abunə ol: Yazılar | Şərhlər | Еmail

Kompüter və insan: kim kimə xidmət edir?

Şərh

comp

Kompüterlər və ümumiyyətlə bununla bağlı elmlər insana nə üçün lazımdır? İlk baxışdan, sanki uşaq da bu suala cavab verə bilərmiş kimi görünür. Bu ki aydındır. Kompüter texnologiyaları insan həyatını daha asan, yaxşı və əyləncəli edir. Lakin bu sadəcə ilk baxışdan belə görünür. Bəşəriyyətin kompüterdən hazırki şəklində istifadə etdiyi halda o sadəcə əyləncəli deyil, həm də kədərləndiricidir. Əsasən, müasir İT- texnologiyası insanları real cəmiyyətdəki problemlərdən kənarlaşdırmağa, daha doğrsu. onları zombiləşdirməyə istiqamətlənib. Və bu proses uşaq yaşlarından başlanır. Hazırda uşağı, içində xeyli sayda mənasız oyuncaq və əyləncələrin olduğu müasir cihazsız (gadget*) təsəvvür etmək mümkündürmü? Eyni zamanda nəinki istənilən yüksək texnologiyalı cihaz günümüzdə sadəcə insanın (xüsusən də uşaqların) inkişafına xidmət göstərməyən sahələrdə istifadə olunur, eyni zamanda beyinə heç nə yükləmir. Məlum olduğu kimi isə, insanın maraqlarına daxil ola bilmədiyi halda istənilən sahədə yeni bilik öyrənmə tələbi zamanla “ölür”. Bizim artıq haqqında bəhs etdiyimiz proses baş verir: inkişaf edən insandan idraki bacarıqları alınır və o, xüsusi “periferik cihaza” çevrilir. Əlbəttə, kompüterlərin və avtomatlaşdırlımış sistemlərin sənayedəki texnoloji proseslərin idarə olunmasında, kənd təsərrüfatında, idarəetmədə, ümumiyyətlə, insan fəaliyyətinin bütün sahələrində istifadəsinin əvəzsiz əhəmiyyətindən danışmaq mümkündür. Maşınların insanlardan daha yaxşı işləməsi və hətta hesabat aparmasından da danışmaq olar. Hətta bəzi alimlər iddia edirlər ki, yaxın zamanda  insanı hər bir sahədə üstələyəcək robotlar yaradacaqlar. Sadəcə maraqlıdır, bəs onda insan nəyə lazımdır? Və nəyə görə kompüterlər və maşınlar fəaliyyətin bütün sferalarında insanları hələ də əvəz etməyiblər?

Belə bir suala cavab vermək üçün heç olmasa xüsusiləşmənin çərçivəsindən çıxmaq və cəmiyyətin həyat fəaliyyəti prosesini vahid bir tam kimi nəzərdən keçirmək lazımdır. Və bu vahid, bütöv bir prosesi sadəcə məkan deyil, həm də cəmiyyətin mövcudluğunun vadid tarixi prosesi kimi zaman baxımdan götürmək lazımdır. Müasir cəmiyyətin qarşısında duran problemləri və onların həlli yollarını anlamaq üçün ilk öncə onların yaranma səbəblərini dərk etmək lazımdır. Qəbul etmək lazımdır ki, hazırki mərhələdə çətinlik yaradan səbəblər təsadüfən yaranmayıb, onlar nə vaxtsa cəmiyyətin inkişafı və yeni mərhələyə keçməsinin zəruri şərti olmuşlar.

Bu gün təkcə gündəlik həyatda deyil, həm də istənilən sosial sistemin əsasında – istehsalatda insanların maşınlara bir əlavə kimi çevrilməsinin aşkar tendensiyası nəzərə çarpır. Maşın özü özlüyündə heç bir artıq dəyər vermir, hansı ki, bu dəyər də hazırkı iqtisadi sistemin əsas məqsədidir. Bu səbəbdən sahibkar insanı həmin artıq dəyərin istehsalçısı kimi istifadə etməyə məcbur qalır. Beləliklə, istənilən müəssisədə  biz “işçi cütlüyü” yaradırıq ki, burada maşınlar yalnız insana təkan vermə rolunu oynayır və daha doğrusu, onu tabe edir. Tarixi rakursdan baxdıqda biz belə bir mənzərə görəcəyik: yerində işləməyə məcbur edən qamçının əvəzinə maşın gəlir.

Problem ondadır ki, bəşəriyyətin mövcud indiki şəraiti artıq köhnəlmişdir və ləğv edilməyi tələb edir. İnsanın inkişafın yeni mərhələsinə keçməsi üçün yüksək keyfiyyətli texniki baza artıq çoxdan mövcuddur və  kibernetikanın təsisçiləri hələ hesablama texnikasının ilk təşəkkülü dövrünün əvvəllərindən  gənc elmin qarşısında məhz belə vəzifələr qoymuşdular.

Məsələn, akademik V.M. Qluşkov tərəfindən, real zamanda bütün ölkənin xalq təsərrüfatının idarəetməsini təmin edə biləcək iqtisadiyyatın idarəetməsində ümumdövlət avtomatlaşdırılmış idarəetmə sistemi ideyası təklif olunmuşdu. Bu sistem insanlar üçün təkrarlanan mühitdən,  maşın əməyindən, əmtəə-pul münasibətlərindən qurtulmağa və insanın bütün potensialını gəlirin artımına deyil, cəmiyyətin inkişafı və təbiətin mənimsənilməsinə yönəltməyə imkan yaradırdı. Bu problemi qədim zamanlardan bəri bir çox mütəfəkkirlər həll etməyə çalışmışlar. Akademik Qluşkov təkcə qarşıya qoyulmuş məsələləri həll edə biləcək sistemi nəzəri cəhətdən işləyib hazırlamadı, həmçinin ÜDAS`ın (ОГАС – ümumdövlət avtomatlaşdırılış sistem) həyati mümkünlüyünü də sübüt etmiş oldu. Bundan başqa, alim sistemə, tamamilə əmtəə-pul münasibətlərinin mərhələli şəkildə məhv edilə biləcəyi “asan” giriş sxemini təklif etmişdi. Alim özü maşınları həyatın bütün fəaliyyət sahələrində insanların ixtiyarına vermək istəyirdi. Akademikin fikrincə müasir kompüterlər insanı zombiləşdirib iradəsiz varlığa çevirməməli,vacib ictimai işlərdən cə ümumiyyətlə cəmiyyətdən uzaqlaşdırmamalı, əksinə, onun üçün işində köməkçi vasitələr olmalı idilər.

Kompüter və ya insanın yaratdığı istənilən digər bir əşyanın tabeçilik və deqradasiyaya deyil, məhz yalnız idrak və inkişafa xidmət edən alət olması üçün müvafiq iqtisadi münasibətlər olmalıdır. Ön planda gəlirin yox, insanın dayandığı münasibətlər.

Təəssüf ki, müasir şərait iqtisadi idarəetmədə ümumdövlət avtomatlaşdırılmış sisteminin tətbiqini nəzərdə tutmur, çünki bu layihə bütün müəssisələrdə açıq informasiya tələb edirdi. Lakin hazırda kommersiya sirrinin mövcudluğu şərtləri altında ÜDAS`ın tədbiqi mümkünsüzdür. ÜDAS`ın texniki cəhətdən həyata keçirilməsi üçün ən azı bütün müəssisələrin yalnız böyük mənfəət əldə etmək məqsədi ilə deyil, əhalinin real tələbatını nəzərə alaraq işlədiyi planlı iqtisadiyyat tələb olunur.

V.M. Qluşkovun sözlərinə görə, müasir bazar iqtisadiyyatı hələ ötən əsrin 30-cı illərində tükənmişdi. V.M.Qluşkov və başqa klassik kibernetiklər kompüterlərin inkişafını belə görürdülər ki, onlar bütün təkrarlanan maşın əməyini öz üzərinə götürəcək və insanlara inkişaf etmək üçün geniş vüsət və imkanlar yaranacaqdır.

İndi isə  biz görürük ki, bütün bu arzular məhv olub, kibernetika da elə elm kimi özünün miskin parodiyasına çevrilib, kompüterlər isə insanı azad edə biləcək alət olmaq əvəzinə onu əsarətdə saxlayan növbəti vasitəyə çevrilmişdir.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

comp

Для чего нужны людям компьютеры и вообще науки, связанные с ними? Ответ, казалось бы, может дать даже ребенок. Это же очевидно. Компьютерные технологии делают жизнь человека проще, лучше, веселее. Но это только на первый взгляд. В случае использования компьютеров в таком виде, в котором их использует человечество сейчас, это не только не весело, а и весьма прискорбно. В основном современные IT-технологии направлены на то, чтобы отвлечь внимание человека от реальных проблем в обществе, то есть на его зомбирование. И этот процесс начинается с детского возраста. Разве можно сейчас представить ребенка без современного гаджета, в котором огромное количество бессмысленных игрушек и развлечений. И любой высокотехнологичный прибор сейчас не только не используется для развития человека (особенно ребенка), но и не дает никакой нагрузки на ум. А как известно, если человеческую пытливость не подпитывать, то со временем «затухает» всякая потребность в освоении чего-то нового. Происходит тот процесс, о котором мы уже говорили, – у развивающегося человека отбивается напрочь способность к познанию, и он превращается в своеобразное «периферическое устройство» к гаджету.

Можно, конечно, говорить о неоценимой важности использования компьютеров и автоматизированных систем управления технологическими процессами в промышленности, сельском хозяйстве,  управлении, да и вообще во всех проявлениях человеческой деятельности. О том, что машины работают лучше человека, да и считают как-то получше. Некоторые ученые вообще утверждают, что скоро создадут роботов, которые будут превосходить человека во всем. Только непонятно, зачем тогда человек нужен? И почему машины и компьютеры до сих пор не заменили людей во всех сферах деятельности?

Чтобы ответить на такой вопрос, нужно хотя бы выйти за рамки узкой специализации и узреть весь процесс жизнедеятельности общества как единое целое. И этот процесс как единое целое нужно брать не только в пространстве, а и во времени – как единый исторический процесс становления общества. Чтобы понять, какие проблемы стоят перед современным обществом и как их решить, нужно познать как вообще эти проблемы возникли. Нужно усвоить, что те причины, которые на данном этапе  создают трудности, возникли не случайно, а были когда-то необходимым условием развития и перехода общества на новый уровень.

Сегодня просматривается явная тенденция к превращению человека в придаток к машине не только в обыденной жизни, но и в основе любого общественного строя – производстве. Машина сама по себе не дает никакой прибавочной стоимости, которая является целью всей нынешней экономики. В связи с этим любой предприниматель вынужден использовать человека в качестве того самого производителя прибавочной стоимости. Таким образом, на любом предприятии мы имеем «рабочий тандем», в котором машина лишь задает темп человеку, то есть подчиняет его. Посмотрев в историческом ракурсе, мы увидим картину, где на смену кнуту, заставляющему работать, приходит машина.

И проблема в том, что нынешние условия существования человечества уже изжили себя, и требуют ликвидации. Техническая база для качественного перехода человека на новую ступень развития существует уже давно и отцы-основатели кибернетики еще на заре становления вычислительной техники ставили перед  молодой наукой именно такие задачи.

Так, например, академиком В.М. Глушковым была предложена идея общегосударственной автоматизированной системы управления экономикой, которая могла бы обеспечить управление народным хозяйством всей страны в реальном времени. Эта система давала возможность вывести человека из сферы рутинного, машинного труда, избавится от товарно-денежных отношений и направить весь человеческий потенциал не на приращивание прибыли, а на развитие общества и освоение природы. Эту проблему пытались решить многие мыслители с давних времен. Академик Глушков, не только провел теоретическую разработку системы, которая решала бы поставленные задачи, а и доказал жизнеспособность ОГАС на практике. Более того, ученый предложил схему «безболезненного» внедрения системы целиком, при котором происходило бы поэтапное уничтожение товарно-денежных отношений.

Сам ученый мечтал поставить машины на службу человека во всех сферах жизнедеятельности. Современные компьютеры, по задумке академика, должны были стать подручным средством для развития человека, а не зомбировать его, превращая в безвольное существо, далекое от общественно-важных дел и от самого общества.

Для того чтобы компьютер, да и любая другая созданная человеком вещь, стала именно орудием познания и развития, а не орудием подчинения и деградации, нужны соответствующие экономические отношения. Отношения, при которых на передний план становится человек, а не прибыль.

К сожалению современное положение вещей не предусматривает внедрение общегосударственной автоматизированной системы управления экономикой, поскольку проект требует открытого доступа к информации на всех предприятиях. А при нынешних условиях существования коммерческой тайны создание ОГАС не возможно.

Для технического воплощения ОГАС, как минимум требуется плановая экономика, при которой все предприятия работают не с целью получения все большей прибыли, а исходя из реальных потребностей населения.

Современная рыночная экономика, по словам В.М. Глушкова, изжила себя еще в 30-х годах прошлого столетия. И развитие компьютеров В.М. Глушков и другие классики кибернетики видели в том, что они переберут на себя весь рутинный машинный труд, оставив человеку простор и время для дальнейшего развития.

Сейчас же мы видим, что эти мечты разрушены, кибернетика как наука превращена в жалкую пародию на саму себя, а компьютеры из орудия освобождения человека превращены в еще одно средство его порабощения.

Оригинал статьи


Oxşar yazılar:

Baxış sayı:4841