abunə ol: Yazılar | Şərhlər | Еmail

Misirli inqilabçı sosialistlərdən məktub

Şərh

rev-socialism

Misirli inqilabçı sosialistlər məktublarında, hədəfləri həyata keçməmiş inqilab üçün inqilabçı cəbhənin yaranmasının vacibliyini bildiriblər.

Misirin sosialist təşkilatı “İnqilabçı Sosialistlər”, ölkədəki hərbi çevrilişdən sonra tərəfdarlarına məktub ünvanlayaraq, vəziyyəti təhlil edib.

Misirdə “İnqilabçı Cəbhə”nin yaranmasının vacibliyi qeyd olunan məktubun mətni bu cürdür:

Dəhşətli qətliamlar və amansız zorakılıq, Misirli xristiyanlara və onların kilsələrinə edilən hücumların kəskin artımı, hərbi dövlətin təzyiqinin sərtləşməsi bütün sürətilə davam edir.

Bütün bunlar inqilab üçün maneələr yaradır, lakin eyni zamanda gələcəyin inqilabi dalğalarının hazırlanması üçün imkanları ehtiva edir.  İnqilabçı sosialistlər dəyişən vəziyyətin müqabilində taktikanın inkişaf etdirilməsi şərti altında bu imkanları hərəkata çevrilmək məqsədi ilə istifadə edə bilərlər.

 İNQİLAB, YOXSA HƏRBİ ÇEVRİLİŞ?

Dövlət başçısı Məhəmməd Mursinin devrilməsi üçün milyonlarla insanın küçələrə axışmasının və Əl-Sisinin Mursini dövlət başçısı statusundan uzaqlaşdırmasının ardından bu hadisələrinin necə dəyərləndiriləcəyi məsələsində geniş bir mübahisə yarandı. Bu bir xalq inqilabıdır, yoxsa dövlət başçısını vəzifədən kənarlaşdırıb hərbi diktatura quran bir hərbi çevriliş? “İnqilab, yoxsa hərbi çevriliş?” sualının cavabı ayları, bəlkə də, illəri əhatə edəcək Misir inqilabının tamamlanması istiqmətində strateji inkişaf planı qurmaq paradiqmasından xeyli mühümdür.

Yeni bir Misir inqilabi dalğasını başlatmış olan böyük kütlə hərəkatına vəsilə olmaqdan boyun qaçıran kim olursa olsun, bu rəddin təbiətində yatan çətinliklərlə məşğul olmaqdan boyun qaçırır. Beləliklə, o həm Misir inqilabi cəbhəsindəki yeni çətinliklərdən qaçmış, həm də gələcəkdə yaranacaq şanslardan üz çevirmiş olacaq. Kütləyə yardımçı olmağın dəyərini anlamayan, ya da kütlənin əks-inqilabi oyunun bəsit bir elementi olacağından qayğılanmayan inqilabçılar Misir inqilabının geriləməsi, bitməsi və əllərindəki imkanlardan yararlanmadıqları düşüncəsi ilə bu gün dərin bir hüzn ilə qıvrılırlar: Bu heç də təəccüblü deyil.

Mursinin devrilməsi və seçilmiş bir şəxs olma legitimliyini itirməsi mövzusunda kütlənin vasitəçiliyini rədd edənlər heç də yalnız deyillər. Beynəlxalq dairələr də daxil olmaqla, demək olar ki, bugünkü siyasi mühitə müdaxilə edə biləcək bütün güclər kütlənin rolunu rədd edirlər.

Buradakı bir istisna, bundan əvvəlki kütlə hərəkatının fitilinə od vurmuş və bu səbəblə hərəkatı gözardı edə bilməyən hərbi kəsimdir. Əksinə olaraq, bu kəsim kütlə hərəkatının gözləntilərini və inkişafını, syasi mövqeyini və müdaxilələri müəyyənləşdirən əsas faktordur. Hərbi kəsim hegemon sinfin, rejimin və dövlətin təməl nöqtələrini təmsil edir və özünü icbari olaraq kütlə hərəkatına qarşı çevirən əks-inqilabın lideridir. Hətta bir tərəfdən hərəkatın inkişafına panik münasibət bəsləyib, digər tərəfdən mümkün olan hər bir üsulla onunla mübarizə aparır. Hərəkatı öz sinfi mənfəətini təhdid etməyəcək bir çərçivəyə salmaq istəyir, yaxud keçmişdə olduğu kimi ona qarşı açıqca güc tətbiq etmək yolunu seçir.

Ordu Mursinin devrilməsini tələb etmiş kütləni özünün müəyyənləşdirdiyi sərhədlər və hesabladığı addımlar çərçivəsində idarə etmək istəyir. Hərəkatın Mursinin devrilməsi çərçivəsindən qurtulub bütün rejimə qarşı meydan oxumasını əngəlləmək istəyir. Onsuz da ordunun ilkin hədəfi küçələri doldurub, idarə edən milyonlarla insanı mümkün ola biləcək ən qısa zamanda evlərinə geri qaytarmaq və bu hərəkatı dövlət başçısının devrilməsi sərhədlərində saxlamaq idi. Bu, Mursinin inqilabın qarşısını almaq uğursuzluğundan sonra ordunun gələcək istəklərinə uyğundur. Çünki əvvəlki inqilab və Mursinin hakimiyyəti sayəsində ordunun da daxil olduğu hegemon sinif sıxıntı da idi.

Keçən il ABŞ-ın, ordunun və seçmə iş dairələrinin əksəriyyətinin lütfü ilə iqtidara gəlmiş Mursi Misir inqilabının dayandırılması mövzusunda hegemon sinfin hədəflərini reallaşdıra bilmədi. İlkin olaraq, neoliberal proyektə uyğunlaşaraq özünü iş dairələrinin mənfəətinə uyğun hala gətirib idarəçi sinfin çoxu üçün daha yaxşı bir seçimə çevirdi.

ABŞ ilə ittifaqdan narahat olmurdu, sionist dövləti narahat etmirdi; ələlxüsus, inqilabdan sonra seçilmiş ilk dövlət başçısı idi. Ən vacibi də, Misirin ən böyük xalq təşkilatının dəstəyini alırdı; bu təşkilatın yüz minlərlə üzvü, tərəfdarı, dəstəkçisi vardı. Bunlar xalqın nifrətini söndürüb neoliberal proyekt və mərhəmətsiz planlara rəvac verəcək kəmər sıxma sərtliyi müqabilində  kütlənin qarşısını ala biləcəkdi. Hökmran sinif hesabına iqtisadi böhranın öhdəsindən gəlmədə və ya azından böhranın xətərlərini onların hesabına yumşaltmaq nəticəsində yaranacaq xalq qiyamı təhlükəsini onlar sığortalayacaqdı.

Vəziyyət heç də elə olmadı. İqtisadi böhran və Mursinin inqilabi tələblərə uyğunlaşmadakı uğursuzluğu (daha doğrusu, bu tələb və məqsədlərin açıqca rədd edilməsi) həm Mursinin, həm də təşkilatının populyarlığına zərbə oldu. Bu zərbə nəticəsində arxasındakı kütləyə baxmayaraq, Mursinin hegemon sinfin gözündən düşməsinə səbəb oldu.

Bəlli olanda ki, xalqın nifrəti Mursini devirməyə yetəcək qədərdir, hegemon sinif ən güclü və tutarlı qurumunu- yəni ordunu- kütlənin nifrətini soyudaraq tələblərin sürətlə yerinə yetirilməsini təmin etmək üçün işə salmağa məcbur oldu. Rejimin başı üçün oynanan bəhsdə uduzmaq məcburi idi: Xalqın tələblərini yerinə yetirin insanları “tək sıra”da birləşdirmək, hegemon sinfi isə qəhrəman simasında yeni liderlər ətrafında yenidən birləşdirmək lazım idi.

Ordu həqiqətən də iki od arasında qalmışdı. İlk od, hərəkatın və Mursinin iqtidarda qalmasının davam etməsi halında hərəkatın sərhədlərini aşaraq öz yolunu açma ehtimalı idi. İkincisi isə, Müsəlman Qardaşlar və küçələrə çıxmış islamçılar idi. Mursinin devriləcəyi təqdirdə Sinayda böyük ölçüdə və Aşağı Misirin bəzi bölgələrində kiçik ölçüdə birləşmiş cəbhələrin açılması da mümkün idi.  ABŞ idarəçiliyi ilə yaşanacaq və belə adlandırılan “demokratik yol”-un təhdidiylə inkişaf edəcək ixtilaflar bunların yanında bir heç sayılardı.

Ordu yaranacaq nəticələri gözə alaraq kütlə hərəkatının yaratdığı odu söndürməyi seçdi. Mursinin devrilməsi qərarı verildi; bu qərarı tətbiq etməklə kütləni özünə tərəf çəkib hərəkatın inkişafının qarşısını alacaq və hərəkatla nisbətdə daha az özünə təhdid kimi gördüyü Müsəlman Qardaşlarından gələn oda qarşı isə sipər çəkəcəkdi. ABŞ ordusunun və az da olsa, Avropa İttifaqının Misir ordusu ilə uzun müddətli strateji əməkədaşlıqları vardı; bu əlaqələr, Mursinin devrilməsindən qaynaqlanacaq hər hansı bir gərginliyi aradan qaldıra bilərdi. Strateji əlaqələri diqqətdə saxlayan ordu, hərəkatın inkişafı nəticəsində sərhədlərini aşma ehtimalından dolayı panikaya qapılmışdı. Digər seçim isə təhlükəli idi: əgər ordu Mursini devirməsəydi və hərəkat daha radikal, daha dərin şəkildə inkişaf etsəydi, o zaman içindəki kütlənin geniş bir hissəsinin etibarını itirmiş olacaqdı. Mursi ilə anlaşmaq seçimindən başqa bir seçim tapılmasaydı, bu etibar da bir işə yaramayacaqdı. Bu vəziyyət hərəkatı öz marşrutundan çıxara biləcək faktor idi.

Ordu hərəkatı dayandırmaq üçün sivil görünüşlü müvəqqəti bir dövlət başçısı təyin etdi və yeni hökumət yaratdı. Ordunun ilk məqsədi  bütün səlahiyyətləri, lazım gələrsə şiddətli  bir təzyiqlə müdaxilə etmə şansını özündə saxlamaqdı. İkinci məqsəd isə əks-inqilabı proyekti həm siyasi, həm də iqtisadi müstəvidə tamamlamaq idi. Bu ordunun iqtidardan çəkilməsi mənasına gəlmir, əksinə iqtidarda olmağa davam etməsi mənasına gəlirdi. Yeni hökumətin sivil görkəm arxasına çəkilməsinə baxmayaraq, hələ də hər şeyi ordu idarə edirdi. Sanki Fild-marşal Tantavi və General Ananın liderliyi ilə hərbi şuranın müəyyən müddətlik etdiklərini təkrarlayırdılar.

Məhz bu səbəblə 30 iyun və ardınca bir neçə gün davam edən etiraz dalğasına şahidlik etdik; ordununsa, 3 iyuldan sonra hərəkatın yolunu kəsmək naminə inqilabı dayandırmaq cəhdlərini gördük.  Hərəkatın daxilində, xüsusilə İctimai Nəqliyyat İdarəsi, dəmiryolu işçiləri tərfindən tətilllərin başlaması ilə, hərəkat Mahallada, Nazirlər heyəti aparatındakı məmurlar arasında və başqa bir çox yerdə daha böyük və daha radikal şəkil ala bilər.

Bundan əlavə, hegemon sinfin Müsəlman Qardaşlarının qovulmasının ardından, öz hərbi simvol və liderləri ilə geri qayıtdığını gördük. Bütün bunlar ordunun, Mursinin bacarmadıqlarını etsin deyə əks-inqilabi güclərə və idarəçi sinfə öndərlik etməsi üçün idi. Yəni, məqsəd inqilabdan və özündən əmin, lakin bilik və təşkilatlanma nöqteyi-nəzərindən çətinliklərlə dolu olan hərəkatı uğursuzluğa düçar etmək idi. Biz yaxınlaşan Misir inqilabını daha güclü dalğalara hazırlayarkən, hərəkatın həm təbiətindən irəli gələn çətinliklərlə bacarmaq, həm də onun imkanlarından yararlanmağa məcburuq: Bundan qaçmaq olmaz.

Bu aspektdən 11 Fevral 3 İyul 2013-cü ilə heç bənzəmir və əslində, bir çox aspektdən tamamilə fərqlidir. Birinci hadisədə hegemon sinif dövlət başçısından qurtulmada və öz sıralarında qarışıqlıq yaratmada xeyli çətinlik çəkdi.  Daxili İşlər Nazirliyinin uğursuzluq səbəbilə çöküşünün və Mübarəkin yaxın dostlarına qarşı ifrat düşmənçiliyin yaranmasının ardından dövlət bugünkü halı ilə nisbətdə çox daha gücsüz idi. İkinci hadisədə isə, idarəçi sinif əlindəki kartları yenidən nizama salıb sıralarını birləşdirmək  və bütün inqilabçı hərəkatlara qarşı hücumlar hazırlamaq məqsədilə çatları təmir etmək üçün rejimin başındakı idarəçidən qurtulmuşdu. Lakin, bu hegemon sinfin siyasi və iqtisadi böhranının sona çatdığı mənasına gəlmir.

Mursinin devrilməsindən sonra Müsəlman Qardaşlar və onların islamçı müttəfiqləri inqilabın hədəflərinə, müxaliflik planları uğursuzluğa düçar olan qrupları da ittifaqa alaraq devrilmiş olan Mursinin “legitimliyini” yenidən bərpa etmək məqsədilə, oturaq aksiyalar və yürüşlər sayəsində səfərbərliklərini artırmaq istədilər. Bu müddətdə bir çox sahədə və illərlə əfv edilməyəcək xüsusiyyətlərə malik günahlar etdilər. Beləliklə, mühafizəkar məzhəb nitqləri ilə ölkədəki xristiyanları provokasiyalara çəkdilər, kilsələrə hücum edərək, xristiyanlara qarşı nifrətlərini küçələrə axıtdılar. İnqilabçı sosialistlər olaraq, hücumlara və Misir xristiyanlarına hücumlarla bağlı ortaya sağlam münasibət qoymalıyıq: Bu bizim üçün prinsipial məsələdir.

Müsəlman Qardaşlar üçün bunun bir həyat uğrunda mübarizə olduğunu və onların asanlıqla təslim olmayacaqlarını çox yaxşı bilirik. Müsəlman Qardaşlar etdikləri hücumlara və günahlara paralel olaraq, ordununun və Daxili İşlər Nazirliyinin şiddətli təzyiqi ilə üzləşirlər. Bu təzyiqlərin ilki Respublika müdafiəçiləri qətliamı, sonuncusu isə Əl-Nahda və Rəbiə-əl-Ədəviyyə meydanlarındakı etiraz düşərgələrinin vəhşicəsinə dağıdılmasıydı. Bundan əlavə, Müsəlman Qardaşların qadın üzvlərindən üçünün Mansurada öldürülməsi və buna bənzər hallar var.

Müsəlman Qardaşlarının törətdikləri solun bir çox qruplarını təsirləndirmiş və onları orduyla və dövlətlə ittifaq yaratmalarına təşviq etmişdir. Hətta sözü gedən qrupların burjuaziyanın və “feloul” (Mübarəkdən geri qalanlar) mediasının yalanlarını təkrarlaması inqilabi və sinfi məsələlərdə parçalanmalara yol açmışdır.

Bu perspektiv bir fəlakət analizi üzərində inşa edilmişdir. Bu analizin nəticəsi Müsəlman Qardaşların və onların müttəfiqlərinin Misir inqilabı üçün daha böyük təhlükə olacağı fikridir.  Müsəlman Qardaşlar müəyyən bir ölçüdə təhlükəli olsalar belə, şiddət monopoliyasını əlinə almış dövlət qurumları inqilab üçün daha böyük bir təhlükə yaradırlar. Bu, cəbri dövlətin bütün vəhşiliyi ilə geri dönməsinin əlamətidir. Diktaturanın konstitusional deklarasiyası:  ordu mənşəlilərinin, polis rəislərinin və köhnə rejimdən olanların regional idarəçiliyə cəlb olunması, Süveyş Çəlikdəki tətil edən işçilərə qarşı hücumlar və bənzərləri bu qayıdışın təzahürləridir.

Ordunun dəstəyini alan və belə desək, liberalların (Əl-Sisi hökumətinə qatılanların idarə etdiyi) və solçuların fürsətcil və xain hissələrinə əlavə olaraq, Müsəlman Qardaşlarla yeni/köhnə rejim arasındakı mübarizəni, inqilab üçün mənasız sayan və inqilabi nəticəyə təsir etməyəcəyini iddia edənlər də çoxdur. Bu nöqteyi-nəzərdən baxanlara görə, inqilabçılar bu mübarizədə bitərəf olmalıdırlar. Sanki mübarizə aparan hər iki tərəfin həm gücləri bərabərdir, həm də inqilab üçün eyni dərəcədə təhlükəlidirlər.

Həqiqətdə isə, bu son dərəcə dar bir baxışdır. Bugünkü rejimin aktlarının həqiqi üzünü və Əl-Nahda və Rəbiə-Əl-Ədəviyyə meydanlarında oturaq aksiya edənləri əzərək dağıdan və bu sırada islamçılara baxan əsgərlərin irişən üzlərini görmürlər. Bu qətliamlar Misir inqilabını qırma məşqidir və qarşıda səhnəyə çıxacaq hər hansı bir həqiqi müxalifətə, xüsusilə də işçi qüvvələrinə qarşı yenidən işə salınacaqdır. Süveyş Çəlikdəki tətilçilərə edilən hücumu diqqətə alanda ilk gözə dəyən də məhz budur. İslamçılara qarşı törədilən qətliamlar, əks-inqilabi yol xəritəsi boyunca atılan addımların sadəcə ilkidir. Onlara qarşı sərt və məqsədli hücumlar olan zaman vəziyyətin həqiqi yönünü açıqlmaq bizim işimiz olmalıdır.

Bu gün bizim qarşılaşdığımız hücumlarım çoxu islamçılara yönəlmiş təzyiqlərin şiddətli qınağı, əks-inqilabın lideri olan Əl-Sisiyə qarşı olan mövqeyimizdən irəli gəlir. Lakin bu, inqilaba yönəlmiş təhlükəni təmsil etmələri baxımından aralarında bir bərabərlik olması əsasında orduya və islamçılara qarşı sərt tənqidlərimizdə bir “balans” yaratmağımıza, öz mövqeyimizi zəiflətməyimizə yol açmayacaq. Ordunun yüzlərlə islamçını öldürərək etdiyi qətliamlara səssiz qalmadığımız kimi, islamçıların oturaq aksiyalarını dağıdan dövlətə də dəstək ola bilmərik.

Ordunun cinayətlərini xatırlatmaq, DİN-ə xəbərədarlıq etmək, günahkarların hər fürsətdə  mühakimə ediləmsinin zəruri olduğunu bildirən mövqeyimizdən üz çevirə bilmərik. Eyni zamanda, Mübarək dövründəki və o dövrün bütün gücüylə həyata keçirdiyi cəbri üsulların geri qayıtdığını xalqa çatdırmalı və bu məsələdə sərt tənqidlərimizi ortaya qoymalıyıq.

Biz köhnə rejimi dəstəkləyənlərin cəhdlərinin, islamçılara təcavüz edərək küçələrə qan axıdan keçmiş rejim quldurlarının arxasında dayanmamalıyıq. Kütlənin özünü müdafiəsi ilə (hətta, zorakılıq yolu ilə olsa belə) Müsəlman Qardaşlarının hücumlarına qarşı müdafiə arasında çox böyük fərq var- Manial, Bayn-Əl-Səyarət və Gizada bu cür hücumların şahidi olduq. Eyni zamanda, təzyiq qurumlarının şiddəti ilə, əvvəlki rejimin quldurlarının Müsəlman Qardaşlarına istiqamətlənən hücumları arasında da çox böyük fərq var. Müsəlman Qardaşlarına qarşı edilən bu tip hücumlar nümayişçiləri və inqilabı müdafiə edən bir güc deyil: daha çox, yeni rejimin, ona qoşulanları “balanslaşdırmaq” cəhdidir. Son bir neçə həftədir ki, ordu, polis və əvvəlki rejimin ünsürləri əllərindəki səlahiyyətdən istifadə edərək xalqı və üsyançıları müdafiə etmədi. Təmərrüd (üsyan) hərəkatının  və əsgərlərin çəkməsinə yapışmış olan solun, dövlətin və onun təzyiq qurumlarının islamçıları əzmələrinə kömək etmək üçün xalq komitələri qurma çağırışları bu konteksdə dəyərləndirilməlidir. Bunlar faşist çağırışlardır; biz bu çağırışları dəstəkləyə və təkrarlaya bilmərik.

Müsəlman Qardaşların rəhbərliyi altında olan əvvəlki rejimin və ordunun törətdiyi bütün cinayətlərə siyasi qiyafə uyduran media yalanlarına qarşı mübarizə aparmalıyıq. 25 Yanvar iqilabını silib, yerinə 30 iyun inqilabını qoymağa çalışan iyrənc dedi-qodunu rədd etməliyik. 30 iyuna “bütün siniflərin” qatıldığını, buna baxmayaraq “təcridxanaları yandırma” və “idarələrə hücum” kimi hadisələrin mövzu olmadığını bildirən, Yanvar inqilabını isə Müsəlman Qardaşlarının etdiyi bəsit bir konspirasiya kimi qələmə verən bu dedi-qoduya əsasən, hegemon sinifə, onun dövlətinə və təzyiq qurumlarına qarşı deyil, əslində Müsəlman Qardaşlarına qarşı bir inqilabın zəruri olduğu önə sürülür. Bu arada Suriyalılara, Fələstinlilərə qarşı eşitdiyimiz nifrət dolu irqçi nitqlər də müzakirə mövzusudur.

Dövlət Müsəlman qardaşlarına və onların çevrəsindəki islamçı müttəfiqlərə qarış gəlmək üçün, mümkün olan bütün siyasi gücləri, arxasındakı inqilabi gücləri, kütlənin böyük hissələrini səfərbər edir.  Qondarma olaraq hamılıqla “terrorla döyüşürlər.” İnqilabın tələblərini ört-basdır etmək üçün “döyüş meydanındakı səsdən daha yüksək səs yoxdur.” iddiasına sarılaraq, iyrənc bir millətçi əhval-ruhiyyə yaradırlar.

 (Siyasi müddətdən) “Kənarlaşdırma” və “uzlaşma” məsələsinə gəldikdə isə, İnqilabçı Sosialistlər öz mövqelərini kütlənin ruh halı və istiqamətlənmələrindən (onların güclü iş çətinliklərinə baxmayaraq) təcrid edə bilməzlər. Bu kütlə Müsəlman Qardaşları ilə uzlaşmanı qəbul etməyəcəkdir. Hərəkatımızı izah edən açıqlamalardan birində belə deyilir: “Uzlaşma üçün baraban çalmaq, qatil və qurban arasında bərabərlik yaradır. Bütün şəhidlər müəyyənləşmədən, onların qatilləri və qatillərin yanında yer alanlar ədalətlə mühakimə olunmadan, əldə olunan razılaşma, tam olaraq razılaşma kimi qəbul edilə bilməz. Medianın və burjuaziya təbliğatının təsirində olanlar köhnə rejimin ünsürləri və ordunu gözardı edib yalnız Müsəlman Qardaşlarını kənarlaşdırmaq istəyərlərsə, bu köhnə rejimin dəstəkçiliyinə qayıdışa qarşı, yəni Əl-Sisi bayrağı altında Mübarək dövrünə qayıdışla mübarizə aparmalıyıq. Misir inqilabının və onun gələcəklə bağlı ümidlərinin bütün gizli düşmənləri və Əl-Sisi Məhəmməd Əl-Baltacıdan (Müsəlman Qardaşlarının lideri) bütün mənalarda daha təhlükəlidir.

Bu şərtlər altında biz cəsarətlə, açıq şəkildə və çəkinmədən bu şüurlarımızı səsləndirməliyik: “Məhv olsun hərbi idarə!”, “Feloul”un (Mübarək rejiminin qalıqları – tərc.qeydi) qayıdışına yox!”, “Müsəlman Qardaşların qayıdışına yox!”

 ÖZÜNÜ TƏCRİDDƏN QORXURUQMU?

Heç şübhəsiz ki, inqilabçı sosializmin taktikası əsas olaraq, bir tərəfdən xalqın könlündə yatan, onun lideri olan işçi sinfinin biliklərinin inkişafı səviyyəsinin müəyyənləşməsinə; digər tərəfdən də, inqilab ərzində kütlənin inkişaf və dərinləşməsi istiqmətində fürsətlərin dəyərləndirilməsinə hesablanır.

Bu gün kütlə etirazı öz içində böyük təzadlara qatlanır və böyük çətinliklərlə qarşılaşır. Bəlkə də bunlardan ən böyüyü kütlənin bir hissəsi ilə dövlət qurumları – xüsusilə ordu və DİN, yəni əks-inqilabın başı və qəlbi – arasındakı görüntü uzlaşmasıdır. İnqilab ərzində hərbi şuraya qarşı döyüşmüş və Mursi rejiminə qarşı mübarizə aparmış inqilabçıların önəmli bir hissəsinin xəyal qırıqlığına baxmayaraq, hərəkatın içində canlı olaraq rol alıb, onunla olduğu şəkildə maraqlanıb hazırki halına əsla yuxarıdan-aşağı baxmayaraq, ya da onun gücünü mübaliğəyə gətirmədən onun təzadlarını anlamaqdan başqa çıxış yolu yoxdur.

Köhnə rejimin ünsürləri və liberal medianın, təhlükəsizlik xidmətlərinin, ordu və Daxili İşlər Nazirliyinin birlikdə təşkil etdikləri ittifaq kütləni yönləndirmədə əhəmiyyətli dərəcədə uğurlu olmuşdur. İttifaq bu uğurunu, həm ordunun və DİN-nin bitərəf olduğuna, həm də Mursi və Müsəlman qardaşları əleyhdarları ilə həmrəy olduğuna dair bir görüntü yaradaraq, həmçinin xalqın yaddaşındakı dövlətin həyata keçirdiyi cinayət və işgəncələri unutdurmaq cəhdlərini başladaraq əldə edə bilmişdir. Siyasi güclərin çoxu, xüsusilə fürsətcil Milli Qurtuluş Cəbhəsi Təmərrüd kampaniyası və Xalq Cəbhəsi “sıralarda birlik” çağırışı adı altında bu mənzərəni cilalayıb partlamağa meylli ən fürsətcil və kirli rollarını oynamışlar. Misir inqilabına qarşı tək təhlükə olan ordunun milli rolunu və dövlət qurumlarını tərifləmiş, Müsəlman Qardaşları rejimini devirmək üçün çalışan xalqın tələblərinə əks olaraq mitinqlərdə bunları dilə gətirmişlər. Bununla birlikdə, bu baxış bucağı kütlənin biliklərinin ətrafındakı yalnız incə bir üzlüyü simvolizə edir. Doğrudan da, sərt bir üzlükdür. Bütün tərəflər də bu üzlüyü daha da sağlamlaşdırmağa çalışır. Amma, o üzlüyün altında inqilabın tələblərinə, inqilabın çörək, azadlıq və sosial ədalət hədəflərinə əks bir məntiq yatır.

Bu həqiqəti görməzdən gələ bilmərik: məntiqi cəhətdən bu təzadlar içində qalan kütlənin böyük bir hissəsində, diqqət yayındıran və “terrora qarşı döyüş” dumanına baxmayaraq, böyük bir özünə inam mövcuddur. Təzadlı bir məntiqin üzlüyü altında yatan bu özünə inam xalqı, ən başlanğıcda Mursiyə qarşı üsyan etməyə vadar etmişdi. Həmçinin hökumətin, kütlənin tələblərinə qarşı olan siyasi və iqtisadi fəaliyyəti get-gedə aydınlaşır. Yeni hökumətə qarşı mübarizəni tamamlama mərhələlərini hazırlayan da elə məhz budur. Hökumətin, inqilabın tələblərinin öhdəsindən gələcəyinə dair kütlənin bəzi hissəsinin görünən nisbi ümidinə baxmayaraq, vəziyyət belədir.

Bu mərhələdə yoxsul və işləyən kütlənin şüurunun həqiqi özlüyünə qovuşmasını mümkün edən hər yolu axtarıb tapmalıyıq, burada müzakirə mövzusu olan əsas məqsədlər inqilabı davam etdirmək və onun tələblərini yerinə yetirməkdir. Kütlənin 30 iyunda və ondan əvvəlki nəhəng inqilab dalğaları nümayiş etdirdiyini vuğulamağa davam etməliyik, Misir inqilabının həqiqi tələblərini yayıb, hər regionda, hər bir iş yerində bu tələblərə istiqamətlənmiş hərəkatlar yaratmalıyıq. Amma bu vəziyyət bizi, siyasət və prinsiplərimizin bəzilərini gizlətməyə və ya gecikdirməyə, nitq və şüarlarımızın dəstəkçisi olan kütlənin dəstəyini alıb onu müvəqqəti həvəslər üçün istifadə etməyə məcbur edə bilməz və bilməməlidir.

Əksinə, qısa müddətli siyasi hədəflərə çatmaq üçün şüar və siyasətimizi gizlətməyimiz bizi yalnızca fürsətçiliyə sürükləyir. İnqilabçı Sosialistlərin çalışma yöntəmi fürsətçilik deyil. Kütlənin içində təşkilati planlar tərtib edərkən etdiklərimiz kmi, Misir inqilabının zəfəri üçün də fürsətçilikdən tam olaraq uzaq durmalıyıq. Köhnə rejim mediasının və burjua liberalların dediyi yalanlara qarşı mübarizəmizi ya da bu gün ordu ilə birlikdə Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əks-inqilabın repetisiyasına qarşı mübarizəmizi zəiflətməməliyik.

Hərbi şuranın və Mübarəkin yaxın dostlarının cinayətlərlə dolu keçmişini xatırlatmaqdan, gərəkli olanda Müsəlman Qardaşlarının zorakılığa və öldürməyə təhrik məsələsinə son bir neçə həftəlik zamanda hərkəsdən çox önə çıxmış olan və beləcə o iyrənc sektantlığın önünü açmış olan liderləri ilə onları bərabər tutacağımızı bildirmədən geri çəkilə bilmərik. Heç bir hadisədə zəifliyə yol verə bilmərik. Köhnə rejim ünsürlərinə və Bəblavi hökumətinin fürsətcillərinə və liberal güclərə və yeni regional nümayəndələrin təyin olunması ilə cəbri dövlətin sağlamlaşdırılmasına qarşı siyasi mübarizəmizi zəiflədə bilmərik. Böyük güclərlə mübarizəmizi, ordunun konstitusiyaya görə sahib olduğu önəmli özəlliklərlə və gücə, Misir iqtisadiyyatını təqribən 25 faizlik payla idarəsi altına almasına, alçaldıcı Kemp Devid sözləşməsi və bənzərlərinin davam etdirilməsinə qarşı mübarizəmizi yumşalda bilmərik. Bütün bunlarla prinsipial şəkildə məşğul olmağa məcburuq.

Mübarək dövründəki vəziyyətə və hərbi təzyiqə qayıdışın dəyərləndirilməməsi olduqca təhlükəlidir. Mübarək dövründəki hökumətin fəaliyyətinin inqilabın başlanğıcından bəri səhnədən heç çəkilmədiyini söyləmək doğrudursa da, bu gün daxili böhrandan qurtulmuş olaraq, tam gücü ilə və kütlənin geniş hissəsinin də dəstəyi ilə eyni dövrə qayıdırıq. Bu vəziyyət bizi, bu vəziyyətə və simvollara qarşı mübarizəyə davam etməyə məcbur edir: vəziyyətlə barışıb, inqilabın tələbləri adına edilən bütün çağırışlara uyğun bir mübarizənin başlamasını gözləmək olmaz.

Bizim prinsipial mövqeyimiz kütlədən müvəqqəti təcridimizə səbəb ola bilər. Bütün cəhdlərə baxmayaraq, işyerləri, universitet kampusları və yerli məhəllələrdə edəcəyimiz işlər və fəaliyyətimizə rəğmən, mesajlarımız əsas olaraq kütləyə yayılmanacaqdır. Onsuz da, elə bir təcrid 30 iyun öncəsində orduya, keçmiş rejimə və Müsəlman qardaşlarına qarşı prinsipial mövqeyimizdən dolayı başlamışdı. Amma özümüzü hər hansı bir xəyal qırıqlığına salmamağa çalışmalıyıq. Təşkilatlanacaq kütlənin şüur və bacarıqlarındakı təzadlar davam etdiyi müddətdə kütlə hərəkatı da bir-birilə kəsişən çox faktordan irəli gələn bir maşın kimi davamlı düz və yüksələn bir yol boyunca deyil, döngəli yollar boyunca da irəliləmək məcburiyyətində qalacaqdır. Bu gün iqtidarda olan rejimin əsl üzü isə rejimə qarşı mübarizə aparan kütlənin gözləri önündə mərhələ-mərhələ ortaya çıxacaq.

Bu, kütlədən tamamilə təcrid və ayrılma mənasına gəlmir. Çünki bu gün Misir inqilab dalğaları içində hərbi idarəyə qarşı şiddətlə mübarizə aparmış, Mursi rejiminə qarşı mübarizəni tamamlamış on minlərlə inqilabçı gənc var. Qazandıqları inqilabi prinsiplər onların yaddaşında kök salıb və şüurlarında daha az təzad var. Onların dövlət qurumlarına, xüsusilə də əks-inqilabın onurğasını təşkil edən hökumətin tərəfinə sürüklənmə yarananda onlar İnqilabçı Sosialistləri yanlarında görəcəklər. Bu baxış bucağından baxdıqda vəziyyət 11 Fevral 2011-ci ildən daha yaxşıdır. Çünki o dövrdə hərbi şuraya qarşı aylarla və tək İnqilabçı Sosialistlər və çox az sayda etirazçı dayanmışdı.

Qarşıdakı həftə və aylarda gələcəkdəki inqilab dalğalarında daha canlı və daimi bir rol oynamaq məqsədilə sıralarımızı gücləndirmək üçün bu inqilabçıların bəzilərinin diqqətini çəkib qazanma fürsətimiz var. Amma eyni zamanda özü həyata keçib hədəfləri reallaşmayan inqilabın son 30 İyun dalğasına qatılmış yoxsullarla işçiləri bütünləşdirmək istəyirik. Dövlətin və yeni idarənin sıralarına keçməmiş, dövlətə qarşı islamçılarla ittifaq qurmuş olsa da, inqilabın tələb və hədəflərini mənimsəmiş olan prinsipial tərəflərlə qurulacaq bu planı, İnqilabçı Cəbhənin bu mərhələdə həyata keçməsi böyük zərurət daşımaqdadır.

İnqilabçı Sosialistlər

Misir, 15 Avqust 2013

  (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:4139