abunə ol: Yazılar | Şərhlər | Еmail

Devid Harvi – Antikapitalist düşüncənin əhəmiyyəti

Şərh

david-harvey

Müasir aparıcı marksistlərdən biri olan Devid Harvi kapitalist sistemin təzadlarının araşdırıldığı yeni kitabı üzərində işləyir. Ronan Bartenşou (Ronan Burtenshaw) və Obri Robinson (Aubrey Robinson) gələcək kitabda kapitalizmin mümkün alternativi barəsində müəlliflə söhbətləşiblər.

–    Hal-hazırda, siz “Kapitalizmin 17 təzadı” adlı yeni kitab üzərində işləyirsiniz. Nəyə görə kapitalizmdəki təzadlar bu qədər vacibdir?

–    Kapitalizmin təhlili əhəmiyyətli və əsaslı təzadların mövcudiyyətini mümkün hesab edir. Periodik olaraq, bu təzadlar nəzarətdən çıxaraq böhran yaradırlar. Biz yaxın keçmişdə böhran yaşadıq, düşünürəm ki, hansı təzadların böhrana səbəb olduğunu öyrənmək vacibdir. Biz zidiyyətlər əsasında böhranı necə təhlil edə bilərik? Marksın nəhəng hesabatlarından birində belə deyilir, böhran hər bir zaman köklü təzadların nəticəsidir. Ona görə də bizim işimiz onlarladır, onların nəticələri ilə deyil.

–    Diqqət ayırdığınız təzadlardan biri, məhsulun istehlak və mübadilə dəyərləri arasındakı təzaddır. Nə üçün məhz bu ziddiyyət kapitalizm üçün bu qədər əhəmiyyətlidir və niyə bunu təsvir etmək üçün siz mənzildən istifadə edirsiniz?

–    Bütün məhsullar istehlak və mübadilə dəyərinə məxsus şəkildə başa düşülməlidir. Məsələn, mənim bifşteksim var. Onun istehlak dəyəri ondan ibarətdir ki, mən onu yeyə bilərəm. Onun mübadilə dəyəri isə, onun üçün nə qədər ödəməyimdir.

Mənzilə sahib olma isə, tamam başqa məsələdir. Axı istehlak dəyəri əsasında siz ona yaşayış yeri kimi baxa bilərsiniz, həmçinin şəxsi mülkiyyət kimi, həmçinin insanlarla emosional münasibətlər sferası kimi… Eyni zamanda, komfort yaradan digər şeylərin uzun siyahısı kimi. Lakin burada bir sual yaranır. Siz bu evi hansı üsulla əldə etmisiniz? Bir zamanlar insanlar öz evlərini özləri tikirdilər və evlərin mübadilə dəyəri mövcud deyildi. On səkkizinci əsrdən başlayaraq, spekulyativ inşaat peyda oldu: Qırmızı kərpiclə tikilmiş georgian evləri. Onlar ilk öncə inşa olunurdular, daha sonra satılmağa başladılar. Bu andan etibarən, mənzillər  alıcılar üçün əmanət yerləşdirmək üsulu ilə mübadilə dəyərinə sahibləndilər. Əgər mən mənzil alır və ipoteka üsulu ilə ödəniş edirəmsə, nəticə etibarilə, mən onun sahibi ola bilərəm. Mən dəyərli bir aktivin sahibinə çevrilirəm və mən aktivimin dəyərinin qorunması məsələsinə görə xeyli narahat oluram. Bu, çox maraqlı bir siyasətin yaranmasına səbəb olur: “Kənardan mənim daxmam”, “Mən mənə bənzəməyən qonşular görmək istəmirəm”. Bu üsulla siz mənzil bazarında seqreqasiya qazanırsınız, çünki mənzil sahibləri öz əmanətlərini qorumaq istəyirlər.

Təqribən 30 il bundan əvvəldən başlayaraq, insanlar mənzili spekulyativ qazanc əldə etmək üçün istifadə etməyə başladılar. Siz mənzil əldə edə və yuxarıdan qazanc qazana bilərdiniz. Sadəcə 200 000 funta ev alırsınız, bir ildən sonra buna görə 250 000 funt əldə edirsiniz. Siz 50 000 funt qazanacaqsınız, niyə də belə etməyəsiniz? Mübadilə dəyəri qələbə qazandı. Nəticədə, həmin spekulyativ bumu yaradırsınız. 2000-ci ildə dünya fond bazarlarının, demək olar ki, dağılması nəticəsində izafi əmtəə mənzil bazarına axmağa başladı. Bu bazarın çox maraqı bir növüdür. Təsəvvür edək ki, mən ev alıram və mənzil qiymətləri bahalaşır və deyirsiniz: “Mənzil qiymətləri bahalaşdı, mən də daşınmaz əmlaka pul yatırmalıyam”. Sonra buna bənzərini digəri də edir. Nəticə etibarilə, mənzil bazarında “köpük” yaranır. Nə zamanki ev almaq istəyənlər azaldı, o partladı. Gözlənilməz olaraq, böyük bir kütlə üçün evin istehlak dəyəri əlçatmaz olur, çünki mübadilə dəyərinin artımı bu imkanı məhv etdi.

Sual yaranır ki, bu ağıldankəm sistemdə insanların əsas tələbatlarından biri olan mənzillərin mübadilə dəyərinə əsasən bölünməsi daha yaxşı ideya deyilmi? Bu təkcə göstərilən problemə aid deyil, həmçinin təhsilə, səhiyyəyə də aiddir. Mübadilə dəyərinin enerjisini sərbəst buraxsaq, nəzəri olaraq, bu çox insan üçün istehlak dəyərini ödəmək şansı yaradır, lakin bunun əvəzinə onun artımı baş verir və insanlar keyfiyyətli təhsil, səhiyyə və yaşayışdan məhrum hala düşürlər. Buna görə də mübadilə və istehlak dəyərləri arasındakı fərqin nəzərə alınmasını bu qədər vacib hesab edirəm.

–    Tərəfinizdən qələmə alınan digər bir təzad kimi, vurğulanan istehsal təklifi ilə kapitalizmin vuğulanan istehlak tələbi arasındakı müvəqqəti qopma göstərilir.  Deyə bilərsinizmi, bu özünü XX əsrdə necə göstərirdi və bu nə üçün vacibdir?

–    Əsas problemlərdən biri əmtəənin yaratdığı hər bir şeyi əhatə edən adekvat bazar tələbinin saxlanılmasıdır. Digər problem isə, əmtəənin qazancla istehsal edə biləcəyi şərtlərin yaranmasıdır.

İstehsalın səmərəliliyini təmin etmək üçün əsas şərt adətən əməyin dəyərdən salınması hesab olunur. Bu üsulla, maaşların aşağı salınması ilə, yəni əməyi hər dəfə daha az ödənişlə qarşılamaqla, sizin qazancınız artır. Beləlliklə, istehsalçı kimi siz əməkçilərin maksimum işlədilməsində maraqlı olursunuz. Bu sizin üçün yüksək qazancın sığortasıdır. Lakin burada digər bir sual yaranır: Sizin məhsullarınızı kim alacaq? Əgər əməkçilər kasıbdırlarsa, siz satış bazarını necə qazanacaqsınız? Əgər siz əməkdən daha çox qazanc əldə etmək istəyirsinizsə, nəticədə böhranla üzləşirsiniz. Çünki, bazarda istehsalı əhatə edəcək qədər tələb yoxdur.

1930-cu illər böhranından sonra, tələbin yoxluğu problemi geniş interpretasiya qazandı. Əsasən, buna görə də, dövlətin yol tikintisi, “Yeni kurs” çərçivəsində ictimai işlər və s. investisiyalarına nəzarətə keçid baş verdi. Onlar dedilər: “Biz iqtisadiyyatı dirildəcəyik, borcun artımı səbəbilə maliyyələşdirmənin hesabına tələbləri dəstəkləyəcəyik”.  Və bununla da, keynsian nəzəriyyəsinə müraciət etdilər. Beləliklə, dövlətin geniş imtiyazlar əldə etməsinin, iqtisadiyyatda geniş iştirakının, tələbləri idarə etməsinin hesabına 1930-cu illər böhranını geridə qoyduq. Nəticədə biz yüksək inkişaf tempi qazandıq ki, bu da işçi sinfinin hüquq və səlahiyyətlərini artmasına, maaşların qalxmasına, həmkarlar ittifaqının rolunun möhkəmlənməsinə səbəb oldu.

Döyüşkən həmkarlar ittifaqları və maaşların artımı qazanc normasının düşməsi deməkdir. Əmtəə böhran yaşayır, çünki o, əməyi lazımi qədər sıxa bilmir. Buna görə də, kursun dəyişdirilməsi qaçılmazdır. 1970-ci illərdə Milton fridman ideyalarına və Çikaqo məktəbinə dönmə baş verir. Onlar iqtisadi nəzəriyyədə dominantlığı ələ alır və insanlar əsas diqqəti təklif tərəfinə, əsasən də, maaşlara ayırır. Ronald Reyqan aviadispetçerlərlə mübarizə aparır, Marqaret Tetçer şaxtaçılara hücum edir, Pinoçet isə, sadəcə bütün solçuları öldürür. Siz mənfəət normasını artıran əməyə hücuma şahidlik edirsiniz. Bununla bərabər, 1980-ci illərə yaxınlaşırıq. Mənfəət norması yenidən qalxır, çünki maaşlar aşağı düşür və əmtəə özünü yaxşı hiss edir. Burada problem yaranır: Bütün istehsal olunmuş məhsulları necə sataq?

1990-cı illərdə bu sualın cavabını borc iqtisadiyyatı verdi.  Hər şey insanların daha çox borc götürməsinə təşviqlə başlayır. Kredit kartı və bahalı ipoteka kreditlərinin hesabına mənzil iqtisadiyyatı başlayır. Bütün bunları həmin sahələrdə real tələbatın olmadığı faktı ört-basdır edir. Nəhayət, 2007-2008-ci illərdə köpük partlayır.

Əmtəə növbəti sualı yaradır: “Siz tələb üçün yaxud təklif üçün işləyirsiniz?” Mənim antikapitalist dünya təsəvvürüm ondan ibarətdir ki, bu sferaları birləşdirmək lazımdır. Biz istehlak dəyərinə qayıtmalıyıq. İnsanlara hansı istehlak qiyməti lazımdır və biz bu cəhətdən istehsalı necə təşkil edirik ki, o bu tələbə uyğun olsun?

–    Hər şey belə görünür, sanki biz təklif böhranı yaşayırıq və sərt iqtisadi tədbirlər ondan çıxış yolu tapmaq cəhdləridir? Biz bunu necə anlayaq?

–    Siz kapitalizmi tam bir sistem olaraq, kapitalist sinfi üçün səmərəli olanlardan və ya onun bir hissəsindən fərqləndirməlisiniz. Bu böhranlar ərzində kapitalist sinif əsasən özünü çox yaxşı hiss edib.  Onlardan bəziləri ağrı hiss etdi, lakin ümilikdə onların işləri pis getmədi. Sonuncu araşdırmalara görə, böhran başlayan andan etibarən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində sosial natarazlıq artdı. Bu o deməkdir ki, bu yuxarı siniflər üçün xeyirlidir. Başqa cür desək, böhranın bitməsi onlara sərf etmir, çünki onlar bundan qazanc götürürlər.

Əsasən sadə insanlar əziyyət çəkir, kapitalizm sistem olaraq özünü pis hiss edir, lakin kapitalist sinif, xüsusdən də, onun oliqarxik hissəsi buna dözür. Bir sıra situasiyalar var ki, kapitalistlər öz şəxsi maraqları naminə kapitalizm sisteminə real ziyan vururlar. Düşünürəm ki, biz buna bənzərinə indi şahidlik edirik.

–    Son vaxtlarda demisiniz ki, postkapitalist dünyanın necəliyi barədə suallar formalaşdırmaqla solçular öz cazibəli postkapitalist təsəvvürlərindən istifadə etməlidirlər. Bu nə üçün bu qədər vacibdir? Və sizə görə, dünya kapitalizmdən sonra necə görünəcək?

–    Bu vacibdir, çünki uzun müddətdir ki, bizə alternativin olmaması ideyasını sırıyırlar. Ona görə də biz onun yaranması istiqmətində hərəkət etmək üçün, ilk öncə, alternativ haqqında düşünməliyik.

Solçular neoliberalizmə o qədər bağlı olublar ki, dövlət və sosial məsələlər mövzuları istisna olmaqla, hansı patiyanın sağa aid olduğunu əminliklə söyləyə bilməzsiniz. Siyasi iqtisad planında elə də böyük fərq yoxdur. Biz kapitalizmin siyasi iqtisadının əsasına alternativ tapmalıyıq. Buna görə də, təzadlar bu qədər maraqlıdır. Siz onların hər birinə, məsələn, istehlak və mübadilə dəyərləri arasındakı təzada baxır və deyirsiniz: “Biz istehlak dəyərini yaratdığımızda alternativ dünya yaranacaq”. Buna görə də, konsentrasiyanı istehlak dəyərinə yönəldərək, mübadilə dəyərini azaltmağa çalışırıq.

Yaxud pul məsələsi – şübhəsiz ki, məhsulların yayılması üçün o, bizə lazımdır. Lakin, problem ondadır ki, onlar şəxslərə mənsub ola bilərlər. Pullar şəxsi hakimiyyətin formasına çevrilir, daha sonra isə, tabeçilik predmeti kimi ortaya çıxır. İnsanlar pulun mahiyyətini anlamadan,  öz həyatlarını pul üçün yarışa çevirirlər. Nəticə etibarilə, biz kredit-pul sistemini dəyişməliyik:  Ya lazımsız əşyalara vergi qoymaq yolu ilə, ya da elə bir iqtisadi sistem qurmalıyıq ki, lazımsız əşyalar yaranmasın.

Lakin bütün bunları etmək üçün siz şəxs-dövlət dixotomiyasını aradan qaldırmalı və ümumi mülkiyyət rejiminə keçməlisiniz. Müəyyən anda insanlar üçün gəlir bazasını yaratmalısınız. Çünki, əgər pulun forması belədirsə və onu toplamaq mümkün deyilsə, insanların firavanlığını sığortalamalısınız. Siz deməlisiniz: “Sizin qara günə pul saxlamağınıza ehtiyac yoxdur, çünki siz nə baş verməsindən asılı olmayaraq, daima ilkin gəlir əldə edəcəksiniz.” Şəxsi yığımın perspektivini daraltmaq naminə, məhz bu qərarlarla insanların təhlükəsizliyini təmin etməlisiniz.

Nəticədə, bu təzadları dəyişərək, siz tamamilə başqa bir tip, indi mövcud olanlardan daha rasional bir cəmiyyət əldə edəcəksiniz. İndi həqiqətdə bu baş verir: Biz istehsal edir və istehlakçıları lazım olub-olmamasından asılı olmayaraq bütün məhsulu almasına inandırmağa çalışırıq. Bunu diqqətə alaraq, biz ilk öncə insanların tələb və istəklərini müəyyənləşdirməli, daha sonra həmin istəklərə uyğun istehlakı səfərbər etməliyik. Mübadilə dəyərinin fəaliyyətini məhv edərək, bütün sistemi yenidən və başqa üsulla təşkil edə bilərik. Beləliklə, bugünkü əmtəə yığımını məhv edən sosialist alternativin əsas istiqmətini təsəvvür edə bilərik.

(c) SOLFRONT.org

Mənbə: rabkor.ru

david-harvey

 

Один из ведущих марксистов современности, Дэвид Харви, работает над новой книгой, в которой рассматривает противоречия, свойственные капиталистической системе. Ронан Бартеншоу (Ronan Burtenshaw) и Обри Робинсон (Aubrey Robinson) побеседовали с автором о будущей книге и возможной альтернативе капитализму.

В данный момент Вы работаете над новой книгой — «Семнадцать противоречий капитализма». Почему именно противоречия капитализма так важны?

Анализ капитализма предполагает, что существуют значительные и основополагающие противоречия. Периодически эти противоречия выходят из-под контроля и порождают кризис. Мы только что пережили кризис, и я думаю, что было бы важно узнать, какие именно противоречия привели нас к нему? Как мы можем проанализировать кризис в терминах противоречий? Одно из величайших высказываний Маркса гласит, что кризис всегда является результатом базовых противоречий. Поэтому мы имеем дело именно с ними, а не с их результатами.

Одно из противоречий, на котором Вы сосредоточиваете свое внимание, это противоречие между потребительской и меновой стоимостью товара. Почему именно это противоречие имеет столь большое значение для капитализма, и почему Вы используете жилье, чтобы проиллюстрировать это?

Все товары должны пониматься как имеющие потребительскую и меновую стоимости. Например, у меня есть стейк, и его потребительская стоимость будет заключаться в том, что я смогу его съесть, а его меновая стоимость — в том, сколько я должен был заплатить за него.

Совсем другое дело с домовладением, ведь в качестве потребительской стоимости вы можете рассматривать его и как убежище, и как частную собственность, и как сферу эмоциональных отношений с людьми и как длинный список других вещей, которые создают уют. Но здесь возникает вопрос, каким образом вы получили свой дом. Когда-то люди сами строили свои дома, и те не имели никакой меновой стоимости. Начиная с 18-го века, мы имеем дело со спекулятивным строительством — георгианские дома из красного кирпича: они сначала строились, а потом продавались. С этого момента дома получили меновую стоимость для покупателей, которые таким образом вкладывали сбережения. Если я покупаю дом и расплачиваюсь по ипотеке, то я в конечном счете могу стать его собственником. Я становлюсь владельцем ценного актива. И я становлюсь весьма обеспокоенным по вопросу о сохранении ценности моего актива. Это ведет к появлению очень интересной политики: «моя хата с краю», «я не хочу видеть соседями людей, непохожих на меня». Таким образом, вы получаете сегрегацию на рынке жилья, потому что его собственники хотят защитить свои сбережения.

Примерно тридцать лет назад люди начали использовать жильё как способ получения спекулятивной выгоды. Вы могли приобрести дом и получить «навар» сверху. Просто покупаете дом за £ 200 000, а через год вы получите за него уже £ 250 000. Вы заработаете £ 50 000, так почему бы не поступить так? Меновая стоимость одержала победу. И в итоге вы получаете тот самый спекулятивный бум. В 2000 году после коллапса мировых фондовых рынков избыточный капитал начал перетекать на рынок жилья. Это весьма интересный вид рынка. Представим, что я покупаю дом и цены на жилье вырастают, а вы говорите: «Цены на жилье выросли, и я тоже должен вложиться в недвижимость», а затем нечто подобное делает кто-то еще. В итоге мы получаем «пузырь» на жилищном рынке. Когда желающих купить стало меньше, он лопнул. Неожиданно для большого количества людей потребительская стоимость жилья стала недоступна, потому что рост меновой стоимости уничтожил эту возможность.

Возникает вопрос, было ли хорошей идеей наделить жилье, являющееся ключевой потребностью в жизни людей, меновой стоимостью в этой сумасшедшей системе? И это касается не только данной проблемы, но так же образования и здравоохранения. В отношении каждого из них мы высвободили энергию меновой стоимости, теоретически это должно было обеспечить для многих доступ к потребительской стоимости, но вместо этого произошел ее рост и люди оказались отрезаны от качественного образования, здравоохранения, жилья. Вот почему я считаю очень важным видеть различие между потребительской и меновой стоимостью.

Другое противоречие, описываемое Вами, включает в себя временной разрыв между акцентированном на предложении производством и акцентированном на спросе потреблением при капитализме. Могли бы вы рассказать о том, как это обнаружило себя в ХХ веке и почему это так важно?

Одной из важнейших проблем является сохранение адекватного спроса на рынке, такого, чтобы вы могли поглощать все то, что капитал производит. Другой проблемой является создание условий, при которых капитал может производить с выгодой.

Главным условием доходности производства обычно считается подавление труда. В той мере, в какой вы участвуете в понижении заработной платы, — оплачивая труд по постоянно понижающейся ставке, — норма вашей прибыли возрастает. Итак, как производитель вы заинтересованы в том, чтобы выжать из трудящихся по максимуму — это обеспечивает вам высокую прибыль. Но тогда возникает другой вопрос: кто будет приобретать ваши товары? Если трудящиеся бедны, где вы найдете рынок сбыта? Если вы выжимаете из труда слишком много, вы в конечном итоге сталкиваетесь с кризисом, потому что нет достаточного спроса на рынке, чтобы поглотить выпускаемую продукцию.

Проблема отсутствия спроса получила широкую интерпретацию после кризиса 1930-х годов. Собственно, поэтому и произошел переход к управляемым государством инвестициям в строительство дорог, общественные работы в рамках «Нового курса» и так далее. Они сказали: «Мы оживим экономику, поддерживая спрос за счет финансирования в счет роста долга», — и тем самым обратились к кейнсианской теории. Итак, мы вышли из кризиса 1930-х годов, предоставив государству очень широкие полномочия в регулировании спроса и большое участие в экономике. В результате этого, мы получили очень высокие темпы роста, но этот высокий рост сопровождался расширением прав и возможностей рабочего класса, ростом заработной платы и укреплением роли профсоюзов.

Боевые профсоюзы и высокая заработная плата означают понижение нормы прибыли. Капитал переживает кризис, потому что он не подавляет труд в достаточной мере, и поэтому смена курса неизбежна. В 1970-х происходит поворот к идеям Милтона Фридмана и Чикагской школы. Они начинают доминировать в экономической теории, и люди обращают большее внимание на сторону предложения — в частности, на заработную плату. И с 1970-х годов вы можете вновь видеть действия направленные на понижение зарплаты. Рональд Рейган борется с авиадиспетчерами, Маргарет Тэтчер нападает на шахтеров, Пиночет просто убивает всех левых. Вы видите атаку на труд, которая ведет к повышению нормы прибыли. Тем временем, мы приближаемся к 1980-м годам, когда норма прибыли вновь взлетела, потому что заработная плата продолжала снижаться, и капитал почувствовал себя хорошо. Но тут возникла проблема: как продать все производимые товары.

В 1990-х годах на этот вопрос ответила долговая экономика. Все начинается с поощрения людей, чтобы они больше брали в долг. Создается экономика кредитных карт и жилья, финансируемого за счет дорогой ипотеки. Все это скрывает тот факт, что в этих областях нет реального спроса. В конце концов, в 2007-2008 годах пузырь лопается.

Капитал ставит следующий вопрос: «Вы работаете на предложение или на спрос?» Мое видение антикапиталистического мира заключается в том, что необходимо объединить эти сферы. Мы должны вернуться к потребительской стоимости. Какая потребительская стоимость нужна людям, и как мы организуем производство таким образом, чтобы оно соответствовало этому запросу?

Все выглядит так, словно мы переживаем кризис предложения, и меры жесткой экономии являются попыткой найти выход из него? Как нам понимать это?

Вы должны различать интересы капитализма как целой системы от того, что может быть выгодно классу капиталистов, или его части. Во время этого кризиса капиталистический класс в целом чувствовал себя очень хорошо. Некоторые из них погорели, но по большей части дела у них шли весьма неплохо. Согласно последним исследованиям, социальное неравенство в странах ОЭСР значительно возросло с момента начала кризиса — и это значит, что выгоду от него получили высшие классы. Другими словами, им не выгодно прекращение кризиса, потому что они получают от него выгоду.

Простые люди в целом страдают, капитализм как система чувствует себя плохо, но капиталистический класс, — особенно его олигархическая часть, — преуспевает. Существует много ситуаций, когда отдельные капиталисты, действующие в своих классовых интересах, могут реально приносить вред капиталистической системе в целом. Я думаю, что мы наблюдаем нечто подобное прямо сейчас.

Недавно Вы сказали, что левые чаще должны использовать привлекательность своего посткапиталистического воображения, начиная формулировать вопрос о том, как будет выглядеть посткапиталистический мир. Почему это так важно? И как, на ваш взгляд, будет выглядеть мир после капитализма?

Это важно, потому что на протяжении долгого времени нам вдалбливали идею о том, что не существует никакой альтернативы. Поэтому мы в первую очередь должны думать об альтернативе, для того чтобы двигаться в направлении ее создания.

Левые стали настолько причастны к неолиберализму, что вы не сможете с уверенностью сказать, является ли та или иная партия правой, за исключением государственных и социальных вопросов. В плане политэкономии нет большой разницы. Мы должны найти альтернативу тому, что лежит в основе работы политической экономии капитализма. Вот почему противоречия так интересны. Вы смотрите на каждое из них, к примеру, на противоречие между потребительской и меновой стоимостью и говорите: «Альтернативный мир будет тогда, когда мы будем производить потребительскую стоимость». Поэтому мы сосредоточимся на потребительской стоимости и попытаемся снизить роль меновой стоимости.

Или вопрос денег — нет сомнений, что они нужны нам, чтобы распространять товары. Но существует проблема в том, что они могут быть присвоены частными лицам. Деньги становятся формой личной власти, а затем предметом поклонения. Люди начинают строить свои жизни вокруг погони за деньгами, даже не зная толком, что это такое. Следовательно, мы должны изменить кредитно-денежную систему: либо путем введения налога на любые излишки, которые люди начинают получать, либо придумать такую денежную систему, которая не позволит этим излишкам возникнуть.

Но для того, чтобы сделать все это, вы также должны преодолеть дихотомию частное-государственное и прийти к общему режиму собственности. В определенный момент вам необходимо будет создать базовый доход для людей, ведь если форма денег такова, что их невозможно накапливать, то нужно гарантировать людям достаток. Вам нужно сказать: «Вам не надо откладывать на черный день, ведь вы всегда будете получать этот базовый доход, что бы ни случилось». Вам необходимо предоставить людям безопасность именно через эти решения, чтобы вытеснить перспективу частных накоплений.

Изменяя каждое из этих противоречий, в конце концов, вы получите общество совершенно другого типа, более рациональное, чем то, которое мы имеем сейчас. Сейчас, на самом деле, происходит вот что: мы производим вещи, а затем пытаемся убедить потребителей потребить все то, что мы производим, в независимости от того, нужно ли оно им в действительности. Принимая это во внимание, мы должны сначала выяснить основные потребности и желания людей, а затем мобилизовать систему производства для их удовлетворения. Уничтожив действие меновой стоимости, мы сможем реорганизовать всю систему совершенно другим способом. Так что мы можем представить себе основное направление, по которому будет двигаться социалистическая альтернатива, разрушая доминирующую сегодня повсюду форму накопления капитала.

Оригинал статьи


Oxşar yazılar:

Baxış sayı:4852