abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Müstəmləkəçi kapitalizm. Kapital yığımı”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniya

Əvvəlki                                                                           Növbəti

Boris Yulyeviç Kaqarlitski
Marksizm: Tədris üçün tövsiyə olunmur

KAPİTALİZM DÜNYA SİSTEMİ KİMİ

Müstəmləkəçi kapitalizm

  “Kommunist manifesti”ndə Marks fərz edir ki, kapitalizmlə rəqabətə dözməyərək buruaziyayaqədərki münasibətlərin qalıqları yox olacaq. Feodalizmin öhdəsindən gəlmiş Qərbi Avropada da bu baş verdi. Asiya və Afrikada istilaçılar tərəfindən gerçəkləşdirilən müstəmləkəçi modernizasiya – qəddar, mənəviyyatsızdır, amma o, tərəqqiyə yol açacaq. Hindistanı istila edərək, Marks düşünür ki, ingilislər oraya kapitalist istehsal üsulu, sənaye texnologiyaları gətirirlər, dəmir yolları tikirlər. Dəmir yollarının xidməti ilə əlaqəli olan yeni istehsalların inkişafı başlayır, modernizasiya baş verir. Deməli, Marks fərz edir ki, Hindistan tezliklə İngiltərəyə bənzəyəcək. Müstəmləkəyə qədərki dövrdə mövcud olmuş bütün feodal, “asiya”, “varvar” strukturlar parçalanmalı və məhv olmalıdır. Problem sadəcə zamandadır.

Bu arada Hindistanın real tarixi Marksın ilkin optimizmini tamamilə dəstəkləmir. O haqlıdır, amma qismən: modernizasiya baş verir, amma heç də hər şey dəyişmir. Sənaye işçiləri meydana çıxır, amma kasta sistemi qorunub qalır. Elita səlis ingilis dilində danışmağı və london birjalarında pul qazanmağı öyrənirlər. Amma həmin maxaracalar kəndlilərin feodal istismarından pul çıxarmaqda davam edirlər, həm də bu üsulla əldə edilmiş gəlir qabaqcıl texnologiyaların inkişafına sərmayə kimi yatırıla bilər…

Marksın optimizmi daha çox, XVIII–XIX əsrlərin avropa cəmiyyəti üçün xarakterik olan Maariflənmə dövrünün ümumi optimizminin irsidir. Həyatının sonunda Marks burjua müstəmləkələrinin modernizasiyası perspektivlərinə daha az optimizmlə yanaşır. Onu Rusiya narahat edir, hansı göstərir ki, onun tərəfindən Qərbi Avropa təcrübəsində kəşf edilmiş qanunauyğunluqlar artıq mexaniki olaraq digər ölkələrə tətbiq oluna bilməz. O, bu barədə Vera Zasuliçə yazır.

Lenin və Roza Luksemburq atrıq başqa dövrdə yaşayırlar, artıq yeni, daha zəngin tarixi təcrübəyə əsaslanırlar.

Lenin Marksa düzəliş etməli, və ya özü hesab etdiyi kimi, onu tamamlamalıdır. O müəyyən edir ki, ən inkişaf etmiş ölkələrdəki burjuaziya Afrika və Asiya xalqlarını müstəmləkəyə çevirərək oradan  – yerli işçi qüvvəsini istismar edərək üstəlik mənfəət əldə etmək imkanına malikdirlər. Və bu üstünlüklü mənfəətin hesabına, işçi aristokratiyası yaradaraq, işçi bürokratiyasını ram edərək, öz növbəsində, qərb işçi sinfini bəsləmək imkanına malikdirlər. Başqa sözlə, müstəmləkə imperiyalarını formalaşdıraraq, qərb burjuaziyası inqilabı təxrə salır, fidyə verirlər. Leninin tezisi çox məntiqidir və faktiki məlumatlarla təsdiq olunur. Sənayeləşmə yoluna hər kəsdən əvvəl çıxmış, güclü işçi sinfinin mövcud olduğu ən qabaqcıl ölkələrdə bu sinif çox tez siyasi yetkinliyə çatır və güclü siyasi həmkarlar ittifaqı təşkilatları strukturlarına malik olurlar ki, onlar burjuaziya üçün real problemdirlər. Hakim sinif güzəştlərə getməli olur. Deməli, qərb kapitalistlərinin mənfəətini azaltmadan, yüksək səviyyəli rəqabət qabiliyyətini qorumaqla qərb işçilərinin həyat səviyyəsini yüksəltmək üçün əlavə resurslar haradasa tapılmalıdır.

Marks özü bu məsələyə çox ciddi yanaşmışdır. Proletariatın yoxsullaşması barədə yazaraq, o başqa yerdə “işçi sinfinin siyasi iqtisadı” haqqında yazır. “Kapital” müəllifinin fikrincə, siyasi və həmkarlar ittifaqı təşkilatı sayəsində işçi sinfi öz yoxsullaşmasını dayandıra bilər və əksinə, sistemin ümumilikdə məntiqini dəyişmədən daha zəngin, firavan yaşaya bilər.

İqtisadçı Marksdan fərqli olaraq, Lenin problemə daha çox siyasi nəzər nöqtəsindən baxır. Onun üçün müstəmləkələşdirmə – hər şeydən əvvəl əlavə gəlirlərin əldə edilməsini hərbi-inzibati metodudur. Qabaqcıl sivilizasiya nümayəndələri varvarları talayırlar. Amma asılı ölkələrin hərbi-siyasi soyğunçuluğunun bu metodu iqtisadi planda çox səmərəli deyil. O, həqiqətən də tarixdə olmuşdur, amma müstəmləkəçilik fenomeni ondan ibarət deyil.

Marks müstəmləkəçiliyə fərqli baxırdı. Onun üçün müstəmləkəçiliyin funksiyası ilk növbədə müstəmləkələşdirilənlərin talan edilməsindən yox, onları dünya bazarına qoşulmağa vadar etməkdən, sistemin iqtisadi məntiqinə tabe olmağa məcbur etməkdən ibarətdir. “Varvarlara” müəyyən iqtisadi və ictimai münasibətləri yeridərək, burjuaziya onları öz dünyasına çağırır. Həm də yeni kapitalist münasibətləri indi müstəqil şəkildə, hətta müstəmləkəçi ordu və polis olmadan təkrar hasil olacaqlar. Bu planda Marksın bir qeydi xarakterikdir ki, kapitalın əsas silahı kanoner qayıqları deyil, ucuz xammaldır. Başqa məsələ var ki, varvarları bu əmtəələri almağa məcbur etmək o qədər də sadə deyil. Çox hallarda bu əmtəələr varvarlara sadəcə olaraq lazım deyil. Məsələn, hər insana soyuducu lazım deyil. Və çukçalara da soyuducu lazım deyil.  Amma müəyyən oyun qaydalarında hər bir eskimosu soyuducu almağa vadar etmək olar. Bunun üçün onları şəhərlərdə məskunlaşdırmaq, onların ənənəvi həyat tərzini məhv etmək lazımdır. Məcburetmə sadəcə olaraq ondan ibarət deyil ki, müstəmləkəçilər öz torpaqlarına gəlirlər və öz bayraqlarını  yüksəldirlər. Onlar öz standartlarını, normalarını yeridirlər. Çukçanın Nyu – Yorka soyuducu almağa getdiyi reklamı xatırlayırsınızmı?

Hərbi, inzibati və siyasi məcburetmə amili birinci mərhələdə böyük rol oynayır. Sonra isə digər mexanizmlər işə düşür. Bu barədə artıq Roza Luksemburq düşünürdü ki, o, müstəmləkəçi istismar nəzəriyyəsinin yaradılmasından Lenindən daha irəliyə getdi.

         Kapital yığımı

  Roza Luksemburqun “Kapital yığımı” əsərini oxumaq  çətindir, o çox qalındır, maraqsızdır. Amma onu oxumağa dəyər, belə ki, o, müasir marksizmin əsasını qoyan mətnlərdən biridir. Qeyd etmək lazımdır ki, Roza Luksemburqun terminologiyası qismən XX əsr ərzində yeni leksika ilə əvəz edilmişdir ki, onu İkinci Dünya müharibəsindən sonra dünya sistemi məktəbi nəzəriyyəçiləri işləyib hazırlamışlar. Amma onun fikirlərinin ümumi məntiqi bu məktəbin bütün əsərlərində qorunub saxlanmışdır.

Marksın “Kapital”ında kapitalizm qapalı sistem kimi təsvir edilir.  Bu, “təcrübənin mükəmməlliyi”, cari istehsal üsulunun mahiyyətini aşkar etmək üçün zəruridir. Amma real kapitalizm dünyəvi ictimai quruluş kimi açıq və dinamik sistemdir. O, daima digər istehsal üsulları, sistemlər və quruluşlarla qarşılıqlı əlaqədədir. O, daima qeyri-kapitalist periferiyasına, qeyri-burjua cəmiyyətlərinə təsir edir, onları transformasiya edir. Sual olunur – necə?

Metropoliya və ona tabe olan ölkələrin münasibətləri məcburetməyə gətilirmir. Bundan əlavə, keçmiş 150 ilin tarixi göstərir ki, Marksın ilkin gözləmələrinin əksinə olaraq, dünya kapitalist sisteminə cəlb olunmuş cəmiyyətlərdə burjuaya qədərki ictimai-iqtisadi münasibətlər qorunub saxlanılmaqda davam edir və hətta inkişaf edirlər. Başqa məsələdir ki, onlar kapitalizmin şərtlərinə uyğunlaşaraq şəkil dəyişirlər, kapitalizmin onlar qarşısında qoyduğu vəzifələri həll etməyə başlayırlar. Lenin onları “təsərrüfat sistemləri” adlandırırdı. Kapitalizm hökmranlıq edir, ümumi oyun qaydaları irəli sürür. Qeyri-kapitalist sistemlər kapitalist sistem üçün əlavə ucuz resurs (yalnız xammal və işçi qüvvəsi deyil, həm də maliyyə daxil olmaqla) mənbəyinə çevrilirlər.

Bu ənənəvi sistemlərə əsaslanan elitalar da dəyişməz qalmırlar. Onlar burjualaşdırılırlar. Lakin bu zaman əsl burjuaziyaya çevrilmirlər. Axı onların hakimiyyət mənbəyi, özgə əməyini mənimsəmə üsulları burjua üsulu deyil.

Ən sadə misal – XIX əsrin əvvəli rus təhkimçi mülkü və ya həmin dövrün amerikan quldar plantasiyasıdır. Rus təhkimçiliyi haqda feodalizmin qalığı kimi danışmaq – gülüncdür. Təhkimçilik haqqı Livon müharibəsinin sonundan başyalaraq, yəni Rusiyada modernizasiyanın tətbiq olunduğu, Maariflənmə dövründə çiçəkləndiyi vaxtdan sonra formalaşır. Rus təhkimli kəndliləri tərəfindən yetişdirilən taxıl Londona göndərilərək azad ingilis işçisinin işçi qüvvəsinin qiymətinə təsir edir, onların yığdığı çətənə lifi britaniyalı kral donanması üçün kanat istehsalında istifadə edilir ki, onlar da öz əlləri ilə Asiya və Afrika yerlilərinə öz topları ilə “sivilizasiya” aparırlar.

Eyni hal Amerikada qaradərililərin köləliyinə də aiddir. Axı iddia etmək mümkün deyil ki, guya bizim qarşımızda qədim dövrün qalığıdır. Amerikada nə Qədim dövr, nə də Orta əsrlər olmayıb, kökəlik isə kapitalizmlə birlikdə yaranıb.

Hindistanın, Cənubi-Şərqi Asiyanın və Şərqi Afrikanın müstəmləkə cəmiyyətlərində biz maxaracaların, sultanların və yerli rəhbərlərin birjada necə oynamağı, london mağazalarını aldıqlarını, avropa texnoloji layihələrinə necə sərmayə qoymağı öyrəndiklərini görürük. Latın amerikalı oliqarxlar latifundiyalar yaradırlar ki, burada kəndlilərin tamamilə feodal istismarını tətbiq edirlər. Burada nə azad muzd, nə də qərb hüququ var. Amma bu latifundiyalar olmadan aqroməhsulların dünya bazarı inkişaf edə bilməz, iri transmilli şirkətlər öz texnoloji proseslərində onlara əsaslanırlar.

Yüz il keçdikdən sonra Londona Çukotkadan Roman Abramoviç adlı biri gəlir və nüfuzlu “Çelsi” futbol komandasını alır (bu, sadəcə olaraq zəngin insanın şıltaqlığı deyil – idman biznesinə milyonlarla funt qoyulur). Onunla bərabər digər qəribə ruslar peyda olurlar və mağazaları, şirkətləri satın alırlar.

Dünya dövriyyəsinə cəlb olunan bu vəsaitlərin mənbəyi heç də səmərəli kapitalist istehsalı deyil. Onun əsasında insanların və resursların tamamilə qeyri-burjua, vəhşi istismar metodları dayanır. Amma bu vəhşicəsinə davranış məhz kapitalizm tərəfindən stimullaşdırılır. Əgər “Çelsi” olmasaydı, Roman Abramoviç də olmazdı (daha doğrusu, o öz həyatını Uxtada dinc mühasib kimi yaşayardı).

Periferiya elitaları xaricən burjua formasına malikdirlər, amma ənənəvi sistemlərdə təkrar istehsalın öz prosesi davam edir ki, o da öz məntiqi ilə fəaliyyət göstərir. Ənənəvi sistemlər kapitalizmin ziddiyyətlərini aşındırırlar. Onlar sistemi ucuz resurslarla təmin edirlər, oraya həll edilməmiş problemləri ixrac etmək olar. Başqa məsələdir ki, ənənəvi sistemlər dünya sisteminə daxil olduqları, onun tərəfindən transformasiya edildikləri müddətdə kapitalizm üçün dəyərlidirlər. Əgər insanlar öz tayfalarında yaşayırlarsa və xarici dünya ilə ünsiyyətdə deyillərsə, kapitalizm üçün onlar maraqlı deyillər. Tayfa bazar sistemi ilə münasibətə girdikdə isə o, artıq spesifik maraq doğurur. O, bir tərəfdən, resurların tədarükçüsü, digər tərəfdən isə əmtəələrin istehlakçısı olur. Bu zaman kapitalist bazarı, onun öz yığılma və istehsal sikllərindən asılı olmayan ərazilərə məhsulların atılmasının əlavə imkanlarını əldə edir. İfrat istehsal böhranları zamanı məhz bu cür bazarlar xüsusi dəyər kəsb edirlər.

Kapitalizm daxilində hər şey qarşılıqlı əlaqəlidir. Nəyisə almaq üçün nəyisə satmaq lazımdır və s. Amma biz yarıkapitalist periferiya strukturlardan çıxdığımız anda – oyun qaydaları dəyişir. Təkrar istehsal sikli bu sistemlərdə dünya bazarı siklləri ilə üst-üstə düşmür.

Demək olar kİ, qeyri-kapitalist sistemlər dünya bazarı ilə, kapitalist müəssisələrlə əlaqəyə girir, ümumi kapital yığımı prosesində iştirak edirlər, amma özünəməxsus muxtar təkrar istehsal məntiqinə malikdirlər. Böhran şəraitində və ümumiyyətlə uzunmüddətli perspektivdə bu qeyri-kapitalist sektoru istismar etmək imkanı kapitalist sistemin sabitləşməsinin ən vacib amilidir. Ənənəvi sistemlər daha dayanıqlıdırlar, onlara daha az dərəcədə dövrü böhranlara məruz qalırlar. Onlar öz dəyərlər sistemi var ki, kapital onu da istismar edə bilər. Varvarlarda şüşə muncuqları torpaq ərazilərinə dəyişmək olar. Və bu, şüşə muncuqlar dünya bazarında konyukturadan asılı deyil.

XVII əsrdə “Şərqi Avropada təhkimçiliyin ikinci nəşri” baş verir. O cümlədən də biz kəndlilərin təhkimli asılılığının möhkəmlənməsini Rusiyadada müşahidə edirik. İlk baxışda bu cəmiyyətlər dünya bazarına daxil olaraq öz feodal strukturlarını qoruyub saxlayırlar. Ticarət kapitalı ənənəvi cəmiyyət və kapitalist sistemi arasında vasitəçi kimi çıxış edir. Ticarət kapitalı periferiya ölkələrindəki ənənəvi istehsalı yeni əmtəələrə, dünya kapitalizminin mərkəzləri üçün lazım olacaq şeylərin istehsalına yönəldir.

Kapitalizm kəskin şəkildə bu cür yarıkapitalist strukturkara, onların işçi qüvvəsinə ehtiyac duyur ki, onların istehsalına kapital özü heç nə sərf etmir. XVI əsrdən başlayaraq, Qərbin Karib hövzəsi ölkələrində kommersiya genişlənməsi başladığı zaman, burada köləlik inkişaf edir. Azad əmək – kapitalist istehsal üsulunun əsas prinsipidir. Azad əmək olmadan kapitalizm yoxdur, bu tamamilə aydındır. Amma məhz Avropada kapitalizmin yüksəlməsi periferiyalarda köləliyin yaranması, təhkimçiliyin, əvvəl olmadığı ərazilərdə yaranması ilə müşayiət olunur. Və varvar qaydalarının, əvvəl olduqları ərazilərdə möhkəmlənməsi ilə. Məsələn, Amerikada fransız, ingilis və holland sivil plantatorların qullara olan tələbinin təsiri altında.

Türklər, ərəblər, sahil boyunda olan afrikalı qəbilələr qul ticarətini biznes kimi inkişaf etdirməyə başlayırlar. İrqi ayrı-seçkilik çox vacib deyil, afrika qəbilə başçıları da qul ticarəti ilə məşğul olmağa başlayırlar. Əlbəttə, qul ticarəti Afrikada həmişə, qədim zamanlardan mövcud idi, amma o biznes, iqtisadiyyatın sahəsi deyildi. Köləliyə çevirmə epizodik xarakter – müharibələrin, basqınların nəticəsi xarakteri daşıyırdı. Türk zadəganları üçün kənizlərə də müəyyən tələbat var idi. Söhbət milyonlarla, heç onminlərlə quldan da getmir. XVI əsrdə isə Afrika sahillərində qul ticarəti iqtisadiyyatın ən vacib sahəsinə çevrilir. Şəhərlər bu biznes əsasında böyüyürlər, ticarət faktoriyaları sivilizasiya mərkəzlərinə çevrilirlər. Keyptaun zəngin şəhərə çevrilir, portuqaliya müstəmləkələrində böyük şəhərlər tikilir (bu günkü Luanda, məsələn). Ərəb şəhərlərində, məsələn, Tunisdə qul ticarətinin yüksək artımı nəzərə çarpır. Atlantikanın digər sahilində isə Boston çiçəklənir. Möhtəşəm, mədəni, gözəl şəhər. O, qul ticarəti ilə qazanılmış pullarla yaradılıb.

Periferiya iqtisadiyyatı üçün ucuz işçi qüvvəsinə tələb var. Bu ucuz əmək Qərbdə kapitalist iqtisadiyyatının təmin edilməsi üçün plantasiyalardan ucuz resursların: pambığın, şəkərin, tütünün tədarükünü təmin edir. Bununla ucuz işçi qüvvəsi Avropadakı bahalı işçi qüvvəsini maddi cəhətdən təmin edir.

Afrikanın sahil boyu qəbilələri qitənin dərinliklərində əsl insan ovuna başlayırlar. Onları tutur, avropalılara qul kimi satırlar, əvəzində isə avropa sivilizasiyasının müxtəlif sərvətlərinə sahib olurlar. Bu zəmində “sivilizasiyalı” sahil qəbilələri və dərinliklərdəki “varlarlar” arasında yaranmış münaqişə artıq XX əsrdə bir çox afrika ölkələrində qanlı qətliamların əsasına çevrildi.

Köləlik müstəmləkəçi iqtisadiyyatla birlikdə gəlir. Kölələri Afrikadan gətirməli olurlar, çünki hindilər, onları qula çevirmək üçün yararsızdırlar. Onlar qul kimi sağ qalmırdılar. Məsələn, Kubada hamısı ölmüşdülər. Bir neçə milyon qaradərili yalnız Atlantikada qulların daşınması zamanı məhv olmuşdu, çünki XVII əsrdə gəmilərin daxili hissələrini ventilyasiya etməyi bacarmırdılar. Avropa kapitalizminin sakit soyqırımı, qərb sivilizasiyasının unudulmuş QULAQ – ları.

(c) SOLFRONT.org 

marksizm-ne-rekomendovano-dlya-obucheniya

орис Юльевич Кагарлицкий

Марксизм: не рекомендовано для обучения

КАПИТАЛИЗМ КАК МИРОСИСТЕМА

Колониальный капитализм

     В «Коммунистическом манифесте» Маркс полагает, что пережитки добуржуазных отношений исчезнут, не выдержав столкновения с капитализмом. Так уже случилось в Западной Европе, преодолевшей феодализм. Колониальная модернизация, осуществляемая завоевателями в Азии и Африке, – жестока, безнравственна, но она будет способствовать прогрессу. Завоевав Индию, полагает Маркс, англичане привозят туда капиталистический способ производства, индустриальные технологии, строятся железные дороги. Начинается развитие новых производств, связанных с обслуживанием железных дорог, происходит модернизация. Значит, рассуждает Маркс, Индия скоро станет похожа на Англию. Все феодальные, «азиатские», «варварские» структуры, существовавшие в доколониальный период, должны разложиться и исчезнуть. Проблема только во времени.

   Между тем реальная история Индии не вполне подтверждает первоначальный оптимизм Маркса. Он оказывается прав, но только отчасти: модернизация происходит, но далеко не все меняется. Появляются промышленные рабочие, но сохраняется кастовая система. Элита научается говорить на безупречном английском и делать деньги на лондонской бирже. Но те же махараджи продолжают извлекать деньги из вполне феодальной эксплуатации крестьянства, причем доход, полученный таким способом, может инвестироваться в развитие передовых технологий…

   Оптимизм Маркса является в большей мере наследием общего оптимизма эпохи Просвещения, характерного для европейского общества XVIII-XIX веков. К концу жизни Маркс уже относится к перспективам буржуазной модернизации колоний куда менее оптимистично. Его волнует Россия, демонстрирующая, что закономерности, открытые им на материале Западной Европы, уже не могут быть механически перенесены на другие страны. Он пишет об этом Вере Засулич.

   Ленин и Роза Люксембург принадлежат уже к другой эпохе, а опираются уже на новый, более богатый исторический опыт.

   Ленин вынужден поправить или, как он считает, дополнить Маркса. Он обнаруживает, что буржуазия в наиболее развитых странах имеет возможность, колонизируя народы Африки и Азии, получать оттуда сверхприбыли – за счет сверхэксплуатации туземной рабочей силы. И за счет этой сверхприбыли, в свою очередь, подкармливать уже западный рабочий класс, создавая в нем рабочую аристократию, приручая рабочую бюрократию. Иными словами, формируя колониальные империи, западная буржуазия отодвигает революцию, откупается от нее. Тезис Ленина очень логичен и подтверждается фактическими данными. В наиболее передовых странах Запада, раньше других вступивших на путь индустриализации, где существует мощный рабочий класс, этот класс достигает политической зрелости очень рано и обладает мощной структурой политических и профсоюзных организаций, которые являются реальной проблемой для буржуазии. Правящему классу приходится идти на компромиссы. Значит, должны быть где-то найдены дополнительные ресурсы, чтобы повышать жизненный уровень западных рабочих без снижения прибыли западных капиталистов, сохраняя высокий уровень конкурентоспособности.

   К этому вопросу вплотную подошел уже сам Маркс. Написав про обнищание пролетариата, он в другом месте пишет про «политическую экономию рабочего класса». По мнению автора «Капитала», за счет политической и профсоюзной организации рабочий класс может остановить свое обнищание и, наоборот, стать богаче, благополучнее, при этом, однако, не меняя логики системы в целом.

   В отличие от экономиста Маркса Ленин смотрит на проблему больше с точки зрения политической. Для него колонизация – прежде всего военно-административный метод извлечения дополнительных прибылей. Представители передовой цивилизации грабят варваров. Однако такой метод примитивного военно-политического ограбления зависимых стран является в экономическом плане не слишком эффективным. Он действительно имел место в истории, но к нему феномен колониализма не сводится.

   Маркс смотрел на колониализм несколько иначе. Для него функция колониализма состоит в первую очередь не в ограблении колонизируемых, а в том, чтобы заставить их включиться в мировой рынок, подчиниться экономической логике системы. Навязав «варварам» определенные отношения, экономические и социальные, буржуазия привязывает их к своему миру. Причем новые капиталистические отношения теперь будут воспроизводиться сами собой, даже без присутствия колониальной армии и полиции. В этом плане характерно замечание Маркса, что главным оружием капитала являются дешевые товары, а не канонерские лодки. Но другое дело, что заставить варваров покупать эти товары, оказывается, не так просто. Часто эти товары варварам просто не нужны. Например, не каждому человеку нужен холодильник. Он может иметь привычку ходить на базар каждый день и есть свежую пищу. И чукчам тоже не очень нужны холодильники. Но при определенных правилах игры можно заставить каждого эскимоса купить холодильник. Для этого надо переселить их в города, разрушить их традиционный образ жизни. Принуждение состоит не только в том, что колонизаторы приходят на чужую землю и поднимают там свой флаг. Они навязывают свои стандарты, нормы. Помните рекламу, где чукча едет покупать холодильники в Нью-Йорк?

   Фактор военного, административного и политического принуждения играет очень большую роль на первом этапе. Затем вступают в действие другие механизмы. Об этом размышляла уже Роза Люксембург, которая пошла в создании теории колониальной эксплуатации гораздо дальше Ленина.

         Накопление капитала

  Книгу Розы Люксембург «Накопление капитала» читать трудно, она очень толстая, длинная, скучная. Но читать стоит, ибо это один из основополагающих текстов современного марксизма. Надо заметить, что терминология Розы Люксембург отчасти была заменена в течение XX века новой лексикой, которую выработали теоретики миросистемной школы после Второй мировой войны. Но общая логика ее мысли сохранилась во всех работах этой школы.

   В «Капитале» Маркса капитализм предстает замкнутой закрытой системой. Это необходимо для «чистоты эксперимента», для того чтобы выявить сущность данного способа производства. Но реальный капитализм как мировое общественное устройство является системой открытой и динамической. Он постоянно взаимодействует с другими способами производства, системами и укладами. Он постоянно воздействует на некапиталистическую периферию, на небуржуазные общества, он их трансформирует. Вопрос – как?

   Отношения метрополии и подчиненных ей стран не сводятся к принуждению. Более того, история прошедших 150 лет показала, что, вопреки первоначальным ожиданиям Mapкса, в обществах, которые оказываются вовлечены в мировую капиталистическую систему, продолжают сохраняться и даже развиваться добуржуазные социально-экономические отношения. Другое дело, что они видоизменяются, приспосабливаясь к условиям капитализма, начинают решать задачи, которые ставит перед ними капитализм. Ленин называл их «хозяйственными укладами». Капитализм господствует, он задает общие правила игры. Некапиталистические уклады становятся для капиталистической системы источником дополнительных дешевых ресурсов (включая не только сырье и рабочую силу, но и финансы).

   Элиты, опирающиеся на эти традиционные уклады, тоже не остаются неизменными. Они обуржуазиваются. При этом, однако, настоящей буржуазией они не становятся. Ведь источник их власти, способ, которым они присваивают чужой труд, не буржуазный.

   Простейший пример – русское крепостническое поместье начала XIX века или американская рабовладельческая плантация того же периода. Говорить о русском крепостничестве как о пережитке феодализма – смешно. Крепостное право формируется начиная с конца Ливонской войны, т. е. в то самое время, когда в России разворачивается модернизация, оно достигает расцвета в эпоху Просвещения. Зерно, выращенное русскими крепостными крестьянами, поступает в Лондон, влияя на цену рабочей силы свободного английского рабочего, собранная ими пенька идет на производство канатов британского королевского флота, который своими пушками несет «цивилизацию» туземцам Азии и Африки. Вырученные от всего этого средства идут на накопление глобального капитала.

   То же самое относится к рабству негров в Америке. Невозможно же утверждать, будто перед нами пережиток античности. В Америке ни Античности, ни Средневековья не было, а рабство появилось вместе с капитализмом.

   В колониальных обществах Индии, Юго-Восточной Азии и Восточной Африки мы видим как махараджи, султаны и туземные вожди привыкают играть на бирже, покупают лондонские магазины, вкладывают деньги в европейские технологические проекты. Латиноамериканские олигархи создают латифундии, где практикуется вполне феодальная эксплуатация крестьян. Здесь нет ни свободного найма, ни западного права. Но без этих латифундий не может функционировать мировой рынок агропродуктов, на них опираются в своих технологических процессах крупнейшие транснациональные компании.

   Спустя еще столетие в Лондон приезжает некий Роман Абрамович с Чукотки и покупает престижную футбольную команду «Челси» (это не просто прихоть богатого человека – вкладываются миллионы фунтов в спортивный бизнес). Вместе с ним появляются другие странные русские и скупают магазины, компании.

   Источником этих средств, вовлекаемых в мировой оборот, является отнюдь не эффективное капиталистическое производство. В основе всего совершенно не буржуазные, хищнические методы эксплуатации людей и ресурсов. Но это хищническое поведение стимулируется именно капитализмом. Если бы не было «Челси», не возник бы и Роман Абрамович (вернее, он провел бы свою жизнь мирным бухгалтером в Ухте).

   Внешне периферийные элиты имеют буржуазную форму, но в традиционных укладах продолжается собственный процесс воспроизводства, который идет по собственной логике. Традиционные уклады амортизируют противоречия капитализма. Они обеспечивают систему дешевыми ресурсами, туда можно экспортировать нерешенные проблемы. Другое дело, что традиционные уклады ценны для капитала лишь постольку, поскольку они включены в мировой рынок, трансформированы им. Если люди живут у себя в племени и никак не общаются с внешним миром, для капитализма они не представляют никакого интереса. А вот когда племя вступает в отношения с рыночной системой, оно уже представляет очень специфический интерес. Оно становится, с одной стороны, поставщиком ресурсов, с другой стороны, оно является потребителем товаров. При этом капиталистический рынок получает как бы дополнительные возможности сброса продукции в зоны, независимые от его собственных циклов накопления и производства. Во время кризисов перепроизводства именно такие рынки приобретают особую ценность.

   Внутри капитализма все взаимосвязано. Для того чтобы что-то купить, надо что-то продать и т.д. Но как только мы выходим из полукапиталистических периферийных структур – правила игры меняются. Цикл воспроизводства в этих укладах не совпадает с циклами мирового рынка.

   Можно сказать, что некапиталистические уклады вступают в отношения с мировым рынком, с капиталистическими предприятиями, участвуют в общем процессе накопления капитала, но имеют собственную автономную логику воспроизводства. В условиях кризиса и вообще в долгосрочной перспективе возможность эксплуатировать этот некапиталистический сектор является важнейшим фактором стабилизации капиталистической системы. Традиционные системы более устойчивы, менее подвержены циклическим кризисам. У них своя система ценностей, которую тоже может эксплуатировать капитал. У варваров можно стеклянные бусы обменивать на земельные участки. И это совершенно не зависит от того, какая конъюнктура на мировом стеклянных бус.

   В XVII веке происходит так называемое «второе издание крепостничества в Восточной Европе». В частности, мы видим укрепление крепостной зависимости крестьян в России. На первый взгляд эти общества сохраняют свою феодальную структуру, входя в мировой рынок. Торговый капитал выступает посредником между традиционным обществом и капиталистической системой. Торговый капитал переориентирует традиционное производство в странах периферии на новые товары, на производство того, что нужно для развития центров мирового капитализма.

   Капитализм остро нуждается в подобных полукапиталистических структурах, в их рабочей силе, на воспроизводство которой сам капитал ничего не тратит. Начиная с XVI века, когда началась коммерческая экспансия Запада в страны Карибского бассейна, здесь развивается рабство. Свободный труд – ключевой принцип капиталистического способа производства. Без свободного труда нет капитализма, это совершенно очевидно. Но именно рост капитализма в Европе сопровождается на периферии возникновением рабства, крепостничества там, где подобных отношений не было. И закреплением различных варварских порядков там, где они есть. Например, под влиянием спроса на рабов, предъявленного французскими, английскими и голландскими цивилизованными плантаторами в Америке.

   Турки, арабы, прибрежные африканские племена начинают развивать работорговлю как бизнес. Расовое деление не очень важно, африканские племенные вожди тоже начинают активно заниматься работорговлей. Конечно, работорговля существовала в Африке всегда, с древних времен, но она не была бизнесом, отраслью экономики. Обращение в рабство носило эпизодический характер – как последствие войн, набегов. Был некоторый спрос на наложниц для турецкой знати. Речь идет не о миллионах рабов и даже не о десятках тысяч. А вот в XVI веке работорговля на побережьях Африки становится важнейшей отраслью экономики. Города растут на этом бизнесе, торговые фактории превращаются в центры цивилизации. Кейптаун становится богатым городом, в португальских колониях строятся большие города, (нынешняя Луанда, например). Заметен бурный рост работорговли и в арабских городах, допустим в Тунисе. А на другом берегу Атлантики расцветает Бостон. Замечательный, культурный, красивый город. Он создан на деньги, заработанные на работорговле.

   Есть спрос на дешевую рабочую силу для экономики периферии. Этот дешевый труд обеспечивает поставку дешевых ресурсов: хлопка, сахара, табака с плантаций для обеспечения капиталистической экономики на Западе. Тем самым дешевая рабочая сила субсидирует дорогую рабочую силу в Европе.

   Прибрежные племена Африки разворачивают настоящую охоту на людей в глубине континента. Они ловят их, продают в рабство европейцам, а в обмен на это приобщаются к различным благам европейской цивилизации. Родившаяся на этой почве вражда между «цивилизованными» прибрежными племенами и «варварами» из глубинки стала основой кровавой резни во многих африканских странах уже в XX веке.

   Рабство приходит вместе с колониальной экономикой. Рабов приходится завозить из Африки, поскольку индейцы оказались непригодны к тому, чтобы их обращали в рабов. Они в рабстве не выживали. На Кубе, например, вымерли все. Несколько миллионов негров погибло просто при транспортировке рабов через Атлантику, потому что в XVIII веке не умели вентилировать внутренние помещения кораблей. Тихие геноциды европейского капитализма, забытые ГУЛАГи западной цивилизации.


Oxşar yazılar:

Baxış sayı:4802