individual muxtariyyət rifahını, qismən daha böyük seçim azadlığı və karyera təbəqələrində irəliyiş yaratmaqda imkan verən yeni forma liberalizmi ehtimal edirdi. Bu mənada “ikinci dalğa” feminizm başlanğıcdan ikili xarakter daşıyırdı. O, cəmiyyətə iki baxışın istənilən birinə uyğun gəlirdi və prinsipcə, iki müxtəlif istiqamətdə inkişaf edə bilərdi.

Müşahidə etdiyim qədərilə, əvvəlcədən ikili xarakterli bu feminizmdə son zamanlarda ikinci istiqamət qalib gəlməkdədir – liberal-individualist ssenari. Amma bunun səbəbi o deyil ki, biz “neoliberal cazibənin” passiv qurbanları olmuşuq. Əksinə, biz özümüz liberal inkişafa imkan yaratmışıq və ona üç əsas ideyanı daxil etmişik.

Birincisi, bu ,”ailəvi əmək haqqı” konsepsiyanın tənqididir (ailədə bir nəfər ailə başçısı əmək haqqı qadın və uşaqlar üçün kifayət edir – XIX əsr sonlarında bu, həmkarlar ittifaqlarının məqsədlərindən biri idi – red.qeydi), bu ailə modeli ideyası (kişi pul qazanır, qadın ev təsərrüfatı ilə məşğul olur) dövlət kapitalizmininin mərkəzi məqamlarından idi. Bu ailə ideyasının feminist tənqidi indi “yumşaq  kapitalizmə” haqq qazandırır (Riçard Sennetin konsepsiyasına uyğun olaraq, “sərt” sənaye kapitalizmi daha çox əməyin prekarizasiyası  və sosial müdafiəsizliyi özündən ehtiva edən “yumşaq” kapitalizm əvəz edir.- red.qeydi ).

Bu kapitalizm növünün ağırlığı əsasən  qadınların üzərinə düşür. O, daha çox qadının muzdlu əməyindən – xüsusən xidmət və istehsal sferalarında aşağı əmək haqqı ilə işləyən həm cavan subay, həm də uşaqlı qadınların əməyindən asılıdır, bu, yalnız bir yox, bütün millət və etnoslara aiddir. Bütün dünyada qadınların kütləvi əmək bazarına keçməsi dövlət kapitalizminin ideyası olan “ailəvi əmək haqqı” konsepsiyasının yeni, daha müasir və həmçinin feministlərin də razılıq verdikləri norma tərəfindən sıxışdırıldı və artıq yeni ailə modelində iki tərəf də pul qazanır. Və əhəmiyyəti yoxdur ki, yeni ailə idealı reallıqda əmək haqqının azalmasına, həyat səviyyəsinin, məşğulluq zəmanətinin aşağı düşməsinə, iş saatlarının bir neçə dəfə artmasına şərait yaratdı, həmçinin qadın tərəfdən idarə olunan ev təsərrüfatında kasıblıq səviyyəsi artdı.

Neoliberalizm qadın hüquqları uğrunda mübarizə narrativini mənimsəyərək, özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. “Ailə əmək haqqı” konsepsiyasının feminist tənqidinə müraciət edərək, o əslində istismara haqq qazandırır və qadınların emansipasiya arzularından yalnız kapital yığımı üçün istifadə edir.

Feminizm neoliberalizmə  daha bir hədiyyə etdi. Dövlət kapitalizmi dövründə biz sinfi qeyri -bərabərlik məsələsinə bütün diqqəti yönəldən məhdud siyasi görüşün tənqidi ilə məşğul olarkən, “qeyri-iqtisadi” xarakterli ədalətsizliyə – məişət və seksual zorakılığa fikir verməmişik. Ekonomizmi rədd etməklə və şəxsi tərəfi siyasiləşdirməklə yanaşı, feministlər gender fərqliliyinin  mədəni konstruksiyalarına əsaslanan statuslu ierarxiyaya qarşı çıxmaqla, öz siyasi proqramlarını genişləndirdilər. Beləliklə, onlar çalışdılar  ki, azadlıq uğrunda mübarizəni genişləndirib onu yalnız iqtisadi yox, həm də mədəniyyət sferasına da keçirsinlər.

Amma bu yanaşma yenə də birtərəfli alındı – “gender indentikliyi” məsələsi üzərində vurğu daha vacib məsələlərin həllinə zərər vurdu. Daha pisi odur ki, feminizmin identiklik siyasətinə istiqmaətlənməsi zaman baxımından sosial bərabərlik haqqında istənilən xatırlatmaları, işarələri silməyə çalışan neoliberalizmin yüksəlişi ilə üst-üstə düşdü. Nəticədə, şərait bizdən, diqqəti siyasi iqtisad məsələlərinə artırmağı tələb etdiyi vaxtda, biz mədəni cinsi ayrı-seçkiliyin tənqidini mütləqləşdirdik.

Və nəhayət, feminizm neoliberalizmə daha bir ideya təqdim etdi – dövlət paternalizminin tənqidi. Bu ideya, şübhəsiz ki, dövlət kapitalizmi dövründə mütərəqqi yanaşma idi, bu tənqidin inkişafı neoliberalizmin başladığı “dayə-dövlətə” qarşı müharibə ilə eyni vaxta düşdü və sonradan bu ideyanı müxtəlif qeyri-dövlət təşkilatları da götürdülər.

Nümunə kimi, “mikrokreditlər” proqramı çox şeylərdən xəbər verir, bu müddətdə banklar qlobal cənub ölkələrində əhalinin kasıb təbəqələrindən olan qadınlara az miqdar kreditlər verirdi. Mikrokredit proqramı qadınlara böyük haqqlar verən bir vasitə və ierarxik və bürokratik dövlət kredit layihələrinin aşağı alternativi kimi təqdim olunurdu. “Mikrokreditlər” proqramını yoxsulluğa və qadınların tabe vəziyyətinə qarşı feminist padzəhr adlandırırdılar. Amma bir şey diqqətdən qaçır, belə ki, mikrokreditlər proqramı “təsadüfən” o vaxt yayılmağa başladı ki, dövlətlər yoxsulluğu aradan qaldırmaq üçün makro-struktur cəhdlərindən imtina etməyə başladılar, baxmayaraq ki, mikrokreditlər prinsipcə lazımi əvəzedici ola bilməz. Bu halda yenə də biz, feminist ideyanın neoliberalizm tərəfindən necə istifadə olunduğunu görürük.

Bu yolla dövlət hakimiyyətinin demokratikləşməsi məqsədli ideya üçün – vətəndaşlara böyük səlahiyyətlərin verilməsi –  indi bazar iqtisadiyyatının legitimləşdirilməsi və dövlət sferasının azaldılması üçün istifadə olunur. Və bütün yuxarıda verilən hallarda əvvəldən ikili xarakterli olan feminizm daha çox (neo)liberal fərdiyyətçilik tərəfinə yönəlir.

q1463

Amma feminizmin digər istiqamətləri, məsələn, həmrəylik üzərində vurğu hələ inkişaf edir. İndiki böhran bu ideyanın yaranmasına və yenidən qadınların azad olma arzularının həmrəylik prinsiplərinə əsaslanan cəmiyyətlə birləşməsinə imkan verir. Amma bunun üçün feministlər neoliberalizmlə olan bu “təhlükəli əlaqələri” dağıtmalıdırlar , ideyalarını öz məqsədləri üçün istifadə etməlidirlər.

Birincisi, biz “ailəvi əmək haqqı” konsepsiyasına tənqidi yanaşma və “yumşaq kapitalizm” konsepsiyası arasındakı saxta əlaqəni dağıtmalıyıq. Mübarizə aparmalıyıq ki, yalnız muzdlu əmək yox, həm də ödənilməyən əmək fəaliyyəti də, məsələn, uşaqlara qulluq və s. qiymətləndirilsin. İkincisi, maskulinist mədəni dəyərlərə əsaslanan statusluğun  dəyişməsi üçün mübarizə ilə iqtisadi ədalət uğrunda mübarizəni birləşdirməklə, bizim ekonomizmi tənqidi və siyasi identiklik arasındakı əlaqəni dağıtmalıyıq . Nəhayət, bürokratiyanı tənqidimiz və sərbəst bazar fundamentalizmi arasındakı yalançı əlaqə dağıdılmalıdır. Biz məqsədlərimizi cəmiyyətin hakimiyyətinin güclənməsi vasitəsi kimi iştirak demokratiyasına, ədalətin zəfəri uğrunda kapital fəaliyyətinin məhdudlaşdırılmasına yönəltməliyik.

Nensi Freyzer

Guardian

Oxşar yazılar:

Baxış sayı:5440