abunə ol: Yazılar | Şərhlər | Еmail

İqtisadi artım xoşbəxtlik gətirmir

Şərh

Wealth_and_Happiness_800x600

Əgər hökumətlər üçün, vətəndaşların əhval-ruhiyyəsi, gələcəklərindən nə dərəcədə əmin olmaları və həyatlarından razı olub-olmamaları əhəmiyyət daşıyırsa, onlar yüksək artım templəri üçün səy göstərməməlidirlər, Cənubi Kaliforniya Universitetindən olan Riçard İsterlin belə deyir. ÜDM-un artımı hökumətlərə baha başa gəlir, lakin vətəndaşları daha çox xoşbəxt etmir, buna görə də indi SSRİ və sosialist ölkələrin təcrübəsini xatırlamaqda fayda var.

 İstənilən normal dövlətin məqsədi – öz vətəndaşlarını xoşbəxt etmək və ya heç olmasa öz həyatlarından razı etməkdir. Artıq aydındır ki, indiyə qədər qəbul edilmiş əsas məqsəd göstərici – ÜDM-un artımı özlüyündə bu məqsədə nail olmağa kömək etmir.

Vətəndaşların həyatlarından razı olması üçün artımı deyil, məşğulluğu stimullaşdırmaq və elə bir imtiyazlar sistemi yaratmaq lazımdır ki, insanlara, özlərini təhlükəsizlikdə hiss etməyə imkan versin, Cənubi Kaliforniya Universitetindən olan Riçard İsterlin bundan əmindir – qoy bu sosialist model kimi səslənsin.

İsterlin  bütün ölkələrin məmur və siyasətçilərinə məsləhət görür ki, öz vətəndaşlarının xoşbəxtlik və əmin-amanlıqlarını apardıqları siyasətin uğurlu olub-olmaması üçün göstərici olaraq nəzərə alsınlar. İsterlin bu cür siyasətin necə görünə biləcəyi haqqında üç əsas suala cavab verib:

  • İnsanların subyektiv özünüqiymətləndirməsini (SÖQ) yaxşılaşdırmaq üçün iqtisadiyyatın artım stimulları üzrə tədbirlər kifayətdirmi?
  • SÖQ yüksəltmək üçün daha hansı siyasi metodlardan istifadə etmək olar?
  • Yoxsul ölkələr bu cür siyasəti gerçəkləşdirmək imkanlarına sahibdirlərmi?

Alim xoşbəxtlik üzrə mövcud ədəbiyyatı təhlil etdikdən və öz tədqiqatlarını apardıqdan sonra sualların cavabı müvafiq olaraq belə idi: xeyr, bəli və bəli. Bu əsasda İsterlin öz vətəndaşlarını daha xoşbəxt etmək istəyində olan hökumətlər üçün təlimatlar hazırlayıb.

Tədqiqata əsasən, dünyanın ən xoşbəxt vətəndaşları inkişaf etmiş sosial sistemə malik ölkələrdə – İsveç, Danimarka və Finlandiyada yaşayırlar. Bu, SÖQ üzrə bütün qlobal sorğuların məlumatlarına uyğundur. Digər ölkələr onlardan nümunə götürməlidir. Həmçinin SSRİ və sabiq Varşava razılaşması ölkələrini də nümunə olaraq götürmək olar – onların sakinləri iş yerinin olub-olmaması və ya səhiyyə xidmətlərinə görə ödənişlərə görə narahat olmurdular. Bazar sisteminə keçiddən sonra isə Rusiya, Şərqi Almaniya və hətta Çinin vətəndaşları, özlərini sosializmdə olduqlarından çox daha bədbəxt hiss edirlər.

İqtisadi artım xoşbəxtlik gətirmir

İqtisadiyyatda ənənəvi olaraq qəbul edilmiş xoşbəxtlik və iqtisadi artım anlayışları ayrılmaz şəkildə əlaqədə idilər. Məsələn, Gallup-da əmindirlər ki, ÜDM-in iki dəfə artımı həyatdan razılığın iki dəfə artımına gətirib çıxarır.

İsterlin əmindir ki, bu belə deyil, asılılıq isə əslində daha mürəkkəbdir. O, 12 il və daha çox müddətdə bir sıra ölkələr üçün ÜDM və həyatdan razılıq səviyyəsi üzrə məlumatları tədqiq etmişdir.

  • 21-34 il arası müşahidələrin aparıldığı 17 ölkə üçün (14 avropa ölkəsi, həmçinin ABŞ, Kanada və Avstraliya) həyatdan razılıq və adambaşına düşən ÜDM arasında asılılıq aşkar edilməmişdir.

Eyni şey 9 inkişaf etməkdə olan ölkələrə də aiddir – burada Asiyanın, Latın Amerikasının və Afrikanın həddən artıq sıx məskunlaşmış ölkələri daxil edilib. İqtisadiyyatın orta artım tempi bu ölkələrdə 0-10% olub, bunlar arasında ən sürətli artım Çində müşahidə edilib.

Həyatdan razılıq səviyyəsində keçid iqtisadiyyatına malik ölkələrin ÜDM-nun artımı da təsir göstərməyib – bu qrupa Rusiya və daha 10 ölkə daxildir. Orta artım templəri bu ölkələrdə mənfi rəqəmdən 3% və daha yüksək rəqəmlərə qədər variasiya edir.

Beləliklə, İsterlin və onun kolleqaları sadəcə olaraq iqtisadi artım və xoşbəxtlik səviyyəsi arasında əlaqə tapmayıblar. Onlar heç olmasa dünyanın ən yoxsul ölkələrində əlaqə tapmağa çalışıblar – orada gəlirlərin istənilən artımı həyatdan və şəxsi maliyyə vəziyyətindən razılıq səviyyəsini yüksəltməlidir. Onlar 1994-cü ildən başlayaraq, Latın Amerikası ölkələrini müşahidə etmişlər – bu vaxt bu ölkələr kifayət qədər yoxsul idilər. Lakin burada da onlar uğursuzluqla qarşılaşdılar – asılılıq sıfıra bərabər idi.

Bunun ən parlaq nümunəsi – Çindir. 1990-cı illərdən bəri Çinin iqtisadi artımı tarixdəki ən sürətli iqtisadi artım templərindən biri idi. Əgər 1990-cı illərdə çinli evində nadir hallarda soyuducu və ya paltaryuyan maşın görmək mümkün idisə, indi onlar demək olar ki, hər ailədə var, eyni şey rəngli televizorlara da aiddir. 2008-ci ildə 10 şəhər ev təsərrüfatlarından biri avtomobilə sahib idi.

Lakin altı fərqli sorğuya əsasəm, həyatdan razılıq səviyyəsi bu müddətdə yüksəlməyib, bəzi sorğular isə göstərir ki, o hətta azalıb. Bu onilliyin əvvəlində həyatdan razılıq artmaqda idi, sonra isə yenidən azalmağa başladı.

İqtisadçıların iqtisadi artım və xoşbəxtlik arasındakı asılılığa dair səhvlərini İsterlin onunla izah edir ki, əslində iki növ xoşbəxtlik var – uzunmüddətli və qısamüddətli. İkincisi insanların konkret hadisələrə, məsələn, iqtisadiyyatda vəziyyətin yaxşılaşması və ya pisləşməsinə reaksiyasını əks etdirir, lakin bu effekt tezliklə yoxa çıxır.

Məsələn, bu, sabiq sovet ölkələrində baş vermişdi. Həyatdan razılıq SSRİ-nin dağılmasından, bazar islahatları və dərin böhrandan sonra kəskin şəkildə azalmış, sonra isə iqtisadiyyatın bərpa edilməsi ilə bərabər yüksəlməyə başlamışdı.

Siyasətçilər insanları daha xoşbəxt edə bilər        

İsterlin əmindir ki, həyatdan razılıq səviyyəsini iki əsas amil – tam məşğulluq və sosial zəmanətlər sistemi yüksəldir. İşsizlik razılıq səviyyəsini əhəmiyyətli dərəcədə azaldır: iş və etibarlı gəlir mənbəyi tapa bilməyən insan özünü bədbəxt hiss edir. Sosial zəmanətlər sistemi həmçinin insanları daha sakitləşdirir.

Bu fərziyyələri təsdiqləmək üçün İsterlin oxşar adambaşına düşən ÜDM səviyyəsinə malik, lakin müxtəlif sosial siyasət həyata keçirən avropa ölkələrini, həm də keçid iqtisadiyyatına malik ölkələri müqayisə etmişdir (bu qrupa Çin də daxildir).

Avropa. Avropa ölkələrini iki əsas qrupa bölmək olar: Danimarka, İsveç və Finlandiya – sosial siyasəti olan həqiqi rifah dövlətləridirlər. Fransa, Almaniya, Böyük Britaniya və Avstriya – sadəcə natamam olaraq rifah dövlətləridir. Bu ölkələrdə işsizlik, adambaşına düşən ÜDM və inflyasiya səviyyəsi təxminən eynidir.

İsterlin “dövlətin səxavətliliyi” indeksindən istifadə etmişdir – o göstərir ki, dövlət azalmış gəlirin hansı hissəsini sosial ödəmələr vasitəsilə qarşılamağa hazırdır, həmçinin bu müavinatları hansı müddətdə almaq olar, ayrılıqda o, işsizlik üzrə müavinatları da hesablamışdır. Danimarka, İsveç və Finlandiya ən səxavətli ölkələrdir: orada, işsizlik müavinatları, xəstəlik üzrə ödəmlər və təqaüdlər daha yüksəkdir.

Dövlət siyasəyi öz əksini insanların xoşbəxtlik səviyyələrində tapır: danimarkalılar, isveçlilər və finlər öz işlərindən, sağlamlıqlarından və ailələrindən, ümumilikdə həyatlarından, almanlar, fransızlar və ya britaniyalılar ilə müqayisədə daha razıdırlar.

Bu üç ölkənin vətəndaşları öz dövlət xidmətlərini daha yüksək qiymətləndirməyə meyllidirlər: onlar əmindirlər ki, onların səhiyyə, təhsil, uşaqlara və qocalara qayşı, təqaüd sistemləri çox yaxşı işləyir. Onlar siyasi sistemə daha çox etibar edirlər.

Keçid iqtisadiyyatlı ölkələr. Sabiq SSRİ ölkələrində hökumətlərin siyasi və iqtisadi böhranı səbəbindən ümumiyyətlə sosial siyasəti unudublar. Bu, həyatdan razılıq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı. Çin həmçinin bu ölkələr aiddir, lakin orada bu proses daha zəif gedirdi.

Məsələn, Almaniya DR-də işsizlik yox idi, bu zaman iş son dərəcə əzablı və ağır deyildi, yaşayış və nəqliyyat qiymətləri aşağı idi, insanlar isə pulsuz tibbi xidmətlərdən istifadə edə bilərdi. SSRİ-də vətəndaşlar  həmçinin iqtisadi qeyri-stabillikdən müdafiə olunmuşdular – onlara təhsil, təqaüd və səhiyyə zəmanətləri verilmişdi.

Bazar iqtisadiyyatına keçiddən sonra işsizlik ikirəqəmli ədədlərə qədər yüksəldi. Dövlət müəssisələri, onlarla birlikdə isə sosial təhlükəsizlik məhv edildi. Həm də bunu təkcə Rusiya və ya Şərqi Almaniyada deyil, həm də Çində baş verdi, çünki dövlət müəssisələrinin bir hissəsi islahatlara məruz qaldı.

Bu ölkələrin vətəndaşlarının yeni qayğıları yarandı: onlar iş və yaşayış vasitələri tapmalıdırlar, tibbi xidmətləri haradan əldə etmək, uşaqlarını və ya yaşlı qohumlarını kimə həvalə etmək haqqında düşünməyə başladılar. Çində iqtisadi artım bu zərbəni zəiflətdi.

Almaniyanın birləşməsindən sonra almanlar öz işlərindən və ölkənin səhiyyəsindən narazıdırlar. Burada yeni məhsul və xidmətlərin yaranması zərbəni zəiflətdi – bu da həmçinin xoşbəxtliyin mühüm meyarıdır. Lakin həyatdan razılıq yenə də azalmaqda idi.

 (c) SOLFRONT.org

Mənbə

 


Oxşar yazılar:

Baxış sayı:6158