abunə ol: Yazılar | Şərhlər | Еmail

Sergey Kara-Murza | Qottentot əxlaqı

Şərh

xocali-3

Sovet dövlətinin mütəşəkkil dağılmasının başlandığı münaqişəni dəstəkləmək bizim rus liberal ziyalılar üçün zəruri idi. Mənim DİN-dəki tanışlarım birmənalı olaraq iddia edirlər ki, münaqişə mərkəz, Qorbaçov və onun ətrafı tərəfindən qızışdırılırdı. Ona son qoymağın bir çox imkanları vardı, amma hər dəfə Moskvadan bu tədbirlərin qarşısı alınırdı. Əlbəttə, onun şişirdilməsi üçün zəruri olan hər şeyi qərb xüsusi xidmət orqanları da edirdilər – qarabağ ssenarisi və “azadlıq mübarizlərinə” dəstək planını onlar bir neçə ildən sonra Çeçenistanda, artıq Rusiyanın dağıdılması üçün tətbiq edirdilər.

 Bu işdə öz rolunu bizim ziyalıların qərbmeylli, avroposentrik orientasiyası, Qərb, Avropanın – yeganə düzgün sivilizasiya olması əminliyi oynadı. Ermənilər avropalılar hesab edilirdilər, deməli, onların etdiyi hər şey əvvəlcədən doğru və möhtəşəm idi (Qərbdəki güclü erməni lobbisi də buna şərait yaradırdı). Qərbin özündə isə aydın sezilən antiazərbaycan meyli var idi. Yalnız neft qoxusu duyulduqdan sonra Qərbin münasibəti dəyişməyə başladı.

“İkili standart” – şərti olaraq Qərbin neorasizmi adlandırılan ifadə üçün çox yumşaq anlayışdır. ABŞ-da, İran körfəzindəki əməliyyatın az qan bahasına başa gəldiyini dedikdə, nəzərdə tuturlar ki, az sayda ingilis və amerikalı həlak olub, 200 min həlak olmuş dinc iraqlı isə ümumiyyətlə qurban sayılmır! Həmçinin qərb humanistlərinin sanksiya kimi, uşaq qidası və dərmanları tədarükünü qadağan etməsi nəticəsində həlak olmuş 500 min iraqlı uşaq kimi (böyüklər nəzərə almasaq). Bu, ikili standart və ya rasizmdən daha pisdir. Bəşəriyyətin bir hissəsi hətta “aşağı irq” belə hesab edilmir – onlar ümumiyyətlə, “insan haqları” anlayışının şamil edildiyi insanlar deyillər.

Həm də Rusiyanın daxili problemi var. 1992-ci ildə Xocalı faciəsi, düzgün işıqlandırıldığı təqdirdə cəmiyyəti heyrətləndirə və ölkədə nələrin baş verdiyini göstərə bilərdi. Qorbaçovun və Yeltsinin ətrafını dəstəkləyənlər, bizim liberal ziyalıların məşəlləri Nuykin və Starovoytova kimi, adi hərbi cinayətkarlara çevrildilər və bu, oyadıcı təsir göstərə və onların yeritdiyi dünyabaxışı istiqaməti radikal şəkildə dəyişə bilərdi. Buna görə də mətbuat susdu. Bu, onlara lazım deyildi. Xatırlayıram, Xocalıdakı hadisələr zamanı mən ölkədən xaricdə idim. Orada televiziyada bu faciə haqqında reportaj göstərildi – meyitlərin yığıldığı yamac kadrları. Amma bu çox qısa süjet idi, yalnız oraya gəlmiş komissiyanı göstərdlər – və bitdi, səssizlik. Qərb faktiki olaraq bu hadisəyə etinasızlıq göstərdi.

Amma “azadlıq mübarizlərini” dəstəkləyən ziyalılarımız dəhşətə gəlmədilər. Sol liberal təfəkkür “intellektual vicdandan” məhrumdur. Ona daha çox, filosof S.Frankonun “qottentot əxlaqı” kimi adlandırdğı qavram uyğun gəlir: pis – o zamandır ki, məndən inək oğurlayıblar, yaxşı – o zamandır ki, inəyi mən oğurlamışam. Əgər onlar ermənilərin tərəfini saxladılarsa – deməli, ermənilərə alibi təqdim etdilər: “orada hərbi cinayətkarlar yoxdur”. Bu cür yanaşma – əxlaq normalarını bir kənara atmış və insan haqlarını prosesin bütün iştirakçılarına tətbiq etməyə hazır olmayan siniklərin mövqeyidir.

İkili standartlara qayıdarsaq – çoxlarını təəccübləndirir ki, demokratik Amerika hinduları qırır və qaradərililəri qul kimi saxlayırdı. Əslində isə burada təəccüblü heç nə yoxdur – sadəcə olaraq onlar, hüquqları olan insanlar kimi qəbul edilmirdilər. Həmçinin bizim psevdoziyalılar Xocalıda öldürülmüş azərbaycanlıları və ya reformlarla ümidsizliyə sürgün edilmiş rusları insan hesab etmirlər.

 (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:7136

Şərhlər

  1. Ни морали,ни стандартов нет и не было!Ходжалы это даже не мгновение,а пшык.Армяне боролись против превосходящих сил тюрок и победили в бескомпромиссной борьбе.Запад поддерживал Армению из-за того,что армяне это основа арийского МИРА!Агассис всегда поддерживал неравенство РАС,а элитой МИРА считал АРИЙЦЕЙ.Сам Агассис был потомком армян-павликиан!