abunə ol: Yazılar | Şərhlər | Еmail

Alternativ yoxdur? O zaman Latın Amerikasına baxın

Şərh

cumbre-de-ecuador_afrodescendientes-e-indigenas_chavez_evo_correa

Evo Morales, Rafael Korrea və Huqo Çavez

2008-ci ildə iqtisadi böhran bizim iqtisadi modelinin tam özəyinin çürüklüyünü ifşa etdikdən bəri bizə daim təkrarlayırlar: o pis olsa da, ona heç bir mümkün alternativ yoxdur. Avropa kəmərini getdikcə daha çox sıxır və buna görə də məyus seçici  bir-birini ardıcıllıqla əvəz edən eyni özəlləşdirmə, sosial xərclərin azaldılmasl siyasəti apararaq sosial bərabərsizliyə səbəb olan partiyaları inkar edir.

 Biz iqtisadi modelimizə şüurlu şəkildə “üz çevirib”,  dünyanın, hökumətlərinin özlərində kasıblıq və bərabərsizliyin səviyyəsini endirən hissəsindən i nə isə öyrənə bilərikmi?

Latın Amerikasında  bu proseslər artıq on ildən çoxdur ki, müşahidə olunur. Elə sonuncu misal bu tendensiyanı təsdiqləyir. Keçən həftə (fevral ayının ikinci həftəsi – tərc.qeydi) Ekvador prezidenti postuna seçici səslərinin 57%-i alan radikal iqtisadçı Rafael Korrea yenidən seçilmişdir, onun partiyası isə parlamentdə yerlərin çoxluğunu qazanmışdır. Bu hələ nümunələrdən yalnız biridir. Keçən ilin oktyabrında Huqo Çavez (onun kompaniyasına qarşı yönəlmişlərə baxmayaraq məhşurluğunu itirməyən) səslərin 55%-i alaraq seçilmişdir, baxmayaraq ki, ölkəyə Kubadakı iki aylıq müalicədən sonra qayıtmişdır. Bununla bərabər nəzərə almaq lazımdır ki, onun adı artıq 14 ildir ki, seçici bülletenlərində hallanır, burdakı seçkilər isə Böyük Britaniya və ABŞ-dakı seçilərdən daha dürüstdür.

Daha əvvəllər Boliviyada Evo Morales – köklü Amerika sakinlərindən olan ilk prezident  yenidən seçilmişdir.  Braziliyada 2010-cu ildəkeçirilən seçkilərdə prezident Lulanın faktiki olaraq xələfi olan Dilma Ruseff seçilmiçdir. Elə bu sırada 2011-ci ildə Argentinada seçilən Kristina Kirşneri də xatırlatmaq olar.

Aralarında olan bütün fərqlərə baxmayaraq, onların yenidən seçilməsini anlamaq çətin deyil. Latın Amerikası ilk olaraq öz üzərində neoliberal iqtisadi ehkamların tətbiqinin gətirdiyi faciəvi nəticələri hiss etmişdir. Elə o, ilk olaraq bu iqtisadi siyasətə qarşı çıxmışdır. Ölkənin boşalmasına – o zaman hər onuncu sakinin Ekvadoru tərk etməsinə səbəb olan iqtisadi dağıntıdan sonra ilk dəfə olaraq Rafael Korrea prezident seçilmişdir. Lakin elə o vaxtdan sonra Ekvadorda “vətəndaş inqilabı” başlamışır, kasıblıq həddindən aşağı yaşayan  insanların sayı üçdə bir azalmışdır (kasıblıq həddində yaşayanların sayı isə 45% azalmışdır).

Bununla eyni zamanda işsizlik həddi də azalmışdır, sosial yardım, ödənişsiz səhiyyə və təhsil, eyni zamanda vətəndaşın konstitusiya hüququ elan edilən ödənişsiz ali təhsil sistemi inkişaf edir. Autsorsinq qeyri-qanuni elan edilmişdir. Və bu təkcə Ekvadorun məhdud neft ehtiyatlarından gələn gəlirin ölkə əhalisinin ehtiyacı olan hissəsinə yönəlməsi sayəsində deyil,  həm də ölkənin korporasiyaları və  varlı vətəndaşları tərəfindən, məhz onlar üçün son altı ildə üç dəfə artırılan vergilərin ödənilməsi sayəsində nail olunmuşdur.

Bundan başqa, dövlət sektoruna sərmayələr ümumi milli  gəlirin 15 %-inə qədər artmışdır, bank sisteminin yenidən milliləşdirilməsi və yenidən nizamlanması siyasəti aparılır, əvvəllər neft şirkəti ilə bağlanmış müqavilələrə yenidən baxılır. “Azad bazarın” ənənəvi ortodoksal mövqeyinə görə, belə siyasət qaçılmaz iqtisadi dağılmaya aparmalıdır, lakin bunun əvəzində sürətli iqtisadi artım və sosial inkişaf baş verir. Rafael Korreanın hakimi həm də Manta şəhərindəki  amerikan hərbi bazasını bağlayıb. Korreanın bildirdiyinə görə, Ekvador onu bir şərtlə qaytara bilər ki, ABŞ Mayamidə Ekvadorun milli hərbi bazasının yerləşdirilməsinə icazə versin. Bundan başqa, Ekvadorda homoseksualların, əlillərin, yerli əhalinin haqlarının genişləndirilməsi siyasəti aparılır.

Ekvador hökuməti ətraf mühitin müdafiəsinin ən radikal tədbirlərini tətbiq edirlər. Bu mövzuda  “Yasuni” təşəbbüsünü qeyd etmək lazımdır ki, bu tədbirlər çərçivəsində beynəlxalq qurumların alternativ enerji mənbələrinin işlənilməsi layihələrinin realizasiyasıda yardımı müqabilində  Ekvador Amazon meşəsində yerləşən unikal “Yasuni” milli parkı ərazisindəki neft yataqlarının istifadəsindən imtina edir.

Ekvadorda indi baş verən hər şey praktiki olaraq Latın Amerikasında partlayan proqressiv dalğanın sadəcə bir hissəsidir: sosial-demokrat və radikal sosialist hakimiyyətlər sosial və irqi bərabərsizliyə qarşı fəal mübarizə aparırlar, bu regionda ABŞ-ın dominantlığına meydan oxuyurlar, regional inteqrasiyanın həqiqi sistemini yaradırlar və son 500 il ərzində ilk dəfə olaraq öz ölkələri üçün həqiqi azadlığa nail olurlar.

Müvafiq olaraq bu hökumətlərin öz ölkələrin sakinlərinin çoxu üçün elədiyi hər şeyi nəzərə alsaq, onların təkrarən seçilməsinə təəccüblənməməliyik. Bir çox qərb mətbuatının  Venesuela Və Ekvadoru diktator rejimi kimi təsvir etmələri faktı bu mətbuatın nə olduğunu göstərir. Bu münasibətin əsas səbəbi bu hökumətlərə qarşı ABŞ-ın düşmən münasibətində olmasıdır.

Ekvador məsələsində düşmənçilik,  Julian Assanjın cinsi zorlanmada ittiham olunaraq İsveçrənin ABŞ-a verdiyi halda, Korrea hakimiyyətinin ona siyasi sığınacaq vermə qərarı ilə gərginləşmişdir.Reallıqda isə Latın Amerikasında demokratiyaya təhlükə Ekvador və Venesuellada məğlub olan qiyamlar, 2009-cu ildə Hondurasda və keçən ildə Paraqvayda uğurlu çevrilişlərə cəhd edən ABŞ-ın tərəfdarlarıdırlar.

Latın Amerikanın sol meylli hakimiyyətləri əlbəttə ki, səhvlər buraxırlar. Onlara da bir sıra ittihamlar irəli sürmək olar: korrupsiyadan tutmuş düzgün olmayan siyasətə qədər. Ekvadorda daha çox (həm də bütün Latın Amerikasında) bir tərəfdən iqtisadiyyatı inkişaf etdirmək, digər tərəfdən isə ətraf mühitin qorunması və yerli köklü əhalinin hüquqlarının qorunması ehtiyacları arasındakı ziddiyətlər kəskinləşmişdir. Bu misallardan heç biri təbii ki, digər ölkələrə nümunə üçün hazır alternativ sosial-iqtisadi siyasət  deyildir. Digər bir sıra suallar da ortalığa çıxır ki, əgər Çavezin  istefaya getməsi ilə kontinental dəyişmələr necə davam edəcəyidir.

Onun varisi, həmkarlar ittifaqının keçmiş lideri Nikolas Maduronun seçilərdə qalib gəlmək üçün bütün şansları vardır. Lakin nə o, nə də xarizmatik Rafael Korrea bütün Latın Amerikasında öz vaxtında Huqo Çavez kimi dəyişikliklər katalizatoru ola bilməyəcəklər. Buna baxmayaraq, faktiki olaraq özünü diskreditasiya etmişlərin xalqa təklif etməyə heç bir şeyi olmadığı halda, hal hazırda baş verən  bütün regionun transformasiyası prosesi xalq tərəfindən dəstəklənir.

Dünyanın qalan hissəsinə gəldikdə isə, digər alternativlərin olmadığı və  və həmin neoliberal siyasətin davam etdirilməli olduğu bəyanatından daha anlamsız nəsə ola bilərmi? Bəli, Latın Amerikası ölkələrinin iqtisadiyyatı əlbəttə ki, inkişafın başqa səviyyəsindədir və bu ölkələrin təcrübəsini kopyalayıb hər yerdə tətbiq etmək olmaz. Buna baxmayaraq, liberal mazoxizmin alternativinin mövcudluğunu aydın şəkildə göstərir. Bu azmış kimi, bu alternativ inkişaf modeli seçicilər tərəfindən dəstəklənə bilər.

19 fevral, 2013-cü il
Şeymas Miln

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:6916