abunə ol: Yazılar | Şərhlər | Еmail

“Marx Reloaded” (film)

Şərh

Marx_Reloaded_promo

“Marx Reloaded” filminin rejissoru Jason Barker ilə müsahibə

 

“Marx Reloaded” (“Marks Yenidən”) Slavoy Jijek, Antonio Neqri, Jak Ransyer və Peter Sloterdayk kimi şəxslərin düşüncələri və müsahibələrindən ibarət, qlobal maliyyə böhranı şəraitində  Karl Marksın siyasi və iqtisadi fəlsəfəsini işıqlandıran sənədli filmdir.

Filmin rejissoru Ceyson Barkerə bir neçə sual ünvanladıq.

 –     “Marx Reloaded” filosofa və əsərlərinə yenidən yaranan diqqəti canlandırdığınız  filminizdir. Filmi çəkməkdə məqsədiniz nədir?

 –    “Kommunizm ideyası”nın araşdırıldığı bir vaxtda bu film ”kapitalizm böhranı”na sadə cavab cəhdidir. Mən “kommunizm nəzəriyyədə əla ideyadır, lakin praktikada tətbiqi mümkün deyil” klişesi ətrafında müzakirələrin tərəfdarıyam. Digər məqsəd Marksın “yenidən canlanma prosesinin” tədqiqi idi. Filmin adı mənim üçün olduqca əhəmiyyətlidir. Bu çevrilmə haqqındadır və azacıq fərqli nüanslara baxmayaraq, Badyu, Neqri və Jijekin Marks haqqındakı düşüncələrini özündə açıq-aşkar əks etdirir. Markssız marksizm olarmı? Bu, Badyu və Jijekin proto-kommunizmidirmi? Zənnimcə, Marks marksist deyildi ya da marksist olmaq istəməzdi. Ransyer filmdə qeyd edib ki, Marks hər şeydən əvvəl öz partiyasının üzvü idi. İstənilən halda bu adi totalitar əxlaq olmadan Marksı mütəfəkkir kimi yenidən qələmə verməyə və ya təsəvvür etməyə çalışmaq idi və  görünür ki, çoxdan edilməli idi.

 –    Bank böhranları başladığından bəri biz Marksın tanınmış maliyyə mətbuatında tez-tez peyda olduğunu görürük – bu yeni baxış bucağıdır yoxsa sizcə kapitalizm böhranlarında onun ideyalarının ciddi şəkildə yenidən nəzərdən keçirilməsidir?

 –      Hmm, məncə bu qismən sosial aktiv oxucuların diqqətini cəlb etmə, qismən də ideyaları mənimsəmə cəhdidir. Burjua mətbuatının Marksla arası hər zaman əla olub. Məsələn, Time jurnalı onu sevir, elə deyilmi? Marks orta sinfin seçdiyi filosof olub (o 4 il əvvəl BBC Radio da keçilmiş sorğuda ən sevimli filosof kimi birinci seçilib). Bəlkə də mən filmin köməyi ilə bu sevgi romanına öz töfhəmi qatıram. Nuriel Rubininin “Marks haqlı idi” frazası onun əsərlərinin dərin mənasına olan şüursuz inkar mövqeyini ifadə edir. Bu xəbərdar edici vuruşdur. “Biz Marksla bağlı debatların aktivləşəcəyini bilirik, elə isə gəlin buna imkan verməyək. ”Bu bizi yuxarıda qeyd etdiyim klişeyə aparır. Siz Marksın kapitalizmlə bağlı proqnozlarının özünü doğrultuduğunu, ekspertlərin təsdiqlədiyini də görürsünüz, lakin eyni zamanda onun kommunizm “öncəgörməsi” utopiya adlandırılaraq cəfəngiyat kimi qələmə verilir. Con Qrey filmdəki bu mövqeyi eynilə qəbul edib və ötən il Radio 4-də Marksın kapitalizm barədə haqlı, kommunizm haqda isə yanlış olduğunu təkrarlayıb. Bu səhvdir, çünki Marks deyir: ”kommunizm mövcud vəziyyəti dəyişdirəcək real qüvvədir” və birmənalı şəkildə izah edir ki, kommunizm kapitalizmin daxilində fəaliyyət göstərə bilməz. Lakin insanlar daim bu utopik klişeni gözləyir və anladığım qədəriylə populyar və iqtisadi mətbuat onları bu üsulla doyurur.

–     Sizin filmdə kitabları geniş auditoriya tərəfindən oxunan Slavoy JiJek, Antonio Neqri, Nina Pauer və Maykl Hardt kimi  müasir filosof və mütəfəkkirlərə yer ayrılıb. “Mədəniyyət nəzəriyyənin Elvisi” Jijek hətta tammetrajlı sənədli filmin qəhramanına çevrilib. Biz marksizmin populyarlaşdığı dövrdəmi yaşayırıq? Və yaşayırıqsa, bu onun siyasi iqtisadiyyatla bağlı fikirlərini populyarlaşdırmağa imkan verirmi?

–     Sadaladığınız insanlar həqiqətən məşhurdurlarmı? Məncə də Jijek mədəniyyət nəzəriyyəsinin Elvisidir, lakin o Las Veqasın Elvisi deyil. O, ümumiyyətlə nə vaxtsa Las Veqasda olubmu? Veqasa getsə, zənnimcə, çox az insan onu tanıyacaq. Mən populyar KİV-i çox az oxuduğumdan marksizmin populyarlaşdığı dövrdə yaşayıb-yaşamadığımızı deyə bilməyəcəyəm, şəxsən mən sizin vurğuladığınız qədər populyar olduğunu düşünmürəm. Jijekə bir nəzəriyyəçi kimi hörmət edirəm və onun geniş publika tərəfindən qəbul edilib-edilməməsi məni çox az maraqlandırır, bir sıra filmlərdə çəkilməsinə baxmayaraq, mənim filmimdə çəkilməyi qəbul etməsi üçün xeyli əziyyət çəkdim. Mən işin istehlak tərəfi barədə isə  narahat deyiləm. Əgər ideyanın hədəfi varsa, o hətta müasir, qarma-qarışıq situasiyada belə özünə yol tapa biləcək. Düşünürəm ki, əgər böyük ictimaiyyət özü üçün Jijek və ya mənim filmim vasitəsilə Marks və ya Marksizmi kəşf etsə, daha sonrakı mübahisələrdə o daha əhəmiyyətli persona (şəxsiyyət) halına gələcək.

–   “Marks Yenidən” filmində filosof Antonio Neqri qeyd edir ki, “Marksın qayıdışı” praktiki tənqidin inkişafı, post fordist işçilər və bunların əlaqəli olduqları mənəvi bağlar üzərində yaşayır. Bununla razısınız, yoxsa bu xəttə akademiklərin və özünü Marksla maraqlanan hesab edənlərin yaşadıqları təcrübəyə təsiri üçün maraq artır? Əks halda, siz Marksın bu layihə üçün həqiqətən mühüm olduğunu düşünürsünüzmü?

–   İctimai Marksist nəzəriyyə Neqriyə onlara Marksın “Grundrisse” (“1844-cü il İqtisadi-fəlsəfi əlyazmaları” – red.) manuskripti ilə oxuduğu mühazirələrə görə çox borcludur. Mən tez-tez düşünürəm ki, əgər Neqrinin “Ekol normal”dakı seminarları (1991-ci ildə “Marx Beyond Marx” adı ilə nəşr olunmuşdur) 20 il əvvəl olsaydı, bu Altusseri fərqli istiqamətdə yönləndirəcəkdi. Mən onun əsərlərinin İmperiya Trilogiyası-na daxil olma yolunu çox inandırıcı görmürəm, baxmayaraq ki, bu Marksın dirçəlişini hərəkətə gətirmişdi. “Grundgrisse” əsərində biz artıq Marksın təhlillərini 2 iş növündə görürük: abstrakt və konkret iş. Məhsul istehsal edən fərdi işçilərin nisbətən müstəqil olmasında iş abstraktdır. Alberto Toskano bunu “Marks Reloaded” filminə daxil etdiyinə görə, işin “mənəvi” və ya idrak, yaxud da maddi və ya fiziki olub-olmaması o işin praktiki olaraq necə təşkil edildiyindən daha az əhəmiyyətlidir. Qeyri-maddi işin akademiklərin təcrübəsinə təsir edib-etməməsinə görə, mən düşünmürəm ki, biz insanların motivasiyasından ehtiyat etməliyik. Zənnimcə, vacib və original tədqiqat aparmaqla bərabər, ictimai intellektual olmaq mümkündür.

–    Marksa olan maraq kommunizm siyasi bir qüvvə olaraq qayıtdığının xəbərdarlığıdırmı? Kommunizm dünyanı gəzən kabusdur yoxsa bu akademiyalara baş çəkən Marksın kölgəsidir?

–   Yenə də mən burda heç bir ziddiyyət görmürəm. Fəlsəfi konfranslar kimi qələmə verilən kommunizm konfranslarının ideyası önəmli bir istinad nöqtəsi kimi mənə toxunur. Mənim onlardan uzaqlaşdırdığım bugünkü siyasi düşüncə, Marksın yaşadığı dövrdəki sosial vəziyyəti yenidən eynilə əks etdirdiyi fikri idi. Badyu həmişə vurğulayır ki, bu siyasi düşüncənin vacib qaydasıdır. Marksın əsərlərinin düzgün ötürüldüyü fikrini unudun. Əgər Marksın bizə öyrədəcəyi nə isə varsa, bu təkcə 1968 deyil, həmçinin 1848-ci illərdəki vəziyyəti xatırlamağa və düşünməyə kömək olan fikirləridir. Badyu son zamanlarda 1848-ci ilin tarixi əhəmiyyətini qeyd edənlərdən biridir. Hobsbaum da həmçinin. Bu bizim Ərəb baharından işğal cəhdlərinə qədər, o cümlədən keçən il və ondan sonrasında nələrin baş verdiyini nəzərə alaraq həqiqətən başa düşməli olduğumuz inqilabdır, dərsdir.

 (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:4158