abunə ol: Yazılar | Şərhlər | Еmail

Ukrayna üçün çıxış yolu?

Şərh

europeu

Hazırki nümayişlərə üç sağ partiya rəhbərlik edir. Onlar Ukraynalı biznes elitaların bir hissəsinin, orta sinfin və Avropa İttifaqı ilə əlaqələrin sərf etdiyi bir qismin maraqlarını qoruyurlar.
Ukrayna bu yaxınlarda qəfil şəkildə Avropa İttifaqı Assosiasiyası ilə razılaşmanı imzalamaqdan (razılıq 28 noyabrda Vilnüsdə “Şərq tərəfdaşlığı” konfransında imzalanmalı idi) imtina etdi. Yeddi il ərzində 1200 səhifəlik razılaşma üçün hazırlıq görmüşdü və Ukrayna bir ildir ki, bu sənədə imza atmağa hazırlaşırdı. Bu razılaşma Ukraynanı iqtisadi və siyasi baxımdan Avropa İttifaqı ilə yaxınlaşdıraraq Rus təsirinə təzyiq edəcəkdi. Prosesin dayandırılması Avropa İttifaqının (əsas hərəkətverici qüvvəsi alman imperializmi olan) təsirlərini şərqə tərəf yaymaq və Rusiyanı təcrid etmək cəhdlərində böyük uğursuzluq oldu.
Razılaşmanın imzalanmasından imtina bütün “Şərq tərəfdaşlığı” proqramını sual altında qoyur ki, onun çərçivəsində Avropa Birliyi təsirini daha beş keçmiş sovet respublikalarında yaya bilərdi. Bunlar: Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova və Belarusdur. Ukrayda- Avropada böyüklüyünə görə ikinci, əhalisi 46 milyon olan ölkə Avropa Birliyi üçün digər ölkələrin arasında daha vacib olanıdır. Avropa Birliyinin əksinə olaraq Rusiya bütün bu ölkələrə təklif edir ki, Gömrük İttifaqına qoşulsunlar. Birliyin bazasında isə Kreml tərəfindən idarə edilən Avrasiya Birliyi yarana bilər. Hələ ki, Gömrük İttifaqına Rusiya, Belarus və Qazaxıstan daxildir.
Ermənistan bu yaxınlarda Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığında” iştirakdan imtina etdi. Moldova və Gürcüstan isə Avropa Birliyi ilə razılıq imzalamaq niyyətindədirlər. Ukrayna isə razılığın imzalanması üçün hazırlıq prosesini məhz cümə axşamı Ukrayna parlamenti Yuliya Timoşenkonu azad edəcək qanundan imtina etdikdən sonra dayandırıldı. Avropa Birliyi onun azad edilməsini razılığın şərtlərindən biri kimi göstərmişdi. Elə həmin axşam Ukrayna Nazirlər Kabineti razılığın imzalanması üçün hazırlıq prosesini dayandırmaq barədə qərar qəbul etdi və keçmiş Sovet respublikaları o cümlədən, Gömrük İttifaqı ilə iqtisadi münasibətlərin gücləndirilməsini dəstəklədi. Bundan başqa, Ukrayna Nazirlər Kabinetinin qərarı Ukraynanın gələcək iqtisadi münasibətlərinin formatını müəyyən etmək üçün üçtərəfli (Ukrayna, Rusiya və Avropa Birliyi) danışıqları da nəzərdə tuturdu. Baxmayaraq ki, hələ Putinin belə danışıqlara getməsi və Brusseldə iştirakı hələ məlum deyil.
Formal olaraq Ukrayna Avropa Birliyi ilə müqavilə imzalaya bilərdi. Lakin çox güman bu baş verməyəcək. Ukrayna hakimiyyəti bu imtinanı “hazırki iqtisadi vəziyyət”lə və “milli suverenliyə təhlükə” ilə izah edir. Qərb mətbuatında bu addımı bəzi Ukrayna mallarına müvəqqəti qadağa qoyan və Avropa Birliyi ilə razılıq imzalayarsa iqtisadi münasibətlərin korlanacağı ilə hədələyən Moskvanın təsiri ilə izah etdilər.
Həqiqətdə isə deyəsən Yanukoviç hakimiyyətinin imtinası daha çox Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun tələbləri ilə bağlıdır. BVF indiyə qədər Ukrayna ilə razılığa gəldiyi 15 milyard kreditin yalnız 20%-ni verib. Digər 80% kreditin verilməsi şərtləri isə ölkədə ağır iqtisadi dəyişikliklər və sosial xərclərin azaldılması ilə bağlıdır. Bundan başqa, Ukrayna hakimiyyəti qaz və yanacağın qiymətini 40% qaldırmalı, büdcə xərclərini azaltmalı və minimal və orta əmək haqqını indiki vəziyyətdə saxlamalı idi. Avropa Birliyi də BVF-nun bu şərtlərini dəstəkləyir həmçinin onsuz da çox kasıb olan ölkədə işsizlərin sayını artıracaq struktur islahaları tələb edir. Müqayisə üçün bildirək ki, Putin Ukrayna prezidentinə ucuz kreditlər, qaz qiymətinin azaldılmasını təklif edib.
Avstriyalı iqtisadçı Peter Havlik iddia edir ki, AB və BVF-nun qoyduğu şərtlər Kiyevin razılıqdan imtina etməsinin əsas səbəbidir. Ukrayna hakimiyyəti sadəcə Yanukoviçin 2015-ci ildə ikinci dəfə seçilməsini mümkünsüz edə biləcək idarə edilməz sosial partlayışdan qorxur. Ölkədəki sosial gərginlik son aylarda artıb. İşsizlik müavinatı alan yüz minlərlə işsiz iyun ayından büdcə böhranına görə pul ala bilməyiblər.
Ukrayna müxalifəti Avropa Birliyi ilə razılaşmadan imtinaya nümayişlərlə reaksiya verdi. Küçələrə çıxan on minlərlə adam hakimiyyətin istefasını və razılıq imzalanmasını tələb etdilər. Bu 2004-cü ildə Avropa Birliyi və ABŞ-dan maliyyələşən və siyasi dəstək alan “narıncı inqilab”dan bəri ən böyük qərb nümayişidir. Hazırki nümayişlərə üç sağ partiya rəhbərlik edir. Onlar Ukraynalı biznes elitlərin bir hissəsinin, orta sinfin yəni Avropa Birliyi ilə əlaqələrin sərf etdiyi bir qismin maraqlarını qoruyurlar.
Hazırda həbsxanada olan keçmiş baş nazir Yuliya Timoşenkonun partiyası – «Батьківщина» alman xristian demokratlar XDS/XSS-la sıx əlaqədədir və onu Konrad Adenauer fondu maliyyələşdirir. 2008-ci ildən partiya Avropa Xalq Partiyasında- Avropanın mühafizəkar partiyalar birliyində müşahidəçi statusunu qazandı. Timoşenkonun maliyyələşdirilməsi ilə XDS üzvləri və alman “Sürgün edilmişlər birliyi” nin prezidenti Erik Şteynbax məşğul olublar.
(Sürgün edilmişlər Birliyi- müharibədən sonra Polşa, Çexiya və Şərqi Prussiyadan deportasiya edilmiş almanların təşkilatıdır. Rəhbərlərin böyük qismi Reyxin şərq torpaqlarında sosial və siyasi elitadan ibarətdir. Onların arasında SS aktivistləri və Holokostun təşkilində iştirak etmiş dövlət məmurları var. Birlik almanlardan alınan Şərq torpaqlarının geri qayıtmasını tələb edir)
Boks üzrə dünya çempionu Vitali Kliçkonun rəhbərlik etdiyi “İslahatlar naminə Ukrayna demokratik alyansı” da Konrad Adenauer fondundan dəstək alır. Kliçko özü alman rinqində professional karyerasına son verib və ukrayna-alman əlaqələrini gücləndirdiyi üçün “Şərəf ordeni” alıb.
“Azadlıq” partiyası açıq ultra-sağçı mövqe tutur. O Britaniya Millətçi Partiyası və Macarıstanın “Yobbik” partiyası ilə əməkdaşlıq edir. Həmçinin Almaniyanın neonasist Milli- Demokrat partiyası ilə də əlaqələri saxlayır. “Azadlıq”ın nümayəndələri dəfələrlə anti-semit çıxışlar ediblər. Partiyanı daha çox Ukrayna millətçiliyinin daha güclü olduğu ölkənin qərbində dəstəkləyirlər. 2012-ci ildə parlament seçkilərində Lvov əyalətindən bu partiyaya 38% səs verilib.
Avropa Birliyinin Ukraynanı təsir altına salmaq üçün aqressiv cəhdləri və bu prosesdə Almaniyanın böyük rol oynaması bəzi qəddar tarixi assosiasiyalar yaradır. Almaniya iki dəfə Ukrayna üzərində hakimiyyəti ələ almağa çalışıb.
Birinci Dünya Müharibəsinin sonuna yaxın o, yeni yaradılmış sovet hakimiyyətini məcbur edib ki, Almaniyaya Brest-Litovsk sazişinə əsasən Ukrayna üzərində nəzarət versin və Ukraynada Pavl Skoropadskonun kukla rejimini qoydu. İkinci Dünya Müharibəsi zamanı nasist ordusu Ukrayna ərazisini hərraca qoydular. Nasistlər Ukrayna əhalisinə qarşı ən qəddar hərbi cinayətləri işlətdilər, o cümlədən Ukraynalı yəhudiləri kütləvi şəkildə qırdılar.
Ukrayna Rusiya üçün də strateji cəhətdən mühümdür. XVIII əsrin sonlarında o çar imperiyasının mühüm hissəsi idi. Sonradan isə Sovet Birliyinin respublikalarından biri oldu. Hər iki ölkə iqtisadi cəhətdən sıx bağlıdır. Rusiya Ukraynanın ən böyük ticari partnyorudur və istehlak edilən qazın 90%-ni verir. Ukrayna Rusiya qazının Avropaya ixracında açar rol oynayır, həmçinin böyük təbii resurslara malikdir. Ukraynanın coğrafi nəzərdən Qara Dənizinin sahilində yerləşməsinə görə o Yaxın Şərq və Qafqaza çıxış yoludur. Ukraynanın Sevastopol şəhərində Rusiyanın Qara Dəniz hərbi qüvvələrinin bazası yerləşir. Bu Moskvanın Qara Dənizə çıxışını təmin edir. Bu il Rusiya Qara Dəniz hərbi qüvvələrinin bir hissəsini Aralıq dənizinə yönəltməklə Suriyada Bəşər Əl-Əsəd rejimindən və ABŞ tərəfindən mümkün ola biləcək hücumdan qorunmaq üçün tədarük gördü.
İkinci Dünya Müharibəsindən sonra Sovet təsiri altında olan şərqi Avropa ölkələrinin AB və NATO-ya daxil olması, Avropa Birliyinin Şərqə hərəkət etməsi Rusiyanın statusunu regional dərəcəyə endirir. Buna görə də Ukraynanı gərginləşdirmək potensial olaraq təhlükəlidir. Burada alman mass-mediasının özünə əmin şəkildə hakimiyyətin imperialist cəhdlərini dəstəkləməsinə də diqqət yetirmək lazımdır. Süddeutsche Zeitung-un beynəlxalq şöbəsinin redaktoru Ştefan Kornelius Rusiya prezidentini münaqişəyə təhrik etməkdə ittiham edib: o qarşıdurma yaratmaq istəyir, çünki yalnız möhkəm sərhədlər onun rejimini qoruyur”. Kornelius həmçinin Putinin Ukraynanın gələcəyi haqqındakı üçtərəfli danışıqlar təklifini (o təklifi ki, həmçinin Ukrayna hakimiyyəti dəstəkləyib) Hitler və Stalin arasında 1939-cu ildə imzalanmış paktla müqayisə edib. Amma Kornelius Avropa Birliyi və Alman hakimiyyətinin Ukraynadakı hədsiz sağ güclərlə müttəfiqlik etməsi faktını iqnor edir. 1990-cı illərdə neft sənayəsi sahəsində milyonlarla dolları özəlləşdirmiş Yuliya Timoşenkonu isə nə deyirsən adlandırmaq olar, demokratdan başqa. Onu müəyyən mass-media dəstəkləyir. Çünki Yuliya göstərdi ki, imperialist qüvvələrin Ukraynalı işçi sinfə qarşı mübarizəsində etibarlı partnoyirdur.
Rumıniya, Bolqarıstan, Macarıstan və digər Şərqi Avropa ölkələrinə baxmaq kifayətdir ki, Avropa Birliyinə daxil olmağın nə ilə nəticələndiyini görəsən. Bu ölkələrdə kasıblıq, kütləvi korrupsiya artır. Mədəni və sosial dezinteqrasiya prosesləri baş verir və bütün bunların fonunda radikal sağ qüvvələrin artmasını görmək olur. Avropa Birliyinə üzvlükdən yalnız hakimiyyət elitası və orta təbəqənin çox az qismi qazanır

Klara Vayss, Peter Şvars

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:5180