abunə ol: Yazılar | Şərhlər | Еmail

Yılmaz Güney | Sənətkarın mahiyyətini, onun fəaliyyəti müəyyən edir

Şərh

yilmaz_guney_1237826508

İnqilabi sənət cəmiyyətin inkişaf edən güclərinin sənətidir, bu güclərin inkişafını və mübarizəsini nümayiş etdirərkən, eyni zamanda yol göstərici olunmalı, lakin quru şüarçılığa qapılmamalı, iş sadələşdirilməməlidir.

 Cəmiyyətin inkişaf edən gücləri önündəki maneələri, maneələrin ideoloji, siyasi, mədəni, ictimai xüsusiyyətlərini izah edərkən inqilabi sənət üzərinə böyük vəzifələr düşməkdədir. İnqilabi sənət sosialist və mütərəqqi olanı əsas götürərkən, mürtəce və mənfi gücləri həqiqətə əks olan formada insanlara çatdərarsa, zəif göstərərsə, ya da olduğundan çox əhəmiyyət verərsə xəyalpərəst olar, opportunizmə yuvarlanar, inqilabçı vəzifələri yerinə yetirə bilməz.

 – Proletar inqilabçı bir sənətkarın vəzifələrini təyin edərkən meyar nə olmalıdır?

  – Hər hansı bir ölkədə, inqilabçı bir sənətkarın vəzifələrini və məsuliyyətlərini təyin edərkən, o ölkənin tarixi, ictimai, iqtisadi və siyasi quruluşunu, o ölkədəki xalq qurtuluş mübarizəsinin səviyyəsini, kütlələrin sənət və mədəniyyət əlaqələrinin səviyyəsini doğru qavramaq lazımdır.

 İnqilabçı sənətkar, inqilabçı təbiəti etibarilə döyüşçüdür, mütərəqqi və dəyişlik tərəfdarıdır. İctimai qurtuluş mübarizəsindən ayrı düşünülə bilməz… İnqilabçı mübarizəyə orqanik şəkildə bağlı olmalıdır. Bu səbəblə, inqilabçı bir sənətkar o ölkənin inqilabçı mübarizəsinin hədəfləri və vəzifələri istiqamətində vəzifələrlə yüklüdür. O hər şeydən əvvəl bir inqilabçıdır, xadimdir, onun sənəti inqilabın bir vasitəsidir, bir silahıdır.

Ümumiyyətlə ifadə etmək lazımdırsa, inqilabi sənət xalqın həyatını, xalqı istismarçı sinfin təzyiqlərini, bu təzyiqlərə qarşı xalqın mübarizəsini, yeni bir cəmiyyətə olan həsrəti, istismarçı sinfə qarşı olan kini, nifrəti əsas götürməli, onların inqilabi mübarizə ruhunu inkişaf etdirməli, xalq qəhrəmanlığını, xalq üçün fədakarlıq ruhunu dərinləşdirməli, müsbət və mənfi insan nümunələrini xarakterizə edərək mübarizəni bütün tərəfləri ilə ifadə etməlidir.

Sənətin əsas mövzusu işçilər, kəndlilər, xalq ziyalıları, inqilabçı xadimlər, qısaca sosialist mübarizə müddəti olmalıdır. Bu müddət müsbət və mənfi, sinif dayaqlarıyla birlikdə işlənməlidir. İşçini ifadə edərkən, kəndlini ifadə edərkən torpaq ağasını… torpaq kapitalistini, inqilabçı xadimi izah edərkən kiçik burjua ünsürləri… polisi… bürokratiyanı və dövlət mexanizminin fəaliyyəti ilə birlikdə, sinfi həqiqətlərə bağlı olaraq izah etməlidir.

Yalnız cəmiyyətin obyektiv şəkildə təsvir edilməsi, tənqidi həqiqət kifayət deyil. İnqilabi sənət cəmiyyətin inkişaf edən qüvvələrinin sənətidir, bu qüvvələrin inkişafını və mübarizəsini nümayiş etdirərkən, eyni zamanda yol göstərici olmalı, lakin quru şüarçılığa qapılmamalıdır.

Cəmiyyətin inkişaf edən gücləri önündəki maneələri, maneələrin ideoloji, siyasi, mədəni, ictimai xüsusiyyətlərini izah edərkən inqilabi sənət üzərinə böyük vəzifələr düşməkdədir. İnqilabi sənət sosialist və mütərəqqi olanı əsas götürərkən, mürtəce və mənfi gücləri həqiqətə əks olan formada insanlara çatdərarsa, zəif göstərərsə, ya da olduğundan çox əhəmiyyət verərsə xəyalpərəst olar, opportunizmə yuvarlanar, inqilabçı vəzifələri yerinə yetirə bilməz.

Eyni zamanda, inqilabın zəifliklərini vurğulayarkən, bu zəiflikləri də nə şişirtməli, nə də kiçik hesab etməlidir. İnqilabi sənət inqilab güclərinin sabaha olan inancını gücləndirərkən, inqilabın önündəki çətinlikləri də obyektiv olaraq ifadə etməlidir.

Sənət və mədəniyyətdə yaradıcı işimizin qaynağı xalqdır, xalqın inqilabi mübarizəsidir. İnqilabi sənət xalqdan qaynaqlanır, məhsullarını xalqa verir. Qarşılıqlı təsir etmə və təsirlənmə müddəti içərisində xalq sənətin… sənət də xalqın inkişafına köməkçi olur. əhəmiyyətli nöqtələrdən biri də budur:

İnqilabi sənət xalqın və xüsusilə gəncliyin şüurunu korlayan, xalqa zərərli düşüncələrə qarşı verilən mübarizədə təsirli və güclü bir təmizləmə silahıdır. Özündən olan şeyləri kiçik hesab edən, özündən olan hər şeyə etimadsızlıq bəsləyən, xarici şeylər qarşısında kölə kimi əyilən, xarici olan ünsürlərə heyranlıq duyan bir anlayışın yıxılmasında, bu anlayışın maddi təməllərinin qavranmasında, özünə və özündən olanlara güvən duyğusunun inkişaf etdirilməsində inqilabi sənətin üzərinə böyük vəzifələr düşməkdədir. Xarici siqaretə, xarici damğalı geyimə, xarici musiqiyə… sənətə… ədəbiyyata, kor-koranə bağlanan, öz siqaretini, geyimini, öz sənət və fikir adamlarını xor görən bir anlayış imperializmin şüurumuza yerləşdirdiyi orqanik agentlərdir.

Bu anlayış qaynağı eyni olmaqla birlikdə, fərqli formalarda siyasət və inqilabi mübarizə sahəsində də nəzərə çarpan şəkildə özünü göstərməkdədir. Forma olaraq təqlid etmək, bənzəməyə çalışmaq. Hətta inqilab etmiş ölkələrin xalq deyimlərini istifadə etmək, onlardan nümunələr vermək… Hər ölkənin tarixi və ictimai şəraiti öz inqilabını və inqilabçısını formalaşdırır. Bu səbəblə, bu ya da digər ölkənin inqilabçılarına formal olaraq etina etmək, təqlid etmək, əzbərçilik, təkrarçılıq kimi şeylər səhvdir. Bir ağacın kölgəsində ağac boy atmaq. Boy atsa da, o ağacın kölgəsində qalar, özünü tapa bilməz. Özünü kiçik görən, öz gücünə, öz işçisinə, kəndlisinə, öz siyasətinə və siyasi öndərliyinə, öz sənətkarına, öz mədəniyyətinə əsaslanmayan, ümidini xaricdən gələcək köməklərə bağlayan bir xalq qəti şəkildə iqtisadi, ictimai, mədəni və siyasi boyunduruqdan xilas ola bilməz. Sözün qisası, inqilab edə bilməz… etsə də, inqilabını yaşada bilməz.

Kəndlimiz dara düşəndə əlini havaya qaldırır, havaya baxır, havayla dərdləşir. Amma məhsulu torpaqdan, torpağı işləyərək, torpağın zəhmətini çəkərək götürür. Bitkilərin, ağacların kökü torpaqdadır, havada deyil. Din kitablarında, kökü havada olan ağac şəkilləri vardır. Halbuki əsl dayağımız öz torpağımızdadır. Hava havadır. Ümid xaricdə deyil, daxildədir. Ümid öz torpağımızda və öz xalqımızdadır.

Hər cür mənfi meyllərə qarşı icra ediləcək ideoloji mübarizənin bir ünsürü olaraq inqilabi sənət düzgün bir ideoloji və nəzəri təməllərə söykənməlidir. Sənətkar qayğı və vasvasılığının yanında, bir inqilabçı olduğunu ağlından çıxarmamalıdır.

 – Sənətkarın inqilabi vəzifələri təməl götürməsinin lazım olduğunu dediniz. Bir inqilabçının vəzifələri nələrdir?

 – Bir inqilabçının təməl vəzifəsi elmi sosializmin elmini tam şəkildə dərk etmək və təlimlərinin təbliğatını aparmaq və elmi sosializmin qanunlarına uyğun bir praktika içində yaşamaqdır. Yəni, içində olduğumuz ictimai və iqtisadi quruluşu doğru qavramağı bacarmaq, buna bağlı olaraq siniflər arasındakı əlaqələri düzgün şəkildə qiymətləndirmək, sinif mübarizəsini gündəlik yaşayış içində davam etdirmək, istismar edən sinifləri və nümayəndələrini, onların daxili və xarici, maddi və mənəvi ictimai dayaqlarını, istismar edilən kütlələrə inqilab hədəfləri olaraq göstərmək, işçi sinfinin tarixi rolunu, yəni inqilabın öndər və hərəkətverici gücü olduğunu izah etmək, kütlələrdə inqilab istəyi və həyəcanını qabardacaq təbliğat və təşviqat işləri aparmaq, əməkçi kütlələrin iqtisadi, demokratik, siyasi hərəkatlarına qatılmaq, həm özünü, həm də kütlələri təşkilatlandırmaqdır. Bundan başqa, əməkçi kütlələrin diqqətini sinif hədəflərindən yayındırmaq üçün aparılan gizli oyunları ifşa etmək, gündəlik istəklərini ən doğru bir şəkildə ifadə edə bilmələri üçün onlara köməkçi olmaq, bütün işlərin, milli və beynəlxalq planda mənfəətlərinin birliyini, inqilabın dostlarını və düşmənlərinin kim olduğunu dərk etməyə kömək etmək bir inqilabçının ümumi vəzifələri arasında sadalaya biləcəyimiz işlərdir.

 Proletar inqilabçı sənətkar də işlərini, inqilabi mübarizənin orqanik bir ünsürü olan sənəti vasitəsilə reallaşdıracaq. Sənətin etdiyini hər hansı bir elm sahəsi reallaşdırsaydı, sənətə ehtiyac qalmazdı. Demək istədiyim budur: yalnız doğru fikirlərin kobudca köçürülməsi deyil, yeni ictimai proses içərisində insanın arzularnı, ümidlərini, ağrılarını, coşğularını, sənətinin xəmiriylə yoğuraraq dərk edə bilmək; yəni sənətkarın hiss və həssaslığını, qabiliyyətini qata bilməyi bacarmaq lazımdır.

  – Sizə proletar inqilabçı sənətkar deyilə bilərmi?

  – Bir sənətkarın özünə,, “mən proletar inqilabçı bir sənətkaram” deməsi, ya da yaxınlarının ona “proletar inqilabçı sənətkar” adını yaraşdırması onun proletar inqilabçı sənətkar olduğunu göstərmir. Sənətkarın mahiyyətini, onun fəaliyyətini müəyyən edir. Məqsədim proletar inqilabın döyüşçüsü olmaqdır. Proletar inqilabi cəbhədəyəm. Fəaliyyətim adımı və yerimi müəyyənləşdirəcək.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:5117