abunə ol: Yazılar | Şərhlər | Еmail

Birləşmiş Avropanın qulları

Şərh

muasir kolelik

Birləşmiş Avropanın qulları – alman telekanalı ARD-in jurnalisti Almaniyanın bir neçə kompaniyasının təcrübəsini belə xarakterizə edib. Onlar şərqi Avropanın mövsümi fəhlələrini əmək qanunvericiliyini pozaraq, çox az məbləğlə, qeyri-insani şərtlərdə işlədiblər.
İyun ayında göstərilmiş , tanınmış aqrar-sənaye firmasının sallaqxasında gizli kamera ilə çəkilmiş reportaj bomba effekti yaradıb.

Çərşənbə axşamı Aşağı Saksoniya qubernatoru Stefan Vayl federal orqanları bu cür halları aradan qaldırmaq üçün tədbirlər görməyə çağırıb.
“Buna son vermək lazımdır! Alman şirkətlərində işləyənlərlə insan kimi rəftar edilməlidir, onların hüquqları həmkarlar ittifaqı tərəfindən müdafiə edilməlidir. ”
Avropa İttifaqının iqtisadi lokomotivi Almaniya necə belə biabırçı vəziyyətə gəlib?
Ölkədə minimum əmək haqqı ilə bağlı heç bir nizamnamə yoxdur. Şərqi və Cənubi Avropanın miqrant işçiləri ayda 300 avrodan 500 avroyadək əmək haqqı alır, bu da sahibkara qiyməti endirmə imkanı verir.

Oxşar taleyi yalnız miqrantlar yaşamır. Son məlumatlara görə, bu gün Almaniyada 2 milyon çətinliklə dolanan işçi yaşayır.
Onlara aşağı əmək haqqı alan yarım milyon insan da əlavə edilməlidir. İşəgötürənlər işçiləri haqlarının tez-tez pozulduğu digər Aİ ölkələrinə göndərir.
Bu praktika artıq müasir köləlik adlanılır. Ekspertlərin fikrincə, bu avropa iqtisadiyyatının bütün sahələrinə ciddi zərbə vurur.
28 üzv ölkədə əmək qanunvericiliyini vahid nizama salmaq Avropa İttifaqı üçün elə də asan iş deyil.

Aşağı Saksoniya kənd təsərrüfatı sahəsinin nümayəndəsi bildirir: ”Bizim ölkənin konstitusiyası hər hansısa məhsulu istehsal yaxud təchiz edən biznesmənlərə geniş azadlıq verir. Əslində hal hazırkı vəziyyətdə millət vəkillərinin edə biləcəyi şey azdır. Bu gün bizim müşahidə etdiklərimiz yalnız məsələ ilə bağlı seçkiqabağı aktivliklə əlaqədardır. ”

Seçkiqabağı kampaniya olub-olmamasından asılı olmayaraq, Almaniyada özbaşınalıq realdır. Keçən qış Amazon sistemi adlı praktika haqqında telereportaj yayımlandı. 5 min mövsümi işçi Amerikanın onlayn mağazalarının Almaniya filialında Milad astanasında işə götürülüb. Onlar demək olar ki havayı çalışıb və üstəlik alman neonasistlərin rəğbət bəslədiyi TOP Ştayner mühafizə firmasının əməkdaşları tərəfindən daimi axtarışlara məruz qalıb.

Mənbə: Euronews.com

Oxşar yazılar:

Baxış sayı:3215