abunə ol: Yazılar | Şərhlər | Еmail

Erix Fromm – Kredo

Şərh

Erich-Fromm-9303242-1-402

Mən inanıram ki, insan təbii təkamül nəticəsində yaranmışdır, o, təbiətin bir hissəsidir, amma təbiətə üstün gəlib və gələcək şüur və özünüdərklə mükafatlandırılıb.

Mən düşünürəm ki, insanın mahiyyəti tamamilə qavranılandır. Ancaq o, insanı bütün tarixi dövrlərdə xarakterizə edən hər hansı bir substansiya deyil. İnsanın mahiyyəti onun varlığındakı ziddiyyətlə bağlıdır və bu ziddiyyət onu həll yolunun axtarışı istiqamətində fəaliyyət göstərməyə məcbur edir . İnsan bu ekzistensial dixotomiya qarşısında neytral və passiv qala bilməz. İnsanın bir insan olaraq mövcudluğu onun qarşısına sual qoyur ki, onu əhatə edən insanlar və təbiətlə vəhdət hissinə nail olmaq üçün özü ilə xarici aləm arasındakı uçurumu hansı yolla aşsın. İnsan həyatının hər bir anında bu suala cavab verməlidir, təkcə fikir və ya sözlərlə deyil, daha çox o, mövcud olması və fəaliyyəti ilə.

 İnanıram ki, mövcudluqla əlaqədar bu suala məntiqəuyğun daha az  cavablar vardır. Varlıq haqda bu sualın müəyyən sayda məhdud və qəbul edilmiş cavabları  var (din və fəlsəfə tarixi belə sualların kataloqudur), Bunlar iki əsas alternativ şəklinə salına bilər. Alternativlərdən biri  spesifik insani keyfiyyətlərin – şüur və sevmək bacarığının yox edilməsi vasitəsilə bəşəriyyətə qədərki mövcudluq qaydalarına qayıtmaq yolu ilə insanın, təbiətlə harmoniyanı yenidən əldə etmək cəhdləri ilə bağlıdır. Digəri isə insani bacarıqların tam inkişafını və yaxınları və təbiətlə yeni harmoniya yaratmaq məqsədini güdür.

Mən düşünürəm ki, birinci yol məğlubiyyətə məhkumdur. O, ölümə, dağıntıya, iztiraba aparır və heç vaxt insan inkişafına gətirib çıxarmır, güc və harmoniya yaratmır. İkinci alternativ, əksinə, acgözlük və eqosentrizmi rədd edir, yol göstərməyi bacaranlara diqqətlə yanaşır, intizam və iradə tələb edir. Baxmayaraq ki, bu çətin yoldur, yalnız o müvəffəqiyyət imkanına malikdir, hətta son məqsədə nail olunmasa belə, bu istiqamətdə fəallıq və səylər artıq vahid və birləşdirici təsirə malik olur  ki, insanın həyat enerjisini artırır.

Mən inanıram ki, insanın təməl seçimi – həyat və ölüm arasındakı seçimdir. Hər  əməl bu seçimi şərt olaraq irəliyə sürür. İnsan öz seçimini etməkdə azaddır, amma bu azadlığın məhdudiyyətləri var. İnsana təsir edən bir çox xoşagələn və xoşagəlməz anlar vardır – onun psixoloji konstitutsiyası, sosial çevrəsinin xüsusiyyətləri, ailə, müəllimlər, təsadüfi və seçilmiş dostları. İnsanın  məqsədi – öz taleyinin fəzasını genişləndirmək, ölümə aparan yolun əksinə həyatla bağlarını möhkəmlədirməkdir. Həyat və ölüm haqda danışdıqda, mən bioloji vəziyyəti deyil, insanın mövcudluq üsullarını, dünya ilə qarşılıqlı təsirini nəzərdə tuturam. Həyat daimi dəyişmək, yenidən doğulmaq anlamına gəlir. Ölüm  inkişafın ətaləti, durğunluq, təsbit etmək mənası verir. Bir çox insanın bədbəxt taleyi seçim etmədiklərinin nəticəsidir. Onlar nə yaşayır, nə də ölüdürlər. Həyat bir yükdür, məqsədsiz məşğuliyyətdir, amma məşğulluq isə yalnız kölgələr əyalətində mövcudluq əzabından müdafiə vasitəsidir.

Düşünürəm ki, nə həyat, nə də tarix öz növbəsində ayrı-ayrı insanların həyatını mənalandıracaq və ya onların iztirablarına bəraət qazandıracaq mütləq məna kəsb etmir. Amma insanın varlığı ilə bağlı  olan ziddiyyət və zəiflikləri nəzərə alsaq, bu  halda ona müəyyənlik illüziyası verən və onu münaqişələrdən, şübhə və məsuliyyyətdən xilas edən mütləq axtarışı tamamilə təbii görünür. Lakin teoloji, fəlsəfi və ya tarixi don geyindirilən tanrı belə, insanı xilas olmağa və ya məhkəməyə yola salır. Yalnız insan özü öz həyatı üçün bir hədəf seçə bilər və hədəfə çatmaq üsulları tapa bilər. Axtarışların  xilasedici, qlobal və ya mütləq cavablarını tapmaq səmərəsizdir, lakin  illüziyadan  kənarlaşmaq və azad olmaq gücü verən həyati təcrübədə belə bir dərinliyə, gücə və aydınlığa cəhd etmək mümkündür .

Mən düşünürəm ki, heç kim ətrafındakı yoldaşlarını “xilas” , onun yerinə seçim edə bilməz. Bir insanın digərinə edə biləcəyi cəmi köməyi – onun qarşısında alternativləri dürüst və sevgiylə, amma sentimentallıq və illüziyalarsız göstərməkdir . Mövcud alternativlərlə qarşılaşma insanın bütün gizli enerjisini oyadır və ölümün ziddinə həyatı seçməyə yardımçı olur. Bir halda ki, insan həyatı seçmək  bacarığında deyil, deməli, qeyri- başqa bir kəs onun yerinə nəfəs çəkə bilməyəcək.

Düşünürəm ki, xeyirin seçiminə aparan iki yol vardır. Birinci – mənəvi əmrlərə xidmət və itaətlə bağlıdır. Bu yol effektiv görsənə bilər, amma nəzərə alınmalıdır ki, min illər ərzində yalnız çox az insan hətta On Əmrin tələblərini yerinə yetirməyə nail olub. Bu əmrlər o zaman hakimiyyət tərəfindən əmirlər kimi  təqdim edildikdə əksər insanlar cinayət törədirdi. İkinci yol – nəyin yaxşı və ya doğru olduğu mənasında xeyirxahlıq anlayışını inkişaf etdirməkdir. Xeyirxahlıq hissi haqda danışarkən,bu bentamian və ya freydist anlamda həzz mənasına gəlmir. Mən çoxlarına tanış  həyat eşqi hissinə istinad edirəm, bunda insan öz gücümü və kimliyinı təsdiqləyir.

Düşünürəm ki, təhsil gənclərin ən dəyərli bəşəriyyətin irsini tanımasında bir anlam daşıyır. Lakin bu mirasın böyük hissəsi sözlərlə ifadə olunur, bu tərbiyə yalnız o halda effektiv olur ki, bu sözlər müəllimlərin timsalında, təcrübədə və cəmiyyətin quruluşunda reallıq əldə etsin.

Yalnız gerçəkləşdirilmiş ideya insana təsir göstərə bilər; fikir sözdə qalırsa, o yalnız sözü dəyişməyə qadirdir.

 Düşünürəm ki, insan özü özünü inkişaf etdirmək bacarığına malikdir. Mövcud özünü inkişaf etdirmək bacarığı – insanın öz məqsədinə çatmaqda yalnızca bir zəruri şərtdir, amma bu  kifayət deyil. Əgər insan həyat və inkişafın xeyrinə öz seçimini etməyibsə, deməli qaçılmazdır ki, canlı meyitə çevrilərək və o dağıdıcı bir qüvvə olacaq. Günahkarlıq və özünü məhv xeyirxahlıq və həyata bağlılıq kimi bir o qədər realdır və insanın imkanlarının təkrar dairəsini təşkil edir. Əgər o özünün ilkin imkanlarını reallaşdırmaqdan imtinanı seçirsə, bu dairəyə düşür,.

Düşünürəm ki, müstəsna hallarda insanlar müqəddəs və ya cinayətkar doğulur. Əksəriyyətimiz xeyirə və bir o qədər də şərə meyl edirik, lakin bu meyllərə münasibətdən görünür ki, bu, insandan insana dəyişir. Bu səbəbdən bizim taleyimiz transformasiya edən bu meyllərin

təsirlərindən çox ciddi şəkildə asılıdır. Daha çox ailə təsir göstərir. Ailə özündə çox cəhətləri ilə – cəmiyyətin təmsilçisidir, cəmiyyət tərəfindən fərdlərin şüuruna yeridilmiş dəyər və normaların bələdçisidir. Buna görə də insanın inkişafında vacib sayılan amil onun doğulduğu cəmiyyətin strukturu və dəyərlər sistemidir.

Düşünürəm ki, eyni anda cəmiyyət bir tərəfdən təşviq edir, həvəsləndirir, digər tərəfdən qarşısını alır. Yalnız  başqaları ilə əməkdaşlıqda, iş prosesində insan öz qabiliyyət və bacarıqlarını inkişaf etdirir və yalnız tarixin gedişində özü-özünü yaradır. Amma eyni zamanda əksər cəmiyyətlər ta bu günə kimi azlığın məqsədlərinə xidmət edib, yerdə qalanları vasitə kimi istifadə etməyə cəhd göstərib. Onları təzyiq və qorxu altında saxlamaq üçün öz hakimiyyətlərindən istifadə etmək lazım gəlmişdir, çünki azlıq (amma belə halda, bilavasitə və özü özlərini), bu əksəriyyətə öz bacarıqlarını tam ölçüdə inkişaf etdirmək imkanı vermir.

Nəticədə cəmiyyət daima insaniyyətlə, istisnasız hər kəsə aid olunan universal normalarla qarşıdurmaya girir. Cəmiyyətin hədəfləri ümumi bəşəriyyətin inkişafının məqsədləri ilə tamamilə bənzər olduğu zaman xalqı mənəvi cəhətdən şikəst etməyi və şər doğurmağı dayandırır.

Mən düşünürəm ki, hər bir insan – bəşəriyyəti təmsil edir. Biz intellekt, sağlamlıq vəziyyətinə və istedada görə fərqliyik. Və yenə də biz hamımız birik. Biz ümumən müqəddəs və günaha batmış, yetkinlik yaşına çatmış və uşağıq və bizdən heç kim digərindən üstün  və hakim deyil. Biz birlikdə Budda ilə oyanmışıq, İsa ilə yanaşı çarmıxa çəkilmişik və Çingiz xan, Stalin və Hitlerlə bir yerdə öldürmüş və qarət etmişik.

Düşünürəm ki, tək öz fəardiliyini həyata keçirmək yolu ilə və qətiyyən özünü abstrakt ümumi anlayışa müncər etmək cəhdi göstərməyərək tam universal insanın kimliyini qavramaq olar. Həyat insan qarşısında paradoksal tapşırıq qoyub: bir yandan öz fərdiliyini reallaşdırmaq, digər yandan isə – onu ötüb keçmək və universal yaşam tərzinə nail olmaq. Təkcə tam şəkildə inkişaf etmiş kəs öz egosu (“Mən”i) üzərində ucaldıla bilər.

Düşünürəm ki, Vahid Dünya o zaman  yaranacaq ki, Yeni İnsan doğulacaq – o insan ki, arxaik qan qohumluğu olan köklərindən qopacaq, özünü bəşəriyyətin oğlu, bir  dünya vətəndaşı kimi hiss edəcək, o dünya ki, insan nəslinə və yaşamına həvalə edilib, ayrıca qrup insana deyil; o insan ki, öz ölkəsini sevəcək, çünki insan övladına sevgisi var və onun mülahizələrinə qəbilə mənsubiyyəti təsirsiz qalıb.

Düşünürəm ki, insanın inkişafı –davamlı doğum prosesidir, aramsız oyanışdır. Biz adətən yarıyuxulu vəziyyətdəyik, ayıqlıq bizə yalnızca işimizi görməyə kifayət edir; həyat uğrunda isə tam ayılmamışıq, əslinə baxanda məhz bu, canlı varlıq üçün əhəmiyyət daşıyır. İnsan nəslinin ali başçısı  o şəxsdir ki, insanı yarımçıq yuxusundan oyadır. İnsanlığın böyük düşməni insanı yuxuya salandır və onların yuxu şərbətinin Tanrıya və ya Qızıl Buzova ibadət olmasının fərqi yoxdur.

Düşünürəm ki, insanın inkişaf  tarixinin son dörd min ilində həqiqətən həyəcan hiss edilir.  İnsan öz düşüncəsini o qədər kamilləşdirib ki, təbiətin tapmacalarını açmaq  iqtidarındadır və  təbiətin kor qüvvələrinin hakimiyyətindən özünü xilas etmişdir. Amma öz təntənəli zəfər anında, yeni dünya astanasında dayanarkən özü yaratdığı əşyaların və təşkilatların təsiri altına düşdü. İnsan istehsalın yeni üsullarını kəşf edib və istehsalı və bölgünü öz yeni bütə çevirib. İnsan öz əllərinin yaratdığını ilahiləşdirib sitayiş edir və özü-özünü əşyaların köləsinə çevirib. İnsan Tanrı adını yada salır, azadlıq, insaniyyət, sosializm haqda əbəs yerə danışır, gerçəkdə öz gücünə təzim edir – bomba və maşınlara – ondan ötrü ki, öz insani yoxsulluğunu ört-basdır etsin, dağıdıcı gücü ilə öyünür ki, beləliklə, öz gücsüzlüyünü gizlətmiş olsun.

 Mən düşünürəm ki, özünüməhvdən bizi qoruya biləcək yeganə qüvvə şüurdur;  insanın daha çox düşüncəsinə yeriyən qeyri-reallığı tanımaq bacarığı, çoxlaylı qalın yalan və ideologiyalar arxasında gizli qalan reallığa nüfuz etmək bacarığıdır; şüur bilik yığını demək deyil, əksinə, enerjinin bir formasıdır, düşüncənin  fəaliyyətində və nəticələrində tamamilə qavranılan gücdür”,“təməlində birləşdirmək və ayırmaq, başa düşmək və bəsirət qabiliyyəti durur”. Zorakılıq və silahlar deyil, sağlam düşüncə bizi xilas edəcək.

Mən düşünürəm ki, bir insan ümid və inamını itiribsə, şüur təsirli ola bilməz. Höte müxtəlif tarixi dövrlər arasında ən dərin fərqin – bu inam və inamsızlıq epoxaları arasındakı fərq olduğu haqqında danışdıqda haqlı idi. Höte deyirdi ki, inamın təntənəsi dövrü parlaq, ali və məhsuldardır; əksinə, inamsızlığın hökm sürdüyü dövrlər izsiz yoxa çıxır, çünki insanlar bu dövrdə özlərini qeyri-məhsuldar məşğuliyyətlərə həsr edirlər.  Heç şübhəsiz, on üçüncü əsr İntibah və Maariflənmə dövrü  inam və ümid əsridir. Qorxuram ki, qərb dünyası iyirminci əsrdə inam və ümiddən məhrum olması ilə özünü aldatmaqdadır. Doğrudan da, insana olan inamın itirildiyi yerdə maşınlara inam bizi yox olmadan xilas etmir, əksinə, bu “inam” sadəcə sonu yaxınlaşdırır. Ya qərb dünyası məğzində istehsal və əməyi deyil, məhz insaniliyi tam inkişaf etdirən insan humanizmini oyatmaq istedadını göstərəcək, ya da Qərb digər nəhəng sivilizasiyalar kimi məhv olacaq.

Mən düşünürəm ki, həqiqəti anlamaq daha çox insanın zəkasından deyil, daha çox xarakterindən asılıdır. Hər şeydən vacibi “yox” demək cəsarətidir, gücün və ictimai fikrin əmrlərinə boyun əymədən, yuxunu özündən uzaqlaşdırmaq və insan olmaqdır, çarəsizlik və heçlik hissindən ayılmaq və azad olmaqdır. Həvva və Prometey – iki ulu üsyankar, onların “cinayətləri” bəşəriyyəti azad etdi. Amma şüurlu surətdə “yox” demək bacarığı həmçinin eyni dərəcədə “hə” sözünü dilə gətirməyi tələb edir. “Hə” Tanrıya – Sezara “yox”dur; “hə” insana – kimlərisə əsarət altına almaq, istismar və  alçaltmağa cəhd edən hər kəsə ”yox” deməkdir.

Mən azadlığa, insanın özü olmaq haqqına, özünü müdafiə etmək və özü olmağa maneə yaratmağa cəhd edənlərə müqavimət göstərməyinə inanıram. Amma azadlıq – əsarətin yoxluğundan daha böyük anlam daşıyır. Bu sadəcə “bir şeydən azad olmaq” deyil, bu “azadlıq” –müstəqillik əldə etmək azadlığı; çoxa malik olmaqdansa və ya çoxluğu – əşya və insanları istifadə etmək deyil, çox olmaq azadlığı deməkdir.

Mən düşünürəm ki, nə qərb kapitalizmi, nə də sovet və ya çin kommunizmi gələcəklə bağlı problemi həll etmək iqtidarında deyil. Hər ikisi insanlarla əşya kimi davranan bürokratiyanı doğurur. İnsan təbiət və cəmiyyətin qanunlarını öz şüurlu və rasional nəzarəti altına almalıdır; əşyaları da, insanı da yönləndirən bürokratik nəzarətə deyil, əksinə, əşyaları idarə edən və onları insana tabe edən müstəqil assosiasiya yaradan istehsalçıların nəzarətinə verməlidir, hər bir əşya isə müəyyən ölçüyə sahibdir. Kapitalizm və sosializm yox, məhz bürokratizm və humanizm həqiqi alternativlərdir. Demokratik, qeyri-təmərküzləşmiş sosializm şərtlərin reallaşmasıdır, insanın imkanlarını tam olaraq müəyyənləşdirməkdə son nəticəyə çatmaq üçün zərurətdir.

Mən düşünürəm ki,  insan həyatında və ya sosial həyatda ən məhvedici səhvlərdən biri düşüncənin ağ-qara stereotiplər bataqlığına  düşməsidir. “Qırmızı olmaqdansa ölü olmaq daha yaxşıdır”, “ya yadlaşmış sənaye sivilizasiyası, ya da fərdiyyətçi sənayeyə qədərki cəmiyyət”, “ya yenidən silahlanma, ya da düşmən qarşısında acizlik” – belə alternativin  nümunələridir.

Stereotiplərin ölümcül sancılarından azad olduqda və bəşəriyyətin və şüurun səsini eşitmək qabiliyyəti göstərdikdə, yalnız o zaman insana düşüncə aydınlığı gətirən digər və yeni imkanlar daima mövcud olacaq. “Daha az şər” prinsipi – bu ümidsizlik prinsipidir. Əksər hallarda bu prinsipə riayət etmək yalnızca böyük şəri qələbəyə çəkib aparır. İnsani və haqq yolunda risk etmək, ədalətin və insanlığın gücünə inam, “opportunizm realizmi” adlandırılandan daha realdır.

Mən düşünürəm ki, insan onu əsarət altında saxlayan, beləcə iflic edən illüziyalardan canını qurtarmalıdır. Daxilindəki və əhatə olunduğu reallığı dərk etməlidir ki, bir dünya yaratsın, bu dünyanda isə illüziyalara ehtiyac olmasın.

Yalnız illüziya zəncirləri qırıldıqdan sonra azadlıq və müstəqillik əlçatan ola bilər.

Mən düşünürəm ki, bu günümüzün əsas sualı – hərb və sülhə dairdir. İnsan Yer üzündəki bütün həyatı silmək və ya sivilizasiyanı dağıtmaq və qalan insanların dəyərlərini məhv etməklə barbarlığı ucaltmaq, bəşəriyyətdən miras hər nə varsa öz tabeçiliyinə salan totalitar təşkilatları yaratmaq iqtidarındadır. Oyanıb, bu hədələyici təhlükəni saxta cəfəngiyat axını arasında, qabaqcadan insanlardan gizlədilmiş, onların yol aldıqları uçurumu görmək – bu gün insanın öz üzərinə götürməli olduğu yeganə mənəvi-əxlaqi və intellektual öhdəlikdir. Əgər o bunu etməzsə, biz məhkum ediləcəyik. Əgər biz nüvə partlayışında tamamilə məhv ola biləriksə, ona görə yox ki, insan insan olmaq bacarığında deyil və ya insan yaradılışından xislətində şər daşıyır; bu ona görə baş verir ki, sərsəmlik konsensusu ona reallığı görməkdə mane olur və ədalətli davranmasının qarşısını alır.

Mən insanın özünü kamilləşdirmək bacarığına inanıram, amma tezliklə oyanmasa, bu məqsədə o çata biləcəyinə şübhə edirəm.

Gözətçi! Gecədən nə qədər keçibdir?

Gözətçi cavab verir.

Səhər yaxınlaşır, amma hələ gecədir.

Əgər siz israrla soruşsanız:

Qayıdın, gəlin yenidən

 (İsaiah, 21, 11-12)

(c) SOLFRONT

Erich-Fromm-9303242-1-402

Я убежден, что человек появился в результате естественного развития, что он часть природы, но превосходит ее, будучи наделен разумом и самосознанием.
Я считаю, что сущность человека вполне познаваема. Однако она не есть некая субстанция, характеризующая человека во все исторические времена. Сущность человека заключается в противоречии, заложенном в его существовании, и это противоречие вынуждает человека действовать в поисках его разрешения. Человек не может оставаться нейтральным и пассивным перед лицом этой экзистенциальной дихотомии. Существование человека как человека ставит перед ним вопрос, как преодолеть раскол между собой и внешним миром для достижения чувства единения с ближними и с природой. Человек должен отвечать на этот вопрос каждое мгновение своей жизни. И не только, или даже не столько мыслями или словами, сколько тем, как он живет и действует.

Мне представляется, что существуют немногие доступные познанию ответы на этот вопрос о существовании (история религии и философии – перечень таких ответов), и что они могут быть сведены к двум основным альтернативам. Одна из альтернатив связана с попытками человека вновь обрести гармонию с природой путем регресса к дочеловеческим способам существования, за счет элиминирования специфически человеческих качеств – разума и способности любить. Другая ставит целью полное развитие человеческих возможностей и установление новой гармонии с ближними и с природой.

Я уверен, что первый путь обречен на неудачу. Он ведет к смерти, разрушению и страданию, а не к росту человека, не к его гармонии и силе. Напротив, вторая альтернатива исключает алчность и эгоцентризм, требует дисциплины, воли и внимательного отношения к тем, кто способен указывать путь. И хотя этот путь трудный, только он имеет шансы на успех, ведь даже если цель еще не достигнута, активность и усилия, направленные на ее достижение, уже оказывают объединяющий, интегрирующий эффект, мобилизующий энергию человека.

Я верю, что основной выбор человека – это выбор между жизнью и смертью. Каждый поступок предполагает этот выбор. Человек свободен сделать свой выбор, но свобода эта ограничена. Существует много благоприятных и неблагоприятных моментов, которые влияют на человека – его психологическая конституция, особенности социального окружения, семья, учителя, друзья случайные и выбранные. Задача человека – расширять пространство своей судьбы, укреплять то, что содействует жизни, в противоположность тому, что ведет к смерти. Говоря о жизни и смерти, я имею в виду не биологическое состояние, а способы бытия человека, его взаимодействия с миром. Жизнь означает постоянное изменение, постоянное рождение. Смерть означает прекращение роста, окостенелость, зацикленность. Несчастная судьба многих людей – следствие несделанного ими выбора. Они ни живые, ни мертвые. Жизнь оказывается бременем, бесцельным занятием, а дела – лишь средством защиты от мук бытия в царстве теней.

Я уверен, что ни жизнь, ни история не обладают конечным смыслом, который в свою очередь придавал бы смысл жизни отдельных людей или оправдывал бы их страдания. Однако, если учесть противоречия и слабости, с которыми сопряжено существование человека, то вполне естественными оказываются его поиски “абсолюта”, дающего ему иллюзию определенности и освобождающего его от конфликтов, сомнений и ответственности. Но не бог, в какие бы теологические, философские или исторические одежды его ни облачали, посылает человеку спасение или приговор. Только сам человек может найти для себя цель своей жизни и способы ее достижения. Бесплодны поиски спасительных глобальных или абсолютных ответов, но можно стремиться к такой глубине, силе и ясности жизненного опыта, которая дает силы жить вне иллюзий и быть свободным.

Я убежден, что никто не может “спасти” своего ближнего, сделав за него выбор. Все, чем может помочь один человек другому – это раскрыть перед ним правдиво и с любовью, но без сантиментов и иллюзий, существование альтернативы. Столкновение с реальностью может пробудить дремлющие в человеке силы и помочь ему выбрать жизнь в противоположность смерти. Если же человек не способен выбрать жизнь, то никто другой не способен вдохнуть жизнь в него.Я знаю только два пути, ведущие к выбору добра. Первый заключается в служении и подчинении моральным устоям. Этот путь может оказаться эффективным, но нужно помнить, что в течение тысячелетий лишь немногим удалось соответствовать даже требованиям Десяти Заповедей. Гораздо большее число людей совершали преступления, когда люди, облеченные авторитетом, называли их благом. Второй путь – развивать чувство добра, делая хорошее и правое. Говоря о чувстве добра, я не имею в виду удовольствие во фрейдовском смысле. Я сошлюсь на знакомое многим чувство повышенной включенности в жизнь, когда человек находит подтверждение своих возможностей и своей идентичности.

Я убежден, что воспитание означает знакомство молодежи с лучшим из наследия человечества. Но так как большая часть этого наследия выражается словами, то воспитание эффективно, только если эти слова обрели реальность в лице учителя, в практике и в устройстве общества. Только материализованная во плоти идея может оказать влияние на человека; идея, которая осталась словами, способна изменять только слова.

Я верю в способность человека к самосовершенствованию. Однако наличие способности к самосовершенствованию – лишь НЕОБХОДИМОЕ условие достижения человеком своей цели, но не ДОСТАТОЧНОЕ. Если человек не сделал свой выбор в пользу жизни и развития, то он с неизбежностью становится разрушителем, превращаясь в живой труп. Греховность и утрата себя так же реальны, как добродетель и включенность в жизнь, и составляют вторичный круг возможностей человека, в который он попадает в том случае, если он выбирает отказ от реализации своих первичных возможностей.Я полагаю, что только в исключительных случаях люди рождаются святыми или преступниками. Большинство из нас имеют предрасположенность и к хорошему, и к дурному, хотя соотношение этих предрасположенностей, по-видимому, варьирует от человека к человеку. Поэтому наша судьба сильно зависит от тех влияний, которые трансформируют эти предрасположенности. Наибольшее влияние оказывает семья. Но сама семья во многом – представитель общества, проводник ценностей и норм, которые общество внедряет в сознание людей. Поэтому важнейшими факторами развития человека являются структура и ценности того общества, в котором он родился.

Я полагаю, что общество одновременно и поощряет, и сдерживает. Только в сотрудничестве с другими, в процессе труда человек развивает свои способности, только в ходе истории он творит сам себя. Но в то же время большинство обществ до сегодняшнего дня служили целям немногих, стремившихся использовать остальных как средство. Им приходилось использовать свою власть для подавления и запугивания большинства (а таким образом, косвенно, и самих себя), чтобы не дать этому большинству в полной мере развить свои способности. В результате общество всегда вступало в конфликт с человечностью, с универсальными нормами, относящимися к каждому без исключения. Только когда цели общества станут тождественны целям общечеловеческого развития, оно перестанет калечить людей и порождать зло.

Я верю, что каждый человек – представитель всего человечества. Мы различаемся по уровню интеллекта, здоровью и талантам. И все же мы все – одно. Мы все – святые и грешники, взрослые и дети, и никто из нас не возвышается над другими и не судья ему. Мы все разбужены вместе с Буддой, мы все распяты вместе с Христом и мы все убиты и обездолены Чингисханом, Сталиным и Гитлером.

Я уверен, что можно понять, что такое целостный универсальный человек, только через осуществление своей индивидуальности, но отнюдь не пытаясь свести себя к абстрактному общему понятию. Жизнь ставит перед человеком парадоксальную задачу: с одной стороны реализовать свою индивидуальность, а с другой – превзойти ее и прийти к переживанию универсальности. Только всесторонне развитая личность может подняться над своим Я.

Я уверен, что царство Единого Мира может наступить только тогда, когда придет новый человек – человек, который вырвется из оков архаических кровных связей, который почувствует себя сыном человеческим, гражданином мира, который будет предан человечеству и жизни, а не отдельной ее части; человек, который будет любить свою страну вследствие любви к человечеству и на чьи суждения не будет влиять клановая принадлежность.

Мне представляется, что развитие человека – это процесс беспредельного рождения, беспрестанного пробуждения. Наше обычное состояние – полусон; нашего бодрствования хватает лишь на дела; для жизни мы пробуждены недостаточно, хотя только это и имеет значение для живого существа. Вождями человечества являются те, кто пробудил человека от полудремы. Врагами человечества являются те, кто погружает человека в сон, и неважно, выступает ли а роли их сонного зелья молитва Богу или Золотому Тельцу. Я испытываю трепет, когда оглядываюсь на историю развития человека за последние четыре тысячи лет. Человек развил свой разум настолько, что стал способен раскрывать загадки природы, и освободился от власти слепых сил природы. Но в момент своего величайшего триумфа, стоя на пороге нового мира, он попал во власть вещей и организаций, которые сам создал. Человек изобрел новый способ производства и сделал производство и распределение своими новыми идолами. Человек обожествил создание рук своих и превратил самого себя в слугу вещей. Человек всуе говорит о Боге, свободе, человечности, социализме, он поклоняется своей силе – бомбам и машинам – дабы скрыть свою человеческую несостоятельность, он хвастается своей разрушительной силой, дабы скрыть свое бессилие.

Я уверен, что единственное, что может спасти нас от самоуничтожения – это разум, способность распознать нереальность большинства обуревающих человека идей, способность пробиться к реальности, скрытой за многослойной толщей лжи и идеологий; разум не как вместилище знаний, а как “своего рода энергия, сила, которая полностью познается только в ее действии и в результатах…”, сила, “основным содержанием которой является способность соединять и разъединять, понимать и предвидеть”. Насилие и оружие нас не спасут; здравый рассудок может.

Я знаю, что разум бесплоден, если человек лишен надежды и веры. Гете был прав, говоря, что глубочайшее различие между разными историческими эпохами – это различие между эпохами веры и безверия. Гете говорил, что эпохи торжества веры прекрасны, возвышены и плодотворны; напротив, эпохи господства безверия исчезают бесследно, поскольку никто не занимается тем, что не приносит плодов. Вне сомнения, тринадцатое столетие, эпохи Возрождения и Просвещения были эпохами веры и надежды. Боюсь, что западный мир в двадцатом столетии скрывает от себя, что он утратил веру и надежду. Воистину, где нет веры в человека, вера в машины не спасает от исчезновения, напротив, она лишь приблизит конец. Либо западный мир окажется способным возродить гуманизм, сутью которого является полнейшее развитие человеческого в человеке, а не производство и труд, либо Запад погибнет, как многие другие великие цивилизации.

Мне представляется, что способность понять истину зависит больше от характера человека, чем от интеллекта. Важнее всего смелость сказать НЕТ, не подчиниться требованиям силы и общественному мнению, стряхнуть с себя сон и стать человеком, проснуться и избавиться от чувства беспомощности и пустоты. Ева и Прометей – два великих мятежника, чьи “преступления” освободили человечество. Но способность сказать осмысленное “нет” предполагает и способность сказать осмысленное “да”. “Да” Богу – это “нет” кесарю; “да” человеку – это “нет” всем тем, кто пытается его поработить, эксплуатировать или унизить.

Я верю в свободу, в право человека быть самим собой, отстаивать себя и давать отпор всем тем, кто пытается помешать ему быть собой. Но свобода – это нечто большее, чем отсутствие притеснения. Это не только “свобода от”. Это “свобода для” – свобода стать независимым; свобода быть многим, а не обладать многим или пользоваться многим – вещами и людьми.

Я полагаю, что ни западный капитализм, ни советский или китайский коммунизм не способны решить проблему будущего. И те, и другие порождают бюрократию, которая превращает людей в вещи. Человек должен поставить законы природы и общества под свой сознательный и рациональный контроль; но не контроль бюрократический, который управляет и вещами, и людьми, а контроль свободных ассоциированных производителей, которые управляют вещами и подчиняют их человеку, который есть мера всех вещей. Не “капитализм” и “социализм”, а бюрократизм и гуманизм являются истинными альтернативами. Демократический, децентрализованный социализм есть реализация условий, необходимых для достижения конечной цели полного раскрытия человеческих возможностей.

Мне представляется, что одной из наиболее гибельных ошибок в жизни человека или общества является попадание в шоры черно-белых стереотипов мышления. “Лучше мертвый, чем красный”, “либо отчужденная индустриальная цивилизация, либо индивидуалистическое доиндустриальное общество”, “либо перевооружение, либо беспомощность перед лицом врага” – примеры таких альтернатив. Всегда существуют иные, новые возможности, которые открываются сознанию человека, только когда он освобождается от смертельной схватки стереотипов и оказывается способным услышать голос человечности и разума. Принцип “меньшего из зол” – это принцип отчаяния. В большинстве случаев следование этому принципу лишь оттягивает победу большего зла. Риск поступать, следуя правде и человечности, вера в силу правды и человечности гораздо реалистичнее, чем так называемый реализм оппортунистов (от англ. opportunity – удобный случай, возможность).

Я говорю, что человек должен освободиться от иллюзий, которые порабощают и парализуют его, что человек должен осознать реальность, существующую внутри и вокруг него, чтобы создать мир, который не нуждался бы в иллюзиях. Свобода и независимость могут быть достигнуты, только когда падут оковы иллюзий.

По моему убеждению, главный вопрос сегодняшнего дня – это вопрос о войне и мире. Человек в состоянии уничтожить всю жизнь на Земле, либо разрушить цивилизацию и уничтожить ценности у оставшейся части людей и построить варварскую, тоталитарную организацию, которая подчинит себе все, что останется от человечества. Проснуться, увидеть эту грозящую опасность сквозь поток фальшивой болтовни, предназначенной скрыть от людей вид той бездны, в которую они движутся, – вот единственная обязанность, единственная нравственная и интеллектуальная задача, которую должен сегодня взять на себя человек. Если он этого не сделает, мы все будем обречены. Если нам всем суждено погибнуть в ядерной катастрофе, то не потому, что человек не способен стать человеком, или что человек изначально несет в себе зло; это случится потому, что засилье глупости не позволит ему увидеть реальность и поступать по правде.Я верю в способность человека к самосовершенствованию, но сомневаюсь, сможет ли он достигнуть цели, если вскоре не проснется.

Сторож!

Сколько ночи?

Сторож отвечает.

Приближается утро, но еще ночь.

Если вы настоятельно спрашиваете,

то обратитесь, и приходите

(Исаия, 21, 11-12)


Oxşar yazılar:

Baxış sayı:7183