abunə ol: Yazılar | Şərhlər | Еmail

İrticanın ağırlığı

Şərh

67800

İlya Budraytskis qaykalar bərkidilərkən nə etməli olduğumuz haqqında danışır

Keçən ilin sonlarında moskva etirazları soyuduqdan, hakimiyyət iştirakçılara qarşı repressiyalar dövrünü başlatdıqdan sonra çoxları dedilər ki, artıq irtica dövrü gəlib. Bu dövr əslində çağırış kimi və ya cavab hərəkatı kimi qəbul edilmir, bu qaçılmaz təbiət hadisəsi kimidir. Necə ki nikbin yazdan və yorğun yaydan sonra payız melanxoliyası gəlir, eləcə də siyasi yüksəlişdən sonra gündəlik məşğuliyyətlərə qayıdış kimi kədərli dövr başlayır. İrtica sanki sərhədlərindən kənara çıxmış cəmiyyəti həmişəki, yarıyuxulu vəziyyətə, şəxsi işlərə və tam kollektiv zəifliyə qaytarır.

Əlbəttə, bütün dövrlərdə irticanın yaradıcıları öz vəzifələrini elə bunda görürlər – hər kəsi yerinə qaytarmaq, elə etmək ki sanki heç nə baş verməyib. Lakin praktiki olaraq onu heç vaxt ideal həll etmək mümkün olmayıb. Minlərlə insanın beynindən siyasətə girmək kimi unikal təcrübəni silmək üçün hətta bu yaxınlarda “sabitlik dövründə” belə təsəvvür edilməyəcək qədər zorakılıq tətbiq etmək lazımdır. İrtica dövrləri keçmişi qaytarmır, onlar daha qısa və amansız olurlar.

Rəhbər elita polis dəyənəklərinin köməyi ilə fasiləli və əsəbi hərəkət edərək, nəinki təbəələri öz güclərinə inandırırlar, hətta itirdikləri özgüvəni də onlara geri qaytarırlar. İrtica heç vaxt sabitliyin mexaniki davamı ola bilmir, sistemin dərin daxili böhranını uğursuz yüksəlişləridən daha çox bütün çılpaqlığı ilə ortaya qoyur. Əlbəttə, heç nə əvvəlki kimi deyil – təbliğat boruları daha əvvəlki kimi şən çalmır, siyasətlə maraqlanmayan hedonizm (həyatın zövq və səfa üçün yaranmış olduğunu iddia edən qədim yunan əxlaq nəzəriyyəsi) öz cazibədarlığını itirir, sadə vətəndaşların sabaha olan itaətkar inamı – rəhbər elitanın əsas ideoloji üstünlüyü – yavaş-yavaş şübhə altına düşür.

İrticaçılara elə gəlir ki, onlar vəziyyəti idarə edirlər. Amma əslində tarixin bu qəribə və iyrənc dövrlərində daxili məntiqin əsirinə çevrilirlər. Onlar lazım olan anda arxaya ehtiyatlı addım atmaq üçün manevr azadlığından tam məhrum olurlar. Mürtəce taleləri ucbatından onlar daha zavallı və daha təhlükəli olurlar. Qaliblər 1905-ci ildə İlk Rus İnqilabının məğlubiyyətindən sonra bu xüsusiyyətlərinə –  miskinlik, siyasi dəlilik və dəhşətli qəddarlıqlarına görə xüsusilə fərqlənmişdilər. Bu inqilabdan doğan parlament saatlarla, günlərlə antisemit konspiralogiyaların və ya Finlaniyanın anlamsız ruslaşdırılmasının nüanslarını müzakirə edən Stolıpin Üçüncü Dumasına qədər tənəzzül etmişdi. İnqilabi partiyalar həbslər dalğasına və aktivistlərinin kütləvi məyusluğuna məruz qaldı, amma bu təslimçi parlament liberal ziyalıların hakim trendinə çevrildi. Lev Trotski demişkən, liberalların iyini heç yaxşı sabun da təmizləmirdi.

Amma əgər irticaçılar artıq seçilmiş yoldan dönə bilmirlərsə, onların rəqibləri bu vaxtdan istifadə edirdilər ki, arxaya baxıb, inqilabın təcrübəsini – məğlubiyyətə düçar olmuş, lakin cəmiyyəti dəyişən və onu gələcək inqilablara hazırlayan inqilabi təcrübəni qiymətləndirsinlər. Bu qiymətləndirmə yalnız dəftərxana səviyyəsində “nəticə çıxarmaqla” aparılmırdı, həm də cəmi bir il ərzində inadla keçdikləri siyasi təcrübə məktəbinin dəyərini başa düşürdülər. İnsanlar küçəyə çıxanda oyunun qaydaları beləcə dəyişir; sosial abstraksiyalardan göz qabağında aktiv siyasətçilərə çevrilən siniflər yaranır; yüz minlərlə insanın diqqətini ilk dəfə özünə cəlb edən partiya siyasəti belə görünür; rəhbər elitanın bacardıqları və inqilabçıların bacardıqları beləcə qiymətləndirilir.

Bütün bu təcrübə mürtəce yalnızlığın ağır illərində dəfələrlə yaşanır ki –növbəti siyasi akt zamanı özünü sübuta yetirə bilsinlər. Beşinci il yalnız obyektiv ziddiyətlərin davamlı toplanması vasitəsi ilə on yeddinci ilin önsözü olmadı, həm də bu dərin refleksiyaların nəticəsi idi. Onun ən parlaq nümunəsi – Leninin Birinci Rus inqilabı dərsləri barədə, az qala mistik şəkildə 1917-ci il fevral hadisələrindən bir ay əvvəl deyilən İsveçrə hesabatı idi. Bu o hesabatdır ki, sonuncu cümləsində deyilir: bəlkə də onların nəsilləri yeni inqilaba qədər yaşamayacaqlar, inqilabı gənclər edəcəklər.

Rusiyadakı 2011-2012-ci il etirazları 20-ci ərsin əvvəlindəki sınaqlarla müqayisədə çox kiçikdir. Amma bu etirazlarda özünü biruzə vermiş siyasi güclərin xəritəsi də çox kiçikdir. Əgər Kreml qüllələri haqqında danışıqlarla çoxminli mitinqlərə nəzarət üstündə mənasız və qəddar mübazirə söhbətləri arasında var-gəl edən liberallarımız köhnə rus liberalizminin solğun surəti olsaydılar, onda bizim solçular heç yüz il əvvəlki inqilabla səthi müqayisəyə belə dözə bilməzdilər.

Söhbət yalnız işçi sinfinin dəstəyinin və ya şəxsi fədakarlıq və qərarlılıq xüsusiyyətlərinin çatışmazlığından getmir. Müasir radikal sollar müəyyən bir hadisənin yaşanmışlıq hissindən məhrumdurlar ki, o hadisədən sonra onlar əvvəlki kimi ola bilməyəcəklər. Bəzən elə gəlir ki, onlar rəhbər elitadan daha çox əvvəlki sabitlik illüziyasını qəbul etməyə hazırdırlar. Adətkar olduqları reallığın həyəcanlı tərəddüdü artıq geridə qalıb və yenidən cəmiyyətdən təcrid olunmuş aktivizmin əvvəlki formasına qayıtmaq olar.

İndi risk etmədən səhv anlaşılan olmaq olar, sosializm barədə danışıb, proletariatın burjuaziyaya qəddarlığını və nəinki kapitalizmin Putin və rejimi formasındakı siyasi strukturunu, həm də kapitalizmin özlüyündə güzəştsiz olaraq devrilməsini tələb etmək olar. Axı bu sözlərin ünvanlandığı auditoriya yenidən tanışlar qrupundan ibarətdir, “sosial xəbərlər” isə daha qısadır və dəyişiklik istəyi ilə küçələrə çıxan insanlarla daha az əlaqəlidir.

2011-ci il dekabr partlayışlarını solların böyük hissəsi üçün gözlənilməz edən bütün əvvəlki səhvlər nəinki xatırlanmadı, hətta səsləndirilmədi də. Bu səhvlərin ən başlıcası – reallıqda deyil, fantaziyalarda cəmiyyəti hərəkətə gətirə biləcək sosial güc tapmaq arzusudur.

Sovet İttifaqından sonrakı iyirmi il ərzində öz maraqlarını dərk edib siyasi formaya salan yeganə sinif böyük mülkiyyətçilər və dövlət bürokratiyasının birləşməsi olub. Bu sinfin vəhşi ilkin yığım vasitəsilə bərqərar olması qaçılmaz şəkildə bütün digər bərqərar olmuş sosial qrupların məhvi ilə əlaqədar idi. 2000-ci illərin sonunda cəmiyyət yekun şəkildə milli səviyyədə təşkilatlanma bacarığı olmayan, milyonlarla iqtisadi vahidlərə parçalanmış hüquqdan məhrum muzdlu işçilərdən ibarət şəkil aldı. İctimai etirazlar və həmkarlar ittifaqı mübarizəsi yerli və mühafizə xarakteri daşıyırdı və aşkar sinfi tələbləri olan kütləvi hərəkata çevrilə bilmirdi. Bu parçalanmış cəmiyyətin yeganə ortaq cəhəti yüksəlməkdə olan, ən geniş mənada “hakimiyyətdən” total yadlaşma hissi idi. Bu əhval-ruhiyyə ilk baxışda ictimai xarakter daşıyan etirazlar üçün də müəyyənedici xüsusiyyət idi.

2011-ci ildəki kütləvi səfərbərlik yalnız “şəffaf seçkilər” kimi siyasi tələbatlar əsasında mümkün oldu – bu isə, cəmiyyətin əsas məsələlərə qədər yüksəlməsi hazırlığından deyil, hərəkatın qeyri-təkmil vəziyyətindən xəbər verdi. Lakin etiraz yalnız bu şəkildə ola bilərdi. Onun müxtəlif üzvləri – əsasən də moskvalı ofis menecerləri və kiçik biznesmenlərdən təqaüdçülərə və tələbələrə qədər – hansı qrupların daha çox siyasiləşdiyini və vərdiş etdikləri vəziyyətlərinin qəfil dəyişilməsinə hazır olduqlarını əyani şəkildə göstərdilər. Moskva və Peterburqdakı hərəkatların yerli olması, həm də onun sosial cəhətdən məhdud olması onun təbiəti barədə suallara cavab olacaq fakt deyil. Əksinə, bu sual nəinki cavabsız qalır, hətta liberallar və sollar arasındakı siyasi qarşıdurmanın əsas xəttini təşkil edir. Və əgər liberallar uğurlu şəkildə hərəkatın sərhədlər daxilində qalması və daxili nəzarətin mümkün olması üçün əllərindən gələni edirdilərsə, sollar hadisələrin gedişini müəyyənləşdirmək əvəzinə onu izləməyə meylli olan mövqe ilə kifayətləndilər. Təsadüfi deyil ki, bu gün repressiyalara məhz özlərini fərqli aparmağa çalışan radikal solların bəzi nümayəndələri məruz qalıblar.

İrtica sosial güclər arasındakı balansı daha dəqiq göstərir.  İl yarım bundan əvvəl hərəkata həyat verən postsovet Rusiyasındakı ziddiyyətlər kompleksi nəinki qalıb, hətta böyüməkdədir. Növbəti yüksəlişin daha geniş, daha kütləvi olacağı, dərin dəyişikliklərə aparacağı qaçılmazdır. O cümlədən, bu da növbəti yüksəlişin xarakterini özündə ehtiva edib gücləndirəcək. Bu perspektiv rusiya sollarının qısa, lakin ağır irtica dövründə strategiyasını müəyyən etməlidir.

 (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:4882