abunə ol: Yazılar | Şərhlər | Еmail

Kapitalizmin əcəl zəngi: dünya tətilləri

Şərh

 BANGLADESH

Dünyanın bir çox yerində işçi və əməkçilərin sistemdən narazılıqları təşkil etdikləri aksiyalarla cəmiyyətə çatdırılır. Zəfərini elan edən imperialist-kapitalist sistem tətil və on minlərin qatıldığı nümayişlərlə sarsılır.

Dünyanın dörd bir tərəfindən işçi və əməkçilər küçələrə axışaraq, tələbləri və haqları üçün mübarizə aparırlar. İmperialist-kapitalist sistemin yeritdiklərinə qarşı hər yerdə reaksiyalar çoxalır. Bir tərəfdə meşələrin talan edilməsinə qarşı aksiyaya on minlər qatılarkən, digər tərəfdən böhranın əziyyətini çəkən işçi sinfi maaş azalmalarına qarşı tətilə gedir.

Yunanıstndan Çinə, Xorvatiyadan, Tailanda qədər yayılan nümayişlər sanki kapitalist sistemin ömrünün bitdiyinə işarə edir.

Avropada işçi və əməkçilər küçələri alovlandırır

Avropalı imperialistləri qarşımızdakı dövrlərdə çətin günlər gözləyir

Fransa və Polşada həmkarlar ittifaqları hökumətin kəmərsıxma siyasətlərinə qarşı nümayiş çağırışlarını davam etdirərkən, iqtisadi böhrandakı Yunanıstanda vəziyyət daha da ağırlaşır.

Avro bölgəsində işsizlik 12%-i keçərkən gənclər arasında bu göstərici təxminən bundan 2 dəfə çoxdur. Fransanın ÜDM-da 4% azalma müşahidə olunaraq kredit reytinqi aşağı salınmışdır. Yunanıstan, Portuqaliya, İspaniya və İtaliyanın yanında Fransa da kəmərsıxma paketlərini həyata keçirməyə çalışır. Bu karvana son olaraq Hollandiya da əlavə edildi. Bu siyahıya milyardlarla dollar bank borcu olan Sloveniyanı da əlavə etmək olar.

 

Yunanıstanda tətil dalğaları davam edir

Yunanıstan lisey müəllimləri bazar ertəsi günü 48 saatlığa işə çıxmadılar. İctimai Sektor İşçiləri Federasiyasının təşkilatlandırdığı tətildə qənaət məqsədilə həyata keçirilən işdən çıxarılma proseslərinə etiraz edilir. Afina və Selanikada işçi və əməkçilər küçələrə çıxdılar.

Xüsusi sektorda çalışan insanlar da tətilə hazırlaşırlar.

Yunanıstandakı tətillər BVF, Aİ və AMB-dan (Avropa Mərkəzi Bankı) ibarət imperialist Troikanın yunan işçi və əməkçilərinə yeritdiyi kəmərsıxma siyasətləri ilə bağlı müzakirələri davam etdirir. İşsizliyin rekord səviyyəyə çatdığı Yunanıstanda 12500 ictimai sektor işçisinin gələcəyinin də bu görüşmələrdə müəyyənləşəcəyi gözlənilir.

 

sudanSUDANDA DİNDAR REJİMƏ QARŞI XALQ HƏRƏKATI

Sentyabr ayının 20-dən etibarən, Sudanda yanacaq qiymətlərinin qalxması səbəbilə başlayan etirazlar üçüncü günündə xalq hərəkatına çevrilməkdədir.

Sentyabrın 21-i yanacaq məsələlərinə ayrılan subsidiyaları ləğv edən Sudan “Ehvan”çısı Ömər Əl-Bəşir hakimiyyəti benzin və qaz qiymətlərini 100%-ə qədər qaldırıb ki, bu da dindar rejimə qarşı xalq üsyanının alovlanmasına səbəb olub.

BBC-yə istinadən Kizilbayrak.net-in yaydığı məlumata görə, təkcə Um-dərman şəhərində nümayişləri dayandırmaq məqsədilə kütləyə açılan atəş nəticəsində 24 nəfər həyatını itirib. Ölənlərin hamısının tələbə və məktəbli olduğu bildirilir.

“Xalq rejimin yıxılmasını istəyir!”, “Tək yol inqilab!” şüarlarını səsləndirən əməkçi və gənclər, paytaxt Xartumda hakim partiyanın bəzi qərargahlarını, benzin stansiyalarını, bankları və polis bölmələrini hədəf alıblar. Hava limanına gedən yolu kəsmiş nümayişçilərin aksiyaları davam edir.

Xatırladaq ki, Sudanda 2012-ci ilin iyulunda da qiymət artımı ilə bağlı etirazlar yaşanmış və rejim tərəfindən qan içində boğulmuşdur.

Sudanlı siyasi araşdırmaçılar hərəkatın Tunisdəki və Misirdəki kimi bir xalq hərəkatına çevrilmə ehtimalının güclü olduğunu bildirirlər.

  

Xorvatiyada səhiyyə işçiləri tətilə çıxdı

Xorvatiyada hökumətin tibb sektorunda azaltmalara getməsinə etiraz edən həkim və tibb bacıları keçən çərşənbə günü tətilə çıxdılar. Bu tətil 2005-ci ildən bəri səhiyyə sahəsində reallaşan ilk tətil oldu.

 hungaryMacarıstanda aksiyalar davam edir

Macarıstanda isə qızıl mədəni layihəsinə qarşı başladılan nümayişlər davam edir. Aksiyalara on minlərlə əməkçi qatılır.

Hollandiyada kəmərsıxma siyasəti və aksiyalar

Keçən həftə Hollandiyada 2014-cü ilin büdcəsi açıqlandı. Buna görə Sosial demokrat – liberal sağ qruplaşma 6 milyard avroluq azalmanın olacağı yeni bir ehtiyat paket açıqladı. Xalqın istehlak gücünü 0.5 dəfə azaldacaq bu paket, işçi və əməkçilərin vəziyyətini daha da ağırlaşdıracaq.

İctimai sektor işçiləri bir il daha maaş artımı ala bilməyəcək, qocalara edilən köməklərdə 25 avroluq azalma olacaq. Uşaqlara kömək və təhsil, eləcə də uşaq bağçalarına dəstək məhdudlaşdırılacaq. Səhiyyə və qocaların qayğısına ayrılan pay azaldılacaq. Xəstəxanada müalicə əvəzinə ilkpilləli sağlamlıq xidmətlərinə yer veriləcək. Sağlamlıq sığortası ilə bağlı ödənişlər artırılacaq, dərman yardımı azaldılacaq. 19 həbsxana bağlanılacaq. Məhkumlar 1 illiyinə günlük 12.5 avro ödəyəcək.

Bəzi məhsullarda qiymət artımı ilə vergilər də artırılacaq.

Bundan əlavə ən azı 150.000 nəfər daha işini itirəcək. Rəsmi göstəricilərə görə, Hollandiyada işsizlik səviyyəsi 9%-dır, işsiz olanlar arasında isə gənclər üstünlük təşkil edir.

Azadlıq partiyası şənbə günü Laheydə və müxalifətdəki Sosialist Partiyası Amsterdamda qənaət paketi və hökumət siyasətlərinə etiraz məqsədilə aksiyalar həyata keçirməyi planlaşdırır.

 

Kolumbiyada neft rafinad zavodunda tətil

Kolumbiyada Kartagendəki neft rafinadlarının genişləndirilməsi ilə məşğul olan 10000 inşaat işçisi 21 sentyabr günü tətil edərək işə çıxmadılar. İşçilər əmək haqlarının 43% artmalarını tələb edirdilər. Refikar rafinadı həcmini iki dəfəyə qədər, 165.000 barelə qədər artıracaq. Refikar dövlət neft monopliyası olan “Ecopetrol”a aiddir.

 Uqandada təhsil işçiləri müddətsiz tətildə

Uqandada müəllimlər maaş artımı və daha yaxşı iş mühiti tələb edərək müddətsiz tətilə başladılar. Keniyadakı həmkarlarını örnək götürən təhsil işçiləri, maaşlarına 20% əlavə tələb edirlər. Müəllimlər Uqandada 100 avro maaş alır.

Tətil səbəbilə 12 milyon şagird məktəbə gedə bilmir.

Baş Nazir Museveni isə təhsil işçilərinin tələblərini qarşılamaq yerinə, onları işdən atmaqla təhdid edir.

Avstraliyada təhsil işçilərindən aksiyalar

Avstraliyanın qərb əyalətində 20.000 təhsil işçisi 20 sentyabr günü hökumətin maliyyə cəhətdən məhdudiyyətlərə getməyinə etiraz etdi. Əyalətin paytaxtı Pertdə 15.000 müəllim işdən çıxarılmalara və maaşların dondurulmasına qarşı küçəyə çıxdı. Qərbi Avstraliya əyalətində 23 yerdə reallaşan küçə nümayişlərinə valideynlər və tələbələr də dəstək verdi.

 Çində TDK işçilər tətildə

Çinin Quanqdonq əyalətində yerləşən Çanqanda çərşənbə axşamı günü TDK Çanqan fabrikində işləyən minlərlə işçi tətilə çıxdı. İşçilər müavinətDemonstrators gather along a street near the headquarters of Southern Weekly newspaper in Guangzhou sığortası üçün müavinət kassasının özlərinə ödəyəcəyindən daha çox haqq kəsməsinə etiraz edirlər.

Polis işçilərə itlərlə hücum etdi. Hücumda bir çox işçi yaralandı.

Fabrikdə kompüterlər üçün maqnit başlıqlar istehsal edilir.

 

Taylandda meşələrin talan edilməsinə qarşı nümayişlər

Taylandın paytaxtı Banqkokda Mae Vonq milli parkında 10 sentyabrda başlayan sədd inşasına qarşı 10 minlərlə insan 22 sentyabr günü küçələrə axışdılar. Ətraf mühiti mühafizə qrupları illərdir sədd inşası layihəsinə qarşı mübarizə aparırlar. Səddin tikilməsi məqsədilə 20 kvadrat kilometr meşəlik ərazi məhv olmaq təhlükəsi qarşısındadır.

Banqladeşdə işçilər köləliyə üsyan edir

Dünya mətbuatına bu manşetlə çıxan xəbərlərdə qeyd olunur ki, Banqladeşdə on minlərlə işçi minimum ödənişin yüksəldilməsi tələbi ilə işi buraxıb. Yüzlərlə fabrikdə istehsal dayandırılıb, işçilər polislə üz-üzə gəlib və fabriklərə od vurublar.
İşi dayandıraraq etiraz edən işçilər dünən paytaxt Dakkada Qazipur və Savar bölgələrində əsas yolları bağlayıblar. Qazipur sənaye bölgəsinin təhlükəsizlik müdiri Abdul Baten açıqlama verərək bildirib ki, 200 minə yaxın işçi bu etirazlara qatılıb.
Polis hərakatçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr istifadə edərkən onlar da kərpic qırıqları ilə qarşılıq veriblər, ən azı 50 nəfər yaralanıb.
Qərb firmalarına işləyən təxminən 300-ə yaxın fabrik bazar ertəsi günü bağlı qalıb. Etirazçılar tətilə qoşulmayan fabriklərə müdaxilələr ediblər.
Banqladeşdə aylıq minimum ödəniş 38 dollardır. Həmkarların tələbi isə bunun üç qatı, ən azı 100 dollardır. Banqladeş hökuməti artıq həmkarlar və təşkilat müdirləri ilə bazarlıq etməyə başlayıb.
Banqladeşdə minimum əməkhaqqı son dəfə 2010-cu ildə artırılmışdı. Artım aşağı olduğundan o zaman tətillər baş vermişdi, sahibkarlar yüzdə iyirmi faizlik artım təklif etmiş, işçilər bunu “insanlıqdan kənar və utancverici” adlandıraraq imtina etmişdilər.
Həmkarlar ittifaqlarının sədri Şahidul İslam Sabuj tələb etdikləri artım yerinə yetirilmədiyi təqdirdə tətil və etirazların davam etdiriləcəyini deyib. Sabuj ən azı 100 dollar aylıq istədikləri deyib və hətta bu məbləğin belə normal yaşam üçün yetmədiyini qeyd edib.
Banqladeşdə geyim sənayesi fabrikləri çox inkişaf etsə də, işçiləri qul əməyinə verilən şərtlərlə çalışır. Ölkə Çindən sonra dünyanın ikinci ən böyük geyim ixracatçısıdır.Bu ölkənin təxminən 80% büdcəsini məhz toxuculuq sahəsi təmin edir. 2012-ci ildə ölkədə parça ixracının həcmi 19 milyard dollar təşkil etdi. Daha çox Qərb firmaları üçün mal istehsal edən fabriklərdə ağır şərtlər tez-tez iş cinayətlərinə səbəb olur.Bu ilin aprel ayında Dakkada içində çox sayda fabrikin də olduğu binanın çökməsi nəticəsində 1130 toxuculuq fabriki işçisi həlak olmuşdur.

İspaniyada şaxtaçılar etiraz aksiyasına davam edirlər

25.09.13

İspaniyada kömür çıxarma sənayesinin böhranı və sektor işçilərinin ağırlaşmış iş şərtlərinin yeridilməsi ilə əlaqədar olaraq, şaxtaçılar etiraz aksiyalarını dayandırmırlar. Onları, kömür çıxarma regionunun yerli əhalisi də dəstəkləyir.
23 sentyabr 7.30 radələrində 150-dən çox insan (Lasiana şaxtaçıları və sakinləri) Vilyablinoda C-626 şossesini bağlamışlar ki, idxal edilmiş kömürlə dolu yük maşınları keçməsin. Yerli bələdiyyənin də dəstəkləyi aksiya “iş yerlərinin və əyalət sakinlərinin qorunması”na yönəlmişdi. Bəyan edildi ki, kömür çıxarmadan asılı olan bu regionda həyatın ölməsinə yol vermək olmaz.
Dinc aksiya zamanı insanlar “canlı zəncir” yaratdılar və kömür maşınlarının keçib-keçmədiyini izləməyə başladılar. Aksiya hadisəsiz ötüşdü. Etirazçılar bəyan ediblər ki, ölkənin kömür çıxarma regionunda zəhmətkeşlərin “diqqətini cəlb etmək üçün” davam etdiriləcək.
Aksiya sosial şəbəkələrdə və şifahi şəkildə təşkil edilmişdi. Səhər saat 9.00-da aksiya başa çatdı və bundan sonra şaxtaçılar və sakinlər öz evlərinə dağılışdılar.
Şaxtaçı etirazları İspaniyada ilk dəfə deyil. 2012-ci ilin iyun ayında Asturiyada şaxtaçılar polislərlə əsl partizan mübarizəsinə başlamışdılar. Səbəb isə dövlət büdcəsində kömür çıxarma sənayesinə yönəlmiş subsidiyaların 60% azaldılması idi.
2008-ci il maliyyə böhranından sonra ən ağır iqtisadi vəziyyətdə olan ölkələrdən biri də İspaniyadır. Böhran şəraitində müəssisələr rəqabət qabiliyyətliliyini qorumaq üçün daha ucuz idxal məhsullarından istifadə etməyə və bununla da öz mənfəətlərini qorumağa çalışırlar, bundan əziyyət çəkənlər isə çox hallarda idxal əvəzləyicisi olan bu sahələrin yerli istehsalında işləyən fəhlələr olur. Statistik məlumatların göstərdiyi kimi, böhran zamanı yuxarı təbəqənin gəlirləri, aşağı təbəqələrlə nisbətdə daha az aşağı düşmüşdür.
Xatırladaq burada işsizlik digər avropa ölkələrindən daha yüksəkdir, gənclər arasında bu göstərici isə 25%-ə çatır.

 

Yunanistanda 48 saatliq işçi tətili ikinci günündə
26.09.13

Yunanıstanda faşist hücumlarına qarşı polisin mövqeyi ilə çətin vəziyyətə düşən hökumət, bir tətillə daha üzləşdi. Yenidən xarici borca müraciət və ictimai iaşədə işdən çıxarmalarla bağlı təklif müzakirə olunarkən, on minlərlə ictimai-iaşə əməkçisi 48 saatlıq tətilə çıxdı.
Faşist “Qızıl Şəfəq” üzvlərinin, anti-faşist rap müğənnisi Pavlos Fryssası qətlə yetirməsindən sonra küçələr yenidən canlandı. Yunanıstanda növbə yenə əməkçilərdə idi. İqtisadi böhranın və AB-IMF ortaqlığı ilə məcburi edilmək istənilən islahat paketlərinin yükü yenə də işçi-əməkçilərin üzərinə qoyulmağa cəhd edilir. Yeni xarici borcun alınmasına və ictimai-iaşə sahəsində işdən çıxarılmaların müzakirə olunacağı günlərdə 48 saatlıq tətil qərarı alındı.
İctimai-İaşə İşçiləri Həmkarlar İttifaqı Federasiyası ADEDY, “600 min ictimai-iaşə əməkçisinə yönəlmiş bir hücum, hüquqlara yönəlmiş ən amansız plan” olaraq xarakterizə etdiyi təklifə qarşı ictimai-iaşə sahəsində böyük bir kütlənin iştirak etdiyi tətilə başladı.
Müəllimlərin məktəblərə və səhiyyə əməkçilərinin xəstəxanalara, bələdiyyə işçilərinin iş yerlərinə getməyərək küçələrə çıxdığı tətilin mərkəzi Afinadakı Syntagma Meydanı oldu. On minlərlə ictimai-iaşə əməkçisi meydana toplaşarkən, çoxlu sayda siyasi partiya və demokratik qeyri-hökumət təşkilatı da hərəkətə dəstək verdi. Anarxist və sosialist tələbə-gənclik də Fryssasın qisasının alınacağını qeyd edərək tətilə böyük bir dəstək verdi.

Böyük Britaniya: TUC muzdlu işçilərə qeyri-bərabər rəftara qarşıdır.
26.09.13

Mütəxəssislərin rəylərinə görə, Böyük Britaniyada hər 6 muzdlu işçidən biri eyni müəssisədə, eyni işi görən daimi işçidən həftədə 135 funta qədər daha az maaş alır. Britaniya qanunvericiliyində, Avropa Birliyinin « Personalın Müvəqqəti yerləşdirilməsi agentliyinin fəaliyyəti haqda» direktivlərinin qəbul edilməsi çərçivəsində həmçinin, Həmkarlar təşkilatının agentlik tərəfindən işlə təmin olunanlar üçün, daimi işçilərlə bərabər hüquqlar əldə etmək səylərini heçə endirən « İsveç düzəlişi» adlanan maddə də keçdi.
Direktivin tələblərinə müvafiq olaraq, muzdlu işçi müəssisədə 12 iş həftəsindən sonra ştat işçiləri ilə eyni əmək haqqı almalıdır.
Ancaq əgər işçi Muzdlu agentliyin ştatında siyahıdadırsa və o işverənlərin müraciətləri arasındaki periodda minimal əmək haqqı ilə təmin edilirsə – « İsveç düzəlişi» bunlardan qaçmağa imkan verir.
İşə götürənlər 2011-ci ildə yeni qanunun qəbuluna dərhal minlərlə “müvəqqəti” muzdlu işçinin özəl məşğulluq agentliklərinə daimi müqavilələr əsasında köçürülməsiylə cavab verdilər.
O vaxtdan bəri, Böyük Britaniyada iqtisadiyyatın “sağlamlaşdırılması” İşveç düzəlişi istifadə edilmiş müqavilələrin sayının kəskin artması ilə müşahidə olunur həmçinin, « sıfır iş vaxtdı » müqavilələrin yəni, mütamadi əmək haqqının köçürüldüyü iş saatlarının göstərilmədiyi müqavilələr bu faktiki çağırış üzrə iş anlamına gəlirBritaniyanın Həmkarlar İttifaqı Konqresi TUC Avropa İttifaqının müvafiq prosedurlarından istifadə edərək, öz hökumətlərinin gördüyü tədbirlərə qarşı rəsmi şikayət etməyə hazırlaşır.

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:3951