abunə ol: Yazılar | Şərhlər | Еmail

ABŞ xüsusi xidmət orqanlarının elektron nəzarəti altında

Şərh

1341299997wolnosc

Honkonqa qaçmış MKİ və MTA-nin (ABŞ milli təhlükəsizlik agentliyi) sabiq əməkdaşı Edvard Snoudenin ifşa edilməsi növbəti dəfə ABŞ-ın apardığı elektron casusluğun cinayətkar xarakterinin dünyəvi miqyasını nümayiş etdirdi. Snouden MTA fəaliyyəti uçurumuna nəzər saldı və dəhşətə gəldi. İndi o, öz ifşalarını davam etdirmək üçün təhlükəsiz bir yer axtarır…

Snouden PRISM kod adlı gizli elektron izləmə proqramı haqqında məlumatları ictimaiyyətə açıqladı. Söhbət həmçinin internet-şirkətlər və sosial şəbəkələrin avropalı istifadəçilərin izlənilməsindən də gedir. Milli təhlükəsizlik agentliyi alınmış məlumatı MKİ, FTB, Narkotiklərlə mübarizə İdarəsi və digər xüsusi xidmət orqanları arasında bölüşdürən əsas proqram operatorudur. Snouden heç də malik olduğu bütün sirrləri açmadı, lakin səslənənlər, məsələn Latın Amerikasında, təşvişlə qəbul olundu. Əgər İmperiya həyasızcasına hətta NATO müttəffiqlərini izləməyi özünə rəva bilirsə, öz “arxa həyəti” hesab etdiyi, Rio-Qrandedən cənubdakı ölkələrdə nələrə qadirdir?

Mayaminin mərkəzində Terremark şirkətinə məxsus pəncərəsiz nəhəng bir bina yerləşir. Damdakı üç nəhəng ağ şarlarda Global Crossing şirkətinə məxsus kommunikasiya avadanlığı yerləşdirilib. Onun kanalları hər gün Latın Amerikası və Karib hövzəsi ölkələrindəki müştərilərin milyonlarla telefon söhbəti və elektron yazışmaları üçün istifadə edilir.

Global Crossing şirkəti Milli təhlükəsizlik agentliyi ilə sıx əlaqədədir və müqaviləyə əsasən, elektron kəşfiyyatın aparılması üçün öz avadanlıqlarına qeyri-məhdud çıxışla təchiz etməlidir.  Bəhanə – milli təhlükəsizlikdir: beynəlxalq terrorizmlə, mütəşəkkil cinayətkarlıq, narkokartellər, casus şəbəkələri ilə mübarizədir.

ABŞ ərazisində yerləşən və “Rio Qrandedən cənubdakı” müştərilərlə işləyən bütün kommunikasiya strukturları analoji şərtlər altında fəaliyyət göstərir. Uruqvay Respublikası Universitetinin bu yaxınlarda videokonfransı əsnasında WikiLeaks  portalının banisi Culian Assanj dedi ki, elektron yazışlamalar aparan latın amerikası ölkələri vətəndaşları bilməlidirlər ki, onlara xidmət edən bir çox serverlər Kaliforniyada yerləşir. Dünyaca məşhur sosial şəbəkə olan Facebook, Google, Yahoo axtarış sistemləri və digərləri şimaliamerika şirkətlərinin, nəticədə isə ABŞ Milli Təhlükəsizlik Agentliyinin, İmperiyanın “Böyük Qulağının” nəzarəti altındadır.  Assanjın sözlərinə görə, Birləşmiş Ştatlar latınamerikalıların dünya ilə apardıqları danışıqların 99%-ni ələ keçirir.

MTA alınmış informasiyanın konkretləşdirilməsi və əldə edilən məlumatların deşifrəsinin asanlaşdırılması üçün əlavə təlimat məlumatlarına ehtiyac duyur. Simsiz əlaqənin strukturu yüksək maraq doğurur, daima internet-provayderlər, ölkənin vətəndaşları və hərbçilərinin istifadə etdiyi telefonların modelləri və əməliyyat sistemləri haqqında məlumata ehtiyac yaranır. Peyk rabitəsinin infrastrukturu, o cümlədən, İnternetə genişxətli çıxış, telefon rabitəsi, korporativ şəbəkələr üçün məlumatların ötürülməsi və s. üçün istifadə olunan sistemlər haqqında məlumatlar tələb olunur.

Braziliyanın rabitə naziri Paulo Bernardo açıqladı ki, onun ölkəsinin hökuməti İnternetdə casusluq və şimaliamerika şirkətlərinin bunda oynadığı rolla bağlı ABŞ-dan izahat tələb edəcək. Bernardo dedi ki, Google və digər iri şirkətlər nəinki Braziliyadakı, həmçinin digər ölkələrdəki istifadəçilərə, ABŞ təhlükəsizlik orqanları ilə simbiozlarının əsasında hansı növ münasibətlərin dayandığı haqqında hesabat verməlidirlər: “Mətbuat sayəsində aşkar olunmuş şeylər qarşımızda böyük problem qoyur: Braziliya Konstitusiyasının bizə zəmanət verdiyi şəxsi həyatın qorunmasına riayət edilmir”.

Braziliya hökumətinin narahatlığını başa düşmək olar. ABŞ xüsusi xidmət orqanlarının Braziliyanın vəzifəli şəxslərinə, onun daxili və xarici siyasətinə marağı kiçik C.Buşun prezidentliyi dövründə təzahür etməyə başladı. “Cənubi Amerikanın Nəhəngi” Qərb yarımkürəsində Latın Amerikadakı inteqrasiya proseslərinin lideri, “populist rejimlərin” və Kubanın sadiq partnyoru və ABŞ-ın əsas siyasi rəqibi kimi qəbul edilirdi (və qəbul edilməkdədir). “Etibarlı məlumatın qəbulunun təmin edilməsi” üzrə müvafiq təlimatları ABŞ-nın Braziliyadakı səfirliyi də alırdı. Braziliyalıları Birləşmiş Ştatlar ərazisində hazırlayan operativ işçilər də öz metodlarından çəkinmirdilər. Amerikan xüsusi xidmət orqanlarının “braziliya xətti” üzrə ilk səhvləri hələ 1999-2004-cü illərdə qeyd edilmişdi, bu zaman ABŞ-nın Braziliyadakı səfiri Rubens Barbosa idi. Braziliyanın müxtəlif nümayəndəliklərinin telefonları, diplomatların, hərbi attaşeliklərin əməkdaşları və köməkçi heyətin mobil telefonlarına qulaq asırdılar. Braziliya diplomatik bağlamalarının açılması halları qeyd edilmişdi. Braziliyanın səlahiyyətli orqanlarının qiymətləndirməsinə görə, FTB və MKİ şifrəli sistemləri izləyirdilər. Dinlənilmə və toxunulmazlığı olan bağlamaların açılması ilə bağlı etirazlar Dövlət Departamentinə göndərilirdi, lakin hər hansı bir aşkar reaksiya əldə edilməmişdi.

Panamada İnqilabi-demokratik partiyanın rəhbərliyi panama təhlükəsizlik orqanlarına verilmiş qulaq asma, İnternetə nəzarət, mətn ismarıclarının mübadiləsi üçün olan amerikan avadanlıqlarının necə istifadə edilməsinin izah edilməsi tələbi ilə ABŞ dövlət katibi Con Kerrinin adına sorğu göndərmişdi. Panamada bu qəbildən əməliyyatların aktivləşməsini yerli analitiklər 2014-cü il may ayındakı ümumi seçkilər və Martinelli hökumətinin “kirli” məlumatların istifadəsi yolu ilə müxalifəti nüfuzdan salmaq səyləri ilə əlaqələndirirlər. Lakin gizli avadanlığın ötürülməsinin digər versiyaları da var: bu, Qərb yarımkürəsində PRISM dayaq nöqtələrinin genişləndirilməsi çərçivəsində edilir.

Digər qalmaqallı hafisə Argentinada KİV tərəfindən işıqlandırıldı. Aşkar olundu ki, Milli jandarmeriyanın kompüter məlumatlar bazası Buenos-Ayresdəki ABŞ səfirliyinin əməkdaşlarının nəzarəti altında idi. 2005-ci ildə ölkənin Daxili işlər Nazirliyinin icazəsi ilə Microsoft korporasiyasından “ictimai fəallar, siyasi və həmkarlar ittifaqları xadimlərinə” aid məlumatların sistemləşdirilməsi üçün istifadə olunan  Proyecto X 4.1. proqram təminatı alınmışdır. Korporasiya ilə bağlanmış müqaviləyə görə, argentinalı mütəxəssislər proqrama dəyişikliklər etmək, onun parametrlərini dəyişdirmək hüququna malik deyildilər. Bu “aktuallaşdırma” işini ABŞ səfirliyinin xüsusi səlahiyyətliləri, yəni MKİ əməkdaşları gerçəkləşdirməli idilər. Fərz etməyə əsas var ki, MKİ rezidenturası Milli jandarmeriyanın kompüter-texniki şöbəsinin məlumatlarından, ölkənin başqa güc bölmələrinin proqram təminatı və PRISM vasitəsilə məlumatın alınmasının asanlaşdırılması üçün istifadə edirdi.

ABŞ-ın latınamerikalıları dinləmək marağı indi yerli KİV-də fəal şəkildə müzakirə olunur. GacetaMercantil.com portalında 6 iyun tarixində Argentinanın sabiq rabitə naziri Enoç Agiarla (Henoch Aguiar) müsahibə dərc olunmuşdu ki, burada o, ABŞ maraqlarında onu necə işə cəlb etmək istədikləri haqqında danışırdı. Amerikalı ilə görüşə Agiar, ABŞ-dan olan partnyorları ilə sıx işgüzar əlaqələrdə olan argentinalı sahibkarın xahişi ilə razılaşmışdı. Restoranda “məsləhətli” amerikalı ilə nahar zamanı amerikalı qəflətən özünü MKİ-nin yüksək vəzifəli əməkdaşı kimi təqdim etdi. Uzun-uzadı təqdimatlarsız o, Agiara, Argentina ərazisində telefon şəbəkəsinin dinlənilməsinin təşkili ilə bağlı ona (nazirlik mövqeyindən) kömək etməsini təklif etdi, lakin rədd cavabı aldı və görüş yerinə tərk etməyə tələsdi.

Karib dənizinin dibindən keçən Venesuela-Kuba fiber-optik kabeli 2013-cü ildə işə salınıb. O, Venesuelanın rabitə imkanlarını bir neçə min dəfə artırıb. Kubalılar kabelə qoşulmanı, ABŞ-nın, adanın rabitə blokadası səylərinə zərbə kimi qiymətləndiriblər. Texniki nöqteyi-nəzərdən, ən yaxşı həll kabelin Florida və Kuba arasında saılnması oladı, lakin ABŞ-ın antikuba mövqeyi buna mane oldu. İndi kubalı və venesuelalı fiber-optik kabel əməliyyatçılarının birinci dərəcəli vəzifələrindən biri onun, ABŞ MTA-nin “müdaxiləsindən” qorumaqdır. Müstəqil rabitə kanallarının fəaliyyəti Agentlik tərəfindən ABŞ maraqlarına təhlükə kimi qiymətləndirilir. Amerikan administrasiyası, Kubanı, “terrorizmi dəstəkləyən” dövlətlərə aid edir.

Bu mövqe adaya qarşı sanksiyaların saxlanmasına və ona qarşı geniş miqyaslı casus-təxribatçı fəaliyyətin aparılmasına bəraət qazandırır.

Və sonda. Amerikan xüsusi xidmət orqanalrının elektron yazışmaları oxumadıqlarını, sadəcə izlədiklərinə dair MTA rəhbərliyi və Barak Obamanın açıqlamarı homerik gülüşdən başqa heç nə doğurmur. Həm də ABŞ xüsusi xidmət orqanları dünya üzrə verbovka işləri aparırlar. Etibardan salma məlumatlarının toplanması – bu cür işin zəruri şərtidir. elektron məktublar oxunmadan və dinləmə məlumatlarını təhlil etmədən keçinmək olmaz. Total agentura şəbəkəsi və total elektron casusluq sisteminin yaradılması – ABŞ rəhbərliyi üçün qarşılıqlı əlaqəli vəzifələrdir.

MTA və digər ABŞ xidmət orqanlarının, on line rejimdə ictimaiyyəti izləyən qlobal şəbəkələrinin yaradılması prosesi Snoudeni fəaliyyətə təhrik edib: “Mən hər şeyi qurban verməyə hazıram, çünki ABŞ rəhbərliyinin gizli şəkildə hazırladığı bu nəhəng izləmə sistemi vasitəsilə dünyadakı insanların şəxsilik, İnternet azadlığı və təməl azadlıqlarının pozulmasına sakit vicdanla imkan verə bilmərəm”.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

1341299997wolnosc

Разоблачения сбежавшего в Гонконг бывшего сотрудника ЦРУ и АНБ (Агентства национальной безопасности США) Эдварда Сноудена в очередной раз продемонстрировали всемирный размах, бесспорно, преступного по своему характеру электронного шпионажа, который ведут Соединённые Штаты. Сноуден заглянул в бездны деятельности АНБ и ужаснулся. Сейчас он ищет надёжное укрытие для того, чтобы продолжить свои разоблачения…

Сноуден предал гласности информацию о секретной программе электронной слежки под кодовым названием PRISM. Речь идёт в том числе о слежке за европейскими пользователями интернет-компаний и социальных сетей. Агентство национальной безопасности является главным оператором программы, распределяя полученную информацию (по сферам интересов) между ЦРУ, ФБР, Управлением по борьбе с наркотиками и другими спецслужбами. Сноуден раскрыл далеко не все секреты, которыми владеет, но и то, что прозвучало, в Латинской Америке например, было воспринято с крайней с тревогой. Если Империя позволяет себе нагло шпионить даже за своими союзниками по НАТО, то на какие действия она способна в странах к югу от Рио-Гранде, которые считает своим «задним двором»?

В центре Майами расположено громадное здание без окон, принадлежащее компании Terremark. В трёх громадных белых шарах на крыше находится коммуникационная аппаратура, принадлежащая компании Global Crossing.Ежедневно её каналы используются для миллионов телефонных бесед и электронной переписки клиентов из стран Латинской Америки и Карибского бассейна. Компания Global Crossing поддерживает тесный контакт с Агентством национальной безопасности и по договору обязана обеспечивать ему неограниченный доступ к своему оборудованию для ведения электронной разведки. Мотивировка — обеспечение национальной безопасности: борьба с международным терроризмом, организованной преступностью, наркокартелями, шпионскими сетями.

В аналогичные условия поставлены все коммуникационные структуры, находящиеся на территории США и работающие с клиентурой к «югу от Рио-Гранде». В ходе недавней видеоконференции с Университетом Республики УругвайДжулиан Ассанж, основатель портала WikiLeaks, сказал, что граждане латиноамериканских стран, ведущие электронную переписку, должны знать, что многие обслуживающие их серверы находятся в Калифорнии. Всемирно известная социальная сеть Facebook, поисковые системы Google, Yahoo и другие контролируются североамериканскими компаниями, а следовательно, Агентством национальной безопасности США, этим «Большим ухом» Империи. По словам Ассанжа, Соединённые Штаты перехватывают 99% всех разговоров, которые ведут латиноамериканцы с внешним миром.

АНБ для конкретизации получаемой информации и облегчения расшифровки добываемых данных нуждается в дополнительных справочных сведениях. Повышенный интерес вызывает структура беспроводной связи, постоянно востребована информация об интернет-провайдерах, моделях используемых гражданским и военным руководством страны мобильных телефонов и их операционных системах. Запрашиваются сведения об инфраструктуре спутниковой связи, в том числе о системах, используемых для широкополосного доступа в Интернет, телефонной связи, передачи данных для корпоративных сетей и т.д.

Министр связи Бразилии Пауло Бернардо заявил, что правительство его страны потребует объяснений у Соединённых Штатов по поводу шпионажа в Интернете и о той роли, которую в этом играют североамериканские компании. Бернардо сказал, что Google и другие крупные компании должны дать отчёт пользователям не только в Бразилии, но и в других странах о том, какого рода отношения скрываются в их симбиозе с органами безопасности США: «То, что стало известно благодаря прессе, ставит перед нами огромную проблему: защита частной жизни, которую нам гарантирует бразильская Конституция, не выполняется».

Беспокойство бразильского руководства можно понять. Повышенный интерес спецслужб США к должностным лицам Бразилии, её внутренней и внешней политике стал проявляться в период президентства Дж. Буша-младшего. «Гигант Южной Америки» воспринимался (и воспринимается) как главный геополитический соперник США в Западном полушарии, как лидер интеграционных процессов в Латинской Америке, как лояльный партнёр «популистских режимов» и Кубы. Соответствующие инструкции по «обеспечению поступления надёжной информации» получало посольство США в Бразилии. Не особенно стеснялись в методах оперативные работники, разрабатывая бразильцев на территории самих Соединённых Штатов. Первые проколы американских спецслужб в работе по «бразильской линии» были отмечены ещё в 1999-2004 годах, когда послом Бразилии в США был Рубенс Барбоса. Прослушивались телефоны различных представительств Бразилии, мобильники дипломатов, сотрудников военного атташата и вспомогательного персонала. Были отмечены случаи вскрытия бразильских дипломатических вализ. По оценкам компетентных органов Бразилии, ФБР и ЦРУ охотились за шифровальными системами. Протесты по поводу прослушки и вскрытия вализ направлялись в Госдепартамент, но какой-либо внятной реакции на них получено не было.

В Панаме руководство Революционно-демократической партии сделало запрос на имя госсекретаря США Джона Керри с требованием разъяснить, как используется переданная панамским органам безопасности американская аппаратура для прослушки, контроля над Интернетом, обмена текстовыми посланиями. Активизацию подобного рода операций в Панаме местные аналитики увязывают с предстоящими всеобщими выборами в мае 2014 года и стремлением правительства Мартинелли скомпрометировать оппозицию путём использования «грязной» информации. Однако существуют и другие версии передачи сверхсекретного оборудования: это делается в рамках развёртывания опорных пунктов PRISM в Западном полушарии.

Другая скандальная история стала достоянием СМИ в Аргентине. Выяснилось, что компьютерная база данных Национальной жандармерии находилась под контролем сотрудников посольства США в Буэнос-Айресе. В 2005 году с ведома Министерства внутренних дел страны у корпорации Microsoft было приобретено программное обеспечение Proyecto X 4.1, используемое для систематизации данных на «социальных активистов, политических и профсоюзных деятелей». По контракту, заключённому с корпорацией, аргентинские специалисты не имели права вносить свои изменения в программу, корректировать её параметры. Эту работу «по актуализации» должны были осуществлять специальные уполномоченные посольства США, то есть сотрудники ЦРУ. Существуют основания полагать, что резидентура ЦРУ использовала контакты в компьютерно-техническом подразделении Национальной жандармерии для получения информации о программном обеспечении других силовых подразделений страны и облегчения съёма информации с помощью PRISM.

Интерес США к прослушке латиноамериканцев сейчас активно обсуждается в региональных СМИ. На портале Gaceta Mercantil.com было опубликовано 6 июня интервью с Эночем Агиаром (Henoch Aguiar), бывшим министром коммуникаций Аргентины, в котором он рассказал, как его пытались привлечь к работе в интересах США. На встречу с американцем Агиар согласился по просьбе аргентинского предпринимателя, поддерживавшего тесные деловые отношения с партнёрами из США. В ходе обеда в ресторане с «рекомендованным» американцем тот неожиданно представился высокопоставленным сотрудником ЦРУ. Без долгих церемоний он предложил Агиару помочь ему (с позиций министерства) в организации прослушки телефонной сети на аргентинской территории, но получил отказ и поторопился покинуть место встречи.

Оптоволоконный кабель Венесуэла — Куба, проходящий по дну Карибского моря, начал действовать в 2013 году. Он увеличил коммуникационные возможности Венесуэлы в несколько тысяч раз. Кубинцы оценили подключение к кабелю как удар по попыткам США организовать коммуникационную блокаду острова. С технической точки зрения наилучшим решением была бы прокладка кабеля между штатом Флорида и Кубой, но антикубинская позиция США препятствовала этому.Сейчас одной из первостепенных задач для кубинских и венесуэльских операторов оптоволоконного кабеля является его защита от «вторжения» АНБ США. Функционирование независимых каналов связи в регионе рассматривается Агентством как угроза интересам США. Американская администрация относит Кубу к государствам, «поддерживающим терроризм». Такая позиция оправдывает сохранение санкций против острова и ведение против него масштабной шпионско-подрывной деятельности.

И последнее. Ничего кроме гомерического хохота не вызывают утверждения руководства АНБ и Барака Обамы о том, что американские спецслужбы отслеживают, но не читают электронную переписку. Это-то притом, что спецслужбы США ведут вербовочную работу по всему миру. Сбор компромата — необходимое условие такой работы. Без чтения электронных писем и анализа данных прослушки здесь не обойтись. Создание тотальной агентурной сети и тотальной системы электронного шпионажа — взаимосвязанные задачи для руководства США. 

Процесс создания глобальных сетей АНБ и других спецслужб США, просвечивающих в режиме on line человеческое сообщество, побудил Сноудена к действию: «Я готов пожертвовать всем, поскольку не могу со спокойной совестью позволить правительству США нарушать приватность, свободу Интернета и основные свободы людей во всём мире с помощью этой громадной системы слежки, которую они втайне разрабатывают».

Оригинал статьи


Oxşar yazılar:

Baxış sayı:6081