abunə ol: Yazılar | Şərhlər | Еmail

Sergey Kara-Murza – “Millətlərarası ortaq yaşayış sisteminin dağıdılması”

Şərh

Sergey Kara-Murza

Millətlərarası ortaq yaşayış sisteminin dağıdılması

SSRİ əhalisini sovet xalqı kimi birləşdirən əlaqələrin dağıdılması iki istiqamətdə aparılırdı – çoxmillətli sovet xalqının, rus xalqının əlaqə nüvəsi dağıdılırdı; millətlərarası ortaq yaşayış sistemi dağıdılırdı.  Hər iki proqram vahid sistem təşkil edirdi,  belə ki, nüvənin etnik əlaqəliliyi ölkənin bütün xalqlarının ortaq yaşaması möhkəmliyinin zəruri şərti idi – istənilən qeyri-rus xalqının Rusiyanın tərkibində olmasının qiymətliliyi güclü və sağlam nüvənin olması ilə müəyyən olunurdu ki, bunun bütün sistemləri vasitəsilə bir xalq böyük və dinamik sivilizasiyanın bir hissəsi kimi ümumdünya inkişaf prosesinə qoşulurdu.  Digər tərəfdən, ruslar üçün SSRİ-dəki hər bir etnos “qardaş xalq” idi, opponent və düşmən deyil, müttəfiq və əməkdaş idi. Rus xalqı bu əlaqələrlə möhkəmlənirdi və bu əlaqələrin pozulması və ya transformasiyası ruslara zəiflədici təsir göstərirdi.

Beslan faciəsindən sonra V.V.Putin demişdi ki, RF–nin əhalisi “iri və qüdrətli dövlətin (SSRİ) dağılmasının” nəticələrini görür.  Bu “dağılma”nı V.V.Putin XX əsrin ən böyük geosiyasi fəlakəti adlandırdı. Burada bizim üçün daha vacib olan odur ki, o, SSRİ xalqları üçün və hər şeydən əvvəl, Rus imperiyasının, daha sonra isə SSRİ–nin ətrafında nüvə kimi toplanan rus xalqı üçün milli fəlakət idi.

Amma SSRİ öz – özünə deyil, qərb qüvvələri və ölkə daxilində onların müttəfiqləri tərəfindən aparılan böyük hərbi əməliyyat nəticəsində “dağıdıldı”. Bu əməliyyatın gedişini xatırlayaq, həm də nəzərə alaq ki, o, hələ də davam edir.  İttifaqın dağılmasının texnologiya və fəlsəfəsini başa düşmək lazımdır, belə ki, RF öz milli-dövlət tipinə görə – həmin Sovet İttifaqıdır, sadəcə olaraq daha kiçikdir.  Dağılmanın nə fəlsəfəsi, nə də filosofları yox olmayıblar. Yenidənqurmanın “tikinti rəhbəri” olan Leonid Batkin SSRİ-nin məhvindən sonra öz həmfikirlərinə xatırladaraq dedi: “Vahid və bölünməz Rusiya ideyası indi kimin üçün nəzərdə tutulubdur? Savadsız kütlə üçün?”

Rus imperiyasının millətlərarası əlaqələrin pozulması vasitəsilə dağıdılması XIX əsrın geosiyasətinin əsas ideyalarından biri idi, XX əsrin əvvəllərində isə bu ideya Qərbin rəhbərliyi altında rus masonluğuna hakim idi.  Bunun üçün zəmin var idi – milli burjuaziyanı yaratmış kapitalizmin əmələ gəlməsi.  Rusiyada zadəganlıq çoxmillətli idi və monarxiya və imperiyanın saxlanmasında maraqlı idi, burjuaziya isə milli dövlət arzusunda idi.  Monarxiyanı yıxaraq, imperiya da məhv edildi.

Sonrakı SSRİ-də də eyni şərtlər var idi. Əgər əvvəllərdə nomenklaturanın təbəqə xüsusiyyətləri var idisə və SSRİ – imperiyanı möhkəmlədirdisə, 80-ci illərdə o, burjuaziyaya çevrilmək və ölkənin sərvətini özəlləşdirmək istəyirdi. Bunun üçün ilk növbədə “piroqu doğramaq” lazım idi. 1990-cı il suverenlik haqqında bəyannamə ümumxalq mülkiyyətinin ləğvi, onun milli respublikalar arasında bölüşdürülməsi üçün ilk addım idi.  Onun azlıq tərəfindən zəbti bundan sonra kəskin sadələşdi.

Amma zəminlər – sadəcə zəminlərdir. Doktrina, təşkilat və zərbə qüvvəsi lazım idi.  SSRİ  – nin ləğvində Qərbin marağı aydındır, “özümüzkülər” haqqında danışaq.  Sovet İttifaqının dağıdılması ideyası demokratların layihəsinin bir hissəsi idi, onun hərəkətverici qüvvəsi isə A.D. Saxarov oldu.  Onun tərəfindən təklif olunan “Sovet İttifaqının Asiya və Avropa Respublikalarının konstitusiyası”(1989) SSRİ – nin 150 müstəqil dövlətə bölünməsi demək idi.  Məsələn, indiki RF haqqında orada deyilir: “Sabiq SSRİ Rusiya dövlətini və bir sıra digər dövlətləri əmələ gətirir.  Rusiya 4 iqtisadi rayona bölünür – Avropa Rusiyası, Ural, Qərbi Sibir, Şərqi Sibir.  Hər bir iqtisadi rayon tam iqtisadi, həmçinin digər funksiyalarda da müstəqilliyə malikdir.”

Saxarovun 5 fevral 1989-cu ildə nəşr etdirdiyi “Seçkiqabağı platformasında” da belə bir tələb irəli sürülür:  “Kompakt milli vilayətlərin müttəfiq respublika hüququ olmalıdır… Baltikyanı ölkələrin milli cəbhələrinin proqramının əsasında duran prinsiplərin dəstəklənməsi”.  Tam(!) iqtisadi müstəqilliklə bərabər bu “vilayətlər” və hətta “Rusiya respublikasının” hissələri öz qüvvə strukturlarına malik olmalıdır – millətlərin yalnız siyasiləşdirilməsi yox, həm də silahlanması nəzərdə tutulurdu.

Saxarov “konstitusiyasının” 20-ci səhifəsindən: “Silahlı qüvvələr ittifaq razılaşması əsasında formalaşdırılır…respublika öz əhalisindən formalaşan və respublika ərazisində Silahlı qüvvələrə və ya başqa növ qüvvələrə malik ola bilər”. Səhifə 23-də isə: “Respublika Mərkəzi Hakimiyyətdən müstəqil olan hüquq-mühafizə orqanlarına malikdir (polis, daxili işlər nazirliyi, penitensiar sistem, prokurorluq, məhkəmə sistemi)… Respublika ərazisində respublikanın Ali qanunvericilik orqanının təsdiq etməsi halında ittifaq qanunları və respublika qanunları fəaliyyət göstərir.

Bu layihənin yüngülcə gizlədilmiş formada milli münasibətlər sahəsində gerçəkləşdirilməsi kütləvi bəlalara və qan tökülməsinə gətirib çıxardı. Bu təcrübə göstərdi ki, siyasiləşmiş millət heç bir əsassız, qısa müddətdə yarana bilər, həm də eyni zamanda düşmən obrazı ilə, hansından ki, oyadılmış millət qisas almalıdır və ya ondan azad olmalıdır. Bunun vasitəsilə nail olunan birlik və fədakarlığa hazırlıq öz intensivliyinə görə sosial ədalətin və rifahın yüksəlməsinin vəd etdikləri ilə müqayisə oluna bilmirdi. Bu zaman mədəni insanların böyük kütlələri göz qarşısında sivilizasiya və rasionallıq örtüyünü ata və arxaik fanatik kütləyə çevrilə bilərdi.

Bu proqrama “dirijorluğu” Qorbaçov edirdi və o, sözün əsl mənasında “xalq düşməni” kimi çıxış edirdi.  SSRİ üzrə amerikan mütəxəssisi A.Brumberq etiraf etmişdir: “Heç bir sovetoloq əvvəlcədən görə bilmədi ki, Sovet İttifaqının və kommunist imperiyasının qəbir qazanı KPSS baş katibi Mixail Qorbaçov olacaq”.

Siyasi aksiyaların informasiya – psixoloji hazırlığında bütün liberal – demokrat elita iştirak edirdi.

80-ci illərdə şüurlu olaraq 200 il ərzində yaradılan milli əlaqələr sistemini dağıdan proseslər işə salındı. Yenidənqurma “prorabı” Nuykin razılıqla Dağlıq Qarabağla bağlı xatırlayırdı: “Siyasətçi və publisist kimi mən hələ yaxın vaxtlara qədər imperiya hakimiyyətini dağıdan hər bir aksiyanı dəstəkləyirdim.  Mən başa düşürdüm ki, bu hərəkət özündə vahid əmrə sadiq nəhəng ordunu, KQB – ni, DİN – ni, partiyanı birləşdirən maşının fəaliyyət göstərdiyi müddətcə düzgündür.  Ona görə də biz onu laxladan hər şeyi dəstəkləyirdik…Güclü milli, qarşılıqlı kollektiv maraqlar rıçaqlarını işə salmadan isə bu makinanı yıxmaq mümkün deyildi”.

Yeri gəlmişkən, aydındır ki, aqressiv millətçiliyi oyadaraq, antisovet ziyalıları bilərəkdən demokratik layihəni qurban gətirirdilər, milliyyətçi rejimlərə yol açırdılar. O zaman bu heç kim üçün sirr deyildi. Məşhur publisist A.Latınina yazırdı: “Rus demokratik ziyalılarının strategiyası ağır məğlubiyyətə uğradı.  Bu strategiya respublikalarda milliyyətçi hərəkatları milli-azadlıq hərəkatları kimi xarakterizə edərək dəstəkləyirdi.”

Xalqların aşkarcasına bir-birinə düşmən salınması yenidənqurmanın ilk illərindən aparılırdı. 1987-ci ilin əvvəlində “Literaturnaya qazeta” Yaxın Şərq üzrə mütəxəssis İ.Belyayevin təhrikedici “İslam” məqaləsini çap etdi, hansında ki, bu din düşmən və təhlükəli din kimi, müsəlmanlar isə – xain və satqın xalq kimi təqdim olunurdu.  Bu kampaniya kənardan dəstəklənirdi.  1987-ci ilin iyulunda Avropa parlamenti “Ermənistanda soyqırım qurbanlarını anma günü”nü təsis etdi.  İrəvanda təntənəli tədbirlər keçirilməyə başladı.  Bunun üçün Zori Balayan və Silva Kapitukyanın nəşrləri aid edilirdi ki, bu nəşrlərdə türklərə nifrət açıq şəkildə “türk” adlandırdıqları qonşu – azərbaycanlılara aid edilirdi.  Millətlərarası əlaqələrin pozulması ən effektiv vasitəsi – qanlı münaqişə hazırlanırdı.

Münaqişə zonasına göndərilən KQB general-mayoru V.S. Şironin yazır: “Qarabağdakı narazılıqların ilk siqnalı bizə “təpədən” gəldi. Akademik Abel Aqanbeqyan 1987-cil il noyabrın ortasında tədbir zamanı, Qarabağın erməni ərazisi olduğunu öyrənmək istədi. “İqtisadçı kimi – akademik dedi – mən hesab edirəm ki, Qarabağ Azərbaycandan daha çox Ermənistanla bağlıdır”.  Bundan başqa, Moskvada şayiələr geniş yayılırdı ki, Aqanbeqyan Qorbaçovla danışığına istinad edirdi, hansında KPSS-in baş katibi guya deyirdi ki, Qarabağ Ermənistana veriləcək.  Təəccüblüdür ki, bu çox geniş yayılmış şayiəyə baxmayaraq, nə o zaman, nə də ondan sonra, hətta Qarabağ müharibəsinin qızğın çağında da Qorbaçov nə açıqca, nə də dolayı yolla bu şayiəni təkzib etmədi. Amma şayiə tamamilə “material” idi, Qarabağdakı hadisələri çox qızışdırmışdı.

Abel Aqanbekyanın bəyanı həmin anda bir çox xarici erməni qəzet və jurnalları üçün, Parisdəki “Ayb” radiostansiyası üçün, həmçinin “Azadlıq, “Amerikanın səsi” radiostansiyalarının erməni redaksiyası və başqaları üçün əsas mövzuya çevrildi… Nəticədə uzaq Parisdə səslənən qanunsuzluğa çağırış mahiyyətcə Qarabağ  münaqişənin başlanğıcı oldu”.

Moskvada “Qarabağın Ermənistana tarixi mənsubiyyəti” ideyasını  dərhal Saxarov dəstəklədi.  Qorbaçova məktubunda o, DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayətinin) Ermənistana verilməsini tələb etdi və mətbuatda kampaniyaya başladı. Eyni zamanda Azərbaycanın Xalq Cəbhəsi döyüşçülərin silahlanması üçün şərait yaradıldı (onlar Araz çayı vasitəsilə İrana sovet televizorları göndərir və hər televizora görə Kalaşnikov avtomatı alırdılar). Zaqafqaziyada demək olar ki, açıq şəkildə xarici kəşfiyyat agentləri fəaliyyət  göstərirdilər. Şironin yazır ki, Dağlıq Qarabağda döyüşçülərə erməni əsilli amerikan zabit Monte Avo başçılıq edirdi. O, Martunin rayonunda silahlı qüvvələrin fəaliyyətini koordinasiya edirdi, həlak olmuş və Ermənistanda milli qəhrəman kimi dəfn edilmişdir.

Bu proqramın insanları iki il ərzində nə vəziyyətə gətirib çıxardığı barədə Şironinin 1990-cı ilin başlanğıcındakı yazısı məlumat verir: “13–14 yanvarda Bakıda kütləvi iğtişaşlar başladı.  Biz oraya çatanda, aeroport dəstə-dəstə insanlarla dolu idi. Bizi qarşılayan azərbaycanlı çekistlər arasında mən sevinclə illüminatordan Əfqanıstandan tanıdığım iki dostumu gördüm…Çətinliklə çoxsaylı kordonları dəf edərək şəhərə getdik. Sonradan aydın olduğu kimi, bir neçə bakılı erməni ailəsinin yaşadığı binanın qarşısındakı küçədə mitinq idi. Eynəkli, ziyalı görünüşlü, səliqəli qırxılmış saqqalı olan bir gənc meqafona nə isə bağırırdı. 700–800 nəfərlik dəstə səs–küy salırdı. Qərbə gələn o idi ki, binanın divarı boyunca sakit, qadın və kişilərdən ibarət sıra dayanmışdı, sanki  onlar nəyisə gözləyirdilər.  Birdən yuxarıda silah səsi, sonra dəhşətli səslər, qırılmış şüşə səsi eşidildi.  Sonra üçüncü mərtəbənin pəncərəsindən aşağıya metal asılqan atıldı.  Adi, 15–20 il əvvəl koridorlarda bərkidilən qarmaqlı asılqanı. Möhkəm səslə otun üstünə düşdü. Pəncərədən hansısa əmr verildi və ən öndə dayanan bir kişi asılqanı yerdən qaldırdı, bundan sonra şadlıq edən kütləyə qoşuldu. Növbədə razılıqla əl çaldılar.

– Bu cəbhəçilərdir, bakılı ermənilərin əmlakını bölüşdürür və “yerazlara” paylayırlar. Bu binanın ailələrinə xəbərdarlıq edə bildik – “əfqan” mənə izah etdi.

“Yeraz” Bakıda Ermənistandan qaçanlara deyilirdi və belə açılırdı: “yerevan azərbaycanlıları”.  Onlar öz evlərindən qovulublar, sığınacaq və əmlaksız qalıblar.  Onların erməni millətçilərinin hərəkətlərindən narazılıqlarından istifadə edərək, günahsız bakılı erməniləri cəzalandırmaqla və oğurlanmış əmlakdan qaçqınlara qırıntıları paylamaqla “ədaləti bərpa etmək” qərarına gəldilər.  Bəli, bu dağıtmaya təhrikin klassik variantı idi.

Biz yavaş-yavaş, maşının işıqlarını söndürmədən şəhərlə gedirdik. Mən gördüm ki, əmrlə pəncərədən növbə ilə daha bir kişi ayrıldı, kolluğa düşən süfrəni əzdi və pencəyinin içinə soxdu və susmayan kütləyə qoşuldu.

Mən heç vaxt öz həmkarım “əfqanın” o gecədəki faciə haqqında danışdıqlarını unutmayacağam. Göz yaşlarını gizlətmədən o danışırdı ki, aeroporta gəlməzdən əvvəl belə bir səhnənin şahidi oldu. O görüb ki, hansısa evin pəncərəsindən köhnə əşyalarla bərabər qoca erməni qadınını da atırlar, hansı ki, ağır xəstə idi və ona görə də ona rəhm edəcəklərini umaraq mənzildə qalmışdı. Amma mənzilə girənlər artıq rəhmə etməyə qadir deyildilər. Qoca qadın səkidə vəfat etdi, ona heç kim yaxınlaşmadı, kütlə isə səs-küy salmağa davam edirdi. Mənim yoldaşım, həmkarım və dostum öz gücsüzlüyündən, öz həmvətənlərinə görə duyduğu utancdan ağlayırdı.

Provokasiya işini KPSS-in“verxushka”sının nəzarətində olan moskva mətbuatı aparırdı.  Hadisələrin gedişində hərbçilər və KPSS bir neçə dəfə atəşkəsə, azərbaycanlı və erməni sovet və hüquq-mühafizə orqanları arasında əməkdaşlığa nail ola bildilər. Bu cəhdlər Moskvada pozulurdu. Şironin belə bir hadisəni göstərir ki, erməni  döyüşçüləri tərəfindən artilleriya ilə azərbaycan kəndi Sədərək atəşə tutulmuşdu: “Mərkəzi qəzetlərdən biri-yeri gəlmişkən, dövlət qəzeti! – Sədərək’in atəşə tutulması barədə məlumat verərkən, nəyə görəsə onu erməni kəndi adlandırmışdı. Belə alınırdı ki, erməni döyüşçüləri azərbaycan kəndini yox, tərsinə azərbaycanlılar ermənilərə zərbə vurublar! İri mərkəzi qəzetdə belə kobud səhvin ardından dərhal düzəliş olmalı, bəlkə də səhv edənlərə qarşı inzibati tədbirlər görülməli idi. Axı bu səhv yeni qeyri-stabilliyə, hətta yeni qurbanlar və qan tökməyə gətirib çıxardı. Bu səhvi nəticəsiz qoymaq olardımı?

Amma, nə qədər paradoksal olsa da, “Qorbaçov aparatı” həm bizim təkliflərimiz, həm də qəzetdəki dəhşətli səhv barədə səssiz qalmaqda davam edirdi. Bu səhvə yuxarıda da heç kim reaksiya vermədi… Sonra isə, hadisələr sanki çəkilmiş sxem üzrə inkişaf edirdi. Moskva qəzetindəki provokasiya “səhvi” Naxçıvan xalq cəbhəsində, eləcə də bütün əhalidə narazılıq oyatdı.

Bu arada da münaqişədəki hər iki tərəfin milli şüuruna daima təsir göstərilirdi. Tarixçi Lyozov yazır ki, A.Nuykin kimi ziyalılar Qafqazda hadisələri qızışdırırlar: “Mənim müşahidələrimə görə, “moskvalı dostlar” tez-tez qadağan olunmuş fənddən istifadə edirdilər; erməni auditoriyasına müraciət edərək, onların dərin kök salmış anti–türk və anti–islam hisslərinə toxunurdular, yəni özgə ölkədə milli və dini nifaqı təbliğ edəcək qədər alçalırdılar, bu arada da ermənilərə “balaca qardaş” kimi yanaşırdılar, hansılarla ki, məhz rasist dilində danışmaq lazımdır.  “Moskvalı dostlar” erməni əfsanəsinin o elementlərinin möhkəmləndirirlər ki, onlar erməniləri qonşu xalqlardan təcrid edirlər və onların anti–türk kimliklərini təmin edirlər.”

Həmin illərdə ziyalılar və siyasətçilərin cəhdləri ilə xüsusi diqqətlə “çeçen bombası” hazırlanırdı. Çeçenlərin intiqam hissini ruslara tərəf yönəltmək üçün böyük işi starovoytovlar və burbulislər, nuykinlər və pristavkinlər həyata keçirirdilər. “Öz cəzasını çəkmiş xalq”dan çeçenlər birdən–birə “repressiyaya məruz qalmış” xalqa çevrildilər. Kim onları “repressiya edirdi”?  Rusiya!  Anti–sovet ideoloqları sualı belə qoyurdular.  Repressiya edilmiş xalq haqqında Qanunu irəli sürərək, onlar fikri keçmişə yox, gələcəyə yönəldirdilər – yarım əsr əvvəl çətin dövr yaşamış adamların gələcək nəsillərini düşmən salmaq üçün (tarixi həqiqəti gizlədərək).  Beləcə inquşlar və osetinlər arasında münaqişə yaradılmışdı. Münaqişə qonşu xalqlara, guya onlara xas olan xüsusiyyətləri təsvir edən ifadələrin köməyi ilə qızışdırılırdı: “gürcülər demokratiya – osetinlər imperiya tərəfdarlarıdır”, “totalitar Azərbaycan demokratik Ermənistana qarşı”.

Xalqları düşmən salmaq üçün fəaliyyət sonra da, 90–cı illərin ortalarında da davam edirdi.  Elə S.A. Kovalevin Nobel mükafatına namizəd irəli sürülməsi çox şey idi! Baxaq görək bu “sülhməramlı” Dudayevin bunkerində, onun masasından qidalanaraq nə deyirdi: “Rus tankları çeçen qadınları və uşaqlarını əzir! Rus təyyarələri dinc yaşayış yerlərini bombalayır!” Yanan Qroznıdan, bu Kovalyovun sözünə xüsusi nüfuz verirdi, çalışırdı ki, münaqişəni etnik kimi göstərsin: ruslar çeçenlərə qarşı!

Repressiya edilmiş xalqlar haqqında qanun qəbulundan sonra vacib addım 12 iyun 1990-cı ildə “RSFSR–nın suverenliyi haqqında Bəyannamə” idi. Bu SSRİ–nin bölünməsində vacib aksiya idi – nahaq yerə Putinə qədər o gün absurd “Rusiyanın müstəqillik günü” kimi qeyd edilmirdi. Eyni zamanda həmin dairələrdə həm də RSFSR–nın hissələr bölünməsi planlaşdırılırdı. 1990–cı il 27 noyabrda bu bəyannaməni Çeçen – İnquşetiya qəbul etdi.  O, artıq özünü suveren dövlət kimi görürdü və Deklarasiyada RSFSR–na mənsubluq barədə düz və dolayı heç bir xatırlatma yox idi.  Bu iki akt – vahid bağlama idi, onlar, demək olar ki, bir əllə yazılmışdı.

Qorbaçov bu kampaniyanı dövlətin nüfuzu ilə gücləndirdi.  1991–ci ildə o, Ali Sovetin etirazlarına baxmayaraq, provokasiya edici sualla referendum təşkil etdi – SSRİ–ni saxlamaq lazımdırmı. Buna qədər belə bir sualın qoyulması belə absurd hesab edilirdi və kütləvi şüurla rədd edilirdi. İndi bütün cəmiyyətə hakimiyyət göstərdi ki, SSRİ–nın saxlanmasının məqsədyönlülüyü şübhə doğurur və bu sualı səsverməyə qoymaq lazımdır. Xatırladığımız kimi, əhalinin 76% – i Sovet İttifaqının saxlanması lehinə səs vermişdi.

Mürəkkəb etnik tərkibli respublikalarda SSRİ–də yaradılmış millətlərarası ortaq yaşayış sistemlinin qiymətliliyi daha kəskin hiss olunurdu. SSRİ–nin taleyi barədə səsvermədə Özbəkistanda 95% vətəndaş iştirak etmişdi, onlardan 93,7% – SSRİ–nin lehinə səs vermişdi, Qazaxıstanda 89% iştirak etmişdi, onlardan 94% “hə” demişdi, Tacikistanda 94% iştirak etmişdi, onlardan 96% – i “hə” demişdi.

Amma SSRİ  əleyhinə iki imtiyazlı paytaxtın elitası səs vermişdi. Qərb mətbuatında Etnoloji tədqiqatlar mərkəzinin direktoru Emil Pain “Rusiyanı SSRİ–nin taleyi gözləyir?” məqaləsində belə təmizə çıxmağa çalışırdı: “Moskva və Leninqradda çoxluq 1991–ci il referendumunda Sovet İttifaqının saxlanması əleyhinə səs verəndə, o, ölkənin bütövlüyünə qarşı deyil, o andakı siyasi rejimə qarşı çıxırdı. Kommunizmi, imperiyanı dağıtmadan ləğv etmək qeyri–mümkün sayılırdı.”

O hansı məhv olunmalı kommunizm idi ki, onun uğrunda  dövləti də məhv etmək olardı? Stalin kommunizmi? Yox – Qorbaçov və Yakovlev kommunizmi.  Həm Pain, həm də onun “ziyalıları” bilirdilər ki, həmin “siyasi rejimdə” kommunizmdən sadəcə boş ad qalmışdır ki, o da onsuz da bir neçə ildən dəyişdiriləcəkdi. Məhz İttifaqa və xalqın istəyinə qarşı səs verilirdi.  Onları “qızıl milyard”a daxil edəcək dünyəvi hakimiyyət yaratmaq istəyirdilər.

Xalqın çox hissəsinin istəyi və hisslərinə münasibətdə yenidənqurma siyasəti nümayişkaranə düşmən xarakter daşıyırdı. “Есть мнение” (Fikir var) kitabında 1989 – 1990–cı illərin sorğularının çoxtərəfli təhlili əsasında belə nəticə çıxarılır: “Bu və ya digər ölçüdə “derjava” şüuru  ölkənin əhalisinin, həm də qeyri–rusdilli əhalinin çox hissəsinə aiddir. Onun məqsədləri və dəyərləri ukrayna, belarus, qazax, erməni əhalinin böyük hissəsi üçün eynidir.” Sonra deyilir ki, “Rus imperiyasının ənənələrinin kökündə olan və onilliklərlə kultlaşdırılmış qüdrətli dövlətin sakinlərinin üstünlük kompleksidir”, “totalitar şüur” daşıyıcıları ilə (30–35%) bərabər sovet insanlarının 82–90% – i üçün “derjava şüuru” xarakterikdir. SSRİ–nin ləğvinin təbliğatı xalqa qarşı aparılan milli şüurun çoxsaylı əlaqələrini qıran psixoloji müharibənin güclü əməliyyatı idi.

Bu sorğular göstərir ki, o zaman milli hissin siyasiləşmə səviyyəsi hələ çox aşağı idi. O, “milli ənənənin dağıdılması” və “vətən tarixinin itirilməsi” ilə əlaqədar narahatçılıq hissinə görə qiymətləndirilirdi. Nəticə belədir: “Bu suallarla bağlı daha çox baltik yanı xalqlar narahatçılıq bildirdilər (maksimal qiymət – 23%, minimal Ukrayna – 6%)…[Ukraynada] humanitar ziyalı təbəqəsindən başqa (yazıçılar, jurnalistlər, pedaqoqlar) bu sual çox az adamı narahat edirdi… “qan və “problemi əsasən milli dayaq qruplarını və “frustrasiyaya uğramış” şüur daşıyıcılarını narahat edir. Ümumilikdə onlar mövcud rəsmi hakimiyyətə və onun planlarına müxalif olan marginal qruplardır… Onların mövqeyi əsasən əhalinin əsas hissəsi üçün vacib deyil (xüsusilə də Ukraynada: orada anketin bu maddəsi ən az səs yığmışdı – 1%; Qazaxıstanda da buna yaxın məlumatlardır – 2%)”

KİV və hakimiyyət rıçaqlarına çıxışı olan, SSRİ–nin bölüşdürülməsinə başlayan elita millətlərarası əlaqələrin sovet tipini yaradan bütün mexanizmləri dağıtmağa başladı. Beləcə, bir çox respublikalarda rus dili və kiril əlifbasına qarşı mübarizə başladı. Bir müşahidəçi Pridnestrovye və Moldovada qarşıdurmanın ilk fazası haqqında yazır: “1989–cu ilin avqustunda “Moldova SSR ərazisində dillərin fəaliyyəti haqqında Qanun” çap ediləndən sonra Dnestrin sol sahilindəki sakit həyat pozuldu.  Çoxmillətli rayon təhlükəni “öz dərisində” hiss elədi… Moldova dili dövlət dili elan olundu. Onun öyrənilməsinə beş il vaxt verilirdi, bundan sonra respublikada əsas əlaqələri yerli xalqın dilinə keçilməsi planlaşdırılırdı… Amma əsas olaraq qanun maddələri deyil, ümumiyyətlə onun yaranması idi.”

SSRİ–nin dağılması yeni dünya quruluşu (qloballaşma) doktrinasında zəruri mərhələ idi ki, bu da 70–ci illərin neoliberal fəlsəfəsində əmələ gəlmişdi. O, indi “Maarifçilik üçün ehsan” adlanan vəziyyətə keçiddə əsas mərhələ idi. A.S. Panarin yazır: “Ən yeni liberalizm nəinki Maariflçiliyə əxlaqi şüurla mübarizəsində instinktə güzəştə getməklə xəyanət etdi, o, Maarifçiliyə həm də milli ayrı–seçkilikdən (etnoseparatizm) istifadə edərək xəyanət etdi.  Strateji fikir aydındır: amerikan birqütblü qayda–qanununu yalnız böyük dövlətlər mühakimə edə bilərlər. Demək olar ki, ekser böyük ölkələr polietnikdir. Beləliklə, “qəbilə şeytanını” “imperiyaya” qarşı qiyama təhrik etməklə və ətrafında kiçik və zəif ölkələrlə təmsil olunmuş dünya ilə əhatə olunmuş yeganə nəhəng dövləti saxlamaqla böyük dövlətləri dağıtmaq olar”.

(Bu yazı müəllifin «Демонтаж народа» kitabından götürülüb)

www.solfront.org

 


Oxşar yazılar:

Baxış sayı:13360