abunə ol: Yazılar | Şərhlər | Еmail

Banqladeşdə qəza qurbanlarının sayı mini ötüb

Şərh

bangladesh

Banqladeşdə fabrikin uçmasından sonra qurbanların sayı artmaqda davam edir. Yenilənmiş məlumatlara görə, rəqəm 1000 nəfəri ötüb. Hərbi xilasetmə bölükləri dağıntılar altında ölənlərin cəsədlərini çıxarırlar – NEWSru.com xəbər verir.

Xilasedicilər Dakka ətrafında 24 aprel tarixində uçmuş çoxmərtəbəli binanın dağıntıları altında yeni cəsədlər tapmağa davam edirlər. Səkkiz mərtəbəli binada həmçinin mağaza və bank şöbələri yerləşirdi ki, müxtəlif məlumatlara görə, orada 3000-dən çox insan işləyirdi. 2400-dən çoxunu xilas etmək mümkün olub. Müxalifət hakimiyyəti, qurbanların həqiqi sayını gizlətməkdə günahlandırır. Hakimiyyət bu iddiaları təkzib edir.

Dağıntılar arasında axtarışla məşğul olan əsgərlərə rəhbərlik edən hərbi kapitan Şahnavaz Zəkəriyyənin sözlərinə əsasən, cümə axşamı günündən bəri (25 aprel – tərc.qeydi) daha 130 cəsəd dağıntılar arasından çıxarılıb. Bu zaman Zəkəriyyə qeyd edir ki, ölənlərin çoxu – qadındır.

İlkin məlumatlar görə, uçqunun səbəbi bütün qaydaların əleyhinə olaraq kompleksdə quraşdırılmış dörd generatorun güclü titrəmələri olub. Elektrik cərəyanının söndürülməsindən sonra onlar yenidən işə düşdükdə, titrəmələri minlərlə tikiş maşınının titrəmələri ilə üst-üstə düşüb ki, bu da faciəvi nəticələrə gətirib çıxarıb – РИА Новости yazır.

Tədqiqatçıların məlumatlarına görə, kompleks fabrik üçün deyil, “kommersiya məqsədilə istifadəsi üçün” tikilmişdi. Onun tikintisində aşağı keyfiyyətli armatur millərdən, həmçinin bu cür yükə davam gətirə bilməyən kərpic və digər materiallar istifadə edilmişdi. Həmçinin binanın üst üç mərtəbəsi qanunsuz olaraq tikilmişdi.

Şəhəri, günahkarların edam edilməsi ilə bağlı etiraz dalğaları bürümüşdü. Xilas ola bilmiş fabrik işçiləri deyirdilər ki, binanın divarlarında böyük çatlar əmələ gəldikdən sonra belə onları işləməyə məcbur edirdilər.

Müxtəlif məlumatlara görə, tədqiqat çərçivəsində hökumət orqanları 8-12 nəfəri, o cümlədən binanın sahibi və əvvəllər divarda əmələ gəlmiş çatların təhlükə dərəcəsini qiymətləndirmək üçn çağırılmış mühəndisi həbs etmişlər.

Bina sahibi Məhəmməd Sohel Rana 28 apreldə Hindistan sərhəddini keçməyə cəhd edərkən saxlanıb. Banqladeş məhkəməsi onun mülkiyyətini müsadirə etmək haqqında qərar qəbul edib. Qəsdsiz kütləvi qətldə günahkar bilinərsə, Rana və faciə ilə əlaqəsi olan bir sıra şəxsləri ölüm hökmü gözləyir.

Bu arada, Banqladeş hökuməti, o cümlədən üçü Nassa Group – ölkədəki ən böyük paltar istehsalçısı, Wal-Mart Stores Inc., Sears Holdings və digər iri riteylerlərin podratçısı olan şirkətə məxsus olan, 18 tikiş fabrikinin fəaliyyətini dayandırıb. — Газета.ру xəbər verir.

Ölkə hökumət orqanlarının qeyd etdiyi kimi, bu 18 fabrikin fəaliyyətinin dayandırılması – hələ başlanğıcdır. Hökumət Banqladeşin təxminən 5000-ə yaxın bütün tikiş müəssisələrini yoxlamaq niyyətindədir. Qapalı fabriklərdə iş təhlükəsizlik texnikasından yayınmalar aradan qaldırıldıqdan sonra bərpa ediləcək. Bu zaman fəaliyyəti dayanmış müəsissələrin sahibləri öz işçilərinə əmək haqqı ödəmək məcburiyyətindədirlər.

rabkor.ru


Oxşar yazılar:

Baxış sayı:4596