abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Devrimçilərin edamı

Şərh

deniz-gezmis-ve-arkadaslari-idamdan-once-foto

Yusuf Aslan, Deniz Gezmiş və Hüseyn İnan edamdan əvvəl

36 il əvvəl – 1972-ci ilin 6 mayında Deniz Gezmiş, Yusuf Arslan və Hüseyn İnan edama yollandılar. Məğrur, mərdi-mərdanə. Öz əməllərinin doğruluğuna qətrə də şübhə etmədən. Dillərində “Yaşasın marksizm-leninizm!” şüarıyla.

Bu 3 gəncin edamıyla “Türkiyənin 68-i” qapandı. Daha əvvəl – martda Türkiyə Halk Qurtuluş Partisi-Cəbhəsinin (THKP-C) lideri Mahir Çayan yoldaşları ilə birlikdə bir anti-gerilya əməliyyatında həlak oldular, daha 1 il sonrasa 3 aylıq dəhşətli işgəncələrdən sonra Türkiyə Kommunist Partiyasının (marksist-leninçi) başçısı İbrahim Kaypakkaya öldürüldü. Bununla da türk Devriminin gerilya dalğası söndü. Ancaq müvəqqəti.

Bu gənclərin hamısı Türk İşçi Partiyasının (TİP) “şinelindən çıxmışdılar”. Ancaq vaxt keçdikcə TİP-in opportunizmi və parlamentə qatılmaq yoluyla, islahatlar vasitəsilə Türkiyəni xoşbəxt etmək kimi əfəl siyasi kursu onları gerilyaya apardı. Eynən bu proses daha əvvəllər və başqa yerlərdə də olmuşdu. 2-ci Aleksandrın qətlinə görə edam olunan Jelyabovun öz məhkəməsində söylədiyi nitqin mətnini oxuyarkən də bunu gördüm. Jelyabov “Mən 7 il dinc yolla mübarizə apardım və yalnız bu qədər ildən sonra onun xeyirsizliyini anladım” deyir. Çar rejimi dinc islahatçını qiyamçı-terroristə çevirir. Türkiyədə də belə oldu.

Deniz Gezmişin bir yoldaşının xatirələrində belə bir epizod var:

“Deniz’in ‘70’in sonbaharında bana söylediği sözleri hatırlıyorum, onlar oldukça kritik sözlerdi…çok ciddi bir tartışma içerisinde Deniz şöyle bir öngörüde bulundu: “Bütün Türkiye’ye sıkıyönetim gelecek, herkesi cezaevine dolduracaklar. Orada her eğilimin bir koğuşu olacak. Kırmızı Aydınlık koğuşu, Beyaz Aydınlık koğuşu, Sendikacılar koğuşu… Ziyaretçiler tavuk getirecek, onlar bu tavukları nasıl paylaşacaklarını tartışacaklar.” Şimdi hatırlamıyorum kimdi, birisi: “Peki ya biz ne yapacağız” diye sordu. Deniz, “biz öleceğiz oğlum” dedi, “çünkü biz dövüşeceğiz. Ve esas oportünizm nasıl bir şeydir, mücadele nasıl bir şeydir, devrimcilik nasıl bir şeydir onu o zaman herkes görecek.”

deniz

Deniz Gezmiş və yoldaşları məhkəmədə

Bu tədrici fikir metamorfozu bir qrup gəncin TİP-dən ayrılıb gerilyaya baş vurmasına aparıb çıxardı. Mahir Cayan, Ulaş Bardakçı və Hüseyn Cavahir THKP-C-i qurdular. Deniz Gezmiş, Sinan Çemgil və Hüseyn İnan Türkiyə Halk Kurtuluş Ordusunun (TNKO) başında durdu. İbrahim Kaypakkaya TKP(ML)-i yaratdı.

Öncə Nurhak dağlarında gerilya savaşına başlayan THKO döyüşçülərindən Sinan Çemgil, Kadir Manqa və Alparslan Özdoğan qətlə yetirildi. Ardından isə onlara köməyə gələn Deniz Gezmiş və Yusuf Arslan Sarıkamışda, Hüseyn İnan isə Sarızda yaxalandı.

1971-in 12 Mart hərbi çevrilişindən sonra minlərlə devrimçi məhbəsə salınmışdı. Yaxalananlardan 3-ü edama məhkum edildi. Azadlıqda olan azsaylı devrimçilər onları xilas etmək üçün toparlandı. Bu son cəhdlər heç nəyə yetmədi. Denizgili azad etməyə çalışan Mahir Cayan da daxil olmaqla THKP-C partizanları 1972-nin 30 martında Qızıldərədə bir hərbi əməliyyatla qətlə yetirildilər. Səhərisi gün qəzetlər onların cəsədlərinin fotolarını birinci səhifələrinə daşıdı. Daha 35 gün sonra isə Deniz, Hüseyn və Yusuf eşafota qalxdılar.

Ertuğrul Kürkçü yazırdı:

“Deniz’lerin sadece bir idam tehdidiyle karşı karşıya kalmadıklarını aslında bu tehdidi gerçekleştirme kararının da askeri rejimin önderlerinde bulunduğunu biz biliyorduk ve bundan şüphe etmiyorduk doğrusu. Rejim açısından Denizleri ya da bizatihi Deniz’in kendisini ortadan kaldırmak sanki bir siyasi zaruretti, diye düşünüyorum, çünkü o, öylesine kendisinden bağımsız olarak büyüyen bir efsane haline gelmişti ki, onun efsane değil gerçek, basit, öldürülebilir bir insan olduğunu göstermek, böyle bir kasıt, Osmanlı Devletinin kendisine karşı başkaldıranlara yaptıklarından birikmiş 600 yıllık bir tecrübenin Cumhuriyet Türkiye’sindeki tekrarıydı diye düşünüyorum”.

“Delikanlım, iyi bak yıldızlara” – Nazim Hikmətin bu sözləri Denizin sevimli misralarındandı. Edam öncəsi bir fincan isti çay, bir siqaret və solçu Rodriqonun musiqisini dinləməyi arzuladı. Daha əvvəl atasına yazdığı məktubdasa vidalaşaraq “Bu durumu mətanətlə qarşılamanı istəyirəm. İnsanlar doğular, böyüyər, yaşar, ölərlər. Önəmli olanı çox yaşamaq deyil, yaşadığın müddətdə xeyirli işlər yapa bilməkdir”, – yazdı.

Edamlarına yollanarkən bu 3 gəncin 24-25 yaşları vardı…

Onlardan qalan gəncliyə nümunə, unudulmayacaq ad, cild-cild yazılan kitablar, barələrində filmlər və əbədi xatirə oldu. Edamın səhərisi günAttila İlhan öz “Mahur bəstə”sini yazıb kirpiklərilə baş-başa göz yaşları tökdü…

6 may 2008-ci il


Oxşar yazılar:

Baxış sayı:6900