abunə ol: Yazılar | Şərhlər | Еmail

Meksikada müəllimlər təhsil islahatlarına qarşı etiraz edir

Şərh

 Mexico Education Reform.JPEG-04d6b

Meksikada on minlərlə müəllim Milli Təhsil Əməkçiləri İttifaqı CNTE’nin müraciəti ilə yeni təhsil islahatına etiraz etmək üçün təxminən üç həftədir tətildədir.
Meksikanın Oaksaka əyalətində 2006-ci ildə başlayan müəllim tətilləri, o tarixdən bu yana fasilələrlə davam edir. 2006-cı ildə müəllimlərin maaş artımı tələbinin böyük əks-səda yaratdığı tətil sonrakı müddətdə hökumət dəyişikliyi tələbində də olmuş, digər işçi ittifaqlarının və ictimai təşkilatların da iştirakı ilə yüksəlişə keçmişdi. 2011-ci ildə təxminən 70 min müəllimin qatıldığı tətillər 2012-ci il May ayında Enrique Penya Nyeto hökumətinin yeni təhsil islahatını gündəmə gətirməsi təkrar alovlandı.
1 dekabr 2012-ci ildə vəzifəyə gələn Enrike Penya Nyeto hökuməti müəllimlərin təhsil fəaliyyətini standart bir ölçüyə bağlayacaq, maaş və müəllim heyətlərini da fəaliyyətlərinə nəzərən qiymətləndirmə nəticəsinə görə təyin edəcək bir təhsil islahatını qəbul etməyə çalışır. Meksika Milli Təhsil Əməkçiləri İttifaqı bu islahatın, Meksika təhsil sistemindəki problemləri struktur problemləri ilə deyil, müəllim “müvəffəqiyyətsizliyi” ilə əlaqələndirən neoliberal bir islahat olduğunun qeyd edir və qanun geri götürülənə qədər həyatı iflic etməyə davam edəcəklərini bildirirlər.
Sol Xəbər “Haber soL” xəbər portalına istinadən bildirir ki, son olaraq 5 Sentyabrda reallaşan etirazlar vaxtı müəllimlər beynəlxalq Los Kabos hava limanı yolunu və Çixuaxua əyalətini Texasla əlaqələndirən beynəlxalq yolu bağlayıblar. Meksikanın 22 əyalətində təhsil islahatına qarşı təşkilatlanan etirazların ən böyüklərindən biri Çyapas əyalətində baş tutdu. Etirazlarda, aralarında şagird valideynlərinin, yerli camaatın və əkinçilərin də olduğu təxminən 50 min adam iştirak edib. Etirazların, hökumət bəhsi keçən təhsil islahatı layihəsini ləğv edənə qədər davam etməsi nəzərdə tutulur.

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:2943