abunə ol: Yazılar | Şərhlər | Еmail

Tarixdə bu gün: I İnternasional

Şərh

917230

“Uğurun elementlərindən biri – kütləvilik – artıq işçilərdə var: lakin kəmiyyət yalnız o zaman həlledici olur ki, kütlə təşkilatda birləşib və onun rəhbəri bilikdir. Keçmişin təcrübəsi göstərdi ki, müxtəlif işçilər arasında mövcud olmalı olan və onları öz azadlıqları uğrunda mübarizələrində bir-birlərinin arxasında durmağa sövq edən qardaşlıq ittifaqına etinasız yanaşma onların parçalanmış qüvvələrinin ümumi məğllubiyyəti ilə nəticələnir”.

Karl Marks. “İşçilərin Beynəlxalq Yoldaşlığının təsisetmə Manifesti”

28 sentyabr 1864-cü ildə Londonda Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa və digər ölkələrin proletarlarının yığıncağı təşkil edildi ki, burada tez-tez “I internasional” adlandırılan, İşçilərin beynəlxalq yoldaşlığı təsis edildi. Bu, əmək insanının, öz maraqlarını avropa ictimai quruluşunun əsasına qoymasının ilk ciddi cəhdi idi.

28 sentyabr yığıncağında Karl Marks da iştirak etmişdi. O, sonralar Baş Şura adlandırılacaq rəhbər komitənin tərkibinə daxil edilmişdi. Məhz Marks Təşkilatın Nizamnaməsini və Təsis manifestini hazırladı ki, bu manifest hər kəsə məlum olan “Bütün ölkələrin proletarları – birləşin!” şüarı ilə bitirdi.

486990

I İnternasionalın mətbu orqanları

İnternasional işçi ölkələrin qarşılıqlı köməkləşməsini təşkil edərək, işçilərin tətil mübarizəsinə rəhbərlik etməyə başladı. 1867-ci ildə Parisdə tunc ustalarının tətili baş verdi. Cavab olaraq sahibkarlar bütün işçiləri işdən qovdular, aclığa məhkum olunmuş işçilərin çox müqavimət göstərə bilməyəcəyinə ümid bəsləyirdilər. Lakin İnternasional onların köməyinə gəldi. İngilis işçiləri arasında tez bir zamanda pul yığılıb Fransaya göndərildi. Bunu eşidən sahibkarlar geri çəkilməyə məcbur oldular. Bu hadisədən sonra İnternasionalın nüfuzu daha da artdı.

Təşkilatın dayanıqlı nəzəri əsası var idi, lakin fraksiyalaşmadan məhrum deyildi. Burada həm prudonistlər, həm lassalçılar, həm də bakuninçilər də yer almışdı.


Oxşar yazılar:

Baxış sayı:3192